Məhkəmə qərarları › İş №2(102)-2108/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2108/2025

17.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2108/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (Socar) Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi X3rşı “aktların etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 14 mart 2025-ci il tarixli, 2(103)1973/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçınə məxsus abonentin saldosuna əsasən, Mərkəzə 13 aprel 2021-ci il tarixdə qaz sayğacı quraşdırılmışdır.

2. Saldo üzrə görünür ki, abonentin - 2019-cu ilin aprel ayında - 18.867 m3, - 2019-cu ilin may ayında - 13.562 m3, - 2019-cu ilin iyun ayında - 0 m3, - 2019-cu ilin iyul ayında - 26.687 m3, - 2019-cu ilin avqust ayında - 13.562 m3, - 2019-cu ilin sentyabr ayında - 13.125 m3, - 2019-cu ilin oktyabr ayında - 13.562 m3, - 2019-cu ilin noyabr ayında - 23.625 m3, - 2019-cu ilin dekabr ayında - 24. 412,50 m3; - 2020-ci ilin yanvar ayında - 24.413 m3, - 2020-ci ilin fevral ayında - 22.837,50 m3, - 2020-ci ilin mart ayında - 24.412,50 m3, - 2020-ci ilin aprel ayında - 23.625 m3, - 2020-ci ilin may ayında - 0 m3, - 2020-ci ilin iyul ayında - 11.900 m3, - 2020-ci ilin avqust ayında - 14.962 m3, - 2020-ci ilin sentyabr ayında - 14.963 m3, - 2020-ci ilin oktyabr ayında - 14.175 m3, - 2020-ci ilin noyabr ayında - 23.625 m3, - 2020-ci ilin dekabr ayında - 24.413 m3; - 2021-ci ilin yanvar ayında - 24.413 m3, - 2020-ci ilin fevral ayında - 22.050 m3, - 2020-ci ilin mart ayında - 24.413 m3, - 2020-ci ilin aprel ayında - 7.266 m3 qaz sərfiyyatı olmuşdur.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi X13 X15 İddiaçınə ünvanladığı 18 aprel 2022-ci il tarixli məktuba əsasən, Energetika Nazirli yinin tabeliyində X13 Agentliyinin Xaçmaz filialına daxil olmuş Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən X7 istifadə edilmiş təbii qazın aylar üzrə normativ (sayğacsız) hesabatların (2020-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına qədər) sayğacla istifadə aylıq qaz sərfiyyatlarından çox hesablanması barədə müraciət araşdırılmışdır. Cavabdeh İB-nin X19 İstismar İdarəsinə verilmiş sorğuya cavab olaraq Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən X1 olmadığı dövrlərdə istehlak olunacaq qaz həcminin miqdarı müəssisədə fəaliyyətdə olan qaz cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablandığı və müəssisə ilə qarşılıqlı razılaşdırılaraq təsdiqləndiyi bildirilir. Araşdırma zamanı məlum olmuşdur ki, qaz xətti üzərində olan G-25 markalı, 75096309 nömrəli qaz sayğacı 02 aprel 2019-cu il tari xində ******* nömrəli akta əsasən çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğac olmayan müddət ərzində, həmçinin yanvar, fevral, mart, aprel, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar, fevral, mart, aprel aylarında müəssisədə istifadə edilən təbii qaza görə müvafiq olaraq 24413 m3, 22837,5 m3, 24412,5 m3, 23625 m3, 11900 m3, 14962 m3, 14963 m3, 14.175 m3, 23625 m3, 23625 m3, 24413 m3, 22050 m3, 24413 m3, 2922 m3 normativ hesabatlar aparılaraq abonent hesabına işlənilmiş və müəssisənin nümayəndəsinin iştirakı ilə hər ay üzrə “sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə” aktlar tərtib edilmişdir. Abonent saldosuna baxan zaman əvvəlki ilin (2019-cu ilin) yanvar, fevral və mart aylarında isə müəssisənin qazanxanasında sayğac göstəricilərinə u yğun olaraq 10.481 m3, 10.175 m3 və 18.867 m3 (ümumilikdə 39.523 m3) təbii qaz sərfiyyatının olduğu müəyyən olunmuşdur. Araşdırma zamanı 2020ci ilin yanvar, fevral, mart aylarında müəssisəyə hesablanan normativ hesabatların (71.663 m3) əvvəlki ilin müvafiq ayları ərzində sayğacla istifadə edilən təbii qazın hesabatları ilə müqayisə aparılmış və hesablanan sərfiyyatın ümumilikdə 32.140 m3 çox olduğu müəyyən olunmuşdur. Qeyd edilən G-25 markalı, 75096309 nömrəli qaz sayğacı 13 aprel 2021-ci il tarixində ******* nömrəli akta əsasən yerində quraşdırılmışdır. Bununla da, G-25 markalı, 75096309 nömrəli qaz sayğacının olmadığı müddət ərzində aparılmış normativ hesabatlar zamanı “Azəriqaz" İB-nin X19 İstismar İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X18”nın 5.4-cü bəndinin tələbləri pozulmuşdur. Belə ki, Qaydaların 5.4.-cü bəndinə əsasən qaz sayğacları qazpaylayıcı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Odur ki, qeyd olunanlarla əlaqədar tədbir görülməsi məqsədilə Cavabdehnə AERA-25-297/22 nömrəli, 16 mart 2022-ci il tarixli məktub göndərilmişdir. Nəzərə çatdırılır ki, “X18”na 2 nömrəli Əlavədə verilmiş qazın alqı-satqı müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, tərəflər arasında yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadı qda, məhkəməyə müraciət edə bilərlər. Cavabdeh İB-dən cavab alındıqdan sonra əlavə məlumat veriləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının abonent hesabından 72.591,13 manat məbləğində borcun silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, may 2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları İddiaçı qazanxanasına aid təbii qaz sayğacının texniki müayinəsi üçün sayğacın çıxarılmasının vacib olduğu bildirilərək sayğacı çıxararaq götürmüşlər. Cavabdehin əməkdaşları İddiaçı əməkdaşlarının təbii qaz qurğularının istismarı ilə bağlı elmi-texni ki biliklərə malik olmamasından istifadə edərək mərkəzin rəhbərliyini inandırmışlar ki, İddiaçı aylıq təbii qaz sərfiyyatı müvafiq texniki təlimatlarla müəyyən edilir və həmin texniki təlimatlara uyğun olaraq təbii qaz sərfiyyatı barədə akt tərtib edilməlidir. Təbii qazın sərfiyyatı ilə bağlı Cavabdeh İB-nin texniki biliklərə malik olması nəzərə alınaraq, cavabdehlə “sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə” 31 yanvar 2020-ci il tarixli, mart 2020-ci il tarixli və aprel 2020-ci il tarixli aprel 2021-ci il tarixli aktlar tərtib edilmişdir. Lakin yeni sayğacın quraşdırılması müxtəlif bəhanələrlə uzadılmışdır. Aprel 2021-ci il tarixdə İddiaçındə təbii qaz sərfiyyatını hesablayan qaz sayğacı quraşdırıldıqdan sonra bəlli olmuşdur ki, Cavabdeh İB ilə “sayğacsız obyektə təbii qazı n müvəqqəti verilməsi barədə” 31 yanvar 2020-ci il tarixli mart 2020-ci il tarixli və aprel 2020-ci il tarixli aktların tərtib edilməsi barədə cavabdehin tövsiyələrinə inanmaqda iddiaçı təşkilat yanılmış, həmin aktların həqiqi məzmunu nə hərfi mənaya görə, nə də ki, ağlabatan mühakimə əsasında müəyyənləşdirilməmişdir. Yəni aktlar etibarsızdır. Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyevin 04 mart 2020-ci il tarixli, № 16 nömrəli əmri ilə İddiaçı Quba Rayon Mərkəzi Xəstəxanasının tabeliyindən çıxarılmış və onun bazasında yeni müstəqil struktur yaradılmışdır. Hazırkı iddia ərizəsinə əlavə edilmiş 04 iyul 2022-ci il tarixdə cavabdeh təşkilatdan əldə edilmiş “abonentin saldosu”ndan göründüyü kimi 2018-ci il dövründə maksimum təbii qaz sərfiyyatı dekabr ayı üzrə 11670 m3 olmaqla, yanvar ayında 5362 m3, fevral ayında 6753 m3, mart ayında 10812 m3, aprel ayında 5430 m3, may ayında 113 m3, oktyabr ayında 2727 m3 və noyabr ayında 10684 m3 həcmində təbii qazdan istifadə edilmişdir. Lakin, iyun, iyul, avqust və sentyabr aylarında təbii qazdan istifadə edilməklə 2018-ci il tam dövr ərzində 53.551 m3 həcmində təbii qazdan istifadə edilmişdir. 2019-cu ilin yanvar ayı üzrə 10481 m3, fevral ayı üzrə 10175 m3, mart və aprel aylar üzrə cəmi 18867 m3 həcmində təbii qazdan istifadə edilmişdir. Lakin, həmin ilin qaz sayğacı olmadığı birinci aydan, may ayından yüksək həcmlərdə əsassız təbii qaz sərfiyyatı hesablanmağa başlanmışdır. Belə ki, 2019-cu ilin may ayı üzrə 13562 m3, iyun-iyul ayları üzrə 26687 m3, avqust üzrə 13562 m3, sentyabr ayı üzrə 13125 m3, oktyabr ayı üzrə 13562 m3 noyabr ayı üzrə 23625 m3, dekabr ayı üzrə 24412,50 m3 olmaqla, 2019-cu tam il dövrü üzrə 168058,50 m3 həcmində təbii qazdan istifadə halı uydurulmuşdur. Yenə də, qaz sayğacının olmadığı 2020-ci ilin yanvar ayı üzrə 24413 m3, fevral ayı üzrə 22837,50 m3, mart ayı üzrə 24412,50 m3, aprel ayı üzrə 23625 m3, iyul ayı üzrə 11900 m3, avqust ayı üzrə 14962 m3, sentyabr ayı üzrə 14963 m3, oktyabr ayı üzrə 14175 m3, noyabr ayı üzrə 23625 m3 və dekabr ayı üzrə 24413 m3 olmaqla 2020-ci tam il dövrü üzrə 199326 m3 həcmində təbii qazdan istifadə halı uydurulmuşdur. Yenə də, qaz sayğacının olmadığı 2021-ci ilin yanvar ayı üzrə 24413 m3, fevral ayı üzrə 22050 m3, mart ayı üzrə 24413 m3 həcmində təbii qazdan istifadə halı uydurulmuşdur. Həmin “abonentin saldosu”ndan göründüyü kimi, 2021-ci ilin aprel a yında İddiaçındə təbii qaz sərfiyyatını hesablayan qaz sayğacı quraşdırıldıqdan sonra qaz sərfiyyatının həcminin göstəriciləri, uyğun aylara görə sayğacın olmadığı dövrlərdən çox aşağıdır. Belə ki, 2021-ci ilin aprel ayı üzrə 7266 m3, may ayı üzrə 606 m3, iyun ayı üzrə 302 m3, iyul ayı üzrə 393 m3, avqust ayı üzrə 439 m3, sentyabr ayı üzrə 1954 m3, oktyabr ayı üzrə 6083 m3, noyabr ayı üzrə 11455 m3 və dekabr ayı üzrə 15236 m3 həcmində təbii qazdan istifadə edilmişdir. Həmçinin həmin “abonentin saldosu”ndan göründüyü kimi 2022-ci ilin yanvar ayı üzrə 8241 m3, fevral ayı üzrə 10132,50 m3, mart ayı üzrə 7787 m3, aprel ayı üzrə 1725 m3, may ayı üzrə 1266 m3 və iyun ayı üzrə 218 m3 həcmində təbii qazdan istifadə edilmişdir. Yuxarıda göstərilən faktlardan göründüyü kimi Cavabdeh İB ilə İddiaçı a rasında bağlanmış “sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə” 31 yanvar 2020-ci il tarixli, mart 2020-ci il tarixli, aprel 2020-ci il tarixli və aprel 2021-ci il tarixli aktlarında əks olunmuş texniki məlumatlar həqiqəti əks etdirmir, həmin məlumatlar İddiaçı maddi cəhətdən əlverişsiz şəraitə məruz qoyan uydurma məlumatlardır. Digər tərəfdən Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış “sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə” aprel 2021-ci il tarixli akta əsasən X11 2021-ci ilin aprel ayı üçün sayğacsız istifadə olunacaq təbii qazın miqdarının hesablanmasının quraşdırılan sayğacın göstəricilərinə uyğun hesablanacağı qəbul edilmişdir. Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış “sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə” 31 yanvar 2020-ci il tari xli, mart 2020-ci il tarixli və aprel 2020-ci il tarixli aktlar etibarsız hesab edilməli, həmin aktlar əsasında may 2019 - aprel 2021-ci illər dövrü üzrə hesablanmış abonent borcu silinməli, həmin dövrlər üçün sayğacsız istifadə olunmuş təbii qazın miqdarının hesablanması aprel 2021-ci ildə quraşdırılmış sayğacın göstəricilərinə uyğun hesablanmalıdır. Hazırkı iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin X14 filialının 18 iyul 2022-ci il tarixli, № AERA 25392/22 saylı məktubundan göründüyü kimi məsələ ilə bağlı Cavabdeh İB-yə 16 mart 2022ci il tarixli, № AERA-25-297/22 saylı məktubla müraciət edilmiş, lakin Cavabdeh İB-dən cavab alınmamışdır.

6. Cavabdeh nümayəndəsi X12 məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, iddia heç b ir sübuta söykənməmişdir. İddia ərizəsindən hansı məbləğdə borcun silinməsinin iddia edildiyini hansı məbləğdə borcun etiraf edildiyini müəyyən etmək mümkün deyildir. İddiaçı hüquqi şəxs olmaqla təbii qazdan istifadə edir və “Azəriqaz“ istehsalat Birliyinin Xaçmaz RQİİ-nin Quba xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatdadır. Abonent üçün 24 noyabr 2016-cı il tarixdə 75096309 №-li rotor tipli Ester G 25 RVG qaz sayğacı quraşdırılmış, **********00048 saylı abonent kodu verilmişdir. 2019cu ilin fevral-aprel aylarında abonentin qaz sayğacının göstəriciləri oxunan zaman korrektorun işləmədiyi, yəni eyni göstəricini təkrarladığı müəyyən edilmiş, 02 aprel 2019- cu il tarixdə sayğac abonentin nümayəndəsinin iştirakı ilə (müvafiq akt tərtib edilməklə) xətdən açılaraq laboratoriyaya döv lət yoxlamasına göndərilmişdir. Tərtib edilmiş aktın bir nüsxəsi abonentə təqdim edilmiş və ona sayğaca ilkin texniki baxışda iştirak etməsi təklif olunmuşdur. Sayğacın yoxlamadan keçdiyi müddət ərzində obyektə qazişlədici cihazlara uyğun qaz sərfi hesablaşması aparmaqla qazın verilməsinin davam etdirilməsi üçün abonentlə qaz paylayıcı arasında “Sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə akt tərtib edilmiş, hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. Həmin aktlarda göstərilən sərfiyyata tam uyğun olaraq abonentin hesabına istifadə olunmuş təbii qazın dəyəri işlənilmişdir. Laboratoriyada sayğacın batareyasının istismar müddətinin bitdiyi və istifadəyə yararsız olması müəyyən edilmiş, sayğacın təmir etdirilməsi, batareyasının yenisi ilə əvəz edilməsi barədə abonentə məlumat verilmişdir. Abonent öz sayğacının işlək vəziyyətinin bərpa edilməsi üçün heç bir tədbir görməmişdir. Hətta bir neçə dəfə abonentin qaz təchizatı, müvafiq qaydada akt tərtib edilməklə dayandırılmış, lakin ruhi xəstələrin vəziyyəti nəzərə alınaraq başqa orqanların işə qarışması ilə yenidən obyektin qaz təminatı bərpa edilmişdir. 2020-ci ilin yanvar ayından başlayaraq bu günə kimi publik hüquqi şəxs olan İddiaçı rəhbərliyi obyektdə istifadə olunan təbii qaza görə bir manat da ödəniş etməmişdir. Qazın verilişi qanuna müvafiq surətdə sənədləşmə aparmaqla bir neçə dəfə dayandırılmış, lakin orada müalicə olunan xəstələr nəzərə alınmaqla yenidən qaz təchizatı bərpa edilmişdir. İddiaçı təbii qazdan istifadəyə görə 89.703,21 manat ödənilməmiş debitor borcu vardır.

7. Birinci instansiya məh kəməsinə təqdim olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan tərtib edilmiş aktların məlumatlarına (i.v. 36-61) əsasən, 29 may 2019-cu il tarixdən 30 aprel 2021-ci il tarixədək İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00048) üzrə istifadə edilmiş 401.659,50 m3 qaz sərfiyyatı tərtib edilmiş akt məlumatlarında öz əksini tapır. O cümlədən: 29 may 2019-cu il tarixli 88 saylı akt əsasında 13.562,00 m3, 28 iyun 2019-cu il tarixli 94 saylı akt əsasında 13.125,00 m3, 27 iyul 2019-cu il tarixli 103 saylı akt əsasında 13.562,00 m3, 30 avqust 2019-cu il tarixli 108 saylı akt əsasında 13.562,00 m3, 30 sentyabr 2019-cu il tarixli 114 saylı akt əsasında 13.125,00 m3, 30 oktyabr 2019-cu il tarixli 118 saylı akt əsasında 13.562,00 m3, 29 noyabr 2019-cu il tarixli 124 saylı akt əsasında 23.625,00 m3, 31 dekabr 2019-cu il tarixli 01 saylı akt əsasında 24.412,50 m3, 31 yanvar 2020-ci il tarixli 09 saylı akt əsasında 24.413,00 m3, 28 fevral 2020-ci il tarixli 23 saylı akt əsasında 22.837,50 m3, 31 mart 2020-ci il tarixli 55 saylı akt əsasında 24.412,50 m3, 30 aprel 2020-ci il tarixli 103 saylı akt əsasında 23.625,00 m3, 30 iyul 2020-ci il tarixli 113 saylı akt əsasında 11.900,00 m3, 31 avqust 2020-ci il tarixli 119 saylı akt əsasında 14.962,00 m3, 30 sentyabr 2020-ci il tarixli 133 saylı akt əsasında 14.963,00 m3, 30 oktyabr 2020-ci il tarixli 153 saylı akt əsasında 14.175,00 m3, 30 noya br 2020-ci il tarixli 183 saylı akt əsasında 23.625,00 m3, 24 dekabr 2020-ci il tarixli 214 saylı akt əsasında 24.413,00 m3, 29 yanvar 2021-ci il tarixli 14 saylı akt əsasında 24.413,00 m3, 26 fevral 2021-ci il tarixli 43 saylı akt əsasında 22.050,00 m3, 31 mart 2021-ci il tarixli 60 saylı akt əsasında 24.413,00 m3, 30 aprel 2021-ci il tarixli 90 saylı akt əsasında 2.922,00 m3.

8. Azərbaycan Respublikasının Energetika Nazirliyi X13 X15 22 noyabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh İB-nin X19 İstismar İdarəsinin nümayəndələri tərəfindən İddiaçı qaz xətti üzərində olan G-25 markalı, 75096309 nömrəli qaz sayğacı 02 aprel 2019-cu ildə xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Qeyd edilən G-25 markalı sayğac 13 aprel 2021-ci il tarixində yerində quraşdırılmışdır. Çıxa rılan tarixdən, yəni 2019-cu ilin aprel ayından 2021-ci ilin aprel ayına qədər müddət ərzində (24 ay) müəssisədə istifadə edilmiş təbii qaza görə aylar üzrə normativ hesabatlar aparılmışdır. Aparılmış normativ hesabatlar zamanı Cavabdeh İB-nin X19 İstismar İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X18”nın 5.4-cü bəndinin tələbləri pozulmuşdur. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Ab onent saldosuna baxan zaman və araşdırma zamanı müəssisədə sayğacla istifadə olunan müvafiq ayların sərfiyyatları ilə aylar üzrə normativ hesabatların arasında kəskin fərqin olduğu müəyyən olunmuşdur. Belə ki, 2019-cu ilin aprel ayından dekabr ayına qədər ümumilikdə 147402,5 m3, 2020-ci ilin yanvar ayından dekabr ayına qədər 199326 m3, 2021-ci ilin yanvar, fevral, mart aylarında isə 70876 m3 normativ hesabatlar (cəmi 24 ay ərzində 417604,5 m3) aparılmışdır. Lakin qeyd edilən müvafiq ayların sayğacla olan hesabatları, yəni 2021-ci ilin aprel ayından dekabr ayına qədər 43734 m3, 2022-ci ilin yanvar, fevral, mart aylarında 26160 m3, 2022-ci ilin yanvar ayından dekabr ayına qədər 57346 m3 hesabatlar (cəmi 24 ay ərzində 127240 m3) aparılmışdır. Beləliklə 24 ay ərzində aparılmış 417604,5 m3 norm ativ (sayğacsız dövrdə) hesabatlarla müvafiq 24 ay ərzində aparılmış 127240 m3 sayğacla olan hesabatların arasında 290.364,5 m3 fərqin olduğu (72591,125 manat) müəyyən olunmuşdur.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(011)120/2024 nömrəli qətnaməsi ilə (hakim A.Abdullayeva) iddianın təmin olunması, iddiaçıya (abonent kodu: **********00048) 2019-cu ilin aprel ayından 2021-ci ilin aprel ayınadək olan 24 ya müddətində hesablanmış 72.591,13 manat borcun abonentin hesabından silinməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh təşkilat tərəfindən İddiaçındə quraşdırılmış qaz sayğacı 02 aprel 2019-cu ildə xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Qeyd edilən sayğac 13 aprel 2021-ci il tarixində yerində quraşdırılmışdı r. 2019-cu ilin aprel ayından 2021-ci ilin aprel ayına qədər müddət ərzində (24 ay) müəssisədə istifadə edilmiş təbii qaza görə aylar üzrə normativ hesabatlar aparılmışdır.

11. Məhkəmə hesab etmişdir ki, 2019-cu ilin aprel ayından 2021-ci ilin aprel ayına qədər müddət ərzində (24 ay) təbii qazdan istifadəyə görə borc məbləğləri cavabdeh təşkilat tərəfindən sayğacsız dövr üçün hesablandığından (faktiki sərfiyyata görə deyil), sayğac olmadığı halda hesablanmış borcun ağlabatan və adekvat olub-olmaması abonentin saldosunda öz əksini tapmış müqayisəli məlumatlar əsasında təhlil edilməlidir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi də bu yanaşmanı tətbiq etmişdir.

12. Azərbaycan Respublikasının Energetika Nazirliyi X13 X15 iş materiallarında olan hesablamalarına dair məhkəmə aşağıdakı ha lları qeyd etməyi zəruri hesab edir. Belə ki, abonentin sayğacsız qaldığı dövr 2019-cu ilin aprel ayından 2021-ci ilin aprel ayına qədər (24 ay) olduğu halda, X13 X15 22 noyabr 2024-cü il tarixli mütəxəssis rəyində abonent saldosu üzrə müqayisəli təhlil məlumatları 2021-ci ilin aprel ayından sonrakı (sayğacın yenidən yerinə quraşdırıldığı) tarixlər üzrə müvafiq sayğac göstəriciləri üzrə aparılmışdır (aprel 2021, mart 2022). Həmin rəylə cavabdehin apardığı hesablamanın 290.364,5 m3 (72.591,1 manat) artıq hesablandığı müəyyən olunmuşdur.

13. X13 X15 İddiaçınə ünvanladığı 18 aprel 2022-ci il tarixli məktubda isə göstərilən təhlil 2019-cu ilin aprel ayından daha əvvəlki dövrün (2019-cu ilin yanvar, fevral və mart aylarının məlumatları) məlumatları üzrə aparılmışdır və müqayisəli məlumatlar ara sında olduğundan artıq həcmdə sərfiyyatın yazılması barədə nəticəyə gəlinmişdir. Həmin məktubda cavabdehin apardığı hesablamanın 32.140 m3 (6.428 manat) artıq hesablandığı müəyyən olunmuşdur.

14. Məhkəmə qeyd etmişdir ki, X13 X15 İddiaçınə ünvanladığı 18 aprel 2022-ci il tarixli məktubunda bütün mübahisəli dövrün hesabatı göstərilmədiyi, Agentliyin 22 noyabr 2024-cü il tarixli rəyində isə hesabatın ilin fəsillərin xüsusiyyətləri nəzərə alınmadan aparıldığını nəzərə alınaraq, məhkəmə hesab edir ki, ağlabatan və adekvat müqayisəli təhlilin aparılması üçün sayğacsız və sayğaclı dövr üzrə müqayisəli təhlil hər ilin müvafiq ayları üzrə deyil, fəsilləri üzrə aparılmalıdır. Sayğacın olmadığı dövr 24 ay müddətini əhatə etdiyindən, həmin dövrdə hər fəslin göstəriciləri iki dəfə göstərilmişdir (2019 -cu ilin aprel, may ayları ilə 2021-cu ilin mart ayının göstəriciləri ümumi yaz fəslinin göstəriciləri kimi nəzərə alındıqda). Belə ki, sayğacsız və sayğaclı dövrdə müvafiq olaraq yazda (2019-cu ilin aprel, may ayları, 2021-ci ilin mart ayı) 15.532,3 m3 və 9.934 m3, yayda (2019-cu ilin və 2021-ci ilin iyun, iyul, avqust ayları) 841,3 m3 və 1.312,3 m3, payızda (2019-cu ilin və 2021-ci ilin sentyabr, oktyabr, noyabr ayları) 841,3 m3 və 1.312,3 m3, qışda (2019-cu ilin və 2021-ci ilin dekabr, yanvar, fevral ayları) 26.854,3 m3 və 27.425,3 m3olmuşdur.

15. Mütəxəssis rəyi ilə də təsdiq olunmuşdur ki, sayğacsız dövrlə sayğaclı dövr ərzində abonentə hesablanmış sərfiyyat arasında fərq mövcuddur. Məhkəmədə hesablama əsasında müəyyən edilmişdir ki, sayğacsız dövr - 24 ay ərzində 407.389,5 m3 sərfi yyata görə 101.847,3 manat sərfiyyat hesablanmışdır; sayğac olan dövrdə isə eyni müddətə orta hesabla 98.021,8 m3 sərfiyyata görə 24,505,45 manat sərfiyyat hesablanmışdır. Ümumilikdə sayğacsız dövr üçün 407.389,5 m3 sərfiyyatın hesablanması nəzərə alındıqda, sayğacsız dövrün sayğaclı dövrlə müqayisədə (407.389,5 m3-98.021,8 m3) 309.367,7 m3 artıq olması müəyyən edilir. (309.367,7 m3 x 0,20 manat = 77.341,9 manat)

16. Məhkəmə qeyd etmişdir ki, orta rəqəmlər üzrə hesablama faktiki sərfiyyatı əks etdirmir, lakin sayğacsız dövrün sərfiyyatının cavabdeh tərəfindən hesablaması da özü özlüyündə faktiki sərfiyyatı deyil, müqayisəli məlumatlar əsasında hesablamanı əks etdirir. Hesablamalar arasında abonentin ziyanına olan kəskin fərqin mövcud olmasını, sayğacsız dövrdə hesablamanın cavabdeh tərəfin dən faktiki sərfiyyat deyil, müqayisəli məlumatlar əsasında aparıldığını, işdəki mütəxəssis məktubu və mütəxəssis rəyinin məzmununu və 24 ay müddətində sayğacın yerinə quraşdırılmamasında abonentin təqsirinin müəyyən olunmadığını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, abonentə artıq hesablanmış borc hesabdan silinməlidir.

17. Məhkəmə araşdırması müddətində aparılmış hesablama, istərsə də 22 noyabr 2024-cü il tarixli mütəxəssis rəyinin hesablaması iddia tələbində göstərilmiş 72.591,13 manat borcun silinməsi tələbini ehtiva edir. Buna görə də 2019-cu ilin aprel ayından 2021ci ilin aprel ayına qədər (24 ay) abonentə yazılmış 72.591,13 manat borcun silinməsi barədə iddia tələbi tələbin həcmində təmin edilməli, sözügedən dövr üçün abonentə hesablanmış 72.591,13 manat mə bləğində borc silinməlidir.

18. Birinci instansiya məhkəməsi mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X18”nın 1.3, 1.4, 4.1, 4.2, 4.7, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya ş ikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2025-ci il tarixli, 2(103)-1973/2025 nömrəli qətnaməsi ilə (hakim N.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakim İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(011)-120/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Energetika Nazirliyi X13 X15 22 noyabr 2024-cü il tarixli mütəxəssis rəyinə istinadən göstərmişdir ki, müqayisəli hesablama aparıldıqda sayğacın olmadığı dövrə görə 72.591,125 manat artıq borc h esablandığı müəyyən olunur. İddiaçının mövcud olan qaz sayğacı cavabdeh tərəfindən çıxarıldıqdan sonra o, uzun müddət ərzində sayğacla təmin edilməyib. X18na görə, iddiaçını sayğacla təmin etmək cavabdehin öhdəliyidir. Odur ki, sayğacsız dövrdə istifadə edilən qaza görə borcun hesablanması zamanı qeyri-müəyyənlik yarandıqda, hesablama cavabdehin əleyhinə aparılmalıdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırmışdır.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X18”nın və “Qaz təchizatı haqqında” Qanunun 13-cü ma ddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

24. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2025-ci il tarixli, 2(103)-1973/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 26.1, 80, 217.1, 220.4-cü maddələri, Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X18”nın 5.4cü bəndi pozulmuşdur.

26. Belə ki, X18na görə, iddiaçını sayğacla təmin etmək cavabdehin öhdəliyidir. Odur ki, sayğacsız dövrdə istifadə edilən qaza gör ə borcun hesablanması zamanı qeyrimüəyyənlik yarandıqda, hesablama cavabdehin əleyhinə aparılmalıdır. Qətnamədə göstərilən bu qeydin, yəni ki, borcun hesablanması zamanı yaranmış qeyri-müəyyənliyinin cavabdehin əleyhinə hesablanması heç bir normativ hüquqi aktda, o cümlədən X18nda müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilən mütəxəssis rəyində, sayğacın çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmış hesablamalar üzrə yaranmış fərq deyil, təbii qazdan istifadəyə görə öncəki 24 ay ərzində yaranmış qaz sərfiyyatı üzrə qanunsuz hesablamalar aparılmaqla 2 dövrə münasibətdə (sayğacın olduğu və olmadığı dövrlərə) sərfiyyat fərqi müəyyən edilmiş və bununla da 12 may 2011ci il tarixli 80 saylı Qərarın 5.4-cü bəndinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən mübahisə predmet inin əhatə etdiyi dövrə (aprel 2019 – aprel 2021) Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarının tətbiq edilməsi qanunauyğun deyildir. Məhkəmələr tərəfindən işə baxılarkən aidiyyət qaydası pozulmuş, işə baxılmasının Sumqayıt Kommersiya Məhkəməsinə aid olması nəzərə alınmamışdır. Aktlardan müəyyən olunmuşdur ki, iddiaçı X10 rəhbəri sayğacsız dövrdə hesablanmış qaz sərfiyyatı həcminin həmin dövrdə tərtib edilmiş hər bir müvafiq aktda qeydə alınmasını məqsədəuyğun saymışdır. Sözügedən aktların iş materiallarına əlavə edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsində həmin aktlara hüquqi qiymət verilməmiş, o cümlədən iddiaçının borcu qəbul etmədiyi halda hansı səbəblərdən aktları imzalaması və möhürləməsinə aydınlıq gətirilməmiş, qətnamədə sadəcə aktların m əzmunu sadalanmaqla kifayətlənmişdir.

27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

28. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 32. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olduğu redaksiyada) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya m əlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X18”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılm asına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.5-ci maddəsinə əsasən aidiyyə t haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.

36. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə ətraflı hüquqi qiymət vermişdir.

37. Kassasiya şikayətinin dəlilləri məhkəmənin silinməsi qət olunan vəsaitin düzgün hesablanmamasına yönəldilmişdir.

38. Halbuki, iddiaçının qaz sayğacının cavabdehin əməkdaşları tərəfindən çıxarılması və 2 il müddətində yeni qaz sayğacının quraşdırılmaması müəyyən olunmuşdur.

39. Həmçinin, cavabdeh tərəfindən bu müddət üçün qazın sərfiyyətına görə borcun düzgün hesablanmaması Azərbaycan Respublikasının Energetika Nazirliyi X13 X15 22 noyabr 2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur.

40. Odur ki, X18na görə, iddiaçını sayğacla təmin etmək cavabdehin öhdəliyi olduğu üçü n, sayğacsız dövrdə istifadə edilən qaza görə borcun hesablanmasında qeyrimüəyyənliyin cavabdehə aid olmasına dair apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

41. Məhkəmə aidiyyətinin pozulmasına dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır.

42. Belə ki, iş materiallarından müəyyən olunur ki, bu iddia ilkin olaraq Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş, həmin Məhkəmənin 13 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

43. Cavabdeh tərəf həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində nümayəndəsi ilə təmsil olunsa da, bu qərardadı mübahisələndirməmiş və işin məhkəmə aidiyyətinin pozulması ilə baxılması dəlilini irəli sürməmişdir.

44. Halbuki, Mülki Prosessual Məcəllənin 32.1, 32.2, 3 2.5-ci maddələrinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.

45. Odur ki, cavabdehin hazırda işin məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması əsası ilə qətnamənin ləğv edilməsi xahişi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

46. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2025-ci il tarixli, 2(103)-1973/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar