Məhkəmə qərarları › İş №2(102)-2104/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2104/2025

25.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2104/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin bağlanması, sübutetmə, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlu və X5 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 yanvar 2025-ci il tarixli, 2(104)-53/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhk əmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı övladı X12 və Cavabdeh 2018-ci ilin sentyabr ayında toyu olmuş, toydan sonra X2 mülkiyyətində olan ünvan 1 nömrəli mənzilə köçmüşlər. Toydan əvvəl evdə təmir işləri aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7430 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qızı X12 adət üzrə 2018-ci ilin sentyabr ayında toy edərək Cavabdeh ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19 E, mənzil 21-də birgə yaşamışlar. Sentyabr ayında toy olma zdan əvvəl iddiaçı qızının gəlin getdiyi evi öz hesabına təmir etdirmişdir. Cavabdehlərlə razılaşma bu qaydada olmuşdur ki, iddiaçı evi təmir elətdirir, daha sonra isə cavabdeh bu evin təmirinə xərclənən pulu 2021-ci ilin avqust ayında qədər geri qaytarır. İddiaçı evin təmirinə öz şəxsi büdcəsindən ümumilikdə 7430 manat məbləğində pul xərcləmişdir. Belə ki, evin qapıları tam dəyişdirilmiş, ustaların zəhmət haqqı tam ödənilmiş, oboy çəkilmiş, lak, emusya, plastik şkaf, qapı və pəncərə işləri görülmüşdür. Daha sonra iddiaçının qızı ilə cavabdehin arasında ailə münasibətləri pozulmuş və ayrılmışlar. Ayrıldıqdan sonra o, cavabdeh Turaldan dəfələrlə pulu tələb etməsinə baxmayaraq, cavabdeh evin satılacağı təqdirdə təmirə xərclənmiş pulu verəcəklərini söyləmişdir. Cavabdeh evin satılması üçün el an versə də, evin satılması artıq uzun müddətdir gecikir və cavabdeh bu bəhanə ilə öhdəliyini icra etməkdən yayınır.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil, həmin tələb şər, böhtandan ibarətdir. Belə ki, iddiaçının qızı X12 adət üzrə 2018-ci ilin sentyabr ayında toy edərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19 E, mənzil 21-də birgə yaşamışlar. Həmin mənzil hərbiçilər üçün inşa edilmiş mənzillərdir və hamısı təmirli şəkildə təhvil verilmişdir. İddiaçının qızı ilə ailə qurduqdan sonra iddiaçı öz zövqünə uyğun olaraq otaqların qapısını dəyişmiş, mətbəxdə kafelləri dəyişmişdir. Lakin həmin işləri o özü görmüşdür. Ümumilikdə isə həmin mənzillərin təmirə ehtiyacı ol mamışdır. İddiaçı ilə onun arasında whatsapp yazışmaları olmuş, həmin yazışmalardan da görünür ki, iddiaçı tələbin yalan olduğunu etiraf etmişdir. Həmçinin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə iddia vermişdir. Qeyd edilənlərlə əlaqədar iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 Cavabdeh ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-311/2023 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 7430 manat pulun alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

8. Məhk əmə ilk növbədə cavabdehlərin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsi ilə bağlı Mülki Prosessual Məcəlləsinin 377.3-cü maddəsinə əsasən qeyd etmişdir ki, tərəflər arasında evin təmiri üçün xərclənmiş pulların 2021-ci il qaytarılması barədə razılıq olmuşdur. Cavabdehlər ümumiyyətlə iddianı qəbul etməmiş, həmçinin iddia müddətinin tətbiqi barədə ərizəyə təmir xərcinin qaytarılması müddətini təsdiqləyən sübutlar təqdim etməmişdir.

9. Məhkəmə mübahisəli mənzildə toydan əvvəl təmir işlərinin aparılması ilə bağlı qeyd etmişdir ki, təmir işlərinin aparılması cavabdehlər tərəfindən qismən etiraf edilmişdir. Məhkəmə tərəfindən aparılmış təmir işlərinin həcminin və məbləğinin müəyyən edilməsi üçün kompleks məhkəmə mühəndis texniki və məhkəmə əmtəşünaslıq ekspertizas ının keçirilməsi və rəyin alınması isə cavabdehin ekspertizanın keçirilməsinə maneə yaratması nəticəsində mümkün olmamışdır.

10. Məhkəmə iddiaçının 7430 manat pulun müştərək qaydada digər cavabdeh X1 tutulması hissəsində qeyd etmişdir ki, cavabdeh X3 həmin razılaşmada iştirakı öz təsdiqini tapmamışdır. Cavabdeh mübahisəli mənzildə aparılmış təmir işlərinin onun vəsaiti əsasında həyata keçirildiyini qeyd etsə də, bu hal iş materiallarında dindirilmiş şahid ifadələri ilə təkzib edilmişdir.

11. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iddia qismən yəni Cavabdeh 7430 manat pulun alınıb ona verilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 779.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli, 2(125)-311/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi iki əsasa görə təmin etmişdir. Birincisi məhkəmə belə qənaətə gəlmişdir ki, guya o iddia tələbini qismən etiraf etmişdir. İkincisi onun ekspertizanın keçirilməsinə mane ya ratmağı iddianın 7430 manat hissəsinin təsdiq olunmasına səbəbdir. Hər iki əsasla iddia tələbinin təmin olunması absurddur. O iddianı nə qismən, nə də ki, başqa formada etiraf etməmişdir. İş materiallarında olan “müddətin tətbiq edilməsi barədə” ərizədən görünür ki, o iddia tələbini qəbul etmir, buna etiraz edir və müddətin tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə bu hissədə onun məhkəmədə söylədiyi bəzi sözləri iddiaçının xeyrinə istifadə etmiş və bunu onun etirafı kimi qəbul etmişdir. Halbuki, o sadəcə məhkəmə iclaslarının birində hakimin suallarını cavablandırarkən, “əgər iddiaçı qızının evinə təmirlə bağlı könüllü xərc çəkirdisə, bunun pulunu sonradan geri istəyəcəkdisə, bu hansı milli mentalitetə aid olan valideyn-övlad münasibətləri idi?, “deyək ki, əgər iddiaçı bunu könüllü etmişdirsə, o niyə ona gələcəkdə pul qaytarmalıydı” kimi ifadələr söyləmişdir. Bu ifadələr onun iddianı etiraf etməyi demək deyildir. O sadəcə ehtimal edilən və fərziyələrlə söykənən ifadə vermişdir. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza aparılması ilə əlaqədar mübahisəli mənzilə baxış keçirmək üçün ekspert gəlmişdir. Həmin gün ekspert mənzilə çəkilmiş xərcin bütövlükdə hesablanacağını, yəni “podmayak” (mənzilin tikintidən sonra əlavə istifadə olunmuş mal-materialların miqdarı və s.) nəzərə alınacağı bildirilmiş və təbii ki, o da bununla razılaşmadığından ekspertin mənzilə daxil olmasına icazə verməmişdir. Elə həmin anda ekspertin hərəkətlərindən narazı olduğunu özünə və sonradan məhkəməyə bildirmişdir. Lakin, məhkəmə bu məsələləri nəzərə almadan yekun qətnamə qəbul etmişdir.

15. Məh kəmə kollegiyası tərəfindən mənzilin təmirinə çəkilmiş xərclərin ümumi dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş və təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda inşa edilmiş 19E saylı evin, 21 saylı mənzildə əlavə təmir işlərinin görüldüyü, görülmüş əlavə təmir işlərinin usta haqqı da daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 5665 manat məbləğində olduğu müəyyən edilmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Azər Bayramov sədrlik edən və məruzəçi, Aygül İsgəndərova və Rəşad mamedov) 7 yanvar 2025-ci il tarixli, 2(104)-53/2025 nömrəli qətnaməs i ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)311/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən dəyişdirilərək, Cavabdeh 5665 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı qızı X12 və Cavabdeh 2018-ci ilin sentyabr ayında toyu olmuş, toydan sonra ünvan 1 nömrəli mənzilə köçmüşlər. Toydan əvvəl iddiaçı öz vəsaiti hesabına mənzildə təmir işləri apartdırmışdır. İddiaçı evin təmiri üçün öz şəxsi vəsaitindən ümumilikdə 7430 manat məbləğində pul xərclədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

18. Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu mü nasibətlər tapşırıq müqaviləsindən yaranmışdır. Belə ki, təqdim edilmiş sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilir ki, Cavabdeh mənzildə müəyyən təmir işlərinin aparılmasını İddiaçı həvalə etmiş, bunun müqabilində isə təmir işlərinə çəkilmiş xərci ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə iddiaçı ilə aralarında belə bir razılaşmanın olmadığını bildirmişdir. Lakin cavabdehin by xüsusatda etirazının dəlilləri iş materialları ilə təkzib edilir.

19. Belə ki, birinci instansiya məhkəməsindəki icraat zamanı həm iddiaçı, həm də cavabdeh tərəfin vəsatəti əsasında dındirilmiş şahidlərin ifadələri əsasında mənzildə sonradan müəyyən təmir işlərinin aparılması müəyyən edilir. Həmçinin məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkə zinin xx.xx.2024-cü il tarixli, 10/3884 saylı ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan məlumatlarla mənzilin faktki vəziyyəti arasında müqayisəli tədqiqat aparılan zaman mənzilə əlavə təmir işlərinin aparıldığı, belə ki, mənzilin divarlarına vurulmuş divar kağızının sökülərək yenisi ilə əvəz olunduğu, mənzilin otaqlararası keçid qapılarının dəyişdirildiyi, mətbəx tikintisində quraşdırılmış mebelin arasına metlaq vurulduğu, mənzilin dəhliz, 3 (üç) ədəd yaşayış otağı və mətbəx tikilisinin tavanına boya vurulduğu müəyyən edilmişdir.

20. Birinci instansiya məhkəməsindəki icraat zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, malyardır. ünvan 1 ünvanında yerləşən evdə təmir işlərində iştirak etmişdir. Həmin evdə Turalı yalnız bir dəfə görmüşdür. Həmişə Səidə xanımla əlaqə saxlayaraq alınacaq oboy, emusiya kimi materiallar istəmiş, Səidə xanım da ev üçün lazımlı olan materialları onlara çatdırmışdır. 3 otaq, mətbəx və dəhlizdə tavan işlərini, divarların emusiyasını 2 usta və bir fəhlə olmaqla onlar görmüşlər. Səidə xanım evin təmiri üçün onlara 1750 manat vermiş, həmçinin 300 manat yeməklərinə xərcləmişdir. Həmçinin birinci instansiya məhkəməsindəki icraat zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, santexnikdir. Həmin evdə usta kimi işləmiş və müəyyən təmir işləri aparmış 500 manat əl muzdu,100 manat yemək pulu verilməsi üçün Səidə xanımla razılaşmışlar. O, Turalı tanımır, bütün təmir işləri ilə də Səidə xanım maraqlanmışdır. Həmçinin Səidə xanımın həmin ev üçün ağ rəng bəzəkli qapılar və mətbəx üçün kafel metlak aldığının da şahidi olmuşdur.

21. Birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Turalı onların mağazalarından materiallar aldığı üçün tanımışdır. Tural onların mağazasına iki xanımla gəlmiş, onlardan 10 kley, 23 oboy almış, materialların pulunu da, Tural vermişdir. Həmçinin cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, o, 1001 xırdavat mağazasında tikinti materiallarının satışı ilə məşğul olur. Turalı onların mağazalarından materiallar aldığı üçün tanımışdır. Təxminən 2019-cu ilin yay aylarında Tural onların mağazasına gələrək evinin təmiri üçün lazım olan materialları oradan almışdır.

22. İş materiallarına əlavə edilmiş olan “WhatsApp” yazışmalarından görünür ki, həmin yazışmalarda İd diaçı Cavabdeh borcunu qaytarmasını, Cavabdeh isə ona borcununun olmadığını bildirmişdir.

23. Birinci instansiya məhkəməsindəki icraat zamanı iş üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş, təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin “Tədqiqi hissəsin”nin 1-ci bəndində göstərilən səbəblərə görə “WhatsApp” proqram təminatında qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən “WhatsApp” mesajlaşma sisteminin yenilənmiş son versiyasında göndərilən və qəbul edilən mesajların redaktə olunması üçün texniki imkan olmadığından mesaj göndərən və ya qəbul edən şəxsin “WhatsApp” mesajlaşma sistemi və ya proqram təminatı ilə mesajları redaktə etməsi mümkün deyil. “WhatsApp” proqram təminatına dair məlumat bazasının (server) informasiya təhlü kəsizliyinə müdaxilə edilərək və ya xüsusi vasitələr (proqram təminatlarına müdaxiləni və dəyişiklikləri təmin edən proqramm arxivləri) istifadə olunaraq kiberhücumlarla hakerlər tərəfindən proqram üzərində hər hansı bir müdaxilənin və redaktələrin mesajlar üzərində edilməsi halları ola bilər.

24. Beləliklə həm birinci instansiya məhkəməsindəki icraat zamanı, həm də məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzildə standart təmirdən əlavə təmir işləri görülmüş və bu təmir işləri iddiaçının vəsaiti hesabına aparılmışdır. Həmçinin cavabdeh özü də birinci instansiya məhkəməsindəki icraat zamanı verdiyi izahatında iddiaçının öz vəsaiti hesabına mənzildə müəyyən təmir işlərini aparmasını təkzib etməmi şdir. Cavabdeh görülmüş təmir işlərinin dəyərini sonradan iddiaçıya ödəməli olduğu halda, bunu etməmişdir.

25. Məhkəmə kollegiyası tərəfindən mənzilin təmirinə çəkilmiş xərclərin ümumi dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş və təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3884 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda inşa edilmiş 19E saylı evin, 21 saylı mənzildə əlavə təmir işlərinin görüldüyü, görülmüş əlavə təmir işlərinin usta haqqı da daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 5665 (beş min altı yüz altmış beş) manat məbləğində olduğu müəyy ən edilmişdir.

26. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, İddiaçı Cavabdeh ilə evin təmirinə dair aralarında razılığa gəldikləri və bu məqsədlə iddiaçının öz vəsaiti hesabına təmir işlərinə 5665 (beş min altı yüz altmış beş) manat pul vəsaitini xərcləməsi təsdiqini tapmışdır.

27. Apellyasiya məhkəməsi də mövqeyini Məhkəmə öz mövqeyini dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsinə 777.1, 777.2 və digər maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti ape llyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən qərar qəbul etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara-tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

31. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 X9:

32. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkə n, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsin də tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

36. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

37. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlan mış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

38. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

39. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

40. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

41. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş veri r ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

42. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun m əhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Baxılan işdə İddiaçı övladı Məkanə Əsgərovanın Cavabdehlə birgə yaşadığı mənzilin təmirinə pul xərclədiyini, bu xərcin əvəzinin 2021-ci ilin avqust ayına qədər ona qaytarılması barədə cavabdehlə razılaşdıqlarını, sonradan qızı ilə cavabdehin ailə münasibətlərinin pozulduğunu, lakin çəkdiyi məsrəflərin geri ödənilmədiyini bildirərək əsassız varlanma normalarına istinadən hazırkı tələbi irəli sürmüşdür.

52. Cavabdeh isə iddiaçı ilə müqavilə bağladığını etiraf etməmiş, bəzi təmir işlərinin iddiaçının öz iradəsi və zövqü ilə aparıldığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.

53. Belə olan halda cavabdehdən pul tutulması üçün onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olması, əgər varsa, bu öhdəliyin qanundan, yoxsa müqavildən irəli gəldiyi aydın şəkildə müəyyən edilməlidir. Əgər öhdəlik qanun əsasında meydana gəlmişsə, onun konkret əsası, məsələn, mülki hüquq pozuntusu, əsassız varlanma olduğu dəqiqləşdirilməlidir. Öhdəlik müqavilədən qaynaqlandıqda isə, tərəflərin iddia olunan müqaviləni bağladıqları, bu əqddən irəli gələn, vaxtı çatmış, lakin cavabdeh tərəfindən icra edilməmiş öhdəlik təsbit olunmalıdır.

54. Öhdəliyin hansı hüquqi əsasdan irəli gəldi yini düzgün müəyyənləşdirmək həm tələbin qanuni əsasının doğru şəkildə tapılması və yoxlanılması, həm də cavabdehin ərizəsi üzrə hansı növ iddia müddətinin tətbiq edilməli olduğunu, bu müddətin əvvəlinin hansı andan başlandığını müəyyən etmək üçün vacibdir.

55. Ümumi qaydaya görə cavabdehin onun qarşısında icra edilməmiş öhdəliyi olduğunu bildirən iddiaçı öz tələbinin faktiki əsaslarını sübuta yetirməlidir (§ 44).

56. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “...tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər tapşırıq müqaviləsindən yaranmışdır. Belə ki, təqdim edilmiş sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilir ki, Cavabdeh mənzildə müəyyən təmir işlərinin aparılmasını İddiaçı həvalə etmiş, bunun müqabilində isə təmir işlərinə çəkilmiş xərci ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə iddiaçı ilə aralarında belə bir razılaşmanın olmadığını bildirmişdir. Lakin cavabdehin bu xüsusatda etirazının dəlilləri iş materialları ilə təkzib edilir” (§ 18).

57. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

58. Belə ki, məhkəmənin müqavilədən irəli gələn bir öhdəliyi tanınması üçün ilk növbədə tərəflər arasında etibarlı bir müqavilənin bağlandığı müəyyən edilməlidir.

59. Mülki Məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm v ə ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır (§ 35-36).

60. Həmin Məcəllənin 777.1-ci maddəsində əks olunan tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (§ 39).

61. Belə olan halda mənzilin iddiaçı tərəfindən təmir olunacağı, bunun əvəzinin də Cavabdeh tərəfindən ödəniləcəyi barədə tərəflər arasında tapşırıq müqaviləsinin bağlandığı sübuta y etirilməlidir.

62. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsinin məzmununda cavabdehlə tapşırıq müqaviləsi bağladığını açıqca qeyd etməmişdir. Üstəlik tələb müqavilədən irəli gələn öhdəliklə deyil, əsassız varlanmaya dair normalarla əsaslandırılmışdır. Cavabdeh də müqavilə münasibətini təkzib edir.

63. Mövcud vəziyyətdə apellyasiya məhkəməsi tərəflər arasında tapşırıq müqaviləsinin bağlandığı nəticəsinə hansı mötəbər və kifayətedici sübutlar əsasında gəldiyini göstərməmişdir. Məhkəmə bu qənaətini “işin faktiki halları ilə müəyyən edilir” sözləri ilə ifadə etsə də, qətnamənin 33-38-ci bəndlərində istinad etdiyi faktlar və sübut kimi sadaladığı hallar müqavilənin bağlanması haqqında deyil, mənzildə təmir işlərinin aparılması və bu işlərin iddiaçının hesabına görülməsi barədədir. H albuki, bir şəxsin başqasına aid olan mənzildə hansısa təmir işlərinə vəsait xərcləməsi faktı özü-özlüyündə onlar arasında tapşırıq müqaviləsinin bağlanması anlamına gəlmir. Mübahisə halında vəkalət alanın və vəkalət verənin tapşırıq müqaviləsinin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri sübutlarla təsdiq olunmalıdır.

64. Baxılan işdə apellyasiya məhkəməsi gəldiyi nəticəni göstərilən qaydalara uyğun şəkildə əsaslandırmadığı üçün tərəflər arasında tapşırıq müqaviləsinin bağlanmasına dair qənaət qanuni və əsaslı hesab edilə bilməz.

65. Bundan əlavə, apellyasiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi haqqında ərizəsinə münasibət bildirməmiş, istinad etdiyi öhdəliyin icra vaxtının, dolayısı ilə iddia müddətinin əvvvəlinin hansı andan başladığını və hansı tarixdə bitdiyini, ümu miyyətlə həmin ərizəni hansı səbəbdən qəbul etmədiyini əsaslandırmamışdır.

66. Qeyd edilənlər ona dəlalət edir ki, məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qətnaməni işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 45-47).

67. Nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

68. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X10 X6 əks olunan ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 31-32).

69. Kollegiya o nu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil.

70. Bu baxımdan işin müəyyən edilmiş halları, eləcə də iddiaçının söykəndiyi hüquqi əsas nəzərə alındıqda tələbin Mülki Məcəllənin 1092.1-ci maddəsi ilə yoxlanılması da istisna deyil. Həmin normaya görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 42).

71. Məhkəmə tərkibi xüsusi olaraq vurğulayır ki, iddianın həmin norma əsasında təmin edilməsi üçün cavabdehin iddiaçının hesabına hər hansı (həcmdə) əmlak əld ə etməsi kifayət deyil.

72. Kollegiya hazırkı işdə məhkəmələrin əsas diqqəti iddiaçının təmir xərclərini çəkməsini müəyyənləşdirməyə ayırdıqlarını və bu faktı sanki həlledici məqam kimi götürdüklərini nəzərə alaraq vurğulamaqda yarar görür ki, həmin xüsusat özü-özlüyündə iddianın əsassız varlanma qaydasında təmin edilməsi üçün yetərli deyil. Bundan ötrü əsassız varlanmanın bütün zəruri şərtləri məhkəmə tərəfindən təsbit edilməlidir.

73. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır k i, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (§ 40-41).

74. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi; bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.

75. Odur ki, baxılan işdə ilk növbədə cavabdehin iddiaçının hesabına varlandığı, yəni bir iqtisadi dəyər əldə edərək əmlakının aktivini artırdığı mü əyyən edilməlidir. Bu xüsusat üzrə o da diqqətdə saxlanılmalıdır ki, mənzilin təmiri üçün xərclənən vəsaitin cavabdehin etiraf etdiyi məbləğdən artıq olan hissəsini iddiaçının verdiyini sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Mübahisəli hallar üzrə tərəflərin təqdim etdikləri sübutlar mötəbərlilik, mümkünlük və aidedilənlik meyarları ilə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun şəkildə qiymətləndirilməklə nəticəyə gəlinməlidir.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

77. Cavabdehin əldə etdiyi əmlakın (və ya onun bir hissəsinin) iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma normaları çərçivəsində təmin edilməsinə kifayət etmir. Bunun üçün növbəti dispozisya şərti əldəetmə üçün qanundan və ya müqavilə dən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir.

78. Diqqətdə saxlanılmalıdır ki, əmlak qanunda nəzərdə tutulan hər hansı bir əsasla (məsələn, vərəsəliklə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (bağışlama və s.) ilə əldə edilirsə, bu cür qazanılma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi - qanuni əmlak artışıdır və bu qaydada varlanmış olan əmlakı ona vermiş şəxs qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır.

79. Belə olan halda tərəflərin faktiki münasibətləri fonunda aparılmış təmir işlərinə s ərf olunan vəsaitin bağışlama mahiyyətində olub-olmadığının araşdırılması da işin düzgün həlli üçün əhəmiyyət kəsb edir.

80. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər (§ 37-38).

81. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur feciss e).

82. Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.

83. Odur ki, iddiaçı, sözügedən pul vəsaitini cavabdehə və ya qızına bağışlama düşüncəsi ilə vermədiyinə, yaxud bu vəsaiti cavabdehlə bağladığı müqavilə çərçivəsində xərclədiyinə istinad edirsə, həmin halları sübut etmək yükünü daşıyır.

84. Bu xüsusat yoxlanılarkən təqdim olunmuş sübutlar pul vəsaitinin verildiyi zaman, şəxs(lər), həmin ərəfədə tərəflərin münasibətinin həqiqi xarakteri, vəsaitin hansı niyyətlə verilməsi, sonrakı davranışları və işin digər diqqətəlayiq halları nəzərə alınmaqla qiymətləndirilməlidir.

85. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.

86. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 yanvar 2025-ci il tarixli, 2(104)-53/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar