Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2108/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 və cavabdeh Respublika Klinik Xəstəxanasının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Respublika Klinik Xəstəxanasına qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli 2(103)-10666/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Respublika Klinik Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhlənkarlıq və qanunsuzluq edən məsul şəxslərin müəyyən edilməklə cinayət məsuliyyətinə cəlb edilməsi üçün barələrində xüsusi qərardad qəbul edilməsi, iddiaçının müalicə xərcləri ilə əlaqədar çəkilən 3650 manat məbləğində maddi zərərin, iddiaçı və onun yaxın qohumlarına dəymiş 10000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 05 iyul 2018-ci il tarixli 2(006)-3762/2018 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, hakimlər Raqib Qurbanov, Azad İmanov) 29.10.2018-ci il tarixli 2(103)10666/2018 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli 2(103)-10666/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 iyul 2018-cı il tarixli qətnaməsində iddiaçıya iclas vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsi qeyd edilsə də, bununla bağlı heç bir xəbər verilməmiş, bildiriş göndərilməmişdir. İddiaçı yalnız qətnaməni aldıqdan sonra məhkəmə iclasının baş tutduğu məlum olmuşdur. Buna baxmayaraq apellyasiya məhkəməsində işə baxan məhkəmə tərkibi tərəfindən iddiaçının verdiyi vəsatətlər təmin edilməmişdir. Belə ki, şahidlərin dindirilməsi ilə bağlı verilən vəsatət təmin edilməmişdir. Əsas kimi isə, “birinci instansiya məhkəməsində çıxış edərdiniz” kimi bir mövqe olmuşdur. Belə bir mövqe MPMin təməl tələblərinə ziddir. Habelə iddiaçının səhhətinin pisləşməsinə səbəb olan halların müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi istənilsə də, məhkəmə bu vəsatətə də mənfi münasibət bildi rmişdir. Şikayət verən İddiaçı Hidayət qızının iş sənədlərindən də aydın olduğu kimi səhlənkarlıq və qanunsuzluq edən məsul şəxslərin müəyyən edilməsi, müalicə xərcləri ilə əlaqədar 3.650 manat məbləğində maddi zərərin, iddiaçıya və onun yaxın qohumlarına dəymiş 10.000 manat məbləğində mənəvi zərər kimi arqumentlərin hansı əsaslarla nəzərə alınmadığı aydın deyil. Mənəvi zərərlə bağlı qeyd edilmişdir ki, delikt məsuliyyətinin yaranmasının şərtlərindən olan maddi zərər; iddiaçının hamiləlik dövründə, doğuş sırası və sonrası uşağın doğumuna, daha sonra müalicəsinə, və daha sonra da dəfninə çəkdiyi xərclərdir. Mənəvi zərər də, övladın qüsurlu doğulması səbəbiylə çəkilən dərin dərd və hüzn ilə, uşağın ölümü ilə çəkilən qüssə və itki hissidir. Belə ki Mülki Məcəllənin 1118-ci maddəsinə görə, fiz iki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya- kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmənin qətnaməsi ümumiyyətlə hüququn təməl prinsipi olan ədalətin təmin edilməsi anlayışına birbaşa olaraq ziddir. Hüquq ədaləti təmin etməklə insanların rahatlığını təmin etmək funksiyasını icra etmiş olur ki, bununla da qarşıya qoyulmuş məqsədə çatır. Beləliklə mülki məhkəmə icraatını həyata keçirən məhkəmə qətnamə qəbul edərkən, ictimai qaydanın bərqərar edilməsini, qanunçuluğun təmin edilməsini təmin etməlidir ki, bununla da hüququn təməlində dayanan ədalətin təmin edilməsi funksiyasını həyata keçirmiş olur. Lakin hazırki qətnamə bu anlayışdan və fəlsəfən çox uzaq olan və hüququn təməli ilə bir araya sığmayacaq şəkildə qəbul edilmişdir. Belə ki, məhkəmə cavabdehin təqsirsiz olması qənaətinə gələrkən, həkimlərin səhlənkarlığına və tibb müəssəsilərinin obyektiv məsuliyyətinə baxmayaraq iddiaçının iddiasını təmin etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi şahi dlərin dindirilməsi ilə bağlı vəsatətləri təmin etməmiş və təqdim edilmiş sübutları qəbul etməmişdir. İddiaçı evində olarkən qəfildən çox ciddi narahatçılıq keçirmiş, təcili tibbi yardım xidmətinin vasitəsi ilə Respublika Klinik Xəstəxanasına aparılmış, iddiaçının qohumları xəstənin təcili müayinə olunmasını tələb etsələr də xəstəxanadan növbətçi həkimin iş yerində olmadığını və müayinənin sonrakı gün mümkün olacağını bildirmiş, xəstənin qohumlarının təkidi ilə 45 dəqiqədən sonra tibbi yardım xidmətinin əməkdaşları xəstəni Mərkəzi Klinik Xəstəxanasına aparmışlar, orada xəstənin təcili beyin tomoqrafiyası çəkildikdən sonra məlum olmuşdur ki, artıq xəstə tam şəkildə beyin insultu keçirmiş, hazırda xəstənin sol yuxarı ətrafı həmin insult səbəbi ilə hərəkət qabiliyyətini itirmişdir. Bu səbəbdə n kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Respublika Klinik Xəstəxanasının vəkili Vəkil2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, kassasiya şikayətində qeyd edilənlər tamamilə əsassızdır. Belə ki, baş vermiş məlum hadisə qarşı tərəfin qeyd etdiyi kimi deyildir. İddiaçı tərəf qeyd edir ki, xəstəyə vaxtında diqqət göstərilməyib və o, Respublika Klinik Xəstəxanasında zorla saxlanılıb. Əslin də isə iddiaçı Respublika Klinik xəstəxanasına gətirilərkən çox gərgin və əsəbi bir vəziyyətdə idi, həmin vaxt xəstəxana əməkdaşlarına onu təcili olaraq bir başa tomoqrafiya bölməsinə aparmalarını və MRT və ya KT olunmasını təkid etmiş, xəstəxana əməkdaşları isə tomoqrafiyanın olunması üçün müvafiq olaraq əvvəl onun müayinə olun masının, ona diaqnoz qoyulmasının vacib olduğunu daha sonra isə ehtiyac yaranarsa, beyin tomoqrafiyası olunacağını və bunun üçün əvvəlcə həkimə yaxınlaşmasını bildirmişlər. Lakin xəstə yenə də inadla təcili tibbi yardım avtomaşınını tərk etməyərək xəstəxanadakılardan dərhal onun dediyi kimi tomoqrafiya bölməsinə aparılmasını bildirmişdir. Daha sonra isə xəstəni öz istəyi ilə həmin xəstəxanadan digər başqa bir özəl xəstəxanaya aparmışlar. Odur ki, kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli, 2(103)-10666/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı və Səhiyyə Nazirliyi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, tərəflər məhkəmə iclasına g əlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı təcili tibbi yardım heyətinin səriştəsizliyi və biganəliyi nəticəsində onda yeni başlayan insultun simptomları təsbit edilə bilinməməsi nəticəsində insult keçirdiyini, daha sonra isə Respublika Klinik Xəstəxanasında tomoqrafiyadan məsul növbətçi hək imin xidməti yerində olmaması, habelə xəstənin özəl klinikaya aparılmasına maneə yaradılması nəticəsində insultun daha da dərinləşməsi səbəbindən onda qalıcı fəsadlar yarandığını, hal-hazırda həmin fəsadların aradan qaldırılması üçün fizioterapevtik müalicə aldığını, buna görə də, ilk çağırılan təcili tibbi yardım heyətinin və Respublika Klinik Xəstəxanasının həkim heyətinin səhlənkar və biganə davranmaları nəticəsində ona dəymiş 3650 manat maddi, ona və yaxın qohumlarına dəymiş 10.000 manat mənəvi zərərin cavabdehlərdən tutulmasını xahiş etmiş və iddia ərizəsinə “xxxx” MMC-nin 26.02.2018, 03.03.2018 və 06.03.2018-ci il tarixli cəmi məbləğ 3653,91 manat təşkil edən mədaxil qəbzlərinin surətləri əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq müəyyən etmişdir ki, iddiaçı tərəf ilk olaraq çağırılmış təcili tibbi yardım əməkdaşlarının ona yanlış diaqnoz qoyması, sonradan isə Respublika Klinik Xəstəxanasına aparılaraq lazımi müayinələrdən keçirilməsindən imtina edilməsi, eləcə də onun Xəstəxanada ləngidilməklə səhhətinin pisləşməsi barədə hər hansı sübut təqdim etməmişdir. İddiaçı səhhətindəki pisləşmənin, qıcolmanın səbəbinin müəyyən edilməsi üçün təcili tomoqrafiya çəkilməsi zərurəti yarandığını və xəstəxanın da tomoqrafiya çəkilməsindən imtina etdiyini qeyd etsə də, ilk olaraq onunla bağlı aparılmış bütün digər diaqnostik müayinə üsullarının nəticələrinin ona dəqiq diaqnozun təyin edilməsi üçün kifayət etməməsi barədə hər hansı sübut təqdiməmişdir. Halbuki Azərbaycan Repsublikasının Səhiyyə Nazirliyinin 17 mart 201 1-ci il tarixli 35 saylı əmrinin 1.2-ci bəndinə əsasən xəstələrə KT və MRT müayinəsinə göndəriş, aparılmış bütün digər diaqnostik müayinə üsullarının nəticələri xəstəyə dəqiq diaqnozun təyin edilməsi üçün kifayət etmədiyi hallarda, xəstəliyin profilinə uyğun mütəxəssisin bu müayinəyə tibbi göstərişin olmasını təsdiq edən rəyi əsasında tibbi müəssisəsinin rəhbəri və ya onun müavininin imzası ilə verilməlidir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Müki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını p ozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göstərilən maddi hüquq normalarının məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İş materialları ilə iddiaçının səhhətində yaranmış problemin cavabdehlərin hər hansı birbaşa təqsirli hərəkəti və ya hərəkətsizliyinin olması, həmin hərəkət və ya hərəkətsizliklə iddiaçının sağlamlığına dəymiş ziyan arasında səbəbli əlaqənin olması təsdiq olunmur. mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur. Göstərilən prosessual normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq, bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Respublika Klinik Xəstəxanasına qarşı iddiasının əsasını təşkil edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının maddi və mənəvi ziyan tələbinin əsası olan cavabdehlərin təqsiri üzündən iddiaçıya ziyan vurulması halı iş üzrə sübut olunmadığından, maddi və mənəvi ziyanın məbləği ilə bağlı əlavə araşdırma aparılmasına zərurət qalmır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər ar asındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticə ləri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli 2(103)-10666/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv
Məhkəmə qərarları › İş №2(102)-2108/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2108/2019
08.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver