Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2105/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qanuni və müqavilə əsası olmadan əsassız varlanmış şəxsdən pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-706/2025 nömrəli 11 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin 15 iyun 2023cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarı ilə, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, araşdırma zamanı izahatı alınmış X11 qeyd etmişdir ki, təxminən 5 ildir ki, İddiaçı tanıyır və onunla tanışlıq səbəbi ona məxsus olan "xxxx" MMC-də icraçı direktor vəzifəsində çalışması olub. O, dostu X9 məxsus olan “X25 markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı satıb və həmin avtomobilin pulu olan 50.000 manat pul vəsaiti ona məxsus ol an Şirtkətin pullarından verdiyi üçün dostu X15 avtomobilə dair verdiyi etibarnaməni ləğv edib. Halhazırda İddiaçı dostu X9 məxsus olan “X25 markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmır və onların arasında Fizuli Rayon Məhkəməsində araşdırma aparılır.
2. Füzuli Rayon Məhkəməsinin 6 iyul 2023-cü il tarixli, 2(064)-820/2023 nömrəli qətnaməsi ilə X8 İddiaçı qarşı “avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması” barədə iddiası təmin edilərək, “X25 markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin, onun 14 oktyabr 2022-ci il tarixli, BA221437 nömrəli qeydiyyat şəhadətnaməsinin İddiaçı alınıb X9 verilməsi qət edilmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(106)-1503/2023 nömrəli qətnaməsi ilə İddiaçı apellya siya şikayəti təmin edilmədən, iş üzrə Füzuli Rayon Məhkəməsinin 6 iyul 2023-cü il tarixli, 2(064)-820/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırılmışdır ki, o cavabdehlə birlikdə "xxxx" MMC-də işləyib və iş prosesi zamanı yaranmış münasibətlər çərçivəsində cavabdeh ona guya X9 məxsus olan “X25”markalı, **CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki mülkiyyətçisi olduğunu, həmin nəqliyyat vasitəsinin formal olaraq X8 mülkiyyətində olma sını bildirərək ona guya satması adı altında ondan 50.000 manat pul vəsaitini almış daha sonra sözügedən nəqliyyat vasitəsinin həqiqi sahibi X4 Rayon Məhkəməsində ona qarşı həmin nəqliyyat vasitəsinin geri qaytarılması barədə iddia qaldırmışdır. Həmin andan o, cavabdeh tərəfindən aldadıldığını və ümumiyyətlə ona məxsus olmayan və heç bir faktiki sahibliyi və ya mülkiyyəti olmayan nəqliyyat vasitəsini satış adı altında 50.000 manat pul vəsaitini qanunsuz olaraq ondan aldığını bilmiş, nəticədə cavabdeh həmin hərəkətlərə yol verməklə əsassız varlanmış və beləliklə də onun hüquqlarını pozmuşdur. Qeyd edilən hallar Hazırkı iddia ərizəsinə əlavə edilən tərəflər arasında olan danışıqlar və Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində “Cinayət işinin başlanılmasının rədd edilm əsi haqqında” 22 iyun 2023-cü il tarixli Qərarında cavabdehin həmin halları etiraf etməsi ilə sübuta yetirilir.
6. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, iddia ərizəsində sözügedən “X25” markalı, **-CS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi cavabdehə yox, X8 mülkiyyətində olmuşdur. Onu satmaq üçün cavabdehin hüququ olmamış, həmin avtomobil iddiaçıya yalnız istifadə üçün verilmişdir. İddiaçının verdiyi mübahisəli nəqliyyat vasitəsinin dəyəri olan 50.000 manat pul vəsaiti cavabdehin təsisçisi olduğu "xxxx" MMC-yə aid olan puldur və ödənilən vəsait müəssisəyə aiddir. Aralarında alqı-satqı müqaviləsi mövcud olmamışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, iddiaçı və onun ba cısı ilə yaxın rəfiqədirlər. O, X6 ilə bir yerdə olanda, iddiaçı bacısına zəng vuraraq təcili evdən 11.500 manat pulun ona çatdırılmasını xahiş etmiş və o, X6 ilə birlikdə pulu götürüb iddiaçının işlədiyi ofisə aparıb ona vermişlər. Daha sonra, yenə də X6 ilə birlikdə olan zaman, iddiaçı zəng vuraraq təcili avtomobilin pulunun ödənilməsi üçün ona 31.000 manat məbləğində pul lazım olduğunu bildirmiş və onlar evə gedib həmin pulu götürüb Milli Onkologiya Mərkəzinin yanında yerləşən “Expressbank”ın yanına aparmışlar, iddiaçı pulu götürüb ödəniş etmək üçün Banka girmiş, çıxdıqdan sonra avtomobilin pulunu bir hissəsini ödədiyini bildirmiş və qəbzi göstərmişdir. Bir neçə müddət sonra iddiaçı ondan 6.700 manat məbləğində borc pul vəsaiti istəmiş, aparıb işlədiyi ofisdə pulu vermiş və orada cavabd ehlə tanış olmuşdur. Avtomobil barədə dəqiq məlumatı yoxdur, ağ rəngdə Jeep və qiyməti 50.000 manat olduğunu bilir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, iddiaçının bacısıdır. Bacısı zəng vuraraq evdən 11.500 manat pul vəsaitini onun iş yerinə gətirilməsini xahiş etmiş və o, rəfiqəsi X20 ilə həmin pulu bacısına aparıb vermişlər. Daha sonra bacısı zəng vuraraq 18.200 ABŞ dolları pul vəsaiti lazım olmuş, lakin evdə həmin valyuta ilə pul olmadığından 31.000 manat məbləğində pul vəsaitini Milli Onkologiya Mərkəzinin yanında yerləşən “Expressbank”ın yanına aparmışlar və bacısı həmin banka girib maşının dəyərinin bir hissəsini ödəmişdir. Bildiyinə görə onun rəfiqəsi X10 6.700 manat borc almışdır. Həmin nəqliyyat vasitəsini iddiaçıya cavabdeh satmış, lakin sonradan avtomobilin ona məxsus olmadığını bilmişlər.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(001)4649/2023 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflərin "xxxx" MMC-də birlikdə işlədikləri zaman iddiaçının cavabdeh tərəfindən aldadılması və cavabdehin ona məxsus olmayan və heç bir faktiki sahibliyi və ya mülkiyyəti olmayan nəqliyyat vasitəsini satması və bu məqsədlə ondan 50.000 manat pul vəsaitini qanunsuz olaraq alması barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz.
11. Belə ki, iddiaçı sözügedən dilləri irəli sürsə də, cavabdehə 50.000 manat pul vəsaiti verməsini təsdiq edən hər hansı sübutları (hər hansı iltizamı, sadə yazılı formada hər hansı sənədi və sair) məhkəməyə təqdim etmə mişdir. Eyni zamanda, mübahisəli 50.000 manat pul vəsaitinin məhz iddiaçıya məxsus olması da iş üzrə müəyyən edilmir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X20 və X2 ifadələri ilə də 50.000 manat pul vəsaitinin bilavasitə cavabdehə verməsini A.Ələsgərzadənin sözlərinə istinadən bildirmişlər. Bu hal isə iddianın əsaslılığına dəlalət etmir.
12. Məhkəmə qeyd etmişdir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərə findən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.
13. Məhkəmə hesab etmişdir ki, sübutetmə yükü baxımından mübahisəli 50.000 manatın məhz iddiaçıya məxsus olduğunu və bu məbləğin cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan alındığını, bir sözlə, tələbin hüquqi və faktiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda işin məhkəmə araşdırılması bu hallar öz təsdiqini tapmamışdır.
14. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 14.1, 21.1, 21.2, 21.3, 386.1, 439.4, 1091.1, 1091.2, 1093.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməs inin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarında öz əksini tapmış cavabdehin izahatını nəzərə almamışdır. Həmin izahatında cavabdeh nəqliyyat vasitəsini iddiaçıya satdığını, lakin daha sonra pulun iddiaçıya deyil, onun direktoru olduğu müəssisəyə məxsus olduğunu bildirmişdir. Cavabdeh nəqliyyat vasitəsinə ödənilən 50.000 manat vəsaitin müəssisəyə məxsus olduğunu bildirsə də, bunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, hazırda formalaşmış işgüzar adətlərə əsasən nəqliyyat vasitəsinin alqı-satqısı zamanı əv vəl etibarnamə verilir, daha sonra rəsmiləşdirilir. Nəqliyyat vasitəsinin dəyəri ödənilmədən etibarnamə verilmir. Əgər nəqliyyat vasitəsinin dəyəri 50.000 manat iddiaçı tərəfindən ödənilməmişdirsə, ona hansı səbəbdən nəqliyyat vasitəsinə sərəncam vermək hüququna dair etibarnamə verilmişdi?. Cavabdeh izahatında nəqliyyat vasitəsini satdığını bildirməklə onlar arasında alqı-satqı əməliyyatının olduğunu etiraf edib. Eyni zamanda, tərəflər arasındakı “whatsapp” yazışmalarında da cavabdeh iddiaçıdan pul vəsaiti istəmiş, iddiaçı isə öz növbəsində pul vəsaiti verdiyini, həmin pulun alınan nəqliyyat vasitəsinə ödənilən puldan çıxdığını bildirərək pulu cavabdeh ödəmişdir. Qeyd edilən hallar şahid ifadələri ilə təsdiq olunsa da, məhkəmə hər hansı əsas və səbəb olmadan şahid ifadələrini sübut qismind ə qəbul etməmiş və bunu əsaslandırmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)-1690/2024 nörməli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(001)-4649/2023 saylı qətnaməsi ləğv edilmiş, cavabdehdən 50.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cinayət təqibi qaydasında müraciəti əsasında Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində araşdırma aparılmış və 15 iyun 2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan və toplanmış materiallarda cavabdehin d ostu X8 mülkiyyətində olan “X25”markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya satmasını təşkil etmək üçün sonuncudan 50.000 manat alması müəyyən edilmişdir. Belə ki, cinayət təqibi zamanı cavabdeh verdiyi izahatında Çin dövlətində olarkən iddiaçının ona göndərdiyi pulun Şirkətə məxsus kassada olan pul olduğunu və həmin pulun iddiaçıya heç bir aidiyyətinin olmadığını göstərib. Başqa sözlə, hazırki iş üzrə cavabdeh iddiaçıdan tələb edilən məbləği aldığını etiraf və təsdiq edir. Demək ki, cavabdeh etirafedici izahatı iddiaçını bu halları sübut etmək yükündən azad edir. Bu halların həqiqiliyi də hər hansı bir mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin mübahisələndirdiyi, yəni iddiaya etiraz etdiy i hissə iddiaçının tələb etdiyi məbləğin sonuncuya deyil, ona məxsus "xxxx" MMC-nə aid vəsait olması ilə bağlıdır. Lakin, cavabdeh bu dəlili ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı mötəbər sübut təqdim etməmiş, etirazını yalnız izahatı ilə ifadə etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Deməli iddiaçının tələb etdiyi məbləğin ona deyil, "xxxx" MMC-yə aid vəsait olduğunu sübut etmək yükü də təbii ki, cavabdehin üzərinə düşür. Ancaq cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi bu hallara dair məhkəməyə heç bir sübut təqdim etməmiş və həmin halı sübut edə bilmir. Düzdü, cavabdeh iddiaçının tələb etdi yi pulu ona məxsus Şirkətdən mənimsədiyini göstərsə də, bu xüsusatın yoxlanılması hazırki icraatın və iddianın predmeti deyil.
20. Bundan başqa, işdə olan tərəflər arasındakı “whatsapp” yazışmalarında da cavabdehin iddiaçıdan pul vəsaiti istəməsi, iddiaçının isə öz növbəsində pul vəsaiti göndərdiyini, həmin pulun maşına görə verdiyini, cavabdehin isə verilən pulun avtomobilə görə olduğuna etiraz etməməsi və qəbul etməsi təsdiq olunur. Cavabdeh tərəf bu yazışmaların ona məxsus oduğunu heç bir halda təkzib etməyib. Deməli bu sübutlar da iddianın təmin edilməsi üçün müstəqil əsas idi. Tərəflərin münasibətləri pozulduğundan avtomobilin mülkiyyətçisi hazırki iş üzrə iddiaçı tərəfə verilən etibarnaməni ləğv etdirərək avtomobilin qaytarılması üçün Füzuli Rayon Məhkəməsinə müraciət etmiş və iddi ası təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə hazırki iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamədə göstərilən hallar da hazırki iddianın əsaslı olduğuna dəlalət edir. Demək ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığı təsdiq olunur və buna görə də birinci instansiya məhkəməsinin iddianın rədd edçərkən iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
21. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququ cavabdeh üçün o, zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan mü nasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Ona görə də iddia təmin olunmalıdır.
22. Məhkəmə kollegiyası öz h üquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384, 385, 386, 387, 390-cı maddəlinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2024cü il tarixli, 2(103)-2608/2024 nörməli qərarı ilə (hakimlər Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)-1690/20 24 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
25. Kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında hər hansı müqavilə bağlanmayıb və hazırda iddiaçı hüquqi əsas olmadan cavabdehin onun hesabına 50.000 manat pul əldə etməklə əsassız varlandığını, cavabdeh isə iddiaçının ona göndərdiyi pul vəsaitinin iddiaçıya deyil, onun təsisçisi olduğu "xxxx" MMC-nə məxsus olduğunu bildirir.
26. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin “Əsassız varlanma və onun nəticələri”ni tənzimləyən 1091-1095-ci maddələrinin tələbləri nəzərdə keçirilə bilər.
27. Məlum olduğu kimi Mülki M əcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
28. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilir ki, əsassız varlanma dedikdəbir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Yəni bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi baş verir.
29. Göründüyü kimi əsassız varlanmada iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxs sayılır.
30. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına 50.000 manat pul əldə etməklə əsassız varlanması nəticəsinə gəlsə də, iddiaçının bunun nəticəsində həqiqətən əmlak itkisinə məruz qalıb-qalmaması barədə onun iddiaya etirazının dəlilləri ilə bağlı lazımi araşdırma aparmayıb. Halbuki, cavabdehin vəkili ilk gündən iddiaya etirazında, habelə məhkəmə iclasında verdiyi izahatında iddia tələbi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının nəqliyyat vasitəsinin dəyəri kimi ödədiyi 50.000 manat pul vəsaiti iddiaçıya deyil, məhz cavabdehin təsisçisi olduğu "xxxx" MMC-nə məxsusdur.
31. Cavabdeh özü də apellyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatında göstərib ki, iddiaçının ona göndərdiyi pul vəsaiti Şirkətə məxsus olub. Belə ki, Şirkətdə audit yoxlaması keçirilib və orada 600.000 manatdan çox yeyinti olduğu müəyyən edilib.
32. İşdən görünür ki, cavabdeh izahatında göstərdiyi bu faktı təsdiq etmək üçün məhkəməyə "xxxx" MMC-nin 02 aprel 2024-cü il tarixli audit rəyini təqdim etdiyi və həmin rəy işə əlavə olunduğu halda, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə həmin rəyi iş üzrə toplanmış digər sübutlarla, o cümlədən tərəflərin izahatları ilə yanaşı yoxlayıb qiymətləndirmədən, habelə işin obyektiv həlli üçün "xxxx" MMC-ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edib, onun qanuni təmsilçisinin hazırkı mübahisəli məsələyə münasibətini öyrənmədən, başqa sözlə işə əlavə edilmiş sözügedən audit rəyinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, həmin sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, cavabdehin etirazının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, audit rəydən görünür ki, "xxxx" MMC-də 01 yanvar 2021-ci ildən 16 mart 2023-cü il tarixədək olan dövr ərzində mal-material və pul vəsaitlərinin dövriyyəsinin audit yoxlaması aparılıb və satış obyektində çatışmayan mal qalığının dəyəri 840.273 manat, bank hesabından nağd qaydada 54.890 manat olmaqla, cəmi 895.163 manat pul vəsaitinin İddiaçı tərəfindən kənarlaşdırıldığı müəyyən edilib.
33. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə iddiaçının iddia etdiyi 50.000 manat pul vəsaitinin mənbəyi, yəni həmin pul vəsaitinin "xxxx" MMC-nə məxsus olub-olmadığı, "xxxx" MMC-nin bank hesabından 54.890 manat pul vəsaitinin nə vaxt çıxarıldığı, həmin pul vəsaitinin cavabdehə (nağd və ya bank vasitəsi ilə) göndərilib-göndərilmədiyi, habelə cavabdehin iddiaçıya borcunu n olub-olmadığı, avtomobilin razılaşdırılmış satış qiyməti və iddiaçı tərəfindən avtomobilin dəyərinin cavabdehə nə vaxt, hansı qaydada ödənilməsi və sair hallar tam, hərətəfli və obyektiv araşdırılmaqla, iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.
34. İşdən görünür ki, iddiaçı özü də iddia ərizəsində, Şirkətin fəaliyyəti üçün bir neçə dəfə cavabdehə borc verdiyini, sözügedən avtomobilin satış qiymətini cavabdehə hissəhissə ödədiyini, yəni pulun bir hissəsini cavabdehin ona olan borcu hesabına, qalan hissəsini isə Şirkətin hesabına ödədiyini inkar etmir. Belə olan halda iddiaçının Şirkətə ödədiyi vəsaitin təyinatı, məbləği dəqiqləşdirilmədən cavabdehdən iddiaçının xeyrinə bütövlükdə 50.000 manat pulun tutulması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qan uni və əsaslı sayıla bilməz. Halbuki, MPM-in 217.1-ci maddəsinin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Eyni zamanda, Mülki Məcəllənin 1092.1-ci maddəsinin mənasına görə, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Hər bir hüquqazidd hərəkət kimi əsassız varlanma da müəyyən hüquqi nəticələr yaradır. Əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququ isə bərpa edilməlidir.
37. Göründüyü kimi əsassız varlanma nəticəsində şəxsin pozulmuş hüququ o, halda bərpa edilə bilər ki, o həqiqətən əmlak itkisinə məruz qalmı ş olsun.
38. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında olan vatsab yazışmalarına, habelə cavabdehin istintaq orqanında verdiyi izahata əsaslanaraq, onun iddiaçıdan 50.000 manat pul almasını etiraf etməsi qənaətinə gəlsə də, həmin sübutlarla da cavabdehin iddiaçıdan bütövlükdə 50.000 manat pul alması nəticəsinə gəlməyə əsas vermir.
39. Belə ki, sözügedən vatsab yazışmalarını mötəbər yazılı sübut kimi qəbul etsək belə (hərçəndki cavabdeh həmin sübutun mötəbərliliyini qəbul etmir), həmin vatsab yazışmasında cavabdeh son olaraq iddiaçının ona avtomobilə görə 20.000 ABŞ dolları (təxminən 34.000 manat) verdiyini qeyd edib.
40. Həmçinin cavabdeh istintaq orqanında verdiyi izahatında nəinki iddiaçının 50.000 manat pul tələbinə dair iddiasını etiraf edib, əksinə izahat ında göstərib ki, iddiaçı ona məxsus olan "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləyib. Çin Xalq Respublikasında olarkən, onun xahişinə əsasən dostu X1 işləri aparmaq üçün iddiaçının adına etibarnamə verib. Həmin vaxt Şirkətin kassasında 100.000 manat pul olub, onun tapşırığına əsasən iddiaçı ona müəyyən məbləğdə pul göndərib. Bakı şəhərinə qayıtdıqdan sonra kassada olan pul vəsaitini mənimsəməsi ilə bağlı iddiaçı ilə aralarında narazılıq yaranıb. Bundan sonra iddiaçı ona hədə-qorxu gələrək göndərdiyi pulun 50.000 manatını guya avtomobilin alınması üçün göndərdiyi barədə şikayət edəcəyini bildirib.
41. Göründüyü kimi cavabdeh nə vatsab yazışmalarında, nə istintaq orqanında, nə də məhkəmə iclasında verdiyi izahatlarında avtomobilin alqı-satqısına görə iddiaçıdan bütövlükdə 50.000 manat aldığını etiraf etməyib.
42. Ona görə də apellyasiya instansiyası məhkəməsinin iddianı təmin edərkən, cavabdehin iddianı etiraf etməsi halına istinad etməsi MPM-in 52.2, 191-ci maddələrinin tələbləri baxımından əsaslı sayıla bilməz. Belə ki, sözügedən normaların mənasına görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
43. Hazırkı halda cavabdehin iddianı etiraf etməsi ilə bağlı apellyasiya in stansiyası məhkəməsinin gəldiyi nəticə sadalanan normaların şərtlərinə cavab vermir, yəni cavabdehin iddianı bütövlükdə etiraf etməsi halı, nə onun vatsab yazışmalarında, nə istintaq orqanında, nə də məhkəmə iclasında verdiyi izahatlarında aydın surətdə ifadə olunmayıb.
44. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3-cü maddəlinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
45. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə yenidən apellyasiya qaydasında baxarkən "xxxx" MMC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb etmişdir.
46. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 11 mart 2025-ci il tarixli, 2(103)-706/2025 nörməli qətnaməsi ilə (hakimlər- Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, Cavabdeh 34.374 (otuz dörd min üç yüz yetmiş dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 128 (yüz iyirmi səkkiz) manat 80 (səksən) qəpik məbləğində pul tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
47. Məhkəmə qeyd etmişdir ki, şahidlərin ifadələrindən g örünür ki, onlar 50.000 manat pul vəsaitinin iddiaçı tərəfindən bilavasitə cavabdehə verməsinin şahidləri olmamış, bu məsələni iddiaçıdan eşitmişlər.
48. Şahidlər onlar tərəfindən iddiaçıya 11.500 manat, 31.000 manat və 6.700 manat məbləğində pulun verilməsini bildirsələr də, həmin pul məbləğlərinin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edə bilmirlər, çünki bunun şahidi olmamışlar.
49. Buna görə də, məhkəmə bu şahidlərin ifadələrini etibarlı sübut kimi qəbul etməmişdir.
50. İddiaçı iddia tələbinin əsalı olmasını həmçinin onunla əsaslandırır ki, cavabdehin qanunsuz hərəkəti barədə onun şikayətı əsasında Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən aparılmış araşdırma zamanı cavabdeh izahat verərək, etiraf etmişdir ki, avtomobili ona satmış və bunun müqabilində ondan 50.000 manat məbləğin də pul almışdır.
51. Bununla bağlı məhkəmə bildirmişdir ki, Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən toplanmış və hazırkı mülki işin materiallarına əlavə edilmiş HK-944 sayı materialdan görünür ki, hazırkı iş üzrə cavabdeh iddiaçının bildirdiyi məzmunda izahat verməmişdir. Əksinə o, 27-ci PŞ-yə verdiyi izahatda bildirmişdir ki, avtomobili iddiaçıya satmamış, avtomobilə görə iddiaçıdan pul almamış, o, Çin Xalq Respublikasından ezamiyyətdə olduğu vaxt iddiaçının ona göndərdiyi pul vəsaiti təsisçisi olduğu "xxxx" MMC-nin pulu olmuşdur.
52. Buna görə də, Məhkəmə cavabdehin 27-ci PŞ-yə verdiyi izahatı iddianın əsaslı olmasını təsdiq edən sübut kimi qəbul etməmişdir.
53. İddiaçı iddia tələbinin əsalı olmasını həmçinin onunla əsaslandırır ki, onunla cavabdeh arasında olan “whatsapp” yazışmalarından gö rünür ki, avtomobilə görə ondan 50.000 manat alınmasını cavabdeh həmin yazışmada etiraf edir.
54. İş materiallarında olan yazışmalardan görünür ki, cavabdeh iddiaçıdan avtomobilə görə hissə-hissə cəmi 20.220 ABŞ dolları məbləğində pulu aldığını etiraf etmişdir.
55. Həmin yazışmaları sübut kimi qəbul etmədiyini bildirən cavabdeh yazışmada pulun avtomobilə görə ödənilməsini qeyd etməsinin ağlabatan izahını verə bilməmişdir.
56. Yazışmanın bilavasitə mübahisə tərəflərinin arasında aparılmasını nəzərə alan Məhkəmə hesab edir ki, həmin yazıma iddiaçı tərəfindən cavabdehə avtomobilə görə 20.220 ABŞ dolları pul vəsaitinin verilməsini təsdiq edən sübut kimi qəbul edilə bilər.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi qərarında göstərilənləri nəz ərə alan məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardadla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə iddiaçı tərəfindən hansı həcmdə vəsaitin "xxxx" MMC-nin hesabından nağdlaşdırdığı və həmin vəsaitlərin nağdlaşdırılması zamanı hansı müddətdə və məbləğdə "xxxx" MMC-nin hesabına pul vəsaitini mədaxil etməsi barədə məlumatlar, aparılmış ödəniş, köçürmə, mədaxil əməliyyatları (tarix, saat, əməliyyatın növü, məbləğ, valyuta, təsərrüfat subyektinin adı, əməliyyatın təyinatı, vəsaiti alan və ya göndərən tərəf barədə məlumat göstərilməklə) və onların hesablaşması üzrə çıxarışın təsdiq edilmiş surətinin "xxxx" ASCdən götürülməsini qərara almışdır. 58. "xxxx" ASC tərəfindən qərardad icra edilmiş və qərardadda qeyd edilən dövrü əhatə edən MMC-yə məxsus bank hesab larından çıxarış məhkəməyə təqdim edilmişdir.
59. Həmin çıxarış apellyasiya baxışı zamanı iş üzrə tərəflərin iştirakı ilə tədqiq edilmiş lakin həmin dövrdə iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabından pul vəsaitlərin nağdlaşdırılması, hesaba pul vəsaitini mədaxil etməsi və sair əməliyyatlar aşkar edilməmişdir.
60. Bu baxımdan qəbul edilməlidir ki, iş üzrə cavabdehin bildirdiyi hal, yəni iddiaçının MMC-yə məxsus pul vəsaitini mənimsəməsi halı öz təsdiqini tapmamışdır.
61. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi qərarında göstərilənləri nəzərə alan Məhkəmə cavabdehin təsisçisi olduğu "xxxx" MMC-də "xxxx" MMC tərəfindən aparılmış auditin nəticəsi ilə verilmiş xx.xx.2024-cü il tarixli audit rəyi ilə bağlı araş dırma aparmışdır.
62. Bu zaman Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin rəydə "xxxx" MMC-də mal-material və pul vəsaitlərinin dövriyyəsinin audit yoxlamasının aparılması və satış obyektində çatışmayan mal qalığının dəyəri 840.273 manat, bank hesabından nağd qaydada 54.890 manat olmaqla, cəmi 895.163 manat pul vəsaitinin iddiaçı tərəfindən kənarlaşdırıldığı müəyyən edilməsi qeyd edilsə də, MMC-nin həmin audit rəyinə əsaslanaraq iddiaçının barəsində etdiyi şikayət ərizəsi əsasında Bakı Şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı, "xxxx" MMC-yə məxsus pul vəsaiti mənimsəmişdir.
63. Bunları nəzərə almış Bakı Şəhəri Binəqədi Rayon Prokurorluğu 24-3-2-2/3100319 253-c-24 saylı material üzrə qəbul etdi yi xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanmasını rədd etmişdir.
64. İş üzrə tərəflərin verdikləri məlumatlardan bəlli olur ki, həmin qərardan şikayət verilməmiş, qərar qanuni qüvvəyə minmişdir.
65. Bu baxımdan da qəbul edilməlidir ki, iş üzrə cavabdehin bildirdiyi hal, yəni iddiaçının MMC-yə məxsus pul vəsaitini mənimsəməsi halı öz təsdiqini tapmır.
66. Göstərilənləri nəzərə alan məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirmişdir ki, iş üzrə tərəflər arasında hər hansı müqavilə bağlanmayıb və hazırda iddiaçı hüquqi əsas olmadan cavabdehin onun hesabına 50.000 manat pul əldə etməkl ə əsassız varlandığını, cavabdeh isə iddiaçının ona göndərdiyi pul vəsaitinin iddiaçıya deyil, onun təsisçisi olduğu "xxxx" MMC-yə məxsus olduğunu bildirir.
67. İşin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehin təsisçisi olduğu "xxxx" MMC-yə məxsus pulu mənimsəməmiş, iddiaçının cavabdehə ödədiyi pul vəsaiti MMC-yə dəymiş zərərin ödənilməsi ilə bağlı olmamış, avtomobilə görə olmuş və iddiaçı tərəfindən cavabdehə ödənilmiş (ödənilməsi sübuta yetən) pul vəsaiti 20.220 ABŞ dolları, yəni məzənnəyə uyğun olaraq (20.220 x 1,7 =) 34.374 manat məbləğində olmuşdur.
68. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasılnın Mülki Məcəlləsinin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikasılnın Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
69. Cavabdeh (vəkil- Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-706/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
70. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-706/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə zidd qəbul edildiyindən ləğv edilməlidir. Belə ki:
1. İş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında borc və ya alğı-atqı müqaviləsi olmamışdır. İddiaçı ilə cavabdeh arasında borcun verilməsi, əşyanın alınması kimi hər hansı bir şifahi razılaşma olmamışdır. Cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmişdir. İddiaçı ilə cavabdeh arasında yalnız sahibkar işçi münasibətləri olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xxxxxxx000400 saylı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı icraçı direktor vəzifəsinə təyin edtmişdir.
2. Sərəncam vermək hüququ əldə edən iddiaçı cavabdehin əməliyyatlarını tam nəzarətə götürmək niyyətilə sahibkarın ona verdiyi geniş səlahiyyətlərdən, icraçı direktor səlahiyyətlərindən, eləcə də sahibkarın etibarından suiistifadə edərək öz qardaşını X5 "xxxx" MMC-yə mühasib vəzifəsinə təyin etdirmişdir. xx.xx.2022-ci il tarixli 52G59C6000200 saylı əmək müqaviləsi bildirişindən görünür ki, X7 xx.xx.2022-ci il ta rixdə "xxxx" MMC-də mühasib vəzifəsinə təyin olunmuşdur.
3. İddiaçı qardaşı ilə əlbir olaraq "xxxx" MMC-nin 895.163 manat pul vəsaitini mənimsəmişlər. Qeyd edilən fakt "xxxx" MMC-də "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli audit rəyi ilə və 20-yə yaxın şahidlərin (alıcıların) Binəqədi rayon Prokurorluğuna təqdim etdikləri məlumatlarla təsdiq edilir. Lakin Bakı Apellyasiya Məhkəməsi Cinayət Prosessual Məcəlləyə əsasən bitməmiş, davam edən prosessual hüquqları bitmiş iş kimi qəbul edərək, yəni “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı Şəhəri Binəqədi Rayon Prokurorluğu 24-3-2-2/310- 0319 253-c-24 saylı, xx.xx.2024-cü il tarixli qərarına istinad edərək mənimsəmə faktının olmadığı qənaətinə gəlmişdir. Ali Məhkəmənin diqqətinə çatdırırıq ki, Apellyasiya Məhkəməs i həmin iş materiallarına əlavə edilmiş sübutlarla tanış olmadan bitməmiş işə istinad etmişdir. CPM həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququnu tanıyır və tərəflərindən həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir. Belə ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı Şəhəri Binəqədi Rayon Prokurorluğu 24-3-2-2/310- 0319 253c-24 saylı, xx.xx.2024-cü il tarixli qərarından aydın olur ki, iddiaçıya verilən xx.xx.2020-ci il tarixli, AR-11 № 023764 nömrəli etibarnaməyə əsasən maliyyə mühasibat və digər əməliyyatların aparılması iddiaçıya həvalə edilmişdir.
3. İddiaçının iddiasına əsasən 2022ci ildə cavabdehə məxsus (lakin dostu X8 adına formal olaraq qeydiyyata alınmış) “X25” markalı, 10- CS-070 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini h issə-hissə ödəməklə 50.000 manata satın almış və bu məqsədlə iddiaçıya 18 oktyabr 2022-ci il tarixdə etibarnamə verilməklə və avtomobil iddiaçıya təhvil verilmişdir. Lakin Füzuli Rayon Məhkəməsin xx.xx.2023-cü il tarixli qətnaməsindən aydın olur ki, iddiaçının bu iddiası tamamilə əsassızdır. İddiaçıya nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. Sərəncam verilməsi barədə etibarnamə verilməmişdir. İddiaçı avtomobili təhvil almışdırsa nə üçün adına rəsmiləşdirməsini tələb etməmişdir? Və ya nə üçün ən azından avtomobil üzərində sərəncam verilməsi barədə etibarnamə tələb etməmişdir? Avtomobil mübahisəsinə münasibət bildirməkdə məqsədləri iddiaçının açıq-aydın məhkəməni yanıltmağa cəhd etməsini göstərməkdir.
4. Apellyasiya instansiyası bir tərəfdən hesab edir ki, şahidlər onlar tərəfindən iddiaçıya 11.500 manat, 31.000 manat və 6.700 manat məbləğində pulun verilməsini bildirsələr də, həmin pul məbləğlərinin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edə bilmirlər, çünki bunun şahidi olmamışlar. Digər tərəfdən hesab edir ki, iş materiallarında olan yazışmalardan görünür ki, cavabdeh iddiaçıdan avtomobilə görə hissə-hissə cəmi 20.220 ABŞ dolları(34.374 manat) məbləğində pulu aldığını etiraf etmişdir. İddiaçı iddia edir ki, avtomobili bəyəndiyi üçün 50.000 manatı hissəhissə cavabdehə ödəmiş, sonuncu isə avtomobilin idarə edilməsi üçün Raqif Məmmədovun adından 2022-ci ilin oktyabr ayında iddiaçıya etibarnamə vermiş və avtomobili iddiaçıya təhvil vermişdir (qətnamə 2-ci bənd 3-cü abzas). Məhkəmə nəzərə almamışdır ki, cavabdeh Çin Xalq Respublikasında olduğu müdd ətdə iddiaçı ilə yazışmışdır. Cavabdehin Çin Xalq Respublikasında olması pul vəsaitlərinin nağd deyil, köçürmə yolu ilə verilməsi zərurəti ortaya çıxır. İddiaçı pulun nə vaxt və hansı qaydada verilməsini sübut edən faktları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə pulun nə vaxt və hansı qaydada verilməsini araşdırmamışdır.
5. Apellyasiya məhkəməsi işi tam araşdırmadan yarımçıq sənədlərlə hesab edir ki, "xxxx" ASC tərəfindən qərardad icra edilmiş və qərardadda qeyd edilən dövrü əhatə edən MMC-yə məxsus bank hesablarından çıxarış Məhkəməyə təqdim edilmişdir. Həmin çıxarış apellyasiya baxışı zamanı iş üzrə tərəflərin iştirakı ilə tədqiq edilmiş lakin həmin dövrdə iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabından pul vəsaitlərin nağdlaşdırılması, hesaba pul vəsaitini mədaxil etməsi və sair əməliyya tlar aşkar edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının üzvləri "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi hesabdan çıxarışı düzgün oxuya bilmədiklərindən yalnış nəticəyə gəlmişlər. Məhkəmə bank çıxarışlarına aydınlıq gətirilməsi üçün mütəxəsis dəvət edə, xüsusilə "xxxx" ASC-dən nümayəndə dəvət edib çıxarışa aydınlıq gətirilməsini tələb edə bilərdi. Belə ki, həmin hesabdan çıxarışda, eləcə də tərəflərindən əldə edilmiş rəsmi bank sənədlərində mədaxil və məxariclər açıq şəkildə görsənməkdədir. Ali Məhkəmənin diqqətinə X3 şəxsən "xxxx" MMC-nin “Expressbank”da olan hesabından çıxardığı və mənimsədiyi vəsaitlər barədə bankdan əldə etdikləri sənədləri (hər əməliyyat üçün ayrı çıxarış tələb etdik ki, işə aydınlıq gətirilsin) təqdim edirik. Sənədlərdə iddiaçıya məxsus rekvizitlə r, çıxarılan 44 890 manat vəsait barədə məlumatlar əks olunmuşdur (qoşma 3 vərəq).
6. Məhkəmə bitmiş hal kimi istinad etdiyi Binəqədi Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından şikayət verilməsini və istintaqda mülki işə təsir edəcək çoxlu sayda sübutlara nədənsə diqqət etməmişdir. Məhkəmə iddiaçının, eləcə də iddiaçının qardaşının cavabdehin işçisi oluğunu, iddiaçıdan maaş aldıqlarını, iddiaçı ilə mülki hüquqi münasibətlərdə olmadıqlarını, cavabdehin iddiaçıya inanaraq ona geniş səlahiyyətli etibarnamə verməsini, "xxxx" MMC-yə aid satış vəsaitlərinin iddiaçı tərəfindən əldə edilmələrinə, müştərilərdən ödənişləri kassaya deyil, bir başa öz kartlarına (Yelobank **********074765, Kapital bank **********869515, Premium bank **********185767) və qardaş ının kartına (Kapital bank **********521645) vurdurmalarına (iddiaçıya və qardaşına aid bank kartlarının foto şəkli və həmin bank kartlarına müştərilər tərəfindən ödənişləri təsdiq edən qəbzlər əlavə olunur), iddiaçının icraçı direktor olmaqla, qardaşının mühasib olmaqla Mülki Məcəllə və mühasibat uçotunu tənzimləyən qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşımalarını, iddiaçı və qardaşının bu səlahiyyətlərdən istifadə edərək satış vəsaitlərini bir başa öz kartlarına köçürmələrini, bankdan nağd şəkildə çıxardığı vəsaitləri, cavabdehin sahibkar olaraq il ərzində dəfələrlə Çin Xalq Respublikasında olmasını, həmin vaxt bütün səlahiyyətlərin məhz iddiaçıda olmasını nəzərə almamışdır. Müştərilərin mal alışı ilə bağlı ödəniş portallarından "xxxx" MMC-nin bank hesabına, biznes kartın a deyil, iddiaçının və onun qardaşının kart hesablarına pul köçürmələrini təsdiq edən qəbzləri təkrarən məhkəməyə təqdim edirik. İddiaçının "xxxx" MMC-nin bank hesabına vəsait qoyulması, "xxxx" MMC-nin bank hesabından vəsaitin çıxarılması, həmin vəsaitlərin iddiaçıya aid olması anlamına gələ bilməz. İddiaçı "xxxx" MMC-nin vəsaitlərinin idarə edilməsində birbaşa iştirak edir. Bu fakt "xxxx" ASC-nin təqdim etdiyi hesabdan çıxarışında da təsdiq edilir. Lakin məhkəmədə həmin hesabdan çıxarışı oxuya bilmədikləri üçün bu faktları qiymətləndirə bilməmişlər.
7. Cavabdeh Çin Xalq Respublikasında olduğu dövrdə ona yalnız xx.xx.2022-ci il tarixdə 18220 ABŞ dolları(30974 manat), xx.xx.2022-ci il tarixdə 1780 ABŞ dolları(3026 manat) "xxxx" MMCnin hesabından ödənişlər edilmişdir (Bax “Expressbank”ın çıx arışına). Bu isə iddiaçının iddia etdiyi ödəniş tarixindən 1 ay sonra baş tutmuş əməliyyatdır.
8. Məhkəmə cavabdehin “iddiaçının avtomobilin dəyərini ödəyib avtomobili təhvil aldığı” oktyabr ayında "xxxx" MMC-dəki sahibkarlıq fəaliyyəti üçün dostuna məxsus qeyd edilən avtomobili girov qoyaraq "xxxx" ASC-dən 50000 manat kredit götürüb Nərminə verməsi faktına münasibət bildirməmişdir. Ali Məhkəmənin diqqətinə çatdırırıq ki, "xxxx" MMC-nin bir neçə bankda hesabı mövcuddur. O, cümlədən "xxxx" ASC-də ("xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabından çıxarışı hissəvi təqdim edirlər). İddiaçının iddia etdiyi bu pul vəsaiti və "xxxx" MMC-nin digər gəlirlərindən verilən vəsaitlərdən gedir. - Məhkəmə qətnaməsində qeyd edilən yazışma “whatsapp” üzərindən deyil, “whechat” üzərindən aparılmışdır. - Cavabde h 20200 ABŞ dollarını maşının girov qoyularaq götürüldüyü vəsaitdən olmasını (maşının pulu) qəbul edir. Həmin vəsaitin iddiaçıya maşının satılması və onun vəsaiti kimi qəbul etmir. Hətda cavabdeh iddiaçıya yazır ki, “Mən maşının pulunu dəzgaha ayırmaq fikrində idim” deməklə maşını girov qoyaraq götürdüyü pulla dəzgah almaq istədiyini bildirməkdədir. Sual olunur. Əgər cavabdeh maşını iddiaçıya satırdısa nə üçün girov qoyub yüksək faizlə kredit götürürdü? Maşını Nərminə satıb vəsaitini almaqla əlavə faiz ödənişi etmək məcburiyyətində qalmazdı. - Yazışmaya diqqət yetirilsə aydın olar ki, bu ödənişlə yanaşı digər ödənişin mənbəyi barədə söhbət edilir. Məsələn “kreditivi Çingiz verən puldan verirsən” və ya “Çingiz sene ne qeder verib”. Çingiz adlı şəxsin "xxxx" MMC-nin istehsalat rəisi işləyird i. Vəsaitlərin bir hissəsini iddiaçıya o vermişdir. Qeyd edilən vəsaitlərin "xxxx" MMC-yə məxsusluğu barədə iddiaçının cavabdehə göndərdiyi səs yazısını məhkəməyə təqdim edirlər.
9. İddiaçı cavabdehin ona olan etibarından sui-istifadə edərək "xxxx" MMCdə icraçı direktor olduğu dövürdə “GRAF” markası adı altında Binəqədi rayonu, Binəqədi şosesində mağaza açaraq Fuad adlı tanışı ilə "xxxx" MMC-yə gələn malların bir qismini həmin mağazada sataraq cəmiyyərtin vəsaitlərini mənimsəmişdir. Tərəflərindən mağaza ilə bağlı araşdırmaya başlanıldığını bilən cavabdeh həmin mağazanı bağlayıb ünvan 1 ünvanıda bina altında adsız obyekt icarəyə götürərək yalnız telefon (***-***-**-** nömrəli) üzərindən satış həyata keçirməyə başlamışdır. Bu barədə istintaqa müvafiq məlumatları çatdırmışlar. Belə ki, Gömr ük bəyannamələri "xxxx" MMC-nin adına verilsə də, daxil olan malların üzərində Fuad adı yazılmaqdadır (foto əlavə olunur).
10. Məhkəmə nədənsə iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında “WeChat” yazışmasında iddiaçının cavabdehə göndərdiyi pdf formatında olan cədvələ hüquqi qiymət verməmişdir. Belə ki, tərəflər arasında mübahisə də məhz iddiaçının tərtib etdiyi bu saxta cədvəldən başlamışdır. İddiaçı bu saxta tərtib etdiyi cədvəli cavabdehə göndərərək hesabat verməyə cəhd etmişdir. Lakin həmin saxta tərtib edilmiş hesabatda qeyd edilən vəsaitləri cavabdehə göndərmədiyindən cavabdeh iddiaçıdan şübhələnmiş və vəsaitləri tələb etmişdir. Məhkəmə iddiaçının bu cədvəlindəki rəqəmlərin izahını, vəsaitlərin göndərilməsini təsdiq edən sübutları tələb etsəydi, iddianın əsasız olduğu qənaə tinə gələ bilərdi.
71. Məhkəmə Mülki Məcəllənin “əsassız varlanma” ilə bağlı müddəalarını yanlış tətbiq etmişdir. Öhdəliklərin müqavilədən kənar yaranmasını sübut edə bilmədiyindən məcəllənin bu müddəalarının tələblərini nəzərə almamışdır.
72. Apellyasiya Məhkəməsi işdə olan sübutları tam araşdırmamış, iddiaçının təqdim etdiyi yazışmanı yanlış olaraq “Whatsapp” yazışması hesab etmiş, tərəflər arasındakı “WeChat” yazışmasını təsdiq edici sənədlər olmadan təhrif edilmiş formada qəbul etmişdir. "xxxx"dan götürülmüş kreditə hüquqi qiymət verilməmişdir. Məhkəmə "xxxx" MMC-nin "xxxx" ASC-dəki hesabından göndərilən vəsaitin iddiaçıya məxsusluğunu sübut edilməsi istiqamətində heç bir prosessual tələb və qiymətləndirmə həyata keçirməmişdir.
73. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Mə cəlləsinin 49.3, 385.1, 386.1, 389.1, 390.1, 1091.1, 1093.1, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin10, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
74. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
75. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır
76. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzə rdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
77. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
78. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
79. Maddə 1092.1. Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
80. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməs i və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
81. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
83. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
84. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
85. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş h allara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
89. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
90. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
91. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
92. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
93. Cavabdeh tərəf kassasiya şikayətinə müəyyən sənədlər əlavə etmiş, eləcə də kassasiya instansiyasına elektron kabinet vasitəsilə 13 iyun 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə araşdırmaya qaytarılması haqqında” qərar təqdim etmişdir.B ununla əlaqədar məhkəmə kollegiyası bildirir ki, kassasiya məhkəməsi sübutları qəbul etmir və onların hüquqi qiymətləndirməsini həyata keçirmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.
95. Məhkəmə kollegiyası kassasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsi Cinayət Prosessual Məcəlləyə əsasən bitməmiş, davam edən prosessual hüquqları bitmiş iş kimi qəbul edərək, yəni “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı Şəhəri Binəqədi Rayon Prokurorluğu 24-3-2-2/310- 0319 253-c-24 saylı, xx.xx.2024-cü il tarixli qərarına istinad edərək mənimsəmə faktının olmadığı qənaətinə gəldiyi barədə dəlili ilə əlaqədar hesab edir ki, apellyasiya məhkəməsinin iddiaçının MMC-yə məxsus pul vəsaitini mənimsəməsi halının öz təsdiqini tapmaması barədə qənaəti hazırkı iş üzrə işdə iştirak edən şəxslərin iştirak etdiyi başqa işlərdə preyudisial əhəmiyyət daşımır.Belə ki, hazırkı iş üzrə mübahisə İddiaçı ilə Cavabdeh arasındadır. Apellyasiya məhkəməsinin iddiaçının vəsaitini mənimsəmədiyini bildirdiyi isə "xxxx" MMC-dir. İş üzrə Cavabdeh ilə "xxxx" MMC ayrı-ayrı şəxslərdir, iddiaçı "xxxx" MMC-yə qarşı deyil, Cavabdeh qarşı iddia qaldırmışdır. İddiaçı "xxxx" MMC-nin pul vəsaitini mənimsəyib-mənimsəmədiyinin müəyyənləşdirilməsi hazırkı iş üzrə iddianın və məhkəmə araşdırmasının predmetinə aid deyil.
96. Lakin apellyasiya məhkəməsinin iddiaçının MMC-yə məxsus pul vəsaitini mənimsəməsi halının öz təsdiqini tapmaması barədə prosessual hüquq normalarının tələbinə uyğun olmayan qənaəti nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnməmişdir.
97. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan yazışmalardan görünür ki, cavabdeh iddiaçıdan avtomobilə görə hissə-hissə cəmi 20.220 ABŞ dolları məbləğində pulu aldığını etiraf etmişdir.Həmin yazışmaları sübut kimi qəbul etmədiyini bildirən cavabdeh yazışmada pulun avtomobilə görə ödənilməsini qeyd etməsinin ağlabatan izahını verə bilməmişdir. Yazışmanın bilavasitə mübahisə tərəflərinin arasında aparılmasını nəzərə alan məhkəmə hesab etmişdir ki, həmin yazıma iddiaçı tərəfindən cavabdehə avtomobilə görə 20.220 ABŞ dolları pul vəsaitinin verilməsini təsdiq edən sübut kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin göstərilən mövqeyi və gəldiyi nəticə ilə razılaşır.
98. Məhkəmə kollegiyası kassasiya şikayətinin apelyasiya məhkəməsinin iddiaçının təqdim etdiyi yazışmanı yanlış olaraq “Whatsapp” yazışması hesab etdiyi, tərəflər arasındakı “WeChat” yazışmasını təsdiq edici sənədlər olmadan təhrif edilmiş formada qəbul etdiyi barədə dəlili ilə əlaqədar bild irir ki, əhəmiyyətli olan yazışmanın hansı sosial şəbəkə üzərindən aparılması deyil, yazışmanın məzmunudur. Apellyasiya məhkəməsi də müvafiq yazışmalara hüquqi qiymət (əvvəlki bəndə bax) vermişdir.Kassasiya kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin yazışmalara hüquqi qiymət verməsi prosessual hüquq normalarının tələbinə uyğundur.
99. Kollegiya bildirir ki, apelyasiya məhkəməsi tərəfindən kasasiya şikayətində göstərilən digər hallara prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası da həmin qiymətləndirmə ilə razılaşır.
100. Qeyd edilənlərə əsasən də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
101. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
102. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli 2(103)706/2025 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.