Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2110/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə. Cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim: N.A.Bağırov;2(009)-5084/17) iddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Pe doqoji Universitetinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki 05 mart 2018-ci il tarixli qətnaməsi ilə(hakim: E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.N.İmanov 2(103)-3102/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarı ilə (hakim: Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev və V.Ə.İbayev 2(102)-5121/2018 ) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə(hakim: X.A.Mərdanova (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.M.Həsənov 2(103)11192/2018) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbinin təmin edilməsi, Azərbaycan Dövlət Pedoqoji Universitetinin 836-k saylı 14 sentyabr 2017-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı ödəməklə Azərbaycan Dövlət Pedoqoji Universitetinə “məktəbəqədər təhsilinpedoqogikası kafedrasına baş müəllim” vəzifəsinə bərpa edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universiteti rektorunun onunla olan əmək müqaviləsinə xitam verilməsinə dair ******* saylı 14 sentyabr 2017-ci il tarixli əmrini qanunsuz hesab edib ləğv edilməsi, həmin tarixdən iş yerinə bərpa olunması və həmin tarixdən hesablanaraq qətnamə icra olunacağı tarixədək ödənilməmiş günlər üçün əmək haqqının birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildən pedoqoq kimi əmək fəaliyyətinə başlamışdır. Hal-hazırda 22 il pedoqoji stajı vardır. 2004-cü ildən Pedoqoji Universitetdə əvvəl müəllim işləmiş, 2012-ci ildən isə məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində baş müə llim vəzifəsində çalışmışdır. 16 sentyabr 2015-ci il tarixdə Pedoqoqika üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır.2012-ci ilin aprel ayında cavabdeh təhsil müəssisəsi ilə aralarında 5 illik müddətə əmək müqaviləsi bağlanmışdır. 2017-ci ilin aprel ayında müqavilənin müddətinin bitməsinə baxmayaraq təcrübəli pedoqoq və köhnə işçi olduğuna görə rəhbərlik tərəfindən onunla yeni müqavilənin bağlanmasına ehtiyac olunmaması bildirilmişdir. Ona görədə onunla yeni müqavilə bağlanmamışdır. Əvvəlki şərtlərlə fəaliyyətini davam etdirmişdir. 2017-ci ilin may ayında müsabiqədə iştirak etmiş və 51.1 bal toplamışdır, ki bu da ixtisası üzrə əmək fəaliyyətini davam etdirməyə kifayət etmişdir. 09 senytabr 2017-ci il tarixdə təlim işlərindən qayıdarkən sağ ayağı burxulmuş, ayağında çatlar əmələ gəlmiş və o müalicə olmuşdur. Bu səbəbdən 11 sentyabr 2017-ci il tarixdən 22 oktyabr 2017-ci il tarixıdık bülletendə olmuşdur. Bu barədə iş yerinə məlumat vermişdir.İş yerinə qayıtdıqdan sonra 14 sentyabr 2017-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi və işdən çıxarılmağını bilmişdir. Buna etiraz etmiş və işdən çıxarılmasının qanuni olmamasını və işə bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetin rektoru Cəfərov Cəfər və vəkili Həsənova İlhamə Zakir qızı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onu nla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5, 68, 69, 73, 74, 75-ci maddələrinin, pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəla lət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 30.04.2012-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 5 il müddətinə, yəni 30.04.2012-ci il tarixdən 30.04.2017-ci il tarixədək Cavabdehə “məktəbəqədər təhsilin pedaqogikası kafedrasına baş müəllim” vəzifəsinə qəbul edilmişdir. 28.04.2017-ci il tarixdə tərflər arasında bağlanmış ******** №-li əmək müqaviləsindən görünür ki, İddiaçı 30.04.2017-ci il tarixdən Azərbaycan Dövlət Pedoqoji Universitetinin “məktəbəqədər təhsil pedaqoqikası və metodiklası” kafedrasına baş müəllim vəzifəsinə işə qəbul edilmişdir. “xxxx” QSC-nin “X2” MMC X5 Hissə HMK tərəfindən verilmiş əmək qabi liyyətinin olmaması haqqında vərəqələrin surətlərindən görünür ki, İddiaçı 11.09.2017-ci il tarixdən 21.10.2017-ci il tarixədək stasionar müalicədə olmuş və həmin müddət ərzində işdən azad edilmişdir. İddiaçı stasionar müalicədə olarkən Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdehin 836-K saylı 14.09.2018-ci il tarixli əmri ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə həmin müqavilə üzrə müddətin qutarması səbəbindən 15 sentyabr 2017-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin - 2.1-ci maddəsinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlar la müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 45-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə əmək müqaviləsi qabaqcadan müddət müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam ve rilə bilər. - 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. - 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığ ı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 30.04.2012-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 5 il müddətinə, yəni 30.04.2012-ci il tarixdən 30.04.2017-ci il tarixədək Cavabdehə “məktəbəqədər təhsilin pedaqogikası kafedrasına baş müəllim” vəzifəsinə qəbul edilmişdir. 28.04.2017-ci il tarixli 371-K №- li əmək müqaviləsinə əsasən İddiaçı 30.04.2017-ci il tarixdən 15.09.2017- ci il tarixədək Cavabdehin “məktəbəqədər təhsilin pedaqogikası və metodikası” kafedrasına baş müəllim vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin rektorunun 14.09.2017-ci il tarixli 836-k №-li əmrii ilə Cavabdehin professor-müəllim heyətinin bəzi əməkdaşlarının əmək müqavilələrinə, o cümlədən “məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsi, məktəbəqədər təhsilin pedaqogikası və metodikası” kafedrasının pedaqogika üzrə fəlsəfə doktoru İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) 15.09.2017-ci il tarixdən xitam verilmişdir. İddiaçınm 11.09.2017-22.10.2017-ci il tarixədək dövrdə əmək qabiliyyətini müvəqqəti itirməsi və işdən azad edilməsinə dair X1 X5 Hissəsinin HMK tərəfindən əmək qabiliyyətinin olmamasına dair vərəqələr verilmişdir. Xəstələndikdə iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş x itam verilməli olduğu halda, cavabdeh həmin tələblərə riayət etmədən, yəni iddiaçı əmək qabiliyyətini itirərək, stasionar müalicədə olduğu zaman iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi üzrə əmək münasibətləri fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən, həmin əmək müqaviləsinin qanunvericiliyin qeyd olunan tələblərinə əsasən müddətsiz hesab edilməsi nəzərə alınmamışdırMüddətsiz əmək müqaviləsinə cavabdehin ******* saylı 14.09.2018-ci il tarixli əmri ilə müqavilə üzrə müddətin qurtarması səbəbindən 15 sentyabr 2017-ci i l tarixdən xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Yuxarıda qeyd olunan normalarını müqayisəli təhlil edərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xit am verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxar ır. Ona görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası əsaslı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, əmək münasibətlərini tənzimləyən qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almadığından və qanunvericiliyin tələblərinə riayət etmədiyindən iddiaçının tələbi əsaslı sayılmalıdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün q anuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 01 noyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2018-ci il
Məhkəmə qərarları › İş №2(102)-2110/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2110/2019
18.03.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver