Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2105/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, fərdi əmək mübahisələri üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbə qarşı “məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-573/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2015-ci il tarixdə Bakı şəhəri H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbə (bundan sonra – “cavabdeh” və ya “məktəb”) tarix müəllimi vəzifəsinə təyin edilmişdir.
2. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X12 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimata əsasən xx.xx.2021-ci il tarixdə məktəbin müvəqqəti cədvəli üzrə birinci növbənin ikinci dərsində 11ç sinfində məktəbin tarix müəllimi İddiaçı Azərbaycan tarixi dərsi olmasına baxmayaraq, müəllim dərsdə işti rak etməmişdir. Saat 09:13-də telefon vasitəsi ilə müəllimlə əlaqə saxlayaraq dərsə gecikdiyi barədə məlumat verilsə də, o, birinci növbənin üçüncü dərsinə gəlib çıxmışdır. Dördüncü dərsdə isə dəhlizdə müəllim onlara yaxınlaşaraq beşinci və altıncı dərsləri keçə bilməyəcəyini bildirmişdir. Onlar da keçməyəcəyi dərslərin saat hesabı olaraq əmək haqqından tutulacağını bildirmişlər. Müəllimin davranışına münasibət bildirilməsi xahiş olunmuşdur.
3. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimata əsasən xx.xx.2021-ci il tarixdə məktəbin müvəqqəti cədvəli üzrə birinci növbənin ikinci saatı 11ç sinfində dərsi olduğu halda məktəbin tarix müəllimi İddiaçı dərsə gəlməmiş, üçüncü saat 11b sinfində olan dərsinə də 10 dəqiqə gecikmişdir. Cədvələ əsasən beşinci saatda 10c sinfində dərsi olmasına baxmayaraq heç kimə məlumat vermədən çıxıb getmişdir. Məsələnin nəzarətə götürülməsini xahiş etmişdir.
4. Məktəbin xx.xx.2021-ci il tarixli aktına əsasən tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə işə gəlməmişdir.
5. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimata əsasən tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə 4 saat dərsi (10c, 10ç, 11b və 11c siniflərində) olmasına baxmayaraq məktəb rəhbərliyinə məlumat vermədən işə gəlməmişdir. Vəziyyətin ciddi nəzarətə götürülməsini xahiş etmişdir.
6. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X12 tərəfindən məktəbin direktoru Gült əkin Rüstəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimata əsasən tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə 4 saat dərsi (10c, 10ç, 11b və 11c siniflərində) olmasına baxmayaraq məktəb rəhbərliyinə məlumat vermədən işə gəlməmişdir. Vəziyyətin ciddi nəzarətə götürülməsini xahiş etmişdir.
7. Məktəbin xx.xx.2021-ci il tarixli aktına əsasən məktəbin tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə işə gəlməməsi ilə bağlı izahat tələb olunmasına baxmayaraq, izahat yazmaqdan imtina etmişdir.
8. Məktəbin xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.2021-ci il tarixdə məktəbin tarix müəllimi İddiaçı heç bir üzrlü səbəb göstərmədən işə gəlməmişdir.
9. Məktəbin xx.xx.2021-ci il tarixli aktlarına əsasən xx.xx.2021-ci il tarixdə, saat 09:40 radələrində məktəbin tarix müəllimi İddiaçı məktəbin dəhlizində qışqıraraq məktəb rəhbərliyinin və “Məktəblinin dostu layihə”sinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, birinci növbənin altıncı saatı 11c sinfində dərsi olduğu halda, tədris prosesini pozaraq heç bir məlumat vermədən şagirdləri evə buraxmış, özü də məktəbi tərk etmişdir.
10. Məktəbin həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli, 8 nömrəli protokolundan çıxarışa əsasən məktəbin direktoru G.Rüstəmovanın məktəb həmkarlar təşkilatına təqdimatına baxılmış, haqqında təqdimat olunan İddiaçı iclasa gəlmədiyi üçün müzakirə aparılmamış, onun bu hərəkəti həmkarlar təşkilatına hörmətsizlik olaraq qiymətləndirilmişdir.
11. Məktəbin direktoru Gültəkin Rüstəmovanın intizam tənbehinin verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 137 nömrəli əmrinə əsasən əmək funksiyasını keyf iyyətsiz yerinə yetirdiyinə görə məktəbin tarix müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.
12. Məktəbin 10ç sinif şagirdləri Sənan Ələkbərov, Məhəmməd Zeynallı və İlqar Abdullayev tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli ərizə və izahatlara əsasən xx.xx.2021-ci il tarixdə Azərbaycan tarixi dərsində tarix müəllimi İddiaçı nadinclik edib səs salmaları səbəbi ilə onlara əl qaldırmışdır. Onlar öz səhvlərini başa düşmüş, özlərini günahkar hesab etmiş və söz vermişlər ki, bir daha belə hal təkrarlanmayacaqdır.
13. Məktəbin xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.2021-ci il tarixdə məktəbin tarix müəllimi İddiaçı 10ç sinfində dərs zamanı həmin sinfin şagirdləri X7, X13 və X14 vurmuşdur.
14. Məkt əbin 10ç sinif şagirdləri İlqar Abdullayevin və Sənan Ələkbərovun valideynləri tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatlara əsasən xx.xx.2021-ci il tarixdə övladlarının dərsdə səs salmaları səbəbi ilə Azərbaycan tarixi müəllimi İddiaçı onlara əl qaldırmışdır. Bu səbəbdən oğullarını günahlandırmış və Sabir müəllimdən şikayətçi olmamış, söz vermişlər ki, bu hadisə bir daha təkrarlanmayacaqdır.
15. Məktəbin tarixi müəllimi İddiaçı tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahata əsasən o, xx.xx.2021-ci il tarixdə 10ç sinfində dərsdə olarkən həmin sinfin şagirdləri X7, X13 və X14 vurmuşdur. Dərsdə səs salıb mane olduqdları üçün bir böyük kimi tənbeh etmişdir. Söz vermişdir ki, bir də belə hal baş verməyəcəkdir.
16. Məktəbin 10ç sinif şagirdi X2 valideyni Samirə Zeynalova tərəfin dən yazılmış xx.xx.2021-ci il tarixli izahata əsasən xx.xx.2021-ci il tarixdə 10ç sinfində tarix dərsi zamanı fənn müəllimi İddiaçı oğlu Məhəmmədi cəzalandırmasından xəbəri olmuş, buna baxmayaraq şikayətçi olmamışdır.
17. Məktəbin xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.2021-ci il tarixdə məktəbin tarixi müəllimi İddiaçı 11ç sinfində dərs zamanı həmin sinfin şagirdi X15 vurmuşdur.
18. Məktəbin 11ç sinif şagirdi X26 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahata əsasən xx.xx.2021-ci il tarixdə dördüncü saat tarix dərsində İddiaçı bilmədiyi səbəbə görə ona əsəbiləşərək şillə vurmuş, sinif yoldaşlarının yanında onun ünvanına xoşagəlməz ifadələr işlətmişdir.
19. Məktəbin 11ç sinif şagirdi X11 valideyni X22 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli məlumata əsasən xx.xx.2021-ci il tarixdə məktəbin tarixi müəllimi İddiaçı tarix dərsində oğlunu şillə ilə vurub sinif yoldaşlarının yanında təhqir etmişdir. O, övladını özü tənbeh edəcəyini, şikayətçi olmadığını bildirmişdir.
20. Məktəbin xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.2021-ci il tarixdə məktəbin tarixi müəllimi İddiaçı 10c sinfində dərs zamanı həmin sinfin şagirdi X23 şillə vurmuşdur.
21. Məktəbin 10c sinif şagirdi X32 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahata əsasən xx.xx.2021-ci il tarixdə üçüncü saat Azərbaycan tarixi dərsinə gecikdiyi üçün müəllim İddiaçı onu danlamış və qulağını burmuşdur. O, müəllimin qolunu itələmiş, müəllim isə ona şillə vurmuşdur.
22. Məktəbin 10c sinif şagirdi X16 valideyni Elmira Musayeva tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli məlumata əsasən, xx.xx.2021-ci il t arixdə tarix dərsində oğlunun fənn müəllimi İddiaçı tərəfindən şillə vurulması haqqında məlumatı olmuş, şikayətçi olmamışdır.
23. Məktəbin tarixi müəllimi İddiaçı tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahata əsasən o, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə dərs dediyi siniflərdə şagirdlərə qarşı kobudluq etdiyini etiraf etmişdir.
24. Məktəbin həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli, 10 nömrəli protokolundan çıxarışa əsasən məktəbin direktoru G.Rüstəmovanın və həmkarlar üzvlərinin rəyləri nəzərə alınaraq, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır.
25. Məktəbin həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 12 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı uzun müddət qüsursuz işləməsini, bundan sonra nöqsanlara yol verməyəcəyi haqqın da izahatını nəzərə alaraq onun əmək müqaviləsinə xitam verilməsi təklifindən imtina edilməsi qərara alınmışdır.
26. Məktəbin həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli növbədənkənar iclasının protokolundan çıxarışa əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərinin və müəllimlərin etik davranış qaydalarının şərtlərini pozmasını etiraf etməsi ilə əlaqədar izahatının nəzərə alınması və işdə saxlanılmasının məktəbin direktorundan xahiş edilməsi qərara alınmışdır.
27. Məktəb üzrə əmək müqaviləsinin ləğvi barədə xx.xx.2022-ci il tarixli, 26 nömrəli əmrdən çıxarışa əsasən məktəbin tarix müəllimi İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələbləri kobud şəkildə pozulduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Həmin çıxarışa əlavə edilmiş məktəbin həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 13 nömrəli protokolundan çıxarışa əsasən Azərbaycan Təhsil İşçiləri X34 Sabunçu Rayon Komitəsinin xx.xx.2022-ci il tarixli məktubunun təmin edilməsi və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə məktəbin tarix müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
28. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, məcburi işburaxma müddəti üçün məktəb tərəfindən əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsi əsasında məktəbdə tarix müəllimi işləmişdir. Məktəb direktorunun xx.xx.2022-ci il tarixli, 29 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdən çıxarışda göstərilmişdir ki, guya iddiaçı dərs zamanı şagirdlərə fiziki güc tətbiq etmişdir.
30. Əmrdə göstərilənlər həqiqəti əks etdirməmiş, iddiaçı vəzifələrini layiqincə yerinə yetirmiş, şagirdlərə iradını bildirsə də, heç bir fiziki zor tətbiq etməmişdir. İddiaçı ilkin olaraq məktəbdə etirafedici məzmunda izahat yazmağa məcbur edilmiş və ona heç bir ciddi problem olmayacağı bildirilmişdir. İddiaçı əmək müqaviləsinin şərtlərini pozmamış və şagirdlərə qarşı heç bir qanunsuzluğa yol verməmişdir. İşəgötürən tərəfindən ətraflı araşdırma aparılmadan, aidiyyəti şəxslərin, o cümlədən, şagirdlərin izahatları alınmadan, hadisə barədə onlara heç bir sual verilmədən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.
31. Bundan başqa, həmkarlar ittifaqı ilə bağlanmış müqaviləyə əsasən yalnız həmkarlar ittifaqının rəyi əsasında işçilərin əmək müqaviləsinə xitam verilə bilər. Lakin məktəbin direktoru Əmək Məcəlləsinin və həmkarlar ittifaqı ilə bağla nmış müqavilənin şərtlərini pozaraq qanunsuz olaraq iddiaçını işdən azad etmişdir.
32. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 74, 296, 300-cü, “Mediasiya haqqında” Qanunun 32.4.2, 35.1 və 35.2-ci maddələrinə istinad etmşdir.
33. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçıdan dəfələrlə şagirdlərə qarşı etik qaydalara uyğun davranması tələb olunsa da, iddiaçı bu tələblərə məhəl qoymamışdır. İddiaçı məktəbin müəllimlərini, həmkarlar təşkilatının sədrini, katibini və üzvlərini təhdid etmiş, onlara hədəqorxu gəlmişdir. İddiaçı işdən azad edilməzdən əvvəl həmkarlar təşkilatının razılığı alınmış, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə tam şəkildə əməl olunmuşdur. İddiaçı tərəfindən şagirdlə rin döyülməsi ilə bağlı disk məhkəməyə təqdim edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir.
34. Cavabdehin nümayəndəsi və vəkili mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.
35. Birinci instansiya məhkəməsində şahid X33 bildirmişdir ki, o, məktəbdə biologiya müəllimi işləyir və həmkarlar təşkilatının üzvüdür. Həmkarlar təşkilatının 7 üzvü olsa da, sonuncu iclasda 4 nəfər olmuşlar. Tarixlərini dəqiq xatırlamasa da, bir neçə dəfə iclas keçirilmişdir. İclasın birində iddiaçının 25 ilə yaxın müəllim işləməyini və eyni qəsəbədə yaşamalarını nəzərə alaraq töhmət vermək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixli iclasda direktorun təqdimatına əsasən iddiaçının işdə qalıb-qalmamağını müzakirə etmiş və onun işdən çıxa rılmasına razılıq vermişlər. xx.xx.2022-ci ilin iclasının saatını dəqiq xatırlamır, ancaq dərs vaxtı olmuşdur. xx.xx.2022-ci ilə kimi 3 iclas keçirilmişdir, amma tarixləri yadında olmamışdır. İki iclasda iddiaçı iştirak etmiş, ancaq məlumat vermələrinə baxmayaraq sonuncu iclasda iştirak etməmişdir. İclaslarda iddiaçının şagirdləri vurması ilə bağlı kamera görüntüləri və iddiaçının işdən çıxarılması ilə bağlı məsələləri müzakirə etmişlər. İddiaçıya töhmət, sonra şiddətli töhmət verilmişdir. O, uşaqların döyülməsini şəxsən görməmiş, həmin vaxtlarda dərslərdə olmuş, ancaq bunları kamera görüntülərini izləyəndə görmüşdür. Dəfələrlə uşaqların vurulması ilə bağlı iddiaçı ilə danışmış və onu xəbərdar etmişlər ki, belə hərəkətlərə yol verməsin. Valideynlərin uşaqların döyülməsi ilə bağlı şikayət e dib-etmədiklərini bilmir, şagirdlərdən izahat alınmasından da məlumatı olmamışdır.
36. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, o, həmkarlar təşkilatının üzvüdür. xx.xx.2022-ci il tarixli iclasda 4 nəfər üzvdən ibarət tərkibdə iddiaçının işdən çıxarılmasını müzakirə etmişlər. İclasda qərara gəlmişlər ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının işdən azad olunmasına razılıq verilsin. Ondan əvvəlki iclaslarda iddiaçıya töhmət və şiddətli töhmət verilməsi qərar alınmışdır, çünki iddiaçı 5 nəfər şagirdi vurmuşdu. Təklikdə də, iclaslarda da iddiaçının özü ilə şagirdlərin vurulması barədə söhbət etmişdir. İddiaçı bağlı 3 iclas keçirilmiş, amma tarixləri yadında deyil. Əvvəlki və sonuncu iclasın saatını xatırlamır. Uşaqların döyülməsini şəxsən görməmiş, k amera görüntülərini izləmişdir. Sonuncu iclasda 4 nəfər – o, Ruqiyyə müəllimə, Sayad müəllim, Lətifə müəllimə olmuşlar. 29 dekabr tarixdə kompüter otağında keçirilən iclasda olmuşdur. 16 fevralda iclas olmuş və o iştirak etmişdir.
37. Birinci instansiya məhkəməsində şahid X8 bildirmişdir ki, o, 113 saylı orta məktəbdə kimya müəllimi işləyir və həmkarlar təşkilatının üzvüdür. İddiaçı ilə uzun müddət bir yerdə işləmişlər. xx.xx.2022-ci il tarixdə iclas keçirilmiş, iclasda iddiaçının uşaqları vurması ilə bağlı məsələləri müzakirə etmişlər. O, döyülən uşaqlar olan sinfin rəhbəri olmuşdur. xx.xx.2022-ci il tarixdən əvvəl iki iclas keçirilmişdir. İki iclasda iddiaçı iştirak etmiş, ancaq dəvət olunsa da, sonuncu iclasda iştirak etməmişdir. xx.xx.2022-ci il tarixli iclasın saatı yadında deyil. xx. xx.2022-ci il tarixdə iclas olmuş, o da iştirak etmiş və iddiaçının işdən çıxmaq məsələsini müzakirə etmişlər. O, iddiaçının məktəbin direktorunu və kollektivini təhqir etdiyini eşitməmişdir.
38. Birinci instansiya məhkəməsində şahid X9 bildirmişdir ki, o, həmkarlar təşkilatının üzvüdür. xx.xx.2022-ci il tarixli iclasda səhhəti ilə əlaqədar iştirak etməmiş, yalnız 29 dekabrda keçirilən iclasda katib kimi iştirak etmişdir. İclaslarda iddiaçının uşaqlara qarşı yol verdiyi hərəkətlər müzakirə olunmuşdur.
39. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, o, həmkarlar təşkilatının sədridir. 16 fevralda səhər saatlarında iclas keçirilmişdir. Üç dəfə iclas keçirmişlər, birinci iclas dekabr ayının 21-də olmuşdur. İclaslarda iddiaçının sinifdə uşaqları döyməsi ilə bağlı məsələlər müzaki rə olunmuşdur. O, həmin məktəbdə 40 ildir müəllim işləyir, iddiaçı da onun şagirdi olmuşdur. İddiaçının uzun müddət müəllim işləməsini nəzərə alaraq işdən çıxarılmasını istəməmişlər, buna görə də töhmət verilməsinə razılıq vermişlər. İkinci dəfə dekabrın ayının 29-da keçirilən iclasda disklərə və kamera görüntülərinə baxaraq iddiaçıya şiddətli töhmət verilməsinə razılıq verilmişdir. Üçüncü dəfə fevralın 16-da iclas keçirmişlər. Həmin iclasda rayon həmkarlar təşkilatından məktub gəlmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması ilə bağlı direktorun müraciətindən ya imtina etməlidir ya da razılıq verilməlidir. Fevral ayının 16-da onlara təqdim edilmiş aktlar və disklərə baxmış və iclasda iddiaçının işdən azad olunmasına razılıq vermişlər. İddiaç ı keçirilən iki iclasda iştirak etmiş, üçüncü iclasda o, zəng edəndə gələcəyini desə də, gəlməmişdir. Onlar da iddiaçının iştirakı olmadan 4 nəfər üzvdən ibarət iclas keçirmişlər. 16 fevralda keçirilən iclas səhər saatlarında keçirilmiş, ancaq dəqiq saatı yadında deyil.
40. Birinci instansiya məhkəməsində şahid X17 bildirmişdir ki, o, X16 valideynidir, həm də məktəbdə müəllim işləyir. İddiaçı Eyyubun ona cavab qaytardığı üçün Eyyubu vurduğunu demişdir. Sonra Eyyub demişdir ki, “Sabir müəllim, mən anama görə gəlmişəm sizin yanınıza, ancaq Sizdən üzr istəməyəcəm, çünki mənim heç bir təqsirim olmamışdır”. O, baş verənləri məktəbin direktoru Gültəkin müəllimə demiş, Gültəkin müəllim ona kamera görüntülərini göstərəndə Eyyubun iddiaçı tərəfindən vurulduğunu görmüş, ancaq iddiaçıdan şikayətçi olmadığını bildirmişdir. İddiaçının məktəb rəhbərliyini söyməsi barədə heç nə bilmir və hansısa aktı imzaladığını xatırlamır.
41. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, məktəbdə informatika müəllimi işləyir, X1 rəhbəridir. X16 vurulduğunu şəxsən görməsə də, kamera görüntülərini izləyərkən görmüş və bununla bağlı aktları imzalamışdır. İddiaçı pedoqoq kimi çox yaxşı müəllim olmuş, ancaq əsəblərini cilovlaya bilməmişdir.
42. Birinci instansiya məhkəməsində şahid X6 bildirmişdir ki, 30 ilə yaxındır ki, həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavinidir. İddiaçı ilə heç bir ədavəti yoxdur, ancaq iddiaçı çox əsəbi insandır. Dəfələrlə olub ki, dərslərdə qışqırıq səslərini eşitmiş və dəhlizdə həmişə iddiaçını sakitləşdirməyə çalışmışdır. O, iddiaçını 1997-ci ildən tanı yır. İddiaçıya pandemiya zamanı yol verdiyi hərəkətlərə görə, dəfələrlə maska taxması və pandemiya qaydalarına riayət etməsi ilə bağlı xəbərdarlıqlar etmişdir. Həmçinin iddiaçı həmişə dərsə gecikmiş, buna görə də iddiaçıya birinci saat dərs yazmamış, çalışmışdır ki, ikinci saata yazsın, ancaq yenə də həmin dərsə də gecikmişdir. Pandemiya qaydalarına riayət etmədiyini kamera görüntülərindən izləmiş və girişdəki xanım da demişdir ki, iddiaçı əlinə spirt vurmaq istəmədən məktəbə daxil olur. O, iddiaçıya dəfələrlə gecikməsinin kameralara düşdüyünü demiş, ona ya izahat yazmasını, ya da əmək haqqından tutulmaların olacağını demişdir. Dərsdə olmaması ilə bağlı tərtib olunmuş aktları imzalamış, ancaq aktların tarixlərini dəqiq xatırlamır. İddiaçı direktoru söymüşdür.
43. Birinci instansiya məhkəmə sində şahid X10 bildirmişdir ki, o, Abdullayev İlqarın atasıdır. İddiaçı onun iki uşağına dərs demiş və iddiaçıdan heç bir narazılığı olmamışdır. Oğlu döyülməsi ilə bağlı evdə heç nə deməmişdir. İddiaçı oğlunu vurmamışdır. Oğlu ona vurulmasını desə idi, məlumatı olardı. İlqarın vurulması ilə bağlı məktəbdən ona heç nə deyilməmişdir. Oğlunun da ərizə yazmasından xəbəri yoxdur. Oğlu vurulsa idi, gəlib deyərdi, məlumatı olardı.
44. Birinci instansiya məhkəməsində şahid X13 bildirmişdir ki, o, məktəbin 10 “ç” sinfində oxumuşdur, hazırda peşə məktəbində oxuyur. İddiaçıdan heç bir şikayəti olmamışdır. İzahatı ona direktor necə demişdirsə, elə də yazmışdır, öz sözləri ilə yazmamışdır.
45. Birinci instansiya məhkəməsində şahid X24 bildirmişdir ki, o, həm X11 valideynidir, həm də məktəbdə tarix müə llimi işləyir. İddiaçı xx.xx.2021-ci il tarixdə 11-ci sinifdə oxuyan oğlunu söymüş, nalayiq sözlər demiş, təhqir etmişdir. Oğlu iddiaçıya öz iradını bildirib ki, ona elə sözlər deməsin. İddiaçı də həmin anda oğluna şillələr vurmuşdur. Bunu ona oğlunun sinif yoldaşları deyəndə sarsıntı keçirmişdir. Direktor Gültəkin xanıma bildirmişdir ki, həmin sinifdə baş verən hadisə ilə bağlı kamera görüntülərini izləmək istəyir. Görüntüləri izlədikdən sonra izahat yazmışdır kı, oğlunun hər hansı təqsiri olarsa, uşaqdan əvvəl iradlarını valideyn kimi ona bildirsin və şikayətçi olmadığını da qeyd etmişdir. Ancaq çox təəssüflər olsun ki, iddiaçı onun övladına şillələr vurmuşdur. Qohumluq əlaqəsi olduğu üçün iddiaçıdan şikayətçi olmamışdır.
46. Birinci instansiya məhkəməsində şahid X12 bildirmişdir ki, 201 9-cu ildən məktəbə direktor müavini təyin olunmuşdur. O və Şirin müəllimə iddiaçıya dəfələrlə dərsə gecikməsi, şagirdlərlə bağlı münasibəti barədə iradlarını bildirib xəbərdarlıq etsələr də, iddiaçı buna riayət etməmişdir. İlyasa qışqırdığını və əl qaldırdığını şəxsən görmüşdür. Dəfələrlə kamera görüntülərində iddiaçının şagirdləri vurmasını izləmiş və bu hərəkətləri aktlaşdıraraq ona töhmət və şiddətli töhmət vermişlər. İddiaçı dəfələrlə dərsə gecikmiş, şagirdləri təhdid etmiş, vurmuş, müəllimlərin etik davranış qaydalarını pozmuşdur. İlyasla dalaşan gün iddiaçı məktəb rəhbərliyinin ünvanına söyüş söymüşdür.
47. Birinci instansiya məhkəməsində şahid X18 bildirmişdir ki, o, iddiaçı ilə qonşudur. İddiaçı uşağına qışqırsa da, onun müəllimdən heç bir şikayəti olmamışdır. Həyat yoldaşı da mə ktəbdə müəllimdir, o da müəllimdən şikayətçi olmamışdır.
48. Birinci instansiya məhkəməsində şahid X19, o, Məhəmmədin atasıdır. İddiaçı oğlunu döyməmiş, onu məktəbə çağırmamış, oğlu da bu barədə ona heç nə deməmiş, müəllimdən şikayət etməmişdir.
49. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (2(008)-3843/2022 nömrəli iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Şənbur Qədirova).
50. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının işdən azad edilməsi qanunun tələblərinə riayət edilməklə həyata keçirilmişdir. Belə ki, iddiaçı işlədiyi müddətdə dəfələrlə əmək funksiyalarını pozmuş və vicdanla yerinə yetirməmiş, heç bir üzürlü səbəb olmadan dəfələrlə bütün iş günü işə gəlməmiş, dərslərə gecikmiş, özünün də izahatlarında etiraf etdiyi kimi şagirdlərlə kobud rəftar etmiş, onlara qarşı fiziki zor tətbiq etmiş, qeyd olunanlar CD diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bununla da, iddiaçı əmək qanunvericiliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur.
51. Birinci instansiya məhkəməsi tutduğu vəzifədən azad edilərkən həmkarlar ittifaqının müvafiq razılığının alınmaması, bu səbəbindən mübahisələndirilən əmrin qanunsuz olması barədə iddiaçının dəlilini də əsassız hesab edərək göstərmişdir ki, həmin hallar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla təkzib olunur.
52. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əm ək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi əsaslı olmuşdur, odur ki, iddia tələbi işə bərpa edilmə hissəsində rədd edilməlidir.
53. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, işin müəyyən edilmiş hallarına əsasən, iddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edildiyini və bu barədə məktəbin direktoru Gültəkin Rüstəmovanın xx.xx.2022-ci il tarixli, 26 nömrəli əmrinin mövcud olmasını bilsə də, məhkəməyə işə bərpa tələbi ilə yalnız xx.xx.2022-ci il tarixdə, qanunvericiliklə müəyyən edilmiş bir aylıq iddia müddətini buraxmaqla müraciət etmişdir.
54. Birinci instansiya məhkəməsi iddiaçının işə bərpa edilməsinə dair iddia verməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmasını onun tələbinin rədd edilməsi qənaətinə gəlinməsi üçün əsas kimi qəbul etmişdir.
55. Birinci instansiya məhkəməsi qanunsuz olaraq işdən çıxarılma nəticəsində məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də tələbin əsassız olması qənaətinə gəlmişdir.
56. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 375, 377-ci, Əmək Məcəlləsinin 68, 70, 72, 76, 80, 83, 296-cı maddələrinin müvafiq hissə və bəndləri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.3, 2.1.5, 2.1.7, 3.8, 4.1.1-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
57. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir.
58. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə səbəb kimi onun əmək funksiyalarını layiqincə yerinə yetirmədiyi və dərs zamanı şagirdlərə güc tətbiq etməsini təsdiq edən video görüntü qeyd olunmuşdur. Halbuki həmin video görüntüdəki şagird iddiaçının qohumu olmuş, atası onun tərbiyə işləri ilə məşğul olmağı iddiaçıya həvalə etmiş, şagird isə dərsdə müəllimə və digər şagirdlərə hörmətsizlik etdiyi üçün əlini onun üzünə toxundurmuş, məqsədi tərbiyələndirmək olmuşdur, heç bir fiziki güc tətbiq etməkdən söhbət gedə bilməz. Həmçinin həmkarlar ittifaqının 3 dəfə iclası keçirilmiş, hər dəfə iddiaçının işdə saxlanması tövsiyə olunmuş, sonuncu iclas xx.xx.2022-ci il tarixdə keçirilmiş, xx.xx.2022-ci il tarixdə keçiri lən iclas barədə iddiaçıya məlumat verilməmiş, həmin iclasda onun işdən çıxarılması barədə razılığa gəlinmişdir. Həmin iclas formal keçirilmişdir. İddiaçının ona töhmət verilməsi barədə məlumatı olmamışdır. İddiaçının yazdığı izahatlarla bağlı məhkəmə iclasında söylədikləri protokolda əks olunmamış, bu səbəbdən protokola qeyd vermək zərurəti yaranmışdır. Belə ki, ondan boş kağıza imza etməsi istənilmiş, bundan sonra izahat yazılmışdır.
59. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2678/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Anar Tanrıverdiyev).
60. Birinci instansiya məhkəməsinin mövq eyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının şagirdlərə güc tətbiq etməsi video görüntülərlə təsdiqini tapmışdır. Bununla da, iddiaçı əmək qanunvericiliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur.
61. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının həmkarlar ittifaqının müvafiq razılığının alınması ilə bağlı iclasın formal olması barədə qeyd etdikləri də hər hansı sübutla təsdiq olunmamış, mülahizə xarakterli olmuşdur. Çünki həmkarlar ittifaqının iddiaçının işdən çıxarılması barədə razılığın verilməsinə dair iclasın keçirilməsi mülki iş materiallarında olan cavabdeh məktəbin Həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 13 nömrəli protokolundan çıxarış (i/v 85), həmçinin şahid ifadələri ilə təsdiq olunmuşdur. Bununla müəyyən olunur ki, iddiaçının işdən azad edilməsi qanunun tələblərinə riayət edilməklə həyata keçirilmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi müddətdə dəfələrlə əmək funksiyalarını pozması və vicdanla yerinə yetirməməsi, heç bir üzrlü səbəb olmadan dəfələrlə bütün iş günü işə gəlməməsi, dərslərə gecikməsi, şagirdlərlə kobud rəftar edərək, onlara qarşı fiziki zor tətbiq etməsi mülki iş materialları ilə təsdiq olunduğundan, apellyasiya şikayətinin dəlilləri isə öz təsdiqini tapmadığından, apellyasiya şikayəti təmin edilə bilməz.
63. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68, 70, 71, 72, 80, 83-cü maddələrinin müvafiq hissə və bəndləri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.3, 2.1.5, 2.1.7, 3.8, 4.1.1, 4.1.3, 4.1.9-cu bəndləri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
64. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
65. Şikayətin dəlilləri belə olmuşdur ki, iddiaçının əmək müqaviləsinə məktəb direktorunun xx.xx.2022-ci il tarixli, 29 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq xitam verilmişd ir. Zərərçəkmiş şagirdlər Məmmədov Zeynal, Abdullayev İlqar və Ələkbərov Sənandan xx.xx.2021-ci il tarixində baş vermiş hadisə ilə bağlı izahatlar alınmışdır. İzahatlar xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. Həmin şagirdlər xx.xx.2021-ci il tarixdə xx.xx.2021ci il tarixdə hələ baş verəcək (guya) hadisə ilə bağlı 28 gün öncədən izahatlar yazmışdır. Bu şagirdlərdən Abdullayev İlqar məhkəmə iclasında şahid qismində dindirilən zaman bildirmişdir ki, bu izahatı ona məktəb direktoru öz otağında məcburi yazdırmışdır. Şahid qismində Məmmədov Zeynal məhkəmə iclas zalında olsa da məhkəmə tərəfindən onun çıxışına icazə verilməmişdir. Valideyn kimi şahid qismində dindirilən şagird Abdullayev İlqarın valideyni bildirmişdir ki, ümumiyyətlə onun bu məsələdən xəbəri olmamış və o, heç bir izahat yazma mışdır. Həmkarlar İttifaqının bu məsələ ilə bağlı ümumilikdə 3 iclası keçirildiyini bildirmişlər. Ardıcıl olaraq xx.xx.2021-ci il, xx.xx.2022-ci il (bu iclasın materialları məhkəməyə təqdim edilməmişdir.) xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Həmkarlar İttifaqının iclası keçirilmişdir. Məhkəmə zamanı şahidlərin dindirilməsi ilə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə iclasın keçirilməsi müəyyən edilmişdir, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə isə iclasın keçirilməsini Həmkar İttifaqının sədrindən başqa heç kim təsdiq etməmişdir.
66. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3386/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
67. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən törədildiyi bildirilən sonuncu intizam xətasının tarixi 16 dekabr 2021-ci il tarixidir. Həmçinin iş materialları ilə təsdiq edilir ki, iddiaçı tərəfindən törədildiyi bildirilən intizam xətaları ilə əlaqədar 29 dekabr 2021-ci il, 21 yanvar 2022-ci il, 14 fevral 2022-ci il və 16 fevral 2022-ci il tarixlərində həmkarlar təşkilatının iclasları keçirilmiş və hər bir iclasın nəticəsində fərqli qərarlar qəbul edilmişdir. Hətta ikinci dəfə keçirilən həmkarlar təşkilatının iclası belə iddiaçının törətdiyi irəli sürülən intizam xətasının aşkara çıxarıldığı tarixdən 1 ay sonra keçirilmişdir; - Əmək Məcəlləsinin 187- ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər; - 4 dəfə həmkarlar təşkilatının iclası keçirilərək fərqli qərarlar qəbul edilməsinə baxmayaraq, məhkəmələr tərəfindən həmkarlar təşkilatının sonuncu – 16 fevral 2022-ci il tarixli iclasında qəbul edilmiş qərarın əsas götürülməsi, digər qərarların isə qəbul edilməməsinin əsasları göstərilməmiş, 4 dəfə həmkarlar təşkilatının iclasının keçirilərək fərqli qərarlar qəbul edilməsinin səbəbləri araşdırılmamış, qərarların mötəbərliyinə hüquqi qiymət verilməmişdir; - nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir; - apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda göstərilən nöqsanlar aradan qaldırılmaqla bərabər iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi də araşdırılmaqla sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməli, maddi və prosessual hüquq normalarının tələbinə uyğun məhkəmə aktı qəbul edilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
68. Təkrar apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili məhkəməyə yazılı ərizə ünvanlayaraq göstərmişdir ki, 4 dəfə həmkarlar təşkilatının iclası keçirilərək fərqli qərarlar qəbul edilməsinin səbəbi bu olmuşdur ki, məktəb həmkarlar təşkilatı 3 dəfə məktəb direktorunun təqdimatını müzakirə edə rkən qanunun tələbinə, yəni Əmək Məcəlləsinin 80-cı maddəsinin 2-ci bəndinə riayət etməmiş, təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməmişdir. Belə ki, həmkarlar təşkilatı 3 dəfə iclas keçirərək iddiaçıya töhmət verilməsini tövsiyə etmişdir. Hansı ki, qanunun mənasına görə məktəb həmkarlar təşkilatı müvafiq əsasla ya iddiaçının işdən azad edilməsinə razılıq verməli, ya da verməməli idi. Məktəb həmkarlar təşkilatının 4-cü dəfə, 16 fevral 2022-ci ildə iclas keçirməsində də səbəb bu olmuşdur. İddiaçı Əmək Məcəlləsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İş materiallarına görə iddiaçı işdən azad olma barədə əmrini və ya əmək kitabçasını məktəbin bundan ötrü mövcud olan müvafiq jurnalında qeyd-imza etməklə 26 f evral 2022-ci il tarixdə götürmüş, 26 mart 2022-ci il tarixdə qeyri-iş günü olsa da, qanunla nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin sonuncu günündə, yəni 28 mart 2022-ci ildə mübahisənin məhkəməyə qədər həlli üzrə mediasiyaya müraciət etmişdir. İddiaçı 21 aprel 2022-ci il tarixdə mediasiya arayışını əldə etmiş və bundan 14 gün sonra, 05 may 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
69. Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 2(103)-573/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Xəyal Sarıyev).
70. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya ins tansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər apellyasiya instansiyası məhkəməsində araşdırılarkən cavabdeh tərəf bu barədə mövqeyini əsaslandırmışdır. (bax:68-ci bənd)
71. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, kassasiya instansiyası məhkəməsinin digər göstərişində qeyd olunan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi baxımından da işin halları araşdırılmış və müəyyən olunmuşdur ki, əmək müqaviləsinin ləğv olunma səbəbləri kimi iddiaçının 30 noyabr 2021-ci il, 14 dekabr 2021-ci il və 16 dekabr 2021-ci il tarixlərdə dərs zamanı şagirdlərə fiziki güc tətbiq etdiyi, pedaqoji etika normalarına uyğun olmayan münasibət göstərməsi qeyd edilmişdir. Yəni, sonuncu tarix 16 dekabr 2021-ci il tarix əsas götürülsə belə, əmr 16 fevral 2022-ci il tarizdə verildiyindən 1 aylıq müddət ötürülərək intizam tənbehi 2 ay sonra tətbiq olunmuşdur.
72. Kassasiya instansiyası məhkəməsinin iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsinin də araşdırılması barədə göstərişinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, qanunvericilikdə nəzərdə tutlumuş sənədlər 26 fevral 2022-ci il tarixdə iddiaçıya təqdim olunduğundan iddia müddətinin axımı da həmin vaxtdan başlamışdır. 1 aylıq iddia müddətinin son günü (26 mart 2022-ci il) qeyri-iş gününə düşmüş və buna görə də son gün növbəti iş günü 28 mart 2022-ci il tarix götürülməlidir. İddiaçı tərəfindən mediasiya şurasına 28 mart 2022-ci il tarixdə müraciət olunması işin mübahisəsiz halı olmuşdur. Belə ki, bu xüsusat işdə olan qəbz (iş materiallarının 15-ci vərəq əsi) və işdə iştirak edən şəxslərin izahatları ilə təsdiqini tapmışdır. İddia müddətinin sonuncu günü mediasiyaya müraciət olunduğundan mediasiya prosesi başlanılmış və iddia müddətinin axımı dayandırılmışdır.
73. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmadığına, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” 21 aprel 2022-ci il tarixdə tərtib olunduğundan “Mediasiya haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən iddia müddətinin axımı həmin tarixdən bərpa olunmuşdur. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi ilə məhkəməyə həmin gün və ən geci bir gün sonra müraciət olunmalı idi. Lakin iddiaçı tərəfindən məhkəməyə iddia müddətinin başa çatdığı gündən 13 gün sonra - 5 may 2022-ci il tarixdə mü raciət olunmuş, yəni, iddia müddəti ötürülmüşdür.
74. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Mülki Məcəllənin tələblərinə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından da müəyyən olunmuşdur ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.
75. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan əmrin verilməsində yuxarıdakı bəndlərdə qeyd olunan pozuntular mövcud olsa da, iddia ərizəsi müddət ötürülməklə verildiyindən həmin xüsusatlar iddianın təmin edilməsi üçün əsas ola bilməz və məhz iddia müddəti keçdiyinə görə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmuşdur. Birinci instansiya mə hkəməsi iddianın rədd olunması qənaətinə gələrkən digər əsaslarla yanaşı, iddia müddətinin keçməsini də əsaslardan biri kimi qeyd etdiyindən, MPM-in 385.2-ci maddəsinin tələbi baxımından qətnamənin ləğvi üçün əsaslar mövcud deyil.
76. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68, 70, 71, 72, 80, 83, 296-cı, Mülki Məcəllənin 379.1.6, 379.4-1-ci, “Mediasiya haqqında” Qanununun 21.5, 24.7, 32.4.2, 35.1, 35.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 771-ci maddələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.3, 2.1.5, 2.1.7, 3.8, 4.1.1, 4.1.3, 4.1.9-cu bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kas sasiya şikayətinin dəlilləri
77. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
78. Şikayət onunla əsaslandırılmışdır ki, “Mediasiya haqqında” Qanunun tələbinə əsasən arayış tərəflərə təqdim edildiyi gündən məhkəməyə müraciət edilməli idi. İddiaçı da həmin arayışı əldə etdiyi gün məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də məhkəmənin hazırkı mübahisəyə iddia müddətinin axımının tətbiq etməsi qanunsuz olmuşdur. Mülki iş təkrar apellyasiya baxışına qayıdarkən kassasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması mühüm hesab edilən məsələlər məhkəmə iclasında araşdırılmamış, yalnız iddia müddətinin tətbiqi məsələsini müzakirə etmişdir. İş materiallarında n da görünmüşdür ki, iddiaçının hüquqları həqiqətən pozulmuş, onun barəsində tərtib edilmiş aktlar və protokollar tam əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
79. Cavabdehin nümayəndəsi (vəkili) kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının dəfələrlə törətdiyi əmək intizamı pozuntuları və “Müəllimlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozmasına görə cavabdehin əmri əsaslı və qanuni olmuşdur. İddiaçının işdən azad edilməsi üçün qanuni əsaslar olmuş və işdən azad etmə qanunla nəzərdə tutulmuş qaydalara uyğun edilmişdir. İddiaçının şagirdlərə qarşı dəfələrlə şiddət göstərməsi və fiziki güc tətbiq etməsi işdə olan sübutlarla, o cümlədən video görüntülər, şahid ifadələri və aktlarla təsdiqini tapmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68 (1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə 71(2). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmu ş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 80(1). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80(2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittif aqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83(1). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83 (2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379.1.6. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: tərəf lər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Maddə 24.7. Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müdd əti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Maddə 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən Mediasiya prosesinə xitam verilir. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Koll egiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları” Bənd 2.1.3. Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. Bənd 2.1.5. Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tə nqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. Bənd 2.1.7. İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir. Bənd 3.8. Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir. Bənd 4. 1.1. Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir. Bənd 4.1.3. Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. Bənd 4.1.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkə mə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
80. Kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
81. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
82. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
84. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
85. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir.
86. İşdən görünür ki, işin təkrar baxışı za manı apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmasını müəyyən etsə də, bununla yanaşı, iddiaçının iddia müddətini ötürməsini də müəyyən etmiş və iddianı da müddətin ötməsi əsası ilə təmin etməmişdir. (bax: 72-73-cü bəndlər).
87. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın qeyd edilən əsasla təmin edilməməsi düzgün olmuşdur.
88. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanunun tələbinə və işin hallarına uyğundur. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi g ündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
89. Nəzərə alınsa ki, cavabdeh də müddətinin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.
90. Buna görə də məhkəmə kollegiyası iddia müddətinin keçməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarının 72 və 73-cü bəndlərində əks olunan dəyərləndirməsi ilə razılaşır.
91. Həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə də işin digər halları ilə yanaşı qiymət verilməli olması barədə hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında göstəriş olmuş, apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərə əməl edərək, iddiaçının əmək müqaviləsinə x itam verilməsi zamanı qanunvericiliyin tələblərini pozulmasını müəyyən etsə də, iddia müddətinin keçməsini də işin hallarını araşdırmaqla müəyyən etmişdir. 92. “Mediasiya haqqında” Qanunun tələbinə əsasən iddiaçının mediasiya arayışını əldə etdiyi gün məhkəməyə müraciət etməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, bu dəlil işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təkzib edilir. Belə ki, müəyyən edilib ki, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” 21 aprel 2022-ci il tarixdə tərtib olunmuş, iddia ərizəsi iddiaçı tərəfindən məhkəməyə iddia müddətinin başa çatdığı gündən 13 gün sonra - 5 may 2022ci il tarixdə təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçının mediasiya arayışını əldə etdiyi gün məhkəməyə müraciət etməsi barədə ka ssasiya şikayətinin dəlili təsdiqini tapmır.
93. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
94. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-573/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.