Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2105/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-497/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 oğlu arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 24/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Gəncə şəhəri Yeni qəsəbə bina 24-də yerləşən 10 nömrəli mənzil Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti istifadəsinə verilmişdir.
2. Müqavilənin 2.4.2-ci və 5.7.1-ci bəndlərinə görə, kirayəçi, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsi daşıyır. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunla şdırılmış məcburi köçkün olduqda, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
3. Dövlətqaçqınkomun MİD Gəncə-Göygöl MKİS-in rəisi, MKİS-in mühəndisi və MKİS-in sahə nəzarətçisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarda qeyd olunmuşd ur ki, “Gəncə şəhər Yeni qəsəbə 1500-də yaşayışı təmin etmək məqsədilə mənzillərə baxış keçirilmişdir. Aşkar edilmişdir ki, bina 24, mənzil 10 ünvanda X2 yaşamalı olduğu halda həmin mənzildə qeyri-qanuni olaraq başqa şəxslər yaşayır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti (bundan sonra – iddiaçı) cavabdehlərə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Sahə rəisi tərəfindən cavabdehlərin mənzildə yaşamadığı, mənzili başqa şəxsə kirayə verildiyi məlum olmuş və mənzilin başqa bir şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilmişdir.
6. Məhkəmə iclasında Cavabdeh1 oğlu bildirmişdir ki, oğlu evlənmiş və həmin mənzildə yaşamışdır. Özləri isə qohumuna məxsus Avtozavodda yerləşən evdə müvəqqəti olaraq yaşayırlar. Sonradan oğlunun ailə münasibətləri baş tutmadığı üçün boşanmış və mənzildə yaşamamışlar. Əgər zərurət yaranarsa gedib sözügedən mənzildə yaşayacaqlar.
7. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 noyabr 2022-ci il tarixli, 2(125)-1474/2022 saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kirayə müqaviləsinin 5.7.1-ci bəndinə görə kirayəçi və ailə üzvləri (kirayəçi ilə b irgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Cavabdehlər Qaydaların və müqavilənin tələblərini pozaraq onlara verilmiş yaşayış sahəsində faktiki olaraq yaşamamışlar.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 98.1, 99.3-cü maddələri, “Məcburi köçkünlər və onl ara bərabər tutulan şəxslər” haqqında Azərbaycan Respublikası Qanununun 2, 4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” 3.2, 3.3, 3.7-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdehlər apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həyat yoldaşı Səyyarə xəstə olmaqla, 2021-ci ilin payızından Bakı və Gəncə xəstəxanalarında müalicədə olmuş və qaynı arvadı tərəfindən aylarla ona qulluq olunmuşdur. o, (Cavabdeh1 oğlu) müəllim, oğlu Rəşad sürücü işləyir. O və oğlu səhər saat 08.00-dan işə gedir və gecə evə qayıdırlar. İddiaçının nümayəndələri heç bir qonşunu dindirmədən əsassız akt tərtib etmiş, məhkəmə isə həmin formal akta əsaslanaraq iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsində dindirilməmiş qonşular onların həmin mənzildə yaşadığını təsdiq edə bilərlər.
12. Məhkəmə iclasında X3 və X5 şahid qismində ifadə verərək göstərmişlər ki, cavabdehlərlə eyni binada yaşayırlar, cavabdehlər evi kirayəyə verməmişlər və həmin evdə özləri yaşayırlar.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-497/2023 nömrəli iş üzrə 09 fev ral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf cavabdehlərin mübahisə edilən mənzildə yaşamamaları və orada qeyri-qanuni olaraq başqa şəxslərin yaşamasını göstərsə də, həmin dəlillər məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Cavabdehlər mübahisə edilən mənzildə yaşamaqla, həmin mənzilin təyinatına görə istifadə etmişlər və onların başqa yaşayış yerləri yoxdur. İşin bu halı məhkəmə kollegiyasının iclasında dindirilən şahidlərin ifadələri ilə də təsdiq edilmişdir.
15. Birinci instansiya m əhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələri, Mənzil Məcəlləsinin 82.4, 98.1, 99.1, 100.3-cü maddələri, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” haqqında Azərbaycan Respublikası Qanununun 2, 4-cü maddələr və MPM-in 14.2, 77.1, 106.1, 217.3, 217.4, 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin zaminə münasibətdə təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbi üzrə kredit borcunun hər iki cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, apelyasiya ara şdırması zamanı şahid qismində dindirilmiş şəxslərin ifadəsi ilə tutulan aktın məzmunu arasında ziddiyət olmuş və məhkəmə tərəfindən şahidlərin verdiyi ifadə mötəbər hesab edilərək iddianın rədd edilməsi əsaslarından biri olmuşdur. Əslində isə şahidlərin verdikləri ifadələr şübhə altındadır və həqiqəti əks etdirmir, həmçinin şahidlər həmin mənzildə yaşayanların dairəsi barədə dəqiq məlumatlı deyillər. Cavabdehlər iddianı qəbul etməyərək, həmin evin kirayə verilməməsini və orada yaşamağa ehtiyaclarının olmalarını qeyd etsələr də, bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız ifadəsi şübhə doğuran şahid təqdim etməklə kifayətlənmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərə flərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
22. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
23. Maddə 17.3.2. Xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur.
24. Maddə 91.1. Məcburi köçk ünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.
25. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.
26. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
27. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzi fələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
28. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətin ə uyğun əsaslandırılmalıdır.
34. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məh kəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 oğlu arasında xx.xx.2014-cü il tarixdə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Gəncə şəhəri Yeni qəsəbə bina 24-də yerləşən 10 nömrəli mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti istifadəsinə verilmişdir. Müqavilənin 5.7.1-ci bəndində şərtləşdirilmişdir ki, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər (§ 1-2).
40. İddiaçı təşkilat müqavilənin həmin şərtinin pozulması barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə tərtib olunmuş aktlara istinad edərək, kirayə müqaviləsinin ləğv edilməsini, cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin boşaldılıb təhvil verilməsini tələb etmişdir (§ 3, 4-5).
41. Cavabdeh1 birinci instansiya məhkəməsində bildirmişdir ki, özləri müvəqqəti olaraq qohumuna məxsus başqa ünvada yaşayırlar. Oğlu boşandıqdan sonra mübahisəli mənzildə yaşamamışlar, zərurət yaranarsa həmin mənzildə yaşayacaqlar (§ 6).
42. Birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən qeyd olunan müqavilənin 5.7.1-ci bəndində nəzərdə tutulmuş öhdəliyin pozulmasına görə iddianı təmin etmişdir (§ 7-8).
43. Apellyasiya instansiyası məhkəməsi isə qətnamən i ləğv edərək iddianı o əsasla rədd etmişdir ki, şahid ifadələrinə görə cavabdehlər mübahisə edilən mənzildə yaşamaqla, həmin mənzilin təyinatına uyğun istifadə etmişlər və onların başqa yaşayış yerləri yoxdur (§ 14).
44. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
45. Belə ki, tərəflər arasında mənzil qanunvericiliyində nəzərdə tutulmuş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsin bağlanması və bu əqddən irəli gələn hüquq münasibətlərinin qurulması işin mübahisəsiz halıdır (§ 1, 19-20).
46. Məlum olduğu kimi xüsusi təyinatlı mənzil fondu ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması, o cümlədən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin m üvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələridir (§ 23-24).
47. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir (§ 26).
48. Eyni zamanda həm qanunda, həm də tərəflər arasındakı müqavilədə nəzərdə tutulmuşdur ki, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə, kirayəyə, digər şəxsin istifadəsinə verilə bilməz (§ 2, 25).
49. Bu öhdəliyin kirayəçi tərəfindən pozulması sözügedən kirayə müqavi ləsinin ləğv edilməsi üçün əsasdır (§ 2, 21-22, 27).
50. Eyni zamanda qanunda nəzərdə tutulmuşdur ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır (§ 28).
51. Baxılan işdə iddiaçı 2022-ci ilin mart, aprel və may aylarında tərtib etdiyi aktlarla mübahisə predmeti olan xüsusi təyinatlı yaşayış sahəsində kirayəçinin deyil, başqa şəxslərin yaşamaları faktını sənədləşdirərək müqavilənin ləğv olunmasını və cavabdehlərin yaşayış sahəsindən çıxarılmalarını tələb etmişdir.
52. Birinci instansiya məhkəməsində cavabdeh mübahisəli mənzildə faktiki olaraq qalmadıqlarını, zərurət yaranarsa orada yaşayacaqlarını ifadə etməklə, həmin aktları mübahisələndirməmişdir.
53. Bu hallar Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolu ilə təsdiqlənir. Protokoldan görünür ki, Cavabdeh1 qeyd edilən məzmunda izahat verdikdən sonra sədrlik edən həmin aktları elan edərək tərəflərin onlara dair etirazlarının olubolmadığını soruşmuş, Cavabdeh1 sənədlərə etirazının olmadığını bildirmiş, hər hansı (o cümlədən şahidlərin dinlənilməsi barədə) vəsatət verməmişdir.
54. Buna baxmayaraq cavabdehlər apellyasiya şikayətində Cavabdeh1 birinci instansiya məhkməsində verdiyi izahatdan fərqli məzmunda olan hallara istinad etmiş, apellyasiya baxı şında mübahisəli evdə yaşadıqlarına dair şahidlərin dindirilməsi barədə vəsatət qaldırmışlar.
55. Apellyasiya məhkəməsi də həmin vəsatətləri təmin edərək dindirdiyi şahidlərin ifadələri əsasında yuxarıda göstərilən qətnaməni çıxarmışdır.
56. Halbuki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (§ 34).
57. Ümumiyyətlə nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxslər tərəfindən sübutlar apellyasiya və ya birinci instansiya məhkəməsinin baxışında deyil, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (§ 31).
58. Apellyasiya instansiyası mə hkəməsi isə bu normaların tələblərini nəzərə almadan cavabdeh tərəfin birinci instansiya məhkəməsində istinad (təqdim) etmədiyi sübutları əldə etmiş, nəzərə almış və iş üzrə gəldiyi nəticənin əsasına qoymuşdur.
59. Qeyd edilənlər yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının açıq şəkildə pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir.
60. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§ 36).
61. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəm ə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-497/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.