Məhkəmə qərarları › İş №2(102)-2110/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2110/2021

04.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2110/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı1 İddiaçı: İddiaçı2 İddiaçı: İddiaçı3 İddiaçı: İddiaçı4 Cavabdeh: Cavabdeh1 Cavabdeh: X7 Cavabdeh: Cavabdeh3 Cavabdeh: Cavabdeh4 İddia tələbi: “mənzilə köçürülmə” Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(107)-1942/2020 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 22 yanvar 2020-ci il tarixli, 08 nömrəli arxiv arayışından görünür ki, Şəki İHB-nın Baş Göynük kəndi üzrə İcra Nümayəndəliyinin 1990-1995-ci illərin təsərrüfatbaşına kitabına əsasən Hacıyev Saleh Əhməd oğlunun təsərrüfatında ailə başçısı olduğu, təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd qrafasında” ölub akt 43, 4.Xİİ.96” yazılmış, təsərrüfat arvadı X5 adına qeyd edilmiş və təsərrüfatında aşağıdakı ailə üzvləri qeyd edilmişdir. Hacıyev Saleh Əhməd oğlu-a.b.-4.12.96 vəfat edib. X15-oğlu-təsərrüfatın tərkibindən ta mamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd qrafasında -Bakıda yaşayır qeyd edilib. İddiaçı1-oğlu getmişdir qrafasında 1987-Leninqradda, qayıdıb qrafasında Polşada hərbi qulluqda qeyd edilmişdir. X8-arvadı X9-gəlini təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd qrafasında 16.11.92-ci ildə Bakıya getdi qeyd edilmişdir. Təsərrüfatında torpağının cəmi 1990-1994-cü illərdə 0,12, o cümlədən tikililərin, kolluqların, meşəliyin, yarğanların, qobuların və ictimai yolların altında 001 olması qeyd edilmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 19 may 2020-ci il tarixli, **********68 nömrəli məktubda göstərilmişdir ki, Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiall arına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Hacıyev Saleh Əhməd oğlunun və Cavabdeh1 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən Cavabdeh1 adına paylı mülkiyyətdə (5 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Baş Göynük kəndində JN-829A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0,13 hektar həyətyanı, JN-829B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0,25 hektar həyətyanı torpaq sahələrinin olduğu aşkar edilmişdir. -Azərbaycan Respublik asının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-829B, KOD ***18 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Cavabdeh1, Cavabdeh2, X10, X12 və Cavabdeh3 Şəki rayonu, Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,25 hektar torpaq sahəsi ayrılmışdır. -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-829A, KOD ***18 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Cavabdeh1, Cavabdeh2, X10, X12 və Cavabdeh3 Şəki rayonu, Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,13 hektar torpaq sahəsi ayrılmışdır. -Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 198 nömrəli arxiv arayışından görünür ki, Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəliyinin 1991-1995-ci illərin təsərrüfatbaşına kitabına əsasən X1 təsərrüfatında ailə başçısı olduğu, 05.05.1992-ci il tarixdə vəfat etdikdən sonra təsərrüfat nəvəsi Cavabdeh1 adına keçirilməsi və təsərrüfatında ailə üzvləri kimi X2, Cavabdeh1, X7, X11, Cavabdeh4 və Cavabdeh3 qeyd edilmişdir. Onun təsərrüfatında torpağının cəmi 19901994-cü illərdə 0,12, o cümlədən tikililərin, kolluqların, meşəliyin, yarğanların, qobuların və ictimai yolların altında 1990-1994-cü illərdə 001 olması qeyd edilmişdir. -Şəki şəhər İHB-nin Baş Göynük İnzibati Ərazi dairəsi üzrə Nümayə ndəliyi tərəfindən 15 fevral 2020-ci il tarixdə verilmiş *** nömrəli arayışdan görünür ki, İddiaçı1 Şəki rayonu, Baş Göynük kəndində yaşayır. -Şəki şəhər İHB-nin Baş Göynük İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 15 fevral 2020-ci il tarixdə verilmiş *** nömrəli arayışdan görünür ki, İddiaçı1 Şəki rayonu, Baş Göynük kəndində yaşayır, hərbi müəllim işləyir, ailə üzvləri kimi İddiaçı2, X6, İddiaçı3 vardır. -Şəki şəhər İHB-nin Baş Göynük İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 24 mart 2020-ci il tarixdə verilmiş*** nömrəli arayışdan görünür ki, Cavabdeh1 Şəki rayonu, Baş Göynük kəndində yaşayır. -Şəki şəhər İHB-nin Baş Göynük İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 24 mart 2020-ci il tarixdə verilmiş *** nömrəli arayışdan görünür ki, Cavabdeh2 Şəki rayonu, Baş Göynük kəndində yaşayır, işləmir və onun ailə üzvləri kimi Cavabdeh3 qızı, Cavabdeh4, X19 və X13 vardır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və həyat yoldaşı-İddiaçı2, qızı X3 və oğlu İddiaçı3 Şəki rayonu, Baş Göynük kəndində yerləşən daimi qeydiyyatda olduqları, hazırda cavabdehlərin istifadəsində olan 0,13 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr, b ir mərtəbəli, 3 otaqlı evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(075)-672/2020 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və Cavabdeh4 qarşı onun və həyat yoldaşıİddiaçı2, qızı Qəribova (Hacıyeva) Rövşanə İbrahim qızının və oğlu İddiaçı3 Şəki rayonu, Baş Göynük kəndində yerləşən daimi qeydiyyatda olduqları, hazırda cavabdehlərin istifadəsində olan, 0,13 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr, bir mərtəbəli, 3 otaqlı evə köçürülmələri tələbinə dair iddiaları təmin edilməmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiaları ilə bağlı ödədikləri 10 ma nat dövlət rüsumu xərci onların özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(107)-1942/2020 saylı qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməyərək, Şəki Rayon Məhkəməsinin 6 avqust 2020-ci il tarixli 2(075)-672/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə baxarkən işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və Cavabdeh4 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 1982-ci il 08 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin: -54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. -60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. -87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 s aylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mü lahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikasının 1982-ci il 08 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 54, 60 və 87-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1, 152.5 və 157.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. İş mater iallarından görünür ki, İddiaçı1 özünün izahatında da göstərdiyi kimi o, mübahisə predmeti olan evdə onuncu sinifi bitirənədək, yəni 1985-ci ilədək yaşamış və bundan sonra həmin evdə daimi olaraq yaşamamışdır. İddiaçı1 yaşadığı müddətdə yaşadığı həmin evdən istifadə hüquqları yaransa da, o, mübahisəli mənzildən uzun müddət, yəni 30 ildən artıq müddətdə istifadə etmədiyinə və daimi olaraq başqa bir ünvanda yaşamasına görə onun həmin evdə yaşayış sahəsi saxlanılmamışdır.İş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 isə mübahisə predmeti olan evdə yaşamamışlar və onların həmin evdən istifadə hüquqları yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bunun əksini, yəni onların iddialarının əsaslı olmasını da təsdiq edəcək hər hansı bir sübut da məhkəməyə təqdim edi lməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(107)-1942/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar