Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2107/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3027/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətində “Ford Tranzit” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – avtomobil) olmuşdur. İddiaçı tərəfindən avtomobilin idarə edilməsi üçün 01.07.2017-ci il tarixdə Cavabdeh1 Fərhad oğluna etibarnamə verilmişdir.
2. Ağdaş Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli, 2(104)-79/2018 nömrəli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək, onun üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. a. Həmin hökmə əsasən müəyyən olunmuşdur ki, hazırkı iş üzrə iddiaçıya məxsus, Gəncə şəhərində yerləşən “Qalaksi” firmasına icarəyə verilmiş və həmin firmanın Yev lax rayonu Havarlı kəndində yerləşən filialında sürücü işləyən Cavabdeh1 idarə etdiyi, 10.000 manat dəyərində olan avtomobil sonuncu tərəfindən Cavabdeh2 idarə etmək üçün verilmiş, avtomobil 24.01.2018-ci il tarixdə, saat 00:20 radələrində Ağdaş rayonu Şıxlı kəndindən Ağdaş şəhəri istiqamətində hərəkətdə olarkən Ağdaş rayon Şıxlı kəndi ərazisində qəsdən yandırılmaqla qəsdən məhv edilmişdir. Hökmlə hazırkı iş üzrə iddiaçının təqsirləndirilən şəxs Cavabdeh2 qarşı irəli sürdüyü 10.000 manat məbləğində mülki iddiası təmin edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.800 manat məbləğdə əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qət namə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, avtomobili Cavabdeh2 Cavabdeh1 vermişdir. Əks halda, Cavabdeh2 CM-in 185-ci maddəsi ilə ittiham olunardı. O, avtomobili sürmək üçün yalnız Telmana Pənahova vermişdir. Həmin avtomobilin başqa şəxsə etibar olunmasına heç kimin icazəsi olmayıb. Cavabdeh2 tanımayıb. Cavabdeh1 özbaşına olaraq ona məxsus avtomobili Cavabdeh2 sürməyə verməklə qanunu pozmuşdur və avtomobilin məhv edilməsində birgə maddi məsuliyyət daşıyır.
5. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə 05.01.2021-ci il tarixli icarə müqaviləsi ilə avtomobili aylıq 300 manat ödəmək şərtilə X1 3 illik icarəyə verməsi barədə sadə yazılı formalı müqavilə təqdim etmişdir.
6. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəb ul etməmiş və izahatında bildirmişdir ki, həqiqətən “Qalaksi” şirkətində sürücü işləmiş, iddiaçıya məxsus avtomobili sürücülük etibarnaməsi əsasında idarə etmişdir. Cavabdeh2 həmin şirkətdə işləmiş, lakin o, sürücü olmamışdır. Cavabdeh2 avtomobili idarə etmək hüququ olmamış, lakin sonuncu ondan xahiş etdiyi üçün avtomobili idarə etmək üçün ona vermişdir. Sonuncunun avtomobili yandırmaq niyyətindən xəbəri olmamışdır. Hazırda qeyd edilən şirkətdə işləmir, maddi vəziyyəti iddiada göstərilən məbləğin ödənilməsinə imkan vermir, iddianın rədd olunmasını xahiş edir.
7. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)- 488/2019 nömrəli iş üzrə 14 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməs i müəyyən etmişdir ki, iddiaçı qazanc məqsədi ilə özünə məxsus avtomobili “Qalaksi” şirkətinə icarəyə vermiş və həmin şirkətin sürücüsü Cavabdeh1 avtomobili etibarnamə əsasında idarə etmiş və qanunsuz olaraq idarə etmək üçün Cavabdeh2 vermişdir. Sonuncu avtomobili yandıraraq iddiaçıya avtomobilin dəyəri olan 10.000 manat məbləğində maddi ziyan vurmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyindən və o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan iddiaçının mülkiyyət hüququ müdafiə edilməli, cavabdehlərdən əldən çıxmış fayda olaraq 10.800 manat məbləğində pul tutulmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan s onra – Mülki Məcəllə) 6.1, 6.1.9, 21.1, 21.2, 152.1, 157.2, 362.1, 364.2, 358.1, 1096.1,1096.2, 1097.1, 1097.3, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14,2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın ona aid hissəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ona aid hissədə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı cinayət işi üzrə mülki iddia vermiş və onun 10.000 manat məbləğində mülki iddiası təmin edilmişdir. İddiaçı ilə aralarında hər hansı hüquq münasibətləri olmamış, müqavilə üzrə h ər hansı öhdəlik götürməmişdir. Bundan başqa, iddiaçının 10.800 manat məbləğdə pul tələb etməsi hər hansı sübuta söykənmir.
13. Apellyasiya baxışı zamanı X5 və “Qalaski” firması (iş materiallarında belə bir hüquqi şəxsin mövcud olduğu barədə rəsmi sənəd yoxdur) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-3027/2020 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, avtomobil Cavabd eh1 tərəfindən könüllü, lakin qanunvericiliyin tələbinə zidd şəkildə Cavabdeh2 idarə edilməsi üçün verilmişdir. Avtomobili verən zaman Cavabdeh1 bu barədə onun mülkiyyətçisinə məlumat verməmişdir. Onun təqsirli hərəkəti nəticəsində iddiaçı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur.
16. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Cavabdeh1 “Qalaksi” firması ilə rəsmi əmək müqaviləsi yoxdur. Halbuki işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması üçün əsas hüquqi fakt tərəflər arasında əmək müqaviləsinin olmasıdır. Əmək müqaviləsi yoxdursa onların arasında olan münasibətlər əmək hüquq münasibətləri dairəsindən kənarda qalmış olur və müvafiq olaraq mülki hüquq münasibətlərinə aid edilir.
17. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi-nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеllyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 152.8, 364.1, 364.2, 1096.1,1096.2, 1097.1, 1099, 1115-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3cü, MPM-in 88, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında öhdəliyin əmələ gəlmə əsası kimi çıxış edən müqavilə münasibətləri olmadığından, iddia tələbi ona qarşı yox, Cavabdeh2 ilə yanaşı, "Qalaksi" firmasına qarşı irəli sürülməli idi. Çünki firma ilə aralarında müqavilə olmuşdur. Cavabdeh1 öhdəlikdə iştirak etmədiyindən onun Cavabdeh2 tərəfindən qəsdən törədilmiş cinayət nəticəsində vurulmuş ziyanı ödəmək vəzifəsi yarana bilməzdi.
21. İddiaçının Cavabdeh1 qarsı irəli sürdüyü 10.800 manat məbləğində əldən çıxmış fayda formasında iddia tələbi Cavabdeh2 birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran ictimai təhlükəli, təqsirli, hüquqa zidd əməl nəticəsində meydana gəldiyindən, onun 10.800 manat məbləğində əldən çıxmış fayda formasında ziyanı ödəmək vəzifəsi yarana bilməzdi. 22. 05 yanvar 2018-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi iş üzrə yazılı sübut kimi istifadə edilməsindən ötrü notariat qaydasında təsdiq edilməli idi. Həmin müqavilənin özünün notariat qaydasında təsdiq edilməməsi onun həqiqiliyini və şərtlərini şübhə altına almaqla yanaşı, onun saxta olmasına dəlalət edir. Həmçinin, bu müqavilə heç bir elektron portalda yoxdur. Bu da ona işarə edir ki, belə müqavilə tərəflər üçün hər hansı bir öhdəlik yarada bilməz. Bundan əlavə, iddiaçı tələbində avtomobili 2-3 ildir ki, "Qalaksi" firmasına icarəyə verərək, ayda 300 manat icarə haqqı aldığını qeyd etmişdir. Onun bu iddiasının doğruluğunu isə 2-3 il ərzində əldə etdiyi aylıq 300 manat məbləğində icarə haqqından dövlətə hər hansı vergi ödəyib-ödəmədiyini yoxlamaqla bilmək olar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda iddiaçı qeyd etmişdir ki, cavabdeh qanunla müəyyən olunmuş müddət ərzində kassasıya şikayəti verməmişdir. Kassasıya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən apellyasiya instansiya məhkəməsi tərəfindən qaytarılmalı idi. Kassator buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilibsə, bu məsələ məhkəmə iclasında baxılmalı və tərəf kimi iddiaçı tərəfin iştirakı təmin olunmalı idi.
24. İddiaçı qeyd etmişdir ki, kassatorun kassasiya şikayətində göstərdiyi dəlillərlə onun birinci instansiya məhkəməsində göstərdiyi dəlillər arasında ziddiyyət vardır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, həqiqətən "Qalaksi" şirkətində sürücü işləmiş, ona məxsus avtomobili sürücülük etibarnaməsi əsasınd a idarə etmişdir. Hazırda qeyd edilən şirkətdə işləmir, maddi vəziyyəti iddiada göstərilən məbləğin ödənilməsinə imkan vermir. Göründüyü kimi cavabdeh maddi imkanının olmadığını əsası ilə iddianın rədd olunmasını xahiş etmişdir, hazırda isə iddia tələbinin ona qarşı yox, digər şəxslərə qarşı irəli sürülməyindən bəhs edir. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
31. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
32. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahi yyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəs inə qoyula bilər.
35. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
36. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
37. Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.04.2022-ci il tarixli Qərarı Mülki Məcəl lənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq poz untusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır... Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə ye tirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər”. Mülki Prosessual Məcəllə
38. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (maddə 14.1).
39. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).
40. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).
41. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4).
42. Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir, onların bütün sübutları təqdim edib-etməmələrini, iş materialları ilə tanış olub-olmamalarını aydınlaşdırır (maddə 184.1).
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6).
44. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2).
45. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1).
46. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğ v edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Baxılan iş üzrə iddiaçı cavabdehlərdən əmlakının məhv olması nəticəsində məhrum olduğu gəlirləri (əldən çıxmış faydanı) tələb edir.
48. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə 24.01.2018-ci il tarixdə iddiaçıya məxsus olmuş avtomobil Cavabdeh2 tərəfindən qəsdən məhv edilmişdir. Cinayət işi üzrə qəbul edilmiş Ağdaş Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli hökmü ilə, sonuncu cinayət məsuliyyətinə cəlb edilməklə yanaşı, iddiaçının mülki iddiası təmin olunaraq, avtomobilə dəymiş zərərə görə Cavabdeh2 onun xeyrinə 10.000 manat məbləğində pulun tutulması qərara alınmışdır.
49. Mülki Məcə llənin 21.2-ci maddəsinə əsasən əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşüldüyü üçün bu cür tələblərə baxarkən zərərçəkmiş şəxsə dəymiş real zərərin ödənilib-ödənilmədiyi mühüm əhəmiyyətə malikdir. Əmlak sahibinə dəymiş real zərərin tam ödənilməsi bir çox hallarda əldən çıxmış fayda tələbini istisna edir. Çünki real zərərin əvəzinin ödənilməsi qaydasında öz əmlakını və ya onun dəyərini əldə etmiş zərər çəkən şəxs yenidən adi mülki dövriyyə şəraitində gəlirlər əldə etmək imkanına malik olur.
50. Bu baxımdan hazırkı iş üzrə iddianın uğurluluğu cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktının iddiaçıya dəymiş real zərərin ödənilməsi hissəsində icra edilib-edilmədiyi faktı ilə birbaşa əlaqəlidir.
51. Nəzərə al ınmalıdır ki, dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, MPM-in 14.1 və 184.1-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, işin və mübahisənin vəziyyətini müzakirə etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etmək, habelə MPM-in 167-ci maddəsinə əsasən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etm ək hakimin vəzifəsidir. Əgər birinci instansiyası məhkəməsi tərəfindən həmin vəzifələr yerinə yetirilməyibsə apellyasiya icraatının yol verdiyi hədlərdə bu pozuntular apellyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılmalıdır.
52. Baxılan iş üzrə birinci instansiya məhkəməsində Cavabdeh2 iştirak etməmişdir. İş materiallarından görünür ki, sonuncunun məhkəmə iclasında iştirak etməməsi onun cəzaçəkmə müəssisəsində cəza çəkməsi ilə bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 09.09.2019-cu il tarixli iclasında Cavabdeh2 iştirakı təmin olunsa da, o, birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verəcəyini bildirdiyi üçün məhkəmə iclası təxirə salınmış, sonradan onun tərəfindən qanunvericiliyin tələbinə uyğun şikayət verilmədiyinə görə məhkəmə baxışı davam etdirilmişd ir. Lakin sonrakı məhkəmə iclaslarında cəzaçəkmə müəssisəsində olan Cavabdeh2 iştirakı təmin olunmamış, bununla da sonuncu ilə habelə iddiaçı və digər cavabdehlə iş üçün əhəmiyyət kəsb edən hallar (xüsusən də cinayət işi üzrə təmin edilmiş mülki iddianın icra edilib-edilmədiyi) müzakirə edilmədən iddia tam təmin olunmuşdur.
53. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1la “Qalaksi” firması və ya X5 arasında əmək müqaviləsinin bağlandığını müəyyən etmədiyi üçün onlar arasında münasibətlərin əmək münasibətlərindən kənarda qaldığı və Cavabdeh1 təqsiri nəticəsində vurduğu ziyana görə onun özünün mülki məsuliyyət daşıdığı barədə qənaətə gəlmişdir.
54. Hazırkı iş üzrə Cavabdeh1 işçisi olduğu hüquqi və ya fiziki şəxsə qarşı hər hansı tələb irəli sürülməsə də apellyasiya instansi ya məhkəməsi tərəfindən “Qalaksi” firması və X5 iş üzrə üçüncü şəxs kimi cəlb olunduğundan, bununla da hazırkı qərarın gələcəkdə başqa iş üzrə preyudisial əhəmiyyəti istisna edilmədiyindən Məhkəmə kollegiyası mübahisəyə Mülki Məcəllənin 1099-cu maddəsinin düzgün tətbiq olunmasını zəruri hesab edir.
55. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məcəllənin 1099.2-ci maddəsinə əsasən isə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müva fiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
56. Göründüyü kimi qanunverici bu maddənin məqsədləri üçün “işçi” anlayışını əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqaviləsi əsasında müvafiq işləri yerinə yetirən şəxslərlə məhdudlaşdırmır, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərən və ya fəaliyyət göstərməli olan fiziki şəxsləri həmin hüquqi və ya fiziki şəxsin işçisi hesab edir və onların törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə təqsirsiz məsuliyyət müəyyən edir.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.04.2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqe lərə əsasən Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasın da əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər.
58. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqini yalnız əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçi-işəgötürən münasibətləri ilə məhdudlaşdırmaqla həmi maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
59. Kassasiya şikayətinə etirazın dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə mane olan hallar kimi qiymətləndirilə bilməz. Əvvəla hazırkı kassasiya şikayətinin prosessual qanunvericiliyə uyğunluğu barədə məsələyə şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində baxılmış və kassator tərəfindən məhkəmə aktı rəsmi qaydada alındıqdan sonra prosessual müddətə riayət edilməklə şikayət verildiyi üçün kassasiya şikayəti mümkün hesab edi lərək, icraata qəbul edilmişdir.
60. Eyni zamanda işdə iştirak edən şəxsin apellyasiya instansiyası məhkəməsində verdiyi izahatın məzmunu ilə kassasiya şikayətinin dəlilləri arasında uyğunsuzluğun olması faktı özü-özlüyündə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş məhkəmə aktının dəyişdirilmədən saxlanılması üçün əsas deyildir.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
62. Yeni apellyasiya baxışı zamanı apelyasiyanın hədləri müəyyən edilərkən, həmçinin nəzərə alınmalıdır ki, bir qayda olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə yoxlasa da, MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda birinci instansiya məhkəməsinin mübahisələndirilən aktı tam yoxlanıla bilər.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3027/2020 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixl i qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.