Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2109/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, (vindikasiya tələbi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2(103)-894/2025 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
2. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən X8 vərəsələri: X5, X10, İddiaçıdur və onların hər biri miras əmlakdan 1/3 hissələrlə irs almalıdırlar.
3. Miras payın bölüşdürülməsi barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X5, X10 və İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin və ünvan 2 ünvanında yerləşən mənzilin X10nun adına, ünvan 3 ünvanında yerləşən mənzilin və ünvan 4in İddiaçı adına qeydə alınması razılığına gəlmişlər. 4. ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır.
5. Mübahisə predmeti olan ünvan 2 mənzil onunla yanaşı yerləşən 44 saylı mənzillə birləşdirilmiş və mənzildə Cavabdeh yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bindan sonra “iddiaçı”) cavabdehlər X11 (məhkəmə baxışı dövründə vəfat edib) və Cavabdeh qarşı iddia ərizəsi (iddia tələbinin həcminin azaldılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) xüsusi mülkiyyətində olan ünvan 4ə dair pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, bütün maneələrin aradan qaldırılması, evdə olan digər şəxslərin, cavabdehin azyaşlı uşağı ilə birlikdə özlərinə məxsus olan əşyaları ilə ona aid olan evə dair hissəsindən çıxarılması və sözügedən evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandı rılmışdır ki, iddiaçının X3 uzun illərdir ki, xüsusi mülkiyyətində olan ünvan 4də fasiləsiz olaraq yaşamışdır. X3 xx.xx.2020-ci il tarixdə ürəyin alerosklerotik xəstəliyindən vəfat etmişdir. Atasının vəfatından sonra ünvan 1 iddiaçıya miras qalmış dair, iddiaçı qanun üzrə vərəsəliyi qəbul etdikdən sonra Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən ona xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ünvan 4ə dair xx.xx.2021-ci il tarixdə Çıxarış verilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan mübahisəli mənzilə gedərək ora daxil olmaq istədikdə görüb ki, qapı qonşusu ünvan 4in giriş qapısını hörərək, evin daxilində konstruksiya dəyişikliyi etmiş, öz mənzilini iddiaçının xüsusi mülkiyyətinə birləşdirmişdir. İddiaçı qapı qonşuya, yəni cavabdehlər Cavabdeh və X6 müraciət edərək, mənzil 45-in giriş qapısını və mənzilin daxilində otaqlar arasında olan otağın öz mənzilinə birləşdirməsini bərpa edərək əvvəlki vəziyyətinə qaytarmasını xahiş etmiş, lakin X11 bildirmişdir ki, guya o, iddiaçının mülkiyyətində olan mənzilə dair pulun bir hissəsini iddiaçının atasına ödəniş etmiş və gələcəkdə həmin mənzili almalı idi. Cavabdeh X4 danışıqları həqiqəti əks etdirmir. Cavabdehlər iddiaçının xüsusi mülkiyyətində qanunsuzluq edərək, otaqlar arasında ara kəsmələr edərək mənzil 45-ə qanunsuz sahiblik edərək oradan hazırda istifadə edirlər. Bir sözlə bir mülkiyyətç i kimi iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Cavabdehlərin günahı ucbatından iddiaçının bir mülkiyyətçi kimi mülkiyyət hüquqları pozulur, o, öz xüsusi mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək hüququndan demək olar ki, məhrum olmuşdur. Bu da iddiaçının konstitusion hüquqlarının pozulması deməkdir.
8. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, onlar uzun müddətdir ki, məhkəmədə çəkişirlər, onun çıxarışının etibarsızlığı cavabdeh tərəfindən mübahisələndirilsə də, kassasiya instansiyası məhkəməsinə qədər iş getmiş, lakin iddiaları təmin edilməmişdir. Hazıradək ona məxsus mənzildə cavabdeh uşaqları ilə birlikdə yaşayır. Cavabdeh ona məxsus mənzili öz mənzilinə birləşdirmişdi. Əvvəl cavabdehin hesabına arakəsmə divarın, giriş qapısının bərpa edilməsi ni istəsə də, bu yaxınlarda həmin məhəllədə yaşayan bir neçə tanış şəxslə söhbət edərkən cavabdehin müəllimə işlədiyini, 400-500 manat maaş aldığını öyrənmiş, onun vəziyyətini, ərinin vəfat etdiyini nəzərə alaraq həmin arakəsmə və giriş qapısını öz hesabına düzəltmək qərarına gəlmişdir. Buna görə də iddia tələbinin həcmini həmin hissədə azaltmışdır.
9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh mənzili alarkən birləşdirilmiş vəziyyətdə almışdır. Həmin mənzilə heç bir dəyişiklik etməmişdir. Eyni zamanda iddia tələbinin həcminin azaldılması barədə ərizənin baxış iclasında icraata qəbul edilməsi qanunvericilik tələblərinə ziddir. Belə ki, həmin ərizə baxış iclasında verilmişdir və bu mərhələdə verilməsinin səb əbləri əsaslandırılmamışdır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-84/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh uşaqları və əşyaları, eləcə də mənzildə yaşayan digər şəxslərlə birlikdə ünvan 1ı mənzildən çıxarılması və həmin mənzilin (birləşdirilmiş mənzilin iddiaçıya aid hissəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı ünvan 1ı mənzildən istifadəsi ilə bağlı maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir. (hakim Nərgiz Tağıyeva)
11. Birinci instansiya məhkəməsi ilk növbədə iddia tələbinin həcminin azaldılması barədə ərizənin icraata qəbul edilməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-587/2023 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)2126/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun bərpası və s. tələbinə dair 2(005)-587/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzə yekun məhkəmə aktı qanuni qüvvəyə mindiyindən hazırkı iş üzrə icraat təzələnmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində hazırlıq iclası keçirilmiş, xx.xx.2024-cü il tarixində ilk baxış iclası təyin edilsə də, cavabdehin nümayəndəsi və vəkilinin ərizəsi ilə baxış iclası təxirə salınmışdır. Daha sonra iddiaçı elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək “otaqlar arasında sökülmüş divarın, giriş qapısının Cavabdeh hesabına bərpa edilməsi və sözügedən mənzilin əvvəlki vəziyyətə qaytarılması” hissəsində iddia tələbinin həcmini azaltmışdır. Məhkəmə iclasında iddiaçı “keçən həftə həmin məhəllədən olan şəxslərdən cavabdehin məvacibinin az olmasını öyrənməsi, tək qadın olması səbəbindən” hazırkı mərhələdə bu cür ərizə verdiyini, arakəsmələri öz vəsaiti hesabına bərpa edəcəyini bildirmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizənin cavabdehin hər hansı mənafeyini pozmadığını, işə mahiyyəti üzrə təsir etmədiyini və iddiaçının qeyd etdiyi halları nəzərə alaraq həmin ərizəni icraata qəbul etmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki mülki iş materiallarından görünür ki, iddiaçının müb ahisələndirilən mənzil üzrə xüsusi mülkiyyət hüququ mövcuddur. Həmin mülkiyyət hüququ cavabdeh tərəfindən mübahisələndirilmiş, lakin hər üç instansiya məhkəmələri tərəfindən iddiası təmin edilməmişdir.
14. Bu baxımdan, qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Cavabdehin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması müəyyən edilməmişdir. İstifadə və sahiblik hüququnun olması isə cavabdehin əmlakda yalnız bilavasitə yaşaması (fiziki baxımdan mövcudluğu) ilə əlaqələndirilə bilməz. İddiaçının, mülkiyyə tçi olmasına baxmayaraq, cavabdehin ailə üzvləri və əşyaları ilə birlikdə mübahisəli mənzildə məskunlaşması, iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur.
15. Eyni zamanda cavabdehin mübahisəli mənzili öz evinə birləşdirilmiş vəziyyətdə alması belə mövcud vəziyyəti dəyişdirmir.
16. Cavabdehin azyaşlı övladları və əşyaları ilə birlikdə mənzildən çıxarılmaları tələbi ilə bağlı qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış ye ri sayılır.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 27.2, 152.1, 152.5, 157.2, 178.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3, 216-220, 227, 233-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki, eləcə də tərəflər arasında baş vermiş digər mübahisə üzrə tələb edilərək tədqiq edilmiş mülki işin materiallarından görünür ki, yuxarıda göstərilən mənzil ayrılıqda (fərdən) mövcud deyildir, yalnız kağız üzərində iddiaçının X3nun adına rəsmiləşdirilmiş, iddiaçıya isə vərəsəlik yolu ilə keçmişdir. Nə miras qoyan, nə də ki, iddiaçı həmin mənzildə bir gün də olsun yaşamamışlar. Ona görə ki, göstərilən mənzil hələ 2000-ci ilin əvvəllərindən digər 2 (iki) otaqlı 44 saylı mənzillə birləşdirilmiş və tamamilə yenidən qurularaq 3 (üç) otaqlı mənzilə çevrilmiş, mülkiyyətçisi isə X12 olmuşdur. Göstərilən 44 və 45 saylı mənzillər birləşdirilərək 3 (üç) otaqlı şəklində yenidən qurulmuş olsa da, 9 saylı DNK-da eyni gündə, yəni xx.xx.2007-c i il tarixdə bağlanmış, müvafiq olaraq 4Ə-1/72 və 4Ə-1/71 reyestr nömrəli alqısatqı müqavilələrinə əsasən X7 adından cavabdehin baldızı X2 adına qeydiyyatdan keçmişdir. Almara Nəbiyeva həmin mənzildə təxminən 1 (bir) il yaşadıqdan sonra cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüş ki, bu günədək orada yaşayırlar. Sonra isə həmin mənzillər 24 saylı DNK-da eyni, yəni xx.xx.2009-cu il tarixli 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli formal alqı-satqı müqavilələrinə əsasən X8 (yəni iddiaçının atasını) adına qeydiyyatdan keçmişdir. Müqavilənin formal xarakter daşıdığı onunla sübuta yetirir ki, alqı-satqı müqaviləsi üzrə tərəflər özlərinin “vermə” və “qəbul etmə” öhdəliklərini icra etməmiş, bir-birindən tələb etməmişlər. Bundan sonra isə Bakı şəhəri 21 saylı DNK-da xx.xx.2017-ci il tarixl i 4Ə-336 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən yuxarıda göstərilən mənzillərdən biri, yəni 44 saylı mənzil X8 adından onun adına keçmişdir. Digər, yəni 45 saylı mənzil isə Bakı şəhəri 27 saylı DNK-nın xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 3M-309 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən hazırki iddiaçının adına qeydiyyatdan keçmişdir. Qeyd edilməlidir ki, göstərilən mənzillər 2009-cu ildə X2 adından X8 adına alqı-satqı edilən zaman depozitə pul qoyulmamış, tərəflər özlərinin “vermə” və “ödəmə” öhdəliklərinə əməl etməmiş, yəni onlar ailəlikcə (o, həyat yoldaşı və 2 (iki) övladı) həmin mənzildə bu günədək yaşamaqda davam etmişdir. Həmin mənzildə onlardan başqa heç kim, yəni nə X13, nə də ki, iddiaçı bir gün də olsun yaşamamışlar. Bir sözlə, 24 saylı DNK-da baldızı X9 ilə X13 arasında bağlanaraq təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-2-232 və 4Ə-2231 reyestr nömrəli alqı-satqı müqavilələri yalan əqd olmuşdur. Belə ki, “alıcı” X13 həmin mənzilləri adına rəsmiləşdirməklə göstərilən alqı-satqı müqavilələrinin həqiqi nəticəsini yox, cavabdehin həyat yoldaşı X1 verdiyi pulun faizlərlə birlikdə qaytarılması məqsədini güdmüşdür. Göründüyü kimi, məhkəmə mülki qanunvericiliyin öhdəliyin yaranma əsasları ilə bağlı müddəalarının mahiyyətinə əhəmiyyət vermədən onun üzərinə ayrılıqda və faktiki surətdə mövcud olmayan, yəni məchul bir mənzilin boşaldılması və s. öhdəlikləri qoymuşdur. Hansı ki, belə bir öhdəlik yalnız ayrılıqda mövcud olan mənzillə bağlı ola bilərdi. Digər tərəfdən, hətta, artıq 20 (iyirmi) i lə yaxındır ki, mövcud olan 3 (üç) otaqlı mənzilin 2 və 1 otaqlıya bölünməsi onun təsərrüfat təyinatına tənasübsüz zərər vurmadan qətiyyən mümkün deyildir. Habelə qeyd edilməlidir ki, miras qoyan Loğman Orucov vaxtilə adına rəsmiləşdirdiyi mənzilin birləşdirilmiş 3 (üç) otaqlı şəklində olması faktını qəbul etmiş, onların ayrılması və ya boşaldılması barədə heç bir tələb irəli sürməmişdir. Belə olan halda onun vərəsəsi olan hazırki iddiaçının tələbi mövcud qanunvericiliyin hər hansı bir müddəası ilə uzlaşmır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi hallar, bütünlüklə uydurmadır, yəni mənzillər uzun illər bundan əvvəl digər mülkiyyətçi X12 tərəfindən birləşdirilərək yenidən qurulmuş və 3 (üç) otaqlı şəklinə salınmışdır. Belə olan halda isə iddiaçı hazırkı iddia tələbini deyil, yalnız mülki qanunvericiliyin paylı ümumi mülkiyyət hüququnun müddəaları baxımından iddia tələbi irəli sürə bilər
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-894/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən - “mənzildə yaşayan digər şəxslərin ünvan 1ı mənzildən çıxarılması” hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər G.Axundova (sədrlik edən və məruzəçi), X.Sarıyev, F.Qasımov).
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 45 saylı mənzilin 44 saylı mənzilə birləşdirilməsi və həmin mənzildə cavabdehin yaşaması qa nunsuzdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, 45 nömrəli mənzilin xx.xx.2010-cu ildə tərtib edilmiş texniki pasportundan görünür ki, mənzil 1 otaqlıdır, 4-cü mərtəbədə yerləşir, dəhliz hissəsi 6 kv.m sahədən, yaşayış otağı 17.92. kv.m. sahədən, mətbəx 6.90 kv.m. sahə, hamam-s/qovşağı 3.20 kv.m sahədən ibarətdir. Həmin mənzil hazırda iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ pozulub. İddiaçı öz mənzilindən istifadə edə bilmir. İddiaçı özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq cavabdehin uşaqları və əşyaları birlikdə 45 saylı mənzildən çıxarılması və həmin mənzilin (birləşdirilmiş mənzilin iddiaçıya aid hissəsi) boşaldı laraq iddiaçıya təhvil verilməsi, iddiaçının 45 saylı mənzildən istifadəsi ilə bağlı maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını qət etmişdir.
22. Bununla belə, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin qeyri-müəyyən şəxslərə qarşı yönəldilməsi düzgün deyil və bu digər şəxslərin mənzildən çıxarılması hissəsində iddianın təmin edilməməli idi. Qeyri-müəyyən şəxslərə qarşı iddia tələbinin təmin edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia yalnız konkret müəyyən edilmiş fiziki və hüquqi şəxslərə qarşı irəli sürülə bilər. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı bu hissədə də əsassız olaraq təmin etmişdir.
23. Apellyasiya instansiya məhkəməsi kollegiyası gəldiyi nətic əni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 141.1, 152.1, 152.2, 157.2, 157.4, 178.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, məhkəmə tərəflər arasında bağlanmış əqdin əsas məqsədini araşdırmamış, mənzilin alqı-satqı müqaviləsinin formal olaraq bağlanması ilə bağlı xüsusatlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi faizə verilmiş pulun əvəzində girov kimi qoyulmuş, borc bağlandıqdan sonra mənzilin əvvəlki mülkiyyətçiyə qaytarılması barədə razılığa gəlinmişdir. Lakin bu xüsusatlar dəqiqliklə pozulmuşdur. araşdırılmadığından cavabdehin hüquqları kobud şəkildə b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta ye tirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılı q verməsini tələb edə bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri t ələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. M addə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına və cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə ətraflı hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası gəlinən nəticə ilə tam razıla şır.
32. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli yaşayış sahəsinə iddiaçının mülkiyyətində olması daşınmaz əmlakın dövlət reyestrində qeydlə (qeydiyyat vəsiqəsi ilə) müəyyən olunur.
33. Həmçinin cavabdeh iddiaçının mənzilə dair mülkiyyət hüququnu (mənzilin alqısatqısına dair müqavilə, vərəsəlik şəhadətnaməsi) mübahisələndirilmiş, lakin iddiası təmin edilməmişdir.
34. Bundan əlavə, cavabdehin mənzilə dair bağlanmış müqavilənin Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən etibarsız olması barədə dəlillər hazırki məhkəmə baxışının predmeti də deyil.
35. Beləliklə, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehin həmin mənzilə dair hər hansı hüququ olmadığından, apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı o lmuşdur.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
37. Şərh olunanları Mülki Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2(103)-894/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar