Məhkəmə qərarları › İş №2(102)-2104/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2104/2024

15.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2104/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, sübutlar, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1282/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı MMC-nin (bundan sonra – iddiaçı və ya MMC) xx.xx.2020-ci il tarixli, 005/K nömrəli əmri ilə Cavabdeh (bundan sonra – cavabdeh) MMC-də mühasib vəzifəsinə işə qəbul edilmiş və tərəflər arasında həmin tarixdə əmək müqaviləsi bağlanmışdır;

3. İddiaçının xx.xx.2022-ci il tarixli, 008/K nömrəli əmri ilə "xxxx" MMC, "xxxx" MMC, X1 və X2 mühasibatlıq işlərinin aparılması cavabdehə həvalə edilmişdir;

4. İddiaçının xx.xx.2022-ci il tarixli, 014/k nömrəli əmri ilə cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasın xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı müəssisəyə dəymiş 48.550 m anat dəyərində zərərin və 240 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 008/K saylı əmr və ərizə təqdim edilmiş və o, hüquqi və fiziki şəxslərin işlərinin layiqincə görüləcəyi öhdəliyini götürmüşdür. Lakin qeyd edilən şəxslərin işləri düzgün aparılmamışdır. Belə ki, cavabdeh tərəfindən "xxxx" MMC-də ƏDV bəyannaməsinin göndərildiyi, lakin əvəzləşmənin sistemə işlənilmədiyi üçün həmin gün göndərə bilmədiyini bildirmişdir. Nəticədə "xxxx" MMC-yə külli miqdarda ziyan dəymişdir. Daha sonra cavabdeh tərəfindən sözügedən müəssisələrin fəaliyyətinin davam etdirilməsi üçün müəyyən sənədlər hazırlanmış, vergi orqanına və onun işlərini görməli olan yeni mühasibə təqdim edilməmişdir. Bu isə həmin müəssisələrin, həmçinin iddiaçı hüquqi şəxsin fəaliyyətinin davam etdirilməsinə maneçilik törətmiş və müəssisənin etibarına xələl gətirmişdir. Cavabdehin işin təhvil alan əməkdaşa "xxxx" MMC-nin material hesabatı, maya dəyəri, dövriyyə əvəzləşmə cədvəli (düzgün olmayan şəkildə) təhvil verilməmiş, fiziki şəxslər barəsində heç bir məlumat təqdim edilməmişdir. Niftalıyev Royal adlı şəxsin sahibkarlıq fəaliyyətini təxminən xx.xx.2021-ci il tarixində dayandırıldığına baxmayaraq məlumatların səhv göndərilməsi səbəbi ilə fiziki şəxsin VOEN-ni aktivləşdirilmişdir. Niftalıyev Namidar adlı şəxsin sahibkarlıq fəaliyyətinin dayandırılması üçün tədbirlərin görülməsi tapşırığı verilsə də, cavabdeh tapşırığı yerinə yetirməmiş, fiziki şəxsin fəaliyyəti faktiki olaraq day andırılsa da, vergi organına bununla bağlı ərizə təqdim edilməmişdir. Bunların nəticəsində Cavabdeh hərəkətsizliyi, öz öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinə səhlənkar yanaşdığına görə iddiaçı hüquqi şəxsə 48.550 manat dəyərində ziyan dəymişdir.

7. Cavabdeh iddiaya etiraz verərək iddianın rədd edilməsini xahiş etmiş, etiraz belə əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin hüquqi təhlili zamanı iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə uyğun olaraq Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “a” bəndi üzrə sübut etmə vəzifəsini icra edə bilmədiyi məlum olmuşdur. Başqa sözlə, iddiaçıya maddi ziyanın vurulmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Bu isə öz növbə sində iddianın əsassız olaraq qaldırıldığına dəlalət edir. İşçinin tam maddi məsuliyyətini müəyyən edən hallar Əmək Məcəlləsinin 199-cu maddəsində təsbit edilmişdir. Danılmazdır ki, işçinin tam maddi məsuliyyət daşıdığı bu hallar qəti хarakter daşıyır və onların dairəsi genişləndirilə bilməz, habelə hər hansı əlavə əsas müəyyən oluna bilməz. Cavabdehin iş üzrə heç bir tam maddi məsuliyyət halı mövcud deyil. Diqqətə alınmalıdır ki, işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı MMC Cavabdeh tərəfindən ona həvalə edilmiş ə mək vəzifələrinin layiqincə yerinə yetirilmədiyini və işinə səhlankar yanaşdığına görə iddiaçı hüquqi şəxsə 48550 manat məbləğində zərərin vurulduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı bu öz təsdiqini tapmamışdır.

10. İddiaçının tələb etdiyi zərər iki hissədən ibarət olmuşdur: - cavabdeh tərəfindən İddiaçı MMC-nin müştərisi olan "xxxx" MMC-nin mühasibatlılıq və vergi işlərinin düzgün aparılmamısı nəticəsində "xxxx" MMC-yə hesablanmış 40861,75 manat məbləğində əlavə vergi borcu; - cavabdehə həvalə edilmiş işlərin yenidən görülməsi üçün işçilərə ödənilmiş əlavə 12350 manat məbləğində əmək haqqı və 2427,21 manat məbləğində tutulmalar.

11. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC-yə əlavə vergi borcunun hesablanması İddiaçı MMC-yə maddi ziyanın vurulması anlamına gəlmir. İddiaçı MMC tərəfi ndən "xxxx" MMC-yə bununla bağlı hər hansı əlavə ödənişlərin edildiyi də məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, hətta iddiaçının nümayəndəsi və vəkili tərəfindən inkar da edilmişdir. Digər tərəfdən məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş izahatlardan müəyyən edilir ki, mütəxəssis rəyində adı çəkilən əməkdaşlar İddiaçı MMC-nin işçiləridir və onlara Cavabdeh həvalə edilmiş işlərin görülməsi üçün əlavə əmək haqqı ödənilməmişdir.

12. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı MMC cavabdehin təqsirli hüquqa zidd hərəkətləri nəticəsində ona 48550 manat məbləğində maddi zərərin vurulduğunu iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Belə ki, qanunvericiliyin tələblərinə görə maddi zərər dedikdə, iddiaçıya vurulmuş real zərər nəzə rdə tutulur. Lakin, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının əlavə xərcləri çəkdiyi, əmlakına hər hansı zərərin yetirildiyi və ya gəlirlərdən məhrum olduğu müəyyən edilmir. Belə olan halda formal mülahizələrə əsaslanan maddi zərərin ödənilməsi ilə bağlı hazırkı iddia əsassız hesab edilərək təmin edilməməlidir.

13. Məhkəmə bu hissələrdə mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 21.3-cü, Əmək Məcəlləsinin 191.1, 191.2, 192.1, 192.2 və Mülki-Prosessual Məcəllənin 77.1, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən "xxxx" MMC-də ƏDV bəyannaməsinin göndərildiyi, lakin əvəzləşmənin sistemə işlənilmədiyi üçün həmin gün göndərə bilmədiyini bildirmişdir. Nəticədə "xxxx" MMC-yə külli miqdarda ziyan dəymişdir. Daha sonra cavabdeh tərəfindən sözügedən müəssisələrin fəaliyyətinin davam etdirilməsi üçün müəyyən sənədlər hazırlanmış, vergi orqanına və onun işlərini görməli olan yeni mühasibə təqdim edilməmişdir. Bu isə həmin müəssisələrin, həmçinin iddiaçı hüquqi şəxsin fəaliyyətinin davam etdirilməsinə maneçilik törətmiş və müəssisənin etibarına xələl gətirmişdir. Cavabdehin işin təhvil alan əməkdaşa "xxxx" MMC-nin material hesabatı, maya dəyəri, dövrüyyə əvəzləşmə cədvəli (düzgün olmayan şəkildə) təhvil verilməmiş, fiziki şəxslər barəsində heç bir məlumat təqdim edilməmişdir. Niftalıyev Royal adlı şəxsin sahibkarlıq fəaliyyəti ni təxminən 01 iyul 2021-ci il tarixində dayandırıldığına baxmayaraq məlumatların səhv göndərilməsi səbəbi ilə fiziki şəxsin VÖEN-ni aktivləşdirilmişdir. Niftalıyev Namidar adlı şəxsin sahibkarlıq fəaliyyətinin dayandırılması üçün tədbirlərin görülməsi tapşırığı verilsə də, cavabdeh tapşırığı yerinə yetirməmiş, fiziki şəxsin fəaliyyəti faktiki olaraq dayandırılsa da, vergi organına bununla bağlı ərizə təqdim edilməmişdir. Bunların nəticəsində Cavabdeh hərəkətsizliyi, öz öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinə səhlənkar yanaşdığına görə iddiaçı hüquqi şəxsə 48550 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən işləri təhvil verdiyi şəxslər tərəfindən də sözügedən şəxs barəsində izahatlar təqdim edilmişdir. Həmin izahatlarda sözügedən şəxs tərəfindən işlərin lazımi qaydada görülməməsi və bir çox problemlərə səbəb olması qeyd edilmişdir. Göstərilənlərə əsasən qeyd etmək mümkündür ki, cavabdeh tərəfindən işlər və göstərməli olduğu xidmət layiqincə yerinə yetirilməmişdir. Bu kimi hallar isə məkhəmə tərəfindən nəzərə alınmamışdır. Yəni məhkəmə işin hallarına nəzər yetirməmiş və təqdim edilmiş mütəxəssis rəyinə məhəl qoymamışdır. Həmin mütəxəssis rəyinə layiqincə hüquqi qiymət verilsə idi, dəymiş zərərin hansı şəkildə yaranması məhkəməyə tam şəkildə aydın ola bilərdi. Lakin məkhəmə bu kimi halları nəzərə almadan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən mütəxəssis rəyi nəzərə alınmadığı və qanunamüvafiq qərar qəbul edilmədiyi üçün tərəflərindən xidmət göstərdikləri müəssisələrdən biri olan "xxxx" MMC-yə mühasibatlıq xidmətləri əsasında dəymiş zərərin ödənilməsi təmin edilmişdir. Bu barədə kassa mədaxil orderi və akt qoşma olaraq təqdim edilmişdir. 15. “X6” MMC ilə "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta və həmin tarixli kassa məxaric orderinə əsasən mühasibatlıq xidmətləri əsasında dəymiş 41.839,58 manat zərər sonuncuya ödənilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Rüstəmli – sədrlik edən və məruzəçi, A.İsgəndərov və V.Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya tələb olunan məbləğdə zərərin vurulduğu d a iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdeh iddiaçıya ünvanlanmış izahatında göstərmişdir ki, "xxxx" MMC-də ƏDV bəyannaməsini göndərmiş, lakin əvəzləşdirməni sistem işləmədiyindən həmin gün göndərə bilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, bununla bağlı vergi orqanı tərəfindən "xxxx" MMC-yə qarşı hər hansı maliyyə sanksiyası tətbiq edilməmiş, lakin vergi orqanı kameral olaraq əlavə ƏDV hesablamış, hesaba sərəncam qoyaraq büdcəyə vəsait tutmuşdur. Vergi orqanına artıq ödənilmiş vəsait geri qaytarılmalıdır, lakin vergi orqanı vəsaiti rahat geri qaytarmır.

18. İddiaçı tərəfindən təqdim edilmiş “X8” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində isə qeyd edilmişdir ki, X3 izahatına əsasən onun tərəfindən "xxxx" MMC-nin 2022 ƏDV bəyannamələrinə dəqiqləşmə verilmiş, 2021-ci il dekabr ƏDV bəyannaməsində olan kameral hesablama ləğv edilmişdir.

19. Bundan başqa həmin rəydə həmçinin qeyd edilmişdir ki, qeyd olunan işlərin tamamlanması və dürüstləşdirmələrin aparılması iddiaçı MMC-nin digər işçilərinə həvalə edilmişdir. Göründüyü kimi, bu işlərlə bağlı iddiaçı əlavə xərclərə məruz qalmamışdır.

20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən 41.839,58 manat məbləğində zərərin "xxxx" MMC-yə nağd qaydada ödənildiyi barədə xx.xx.2023-cü il tarixli akt təqdim edilsə də, qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən bu ödəniş nağdsız qaydada, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə həyata keçirilməli idi. Qanunvericiliyin bu tələblərinə riayət ed ilmədiyi üçün, həmin məbləğin həqiqətən "xxxx" MMC-nin hesabına daxil olduğu iş materialları ilə müəyyən edilmir.

21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 91.4-cü maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “ç” bəndləri, 43.2-ci maddəsinin “e” bəndi, 44.1, 46.6, 82, 191.1, 191.2, 194.2, 205.2-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə mütəxəssis rəyi təqdim edilmiş və həmin rəydə dəymiş zərərin hansı şəkildə yaranması, kim tərəfindən vurulması barədə məlumatların qeyd olunmasın a baxmayaraq, məhkəmə həmin rəyi nəzərə almamışdır. Əlavə olaraq qeyd edilir ki, həmin mütəxəssis rəyinə layiqincə hüquqi qiymət verilsə idi, dəymiş zərərin hansı şəkildə yaranması məhkəməyə tam şəkildə aydın ola bilərdi. Lakin məhkəmə bu kimi halları nəzərə almadan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

27. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

28. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

29. Maddə

198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

30. Maddə

199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlə r üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; [216] ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziya n vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

31. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya ins tansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçıya zərər vurması və onun qarşısında maddi məsuliyyət daşıması sübuta yetirilməmişdir. Odur ki, iddianın təmin olunması üçün qanuni əsaslar müəy yən edilmir.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1282/2024 nömrəli iş üzrə 26 fevral 2024-c ü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar