Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2106/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin vəkili X6, nümayəndəsi X3, Cavabdeh vəkili Hüseyinov Nüsrət Məzahir oğlunun, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vəkili X2, nümayəndəsi YYYnun iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Ə mlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Cavabdeh qarşı “invertarizasiya keçirilməsi üçün sənədlərin və dövlət mülkiyyətində olan əmlakın təhvil verilməsi və şəxsin məhdud məsuliyyətli cəmiyyətin idarə aparatından çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1243/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Hüseyinov Nüsrət Məzahir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-172/16 saylı, 20 may 2016-cı il tarixli qətnaməsi ilə (hаkim E.Ə.Mehdiyev) iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzin in Cavabdeh qarşı invertarizasiya keçirilməsi üçün sənədlərin və dövlət mülkiyyətində olan əmlakın təhvil verilməsi və şəxsin Məhdud Məsuliyyətli Cəmiyyətin idarə aparatından çıxarılması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh Sənaye Müəssisələri və Təmir-Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən inzibati binasından çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1243/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov, E.C.Kazımov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-172/16 saylı, 20 may 2016-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi Cavabdeh qarşı «invertarizasiya keçirilməsi üçün sənədlərin və dövlət mülkiyyətində olan əmlakın təhvil verilməsi və şəxsin Məhdud Məsuliyyətli Cəmiyyətin idarə aparatından çıxarılması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə invertarizasiya keçirilməsi üçün keçmiş Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin sənədlərinin və əmlakının Sənaye Müəssisələri və Təmir-Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi vəzifəsinin qoyulması və onun Sənaye Müəssisələri və Təmir-Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 3 ünvandakı idarə aparatından çıxarılması barədə qətna mə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh Sənaye Müəssisələri və Təmir-Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 3 ünvandakı idarə aparatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Hüseyinov Nüsrət Məzah ir oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdeh tərəfindən verilən vəsatətdə göstərilən hallara heç bir hüquqi qiymət verməmiş, həmin vəsatətdə qeyd olunmuşdur ki, iddiaçı kimi göstərilən Mərkəz hüquqi şəxs olmadığından və beləliklə də mülki-prosessual fəaliyyət qabiliyyətinə mənsub olmadığından hazırkı iş üzrə iddiaçı ola bilməz. Bundan əlavə Mərkəz “xxxx” MMCnin təsisçisidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsisçinin təsis etdiyi müəssisənin mənafeyi baxımından iddia qaldırmaq hüququ təsbit edilmədiyindən Mərkəzin mövcud iddianı irəli sürmək hüququnun olmadığı müəyyən edilir. Mövcud iddia ilə məhkəməyə müraciət etmək təsisçiyə deyil, hüquqi şəxs olan “ xxxx” MMC-yə məxsusdur. Yuxarıda qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili Hüseyinov Nüsrət Məzahir oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin vəkili X9 və nümayəndəsi X8, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vəkili X4 və nümayəndəsi YYY kassasiya şikayətinin dəlillə rinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh vəkili Hüseyinov Nüsrət Məzahir oğlunun, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin vəkili X6, nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vəkili X2, nümayəndəsi YYYnun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üz rə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası mə hkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 06.12.2010-cu il tarixli, 375 saylı sərəncamına əsasən ünvan 4 ünvanında yerləşən Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyinə verilmişdir. Həmin Mərkəzin 16.12.2010-cu il tarixli, 242 nömrəli əmri ilə qeyd edilən Birlik Mərkəzin tabeliyinə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələri İdarəetmə Mərkəzinin «Sənaye Müəs sisələrinin və Təmir-Tikinti Birliyinin çevrilməsi yolu ilə yenidən təşkil edilməsi tədbirləri haqqında» 17.12.2010-cu il tarixli, 244 nömrəli əmr ilə ünvan 4 ünvanında fəaliyyət göstərmiş həmin X7 və Təmir-Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmiş və nizamnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliynin X5 dövlət reyestrindən 24 dekabr 2010-cu il tarixli çıxarışına əsasən Sənaye Müəssisələri və Təmir-Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X10 qeyd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar Cavabdeh və qeyrisinin cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X12 Qeydiyyatı İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması və dövlət qeydiyyatlı reyestrdən çıxarışların ləğv edilməsi ilə "Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi”nin dövlət qeydiyyatının bərpa olunması” tələbinə dair iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.12.2018-ci il tarixli, 2-1(81)-2775/2018 saylı qərardadı ilə qeyri-mümkün sayılmış, həmin qərardad iddiaçılar tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də, şikayətləri təmin edilməmişdir (Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.02.2019-cu il tarixli, 2-1(103)-727/19 saylı qərardadı, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1711/19 saylı, 08 may 2019-cu il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşya ya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinin tələblərinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -164.1-ci maddəsinin t ələblərinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. -164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin X5 dövlət reyestrindən 24 dekabr 2010-cu il tarixli çıxarışına əsasən Sənaye Müəs sisələri və Təmir-Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisinin X10 olmasını nəzərə alaraq iddia ərizəsini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Mərkəzin hüquqi şəxs olmaması və buna görə mülki-prosessual fəaliyyət qabiliyyətinə mənsub olmamasına, iddia qaldırmaq hüququnun olmamasına dair kassasiya şikayətinin dəlilini Ali Məhkəmənin Mülki Kollegiyası əsassız hesab edir. Belə ki, işin 161-162-ci vərəqindən göründüyü kimi Mərkəz Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X5 dövlət qeydiyyatı İdarəsində qeydiyyata alınmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən veri lmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1243/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2106/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2106/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver