Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2109/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1489/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 31 may 2018-ci il tarixli müqaviləyə əsasən, İddiaçı öz mülkiyyətində olan mənzili söküntü üçün cavabdehə təhvil verməyi, MTK isə ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin faktiki 89 kv.m. sahəsinə 25% əlavə etməklə, tam təmirli iki ədəd, hər biri 55,0 kv.m. sahəsi olan mənzili iddiaçının mülkiyyətinə vermək barədə öhdəlik götürmüşdür.
2. Sonradan, 08 yanvar 2020-ci il tarixli müqavilə ilə xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilmiş, Cavabdeh MTK ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin (faktiki 44 kv.m) sahəsinə 25% əlavə etməklə tam təmirli iki ədəd, hər biri 55 kv.m. mənzilin əvəzinə, təmirsiz, hər biri 55,0 kv.m. mənzilləri iddiaçıya verməyi öhdəsinə götürmüşdür.
3. Mənzillər cavabdeh tərəfindən tikilərək iddiaçıya təhvil ve rilmişdir. Lakin tərəflər arasında təhvil verilən mənzillərin sahələri ilə bağlı mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabından onun xeyrinə əskik verilmiş sahə üçün 28800 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki halarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, sökülən ərazidə onun əri Taryel Hüseynovun da adına ümumi sahəsi 44 kv.m. olan 1 otaqlı mənzil olmuşdur və ona da 25% əlavə olmaqla bir ədəd 55 kv.m. mənzilin tam təmirli ona verilməsini üzərinə götürmüşdür. Mənzillər bölüşdürülərkən onlara verilməli olan üç ə dəd hər biri 55 kv.m. olan mənzilləri bir mərtəbədə və yanaşı olması mümkün olmadığı üçün onlara verilməli olan üç ədəd mənzilin təmirindən imtina etmiş və ona verilən iki mənzilə bitişik olan 65.8 kv.m. olan mənzilin həyat yoldaşı Taryel Hüseynova verilməsini xahiş etmişlər. Bununla əlaqədar olaraq həyat yoldaşı cavabdehlə xx.xx.2020-ci il tarixdə YMD 054 saylı əlavə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən yeni mənzil (65.8 kv.m.- 55kv.m.=10.8kv.m.x1200azn=12960azn) 10.8 kv.m. artıq sahə təşkil etmişdir. Onlar üç təmirli mənzilin təmir pulundan imtina etdikləri üçün 55.0 kv.m x 3 ədəd = 165 kv.m x 100 manat = 16500 manat təşkil etmişdir. Həmin məbləğdən 16500 manat-12960 manat=3540 manat cavabdeh tərəfindən qaytarılmışdır. Mənzil və mənzillərin açarlarının xx.xx.2021-ci il tarixdə t əhvil təslim aktını imza edərək iddiaçı 5-ci mərtəbədə yerləşən 28, 29 və 30 saylı mənzillərin açarlarını qəbul etmişdir. Bundan sonra onlar təhvil götürdükləri mənzillərin sahəsini ölçmüş və məlum olmuşdur ki, 55 kv.m olan hər bir mənzil 43 kv.m-dir, 65.8 kv.m olan mənzil isə 53 kv.m-dir. Cavabdeh iddiaçıya 55 kv.m – 43 kv.m = 12 kv.m x 2=24 kv.m sahə az veribdir. Yəni, hər mənzildən 12 kv.m sahə az verilmişdir. Hər bir kv.m. sahəni ona 1200 manat satdığı üçün əskik verilən sahənin dəyəri 24 kv.m x 1200 manat = 28800 manat təşkil edir. Mənzillərin sahəsini artırmaq mümkün olmadığı üçün iddiaçı əskik verilən sahənin dəyərini tələb edir. Onlar bu barədə cavabdehin sədri N.Ş.Quliyevə bildirdikdə sonuncu demişdir ki, “bəli belə olmalıdır, çünki otaqlar çöldən çölə ölçülür”.
6. Birinci instans iya məhkəməsi ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5093 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu,C.Zeynalov küçəsi, 18 saylı evin, 28 saylı mənzilinin faktiki ümumi sahəsinin 41,50 kv.metr, azaltma əmsalı tətbiq edilmədən sahəsi 44,64 kv.m, 29 saylı mənzilinin faktiki ümumi sahəsi 48,55 kv.m, azaltma əmsalı tətbiq edilmədən 48,69 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
7. Cavabdehin nümayəndəsi həm iddia tələbi, həm də ekspertin rəyi ilə razılaşmamış və təkrar ekspertiza təyin olunmasını tələb etmişdir.
8. Məhkəmə tərəfindən əlavə ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3328 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş hallar, əvvəlki (xx.xx.2022-ci il tarixli, 10/5093 nömrəli) ekspert rəyi ilə eyni olmuşdur.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 26 avqust 2022-ci il tarixli, 2(011)-121/2022 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilərək, 20004 manat pul vəsaitinin və 20,70 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı öd ənilməsi, dövlət rüsumunun 9,30 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ekspertiza xərcinin 31 manat hissəsinin İddiaçı, 69 manat hissəsinin Cavabdeh MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəliklər yaranmışdır. Öhdəliyə əsasən bir tərəf digərinə müqavilədə nəzərdə tutulan ölçüdə sahəni tikərək təhvil verməyi, digər tərəf isə bunun müqabilində öz mülkiyyətində olan mənzili sökərək yerində hündür mərtəbəli yaşayış binasının tikintisi üçün qarşı tərəfə təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyini yerinə yetirmiş, mülkiyyətində olan mənzili cavabdehə təhvil vermişdir. Lakin cavabdeh mənzillər i təhvil versə də, mənzillərin müqavilədə göstərilən ölçüdə verilməsi ilə bağlı öhdəliyini tam icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5093 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu,C.Zeynalov küçəsi, 18 saylı evin, 28 saylı mənzilinin faktiki ümumi sahəsinin 41,50 kv.metr, azaltma əmsalı tətbiq edilmədən sahəsi 44,64 kv.m, 29 saylı mənzilinin faktiki ümumi sahəsi 48,55 kv.m, azaltma əmsalı tətbiq edilmədən 48,69 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh mənzilləri müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur.
12. Məhkəmə Mülki Məcəllənin 385 və 442-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh öhdəliyini pozmaqla mənzilləri iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur. Yəni, iddiaçı hər birinin ölçüsü 55 kv.m olan iki mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzillərin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlak ından məhrum olmuşdur. Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində isə qeyd edilir ki zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ nu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə hesab etmişdir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Rəyə əsasən azalma əmsalı tətbiq edilmədən 28 saylı mənzilin faktiki sahəsi 44,64 kv.m, 29 saylı mənzilin faktiki sahəsi isə 48,69 kv.metr təşkil edir.
14. Məhkəmə hesab etm işdir ki, iddiaçıya dəymiş zərər hesablanarkən mənzilin sahəsinin hər kv.metrinin qiyməti 1.200 manat nəzərə alınmaqla hesablanmalıdır. Məhkəmə bununla bağlı bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə mənzillərin qiyməti göstərilməsə də, xx.xx.2020-ci il tarixdə cavabdehlə Nümayəndə (iddiaçının əri) arasında bağlanmış YMD 054 nömrəli müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 1.200 manat müəyyən edilmişdir. Odur ki, 28 saylı mənzilə görə əksik verilmiş 10,36 kv.metr (55,0 kv.m – 44,64 kv.m = 10,36 kv.m) sahə üzrə, 29 saylı mənzilə görə əksik verilmiş 6,31 kv.m (55.0 kv.m – 48,69 kv.m = 6,31 kv.m) sahə üzrə hər kv.metr üçün 1.200 manat hesablamaqla (6,31 kv.m + 10,36 kv.m =16,67 kv.m x1200 = 20004 manat) cəmi 20004 manat məbləğində pul vəsa iti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 443.2, 21.1 və 21.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə çıxarılmaqla iddianın rədd olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01 mart 2022-ci il tarixli ekspert rəyi ilə razı olmadıqlarından təkrar ekspertizanın keçirılməsi üçün vəsatət verilmişdir. Həmin vəsatətə baxılmamışdır və qətnamə çıxarılmışdır. Cavabdeh MTK tərəfindən əvəzləşdirilmə müqaviləsinə əsasən öz öhdəsinə götürdüyü 3 ədəd mənzil təhvil verilmişdir. Müqavilədə də qeyd edilib ki, iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı mənzilin faktiki sahəsi 89 kv.m olan sahəsinə əlavə 25% əlavə etməklə tam təmirli iki ədəd 55 kv.m mənzili iddiaçının mülkiyyətinə veriləcəyi əvəzinə tərəflərin birgə gəldikləri razılaşmaya əsasən iki ədəd hər biri 55 kv.m sahəli mənzillərin iddiaçıya verilməsi öhdəsinə götürmüşdür və phdəliyə əməl etmişdir. Belə olan halda cavabdeh müqavilə əsasında üzərinə düşən öhdəlikləri icra etmiş və mənzilləri iddiaçıya təhvil vermişdir. Lakin 01 mart 2022-ci il tarixli məhkəmə tikinti texniki-ekspertizasının rəyinə əsasən Baki şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi, ev 18 ünvanında yerləşən 28 saylı mənzilin faktiki 44,64 kv.m, 29 saylı mənzilin faktiki s ahəsi 48,55 kv.m təşkil etmişdir. Məhkəmə ekspertin qarşısına mənzilin faktiki ümumi sahəsi ilə bağlı sual qoymuşdur, ekspert isə qanunla müəyyən edilmiş əmsalları tətbiq etməklə mənzilin ümumi sahəsini çıxarıb. Lakin məhkəmə obyektiv, hərtərəfli araşdırma aparılmadan qətnamə çıxarmışdır. Birinci ekspert rəyində qeyd olunan 6 ədəd tikilinin mübahisəli mənzillə əlaqəsi qeyd edilməyib və bu tikilillər hansı otaqlarda, mətbəxi, sanuzel və digər hissələri bildiriməsi qeyd edilməmişdir. İkincisi, məhkəmə ekspert qarşısına mənzilin faktiki ümumi sahəsi ilə bağlı sual qoymuş, ekspert isə qanunla müəyyən edilmiş əmsalları tətbiq etməklə mənzilin ümumi sahəsinin ölçülərini çıxarıb. Faktiki ümumi sahəsi adı altında müəyyən etdiyi sahələri, 28 saylı mənzilin faktiki 44,64 kv.m, 29 saylı mənzilin fakt iki sahəsi 48,55 kv.m sahəsi və mənzilin faktiki ümumi sahəsi yox, sadəcə qanunla müəyyən edilmiş əmsallar nəzərə alınmaqla ümumi sahəni əhatə etmişdir. Üçüncüsü, hətta ekspert düzgün evə gedib və ölçü işlərini aparsaydı, o zaman mənzilin faktiki ümumi sahəsi heç də ekspert rəyində qeyd edildiyi kimi 28 saylı mənzilin faktiki 44,64 kv.m, 29 saylı mənzilin faktiki sahəsi 48,55 kv.m yox, elə hər bir mənzilin 55,0 kv.m-dən hətta daha da çox təşkil edir. Belə olan halda, 01 mart 2022-ci il tarixli ekspert rəyi müqavilə şərtlərinə əsasən aparılmamışdır.
18. Qətnamədəm həmçinin İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, iddianın tam təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 23940 manat və məhkəmə xərci olan 100 manatın tutulması və iş üzrə olan ekspertiza xərcin in cavabdehə aid hesab edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən mənzillərin ümumi sahəsini bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmadan hesab edilməsini nəzərə alsa da, azaltma əmsallarını nəzərə almamışdır. Belə ki, ekspert rəylərindən göründüyü kimi 28 saylı mənzilin faktiki ümumi sahəsi 41,50 kv.m. azaltma əmsalı tətbiq edilmədən sahəsi 44,64 kv.m müəyyən edilmişdir. Müqavilədə iddiaçıya verilən 28 saylı mənzil 55 kv.m olmalıdır. Məhkəmə isə 28 saylı mənzil üzrə əskik verilən sahəni hesablayarkən 55-44,64=10,36 kimi götürmüşdür. Əslində azaltma əmsalı tətbiq edilməklə hesablanmalı, yəni 55-41,50=13,50 kimi götürülməlidir. 29 saylı mənzilin faktiki ümu mi sahəsi də 55-48,69=6,31 kimi götürmüşdür. Əslində azaltma əmsalı tətbiq edilməklə hesablanmalı, yəni 55-48,55=6,45 kimi götürülməlidir. Belə olan halda əskik verilən sahə 13,50+6,45=19,95 kimi götürülməlidir. Həmin ekspert rəyinə əsasən iddiaçıya verilən mənzillərin faktiki ümumi sahəsi 41,50+48,55=90,05 kv.m, 19,95 kv.m sahə əksik təşkil edir. Azaltma əmsalları tətbiq edilmədən isə 44,64+48,69=93,33 kv.m-dir. 110-93,33=16,67 kv.m təşkil edir. Məhkəmə faktiki ümumi sahəni 19,95 kv.m deyil, azaltma əmsalı tətbiq etmədən olan 16,67 kv.m sahəni təmin etmişdir. Bu da, qanunun tələbinə ziddir. Məhkəmə əskik verilən sahəni 19,95 kv.m x 1200 manat= 23940 manat kimi hesablamalı idi.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1489/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə si ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, apellyatorun məhkəmənin azaltma əmsallarını nəzərə almaması ilə bağlı dəlili əsassızdır. Məhkəmə tərəfindən düzgün olaraq ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi f ormasında həyata keçirilməlidir. Rəyə əsasən azalma əmsalı tətbiq edilmədən 28 saylı mənzilin faktiki sahəsi 44,64 kv.m, 29 saylı mənzilin faktiki sahəsi isə 48,69 kv.metr təşkil edir.
22. Məhkəmə kollegiyası iddiaçıya dəymiş zərər hesablanarkən mənzilin sahəsinin hər kv.metrinin qiyməti 1.200 manat nəzərə alınmaqla hesablanmalı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə mənzillərin qiyməti göstərilməsə də, xx.xx.2020-ci il tarixdə cavabdehlə Nümayəndə (iddiaçının əri) arasında bağlanmış YMD 054 nömrəli müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 1.200 manat müəyyən edilmişdir. Buna görə də kollegiya hesab etmişdir ki, 28 saylı mənzilə görə əksik verilmiş 10,36 kv.metr (55,0 kv.m – 44,64 kv.m=10,36 kv.m) sahə üzrə, 29 saylı mənzilə görə əksik verilmiş 6,31 kv.m (55,0 kv.m – 48,69 kv.m = 6.31 kv.m ) sahə üzrə hər kv.metr üçün 1.200 manat hesablamaqla (6.31 kv.m + 10,36 kv.m=16,67kv.m x 1200 = 20004 manat) cəmi 20004 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə cavabdehdən tutulmalı olması barədə məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur.
23. Kollegiya əvəzləşdirilmə müqaviləsinə əsasən iki ədəd hər biri 55 kv.m sahəli mənzillərin iddiaçıya verilməsi öhdəliyinə görə hazırkı iddianın əsassız olması barədə cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh öz öhdəliyini tam ol araq yerinə yetirməmiş, iddiaçıya sahəsi 55 kv.m-dən az sahəsi olan mənzillər vermişdir.
24. Kollegiya cavabdehin birinci instansiya məhkəməsində yenidən ekspertiza keçirilməsini tələb etməsi və hazırda da ekspertiza keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edib ki, mülki iş materiallarından göründüyü kimi cavabdeh tərəf birinci instansiya məhkəməsində ekspert rəyini mübahisələndirməmişdir, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən cavabdeh tərəf həmin ekspert rəyini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim etməmişdir.
25. Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olun muş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən ekspert rəyinə düzgün hüquqi qiymət verilməmiş, araşdırılmadan mötəbər sübut kimi qiymətləndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün on un iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
36. Maddə 443.2.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
37. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Şəhərsalma və Tikinti Məcəlləsi
38. Maddə
1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
39. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
40. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
41. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara div arlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”
42. Bənd 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir.
43. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sah ələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən ha llara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edi lmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. İddia tələbindən göründüyü kimi iddiaçı cavabdehin podrat müqaviləsi üzrə öhdəliyini tam icra etməməsinə görə dəyən ziyanın ödənilməsini tələb edir. Məhkəmə kollegiyası iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21, 385 və 443-cü maddələrinin təşkil etdiyi barədə məhkəmənin mövqeyini əsaslı hesab edir.
58. Çünki işin hallarından göründüyü kimi iddiaçı mülkiyyətində olan mənzillərin sökülməsinə icazə verməsi əvəzində ona yeni tikilən bunadan mənzil verilməsi barədə podratçı ilə razılaşmışdır və buna görə də az verilən sahənin ölçüsünün qiymətinə uyğun zərərin qarşılanmasını tələb edir.
59. İddiaçının bu tələbi qanunidir. Çünki mülki qanunvericilik müqavilə şə rtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
60. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq su rətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi).
61. Öhdəliyi icra etməyən tərəfin alacaqlıya dəymiş zərərin əvəzinin ödəmək vəzifəsi yaranır. Zərərin əvəzinin miqdarı Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələri).
62. İşə baxmış məhkəmələr də işin hallarını bu əsaslar üzrə yoxlamış və müəyyən etmi şdir ki, cavabdeh iddiaçı ilə bağlanmış müqaviləsi üzrə öhdəliyini tam icra etməmiş, iddiaçıya 28 saylı mənzilə görə 10,36 kv.metr, 29 saylı mənzilə görə 6,31 kv.m olmaqla cəmi 16,67 kv.m əskik verilmişdir və həmin sahənin qiyməti 20004 manat təşkil edir.
63. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
64. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.
65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nətic ə əsaslandırılmışdır.
66. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1489/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.