Məhkəmə qərarları › İş №2(102)-2106/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2106/2025

25.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2106/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrə son qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrə son qoyulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1733/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MTK (Vəkil) tərəfindən verilmiş kassasiy a şikayətinə 25 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh MTK tərəfindən verilən 430, 431, 432, 433, 434, 435 və 436 nömrəli, xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına əsasən, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində - bina 3, mərtəbə 14, mənzil № 64-ün (3 otaqlı, ümumi sahəsi 129,4 kv.m. olan); bina 3, mərtəbə 15, mənzil № 69-un (3 otaqlı, ümumi sahəsi 129,4 kv.m. olan); bina 3 mərtəbə 16, mənzil № 74-ün (3 otaqlı, ümumi sahəsi 129,4 kv.m. olan); bina 6, mərtəbə 8, mənzil № 32-in (3 otaqlı, ümumi sahəsi 135,6 kv.m. olan); bina 6, mərtəbə 9, mənzil № 37-i n (3 otaqlı, ümumi sahəsi 135,6 kv.m. olan); bina 6, mərtəbə 10, mənzil № 42-in (3 otaqlı, ümumi sahəsi 135,6 kv.m. olan); bina 7, mərtəbə 15, mənzil № 69-un (2 otaqlı, ümumi sahəsi 110,5 kv.m. olan); bina 7, mərtəbə 15, mənzil № 70-in (2 otaqlı, ümumi sahəsi 105,9 kv.m. olan); bina 7, mərtəbə 16, mənzil № 73-ün (1 otaqlı, ümumi sahəsi 62,8 kv.m. olan; bina 7, mərtəbə 16, mənzil № 74-ün (2 otaqlı, ümumi sahəsi 110,5 kv.m. olan); bina 7, mərtəbə 16, mənzil № 75-in (2 otaqlı, ümumi sahəsi 105,9 kv.m. olan), cəmi 11 mənzilin ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.

2. Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli protokolundan olan çıxarışlardan görünür ki, İddiaçı Cavabdeh MTK-ya üzv qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinc i instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə Cavabdehnə (bundan sonra cavabdeh, yaxud MTK) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan iddia ərizəsində qeyd olunan 11 mənzilindən istifadə olunmasına və həmin mənzillərə daxil olmasına cavabdeh MTK-nın qanuni təmsilçisi X3 tərəfindən olan maneələrin aradan qaldırılması və həmin maneələrin MTK-ya qadağan edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, Heydər Hüseynov küçəsi 37 A-da fəaliyyət göstərən MTK-nın qanuni təmsilçi X3, iddiaçının 14 may 2024-cü il tarixli MTK-nın üzvlərinin X1 Çıxarışa əsasən kooperativə ü zv qəbul edilib əldə etdiyi qeyd olunan ünvanlardakı mənzillərə onu buraxmamağa qərar vermişdir. Qeyd olunanlara əsasən, vəziyyəti belə görüb başa düşmüşdür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, Heydər Hüseynov küçəsi 37 A-da fəaliyyət göstərən MTK-nın qanuni təmsilçi Cəbrayıl Nəbiyev iddiaçının xəbəri olmadan 14 may 2024-cü il tarixli MTK-nın üzvlərinin X1 Çıxarışa əsasən kooperativə üzv qəbul edilib əldə etdiyi 11 mənzili digər şəxslərin adlarına rəsmiləşdirmək istəyir. Hal-hazırda MTK-nın qanuni təmsilçi Cəbrayıl Nəbiyevin qanunsuz göstərişi ilə iddiaçının öz mənzillərinə getməyinə maneələr yaradılır. Bu onun hüquqlarını pozur. Odur ki, iddiaçının mülkiyyətində olan qeyd olunan əmlakdan istifadə olunmasına və həmin mənzillərə daxil olmağına MTK-nın qanuni təmsilçi Cəbrayıl Nəbiyev tərəfindən olan maneələr aradan qaldılmalı və həmin maneələrin olunması ona qadağan edilməlidir.

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə Cəbrayıl Nəbiyev qardaşdırlar. İddiaçının atası bu yaxınlarda vəfat etmişdir. MTK-nın rəhbəri əvvəllər iddiaçının atası olmuşdur. Cəbrayıl Nəbiyev MTK-nın direktorudur, iddiaçı və digər şəxslər isə MTK-nın üzvləridirlər. Cəbrayıl Nəbiyev iddiaçının iddia ərizəsində qeyd etdiyi 11 mənzilə daxil olmasına maneələr yaradır. Halbuki həmin mənzillər iddiaçının mülkiyyətindədir və iddiaçı öz mülkiyyətində olan mənzillərə sərbəst daxil olmaq istəyir. İddiaçının MTK-da payı vardır. İddiaçının mənzillərindən sərbəst istifadə etmək imkanı olmuş olsaydı, bu gün məhkəm ədə iddia qaldırmaq məcburiyyətində qalmazdı. Hazırda məhkəmədə Cəbrayıl Nəbiyevin digər bacısı və qardaşının ona qarşı qaldırdıqları eyni məzmunlu iddiaları vardır. Qarşı tərəfin bildirdiyi kimi vəkil olaraq onun iştirakı ilə binaya daxil olarkən hər hansı maneə yaradılmasa belə, bu yalnız görüntü üçündür. Bu halda cavabdehi hər zaman müşayiət etməsi mümkünsüzdür. Əgər cavabdeh tərəf iddia edirsə ki, hər hansı maneə mövcud deyil, o zaman iddianın təmin edilməsinə etirazının olmadığını demək olar. Məsələ iddiaçının MTK-ya gəlməsi ilə bağlı deyil. İddiaçı MTK-ya gəlsə də, mənzillərinin təmirinə, satışına, istifadəsinə MTK rəhbərliyi tərəfindən maneələr yaradılır.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil İzahət oğlu məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı üçün hər hans ı bir maneə yoxdur. İddiaçı mülkiyyətində olan əmlaklardan rahat şəkildə istifadə edə bilər. Onda olan məlumat əsasən əmlakların açarları da iddiaçıdadır.

7. Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-5904/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın təmin edilməsi, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095cü məhəllə ünvanında yerləşən cavabdeh MTK-da olan mənzillərinə daxil olmağına maneə törədilməsinin cavabdeh MTK-ya qadağan edilməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəıməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mülkiyyətçi isə qanunda və ya müqavilədə müə yyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Belə ki, iddia ərizəsində göstərilən mənzillərin iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. Cavabdeh tərəf də həmin mənzillərin iddiaçıya məxsusluğunu mübahisələndirmir. Bununla belə iddiaçının mülkiyyətində olan mənzillərdən istifadəsi ilə bağlı hər hansı maneənin törədilmədiyini bildirərək, iddiaya etiraz edir. Eyni zamanda hər iki tərəf iddiaçı ilə Kooperativin sədri arasında vərəsəliklə bağlı ailədaxili mübahisələrinin olduğunu qəbul edirlər.

9. Məhkəmə işin mübahisəl əndirilən halı ilə bağlı qeyd etmişdir ki, maneənin mövcudluğu, maneə anlayışı ümumiyyətlə özündə bir çox subyektiv və obyektiv amilləri ehtiva edir. Misal üçün Kooperativin hər hansı nümayəndəsinin sözlə və ya hərəkətsizliklə müşayət edilən mövqeyi subyektə görə maneə kimi qiymətləndirilə bilər. Həmin halın sübut edilməsinin çətinliyi isə anlaşılandır. Məhz bu səbəbdən də iddiaçının üzərinə həmin halın təsdiqi ilə bağlı konkret sübutun təqdim edilməsi barədə vəzifənin qoyulması prosessual qanunvericiliyin prinsiplərinə uyğun deyildir. Bununla belə, iş halları ilə müəyyən edilmişdir ki, cavabdeh kooperativin sədri ilə iddiaçı arasında şəxsi münasibətlər zəminində mübahisə vardır və həmin hal maneənin mövcudluğu kimi qiymətləndirilə bilər. Eyni zamanda cavabdehin göstərilənləri təsdiq edərə k iddiaya etiraz etməsi də maneənin mövcudluğunu dolayı yolla sübut edir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 157.4, 157.8, 164.1, 165.1, 226.1, 226.2, 227.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1, 112.2, 113.2, 113.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil İzahət oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddia ərizəsi formal olaraq tərtib edilmiş dir, maneə dedikdə nəyin nəzərdə tutulduğu məlum deyil. Çünki ortada heç bir maneə mövcud deyildir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, iddia tələbini əsaslandırdığı halları sübut etməlidir. Lakin, iddiaçı cavabdeh MTK tərəfindən onun mənzillərinə dair yaradılmış maneələrin mövcud olması ilə bağlı hər-hansı sübut əlavə etməmişdir. Həmçinin tərəflərindən məhkəmə iclası zamanı da heç bir maneənin mövcud olmadığı və iddiaçının mənzillərinə maneəsiz daxil olması və istifadə etməsi şəraiti yaradılmışdır. Bundan əlavə olaraq, iddiaçı bu yaxınlarda həmin binada ona məxsus iki mənzili satmışdır. Bu fakt isə ona dəlalət edir ki, cavabdeh MTK iddiaçıya məxsus mənzillərə daxil olma, onlardan istifadə etməyə hər hansı maneə yaratmır. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, cavabdeh kooperativin sədri ilə iddiaçı arasında şəxsi münasibətlər (vərəsəliklə bağlı ailədaxili mübahisələr) zəminində mübahisə vardır və həmin hal maneənin mövcudluğu kimi qiymətləndirilə bilər. Lakin, şəxsi münasibətlər və ya mübahisələrin olması mülkiyyət hüququnun pozulduğunu göstərən faktiki əsas deyil. Mülkiyyət hüququnun pozulması yalnız əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək imkanlarının qanunsuz məhdudlaşdırılması ilə bağlı ola bilər. Belə bir hal isə mövcud deyildir. Belə ki, cavabdeh MTK-nın qanuni təmsilçisi Cəbrayıl Nəbiyev iddiaçıya öz əmlaklarından istifadəyə heç bir maneə törətmir. İddiaçı istədiyi vaxt öz əmlaklarından rahat şəkildə istifadə edə bilir, onlarda olan məlumat əsasən əmlakların açarları da iddiaçıdadır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1733/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, maneənin mövcudluğu həm subyektiv, həm də obyektiv amillərin birgə qiymətləndirilməsini tələb edir. Törədilməsi iddia olunan maneənin spesifik xüsusiyyətləri maneənin mövcudluğunun sübut edilməsini çətinləşdirsə də, işin ümumi hallarından iddiaçı ilə MTK-nın sədri arasında vərəsəliklə bağlı ailədaxili mübahisələrinin mövcudluğu, iddia çının hazırkı tələblə məhkəməyə müraciət etməsi, eləcə də cavabdeh MTK-nın öz maliyyə və zaman resurslarından istifadə edərək qətnaməni mübahisələndirməsi onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının öz mülkiyyət hüququnun həyata keçirlməsinə qarşı hansısa formada maneələr yaradılır.

15. Cavabdehin mənzillərdən ikisinin iddiaçı tərəfindən satılması ilə bağlı dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzillərin satışı iddiaçının mülkiyyət hüququnun ümumi şəkildə məhdudlaşdırılmadığını sübut etmir. Satış, ancaq konkret əmlak üzrə sərəncam hüququnu əks etdirməklə, MTK-nın digər mənzillər üzrə iddiaçının mülkiyyətinə müdaxilə riskini aradan qaldırmır.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsinə, 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ-İİ bəndlərinə, Mülki Məcəllənin 6.1.4, 152.1, 152.3, 152.5, 157.4, 157.8, 164.1, 165.1, 226.1, 226.2, 227.1-ci, Mənzil Məcəlləsinin 112.1, 112.2, 113.2, 113.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

17. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hər hansı pozuntu olmadığı üçün iddiaçının iddia qaldırmaq hüququ olmamışdır. Bel ə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd edilır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bir şəxs yalnız öz hüquqları pozulduğu halda subyektiv hüququnu istifadə edərək məhkəməyə müraciət edə bilər. Əgər hüquq pozuntusu yoxdursa, şəxs həmin hüququ istifadə edə bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

19. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət tox unulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

21. Maddə

6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

22. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqicəhətdən təmin edilmiş imkanıdır.

25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasiletməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.4. Əgər mülk iyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

29. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.

30. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

31. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

32. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

33. Maddə 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib his səsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır.

34. Maddə 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir.

35. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi ota qları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsiümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

36. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

37. Maddə 112.2. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir.

38. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə d aşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

39. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlə rin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə cava bdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hə min əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq nor malarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1733/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar