Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2110/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və X1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2110/22 (Açar sözlər: yardımçı sahələrdən istifadə, Yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi) Bakı şəhəri, 11 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli 2(105)-2839/2021 saylı iş üzrə qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. İddiaçı1 Cavabdeh1 ilə 15.12.1989-cu il tarixdə nikaha girmişdir. Həmin tarixdən Abşeron rayonu Novxanı kəndi İ.Abdullayev küçəsində yerləşən 100 nömrəli evə köçmüş və cavabdehlə birgə yaşamışlar.
2. Həmin birgə nikahdan 1990-cı il təvəllüdlü X2, 04.05.199 il təvəllüdlü X3 və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı3 anadan olmuşdur.
3. Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(001)-3195/2017 nömrəli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur.
4. İddiaçılar qeyd edilən yaşayış sahəsindən qanunsuz şəkildə məhrum edildiklərini bildirərək həmin evə köçürülmələrinə və oradan istifadə qaydasının müəyyən edilməsinə dair aşağıdakı tələbləri irəli sürmüşlər. a) Birinci insta nsiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə cavabdeh arasında 15.12.1989-cu il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində nikah qeydiyyat kitabında 418 nömrə ilə qeydə alınmış və həmin tarixdən iddiaçı cehiz əşyaları ilə birlikdə Abşeron rayonu Novxanı kəndi İ.Abdullayev küçəsində yerləşən 100 nömrəli evə gəlin köçmüş və cavabdehlə birgə 28 il birgə təsərrüfatı idarə etmişlər. Həmin birgə nikahdan 1990-cı il təvəllüdlü X2, xx.xx.1992-ci il təvəllüdlü X3 və xx.xx.1996-cı il təvəl lüdlü İddiaçı3 anadan olmuşdur. Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(001)-3195/2017 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş və həmin gündən iddiaçı və övladları kirayələrdə qalmağa məcbur olmuşlar. Dünyada eləcə də Azərbaycan Respublikasında yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq iş yerlərinin bağlanması və ya məhdudlaşdırılması səbəbindən kirayə haqqını ödəyə bilmirlər. Cavabdehin iddiaçılara qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir.
7. Abşeron Rayon Məhkəməsinin (hakim H.Y. Əhmədov) 17.05.2021-ci il tarixli 2(012)-872/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh1 istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və ümumi istifadədə olan yardımçı sahələr tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşarış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli yaşayış sahəsi rəsmi dövlət qeydiyyatına alınmış əmlak olmad ığından Mənzil Məcəlləsinin ümumi prinsiplərindən çıxış edərək mübahisəli yaşayış sahəsindən istifadədə tərəflərin daha əvvəl mövcud olmuş qaydalara uyğun istifadə şərtlərinin müəyyən edilməsi məqsədəuyğundur. Belə ki, iddiaçılar mənzili tərk edənədək yaşayış sahəsinin onların istifadəsində olan hissəsindən və eyni zamanda ümumi istifadədə olan sahələrindən istifadə etmək hüquqları saxlanılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər L.M.Məmmədova (sədrliyi və məruzəsi il ə), T.O.Quliyev və G.F. Tağızadə) 2(105)2839/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi qismən, ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir.
11. Apellyasiya kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instnsiya məhkəməsi iddia tələbinin iddiaçıların mübahisəli evə köçürülməsinə dair düzgün nəticəyə gəlsə də iddiaçıların istifadə hüququnun tanınmasına dair gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, mubahisəli evin özbaşına tikili olması, iddiaçıların cavabdehlə bir ailə kimi mübahisəli evdə yaşaması işin mübahisəsiz halıdır. İş materiallarınan görünür ki, mübahisəli ev özbaşına tikilidir. Qanunvericiliyin tələblərinə görə mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınmadığından həmin ev üzərində istifadə hüquqlarının yaranması hüquq nöqteyi nəzərindən mümkün ola bilməz. Əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər.
12. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.5-ci maddələrinə, Azərbaycan Res publikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarına, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1,77.1,14.2 və 217.4-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayət inin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2839/2021 saylı iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tam əsassız olaraq hesab edib ki, mübahisəli ev öz başına tikili olduğundan həmin evə tərəflərin istifadə hüquqları tanına bilməz. Mübahisəli yaşayış sahəsi rəsmi dövlət qeydiyyatına alınmış əmlak olmadığından Mənzil Məcəlləsinin ümumi prinsiplərindən çıxış edərək mübahisəli yaşayış sahəsindən istifadə tərəflərin daha əvvəl mövcud olmuş qaydalara uyğun istifadə edilmə lidir. İddiaçılar mənzili tərk edənədək yaşayış sahəsinin onların istifadəsində olan hissəsindən və eyni zamanda ümumi istifadədə olan sahələrindən istifadə etmək hüquqları saxlanılmalıdır Müəyyən olunduğu kimi, tərəflər arasında nikah hüquq münasibətləri 1989-cu il tarixdə yarandığından, mübahisələr Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
15. Kassator kassasiya şikayyətini Mənzil Məcəlləsinin 123-cü maddəsinə, AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 01.10.2 009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:
17. Maddə
52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
18. Maddə 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
19. Maddə 1 3.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.
20. Maddə 61.2. Ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddianın “ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılmaqla, yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi” hissəsində düzgün qənaətə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
28. Kollegiya əvvəlcə onu bildirir ki, ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılması tələbini rədd edən apellyasiya məhkəməsi yardımçı sahələrin nədən ibarət olmasını, onların evdə yaşamaqla bağlı məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulan hissələr, yoxsa bununla əlaqədar olmayan, iddiaçıların mənafeləri xaricində qalan və cavabdehə aid olan tikililər olmasını aydınlaşdırmamış, bu tələbin həllinə dair gəldiyi nəticəni əsaslandırmamışdır.
29. Apellyasiya məhkəməsi Abşeron rayonu Novxanı kəndi İ.Abdullayev küçəsində yerləşən 100 nömrəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını, bununla belə iddiaçının 1989-cu ildən ailə qurmaqla orada yaşadığını nəzərə alaraq, onun həmin yaşayış sahəsinə köçürülməsi tələb ini 01.10.2009-cu ildək qüvvədə olan Mənzil Məcəlləsini tətbiq etməklə mümkün saymışdır. Nəticə etibarilə iddiaçıların fərdi yaşayış evinə köçürülməsi onların həmin yaşayış sahəsindən istifadə ilə bağlı ehtiyaclarının qarşılanmasının təmin olunması deməkdir. Köçürüldükləri evdə yaşayacaq iddiaçıların həmin yaşayış sahəsində məişət və digər ehtiyacları qarşılayan yardımçı sahələrdən istifadə etməkdə haqlı mənafelərinin olması nəinki mümkün, hətta zəruridir.
30. Məlum olduğu kimi, vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələr yaşayış sahəsinə məcmusuna daxildir. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müə yyən edilmiş ev yaşayış evi hesab edilir. Bu baxımdan ayrıca olmayan yardımçı sahələr yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz (§ 1720).
31. Belə olan halda, evdə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılması barədə iddia tələbinin təmin olunmaması anlaşılan bir mövqe deyil. Məhkəmənin bu hissədə gəldiyi nəticəni əsaslandırmaması isə MPM-nin 217.3-cü maddəsinin pozulmasıdır.
32. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddianın “yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi” hisssəində də düzgün nəticəyə gəlməmişdir.
33. Məhkəmə həmin hissədə mövqeyini belə əsaslandırmışdır ki, “mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınmadığından həmin ev üzərində istifadə hüquqlarının yaranması hüquq nöqteyi nəzərindən mümkün ola bilməz. Əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər... cavabdeh həmin evin mülkiyyətçisi olmadığından, mübahisəli ev özbaşına tikili olduğundan iddiaçıların həmin evə istifadə hüquqları tanına bilməz və iddia həmin hissədə təmin edilə bilməz”.
34. Kollegiya bu mövqe ilə razılaşmır ona görə ki, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə tələb ondan istifadə hüququnun, yəni məhdud əşya hüququ sayılan şəxsi servitut hüququnun tanınması anlamında qəbul edilməməlidir.
35. İstifadə qaydasının müə yyən olunması tələbi əşyadan birlikdə istifadə edən bir neçə şəxsin həmin əşyadan hansı qaydada yararlanacaqları (məsələn, yaşayış sahəsinin hansı hissəsindən kimin daha çox və ya davamlı istifadə edəcəyi və s.) barədə tərəflər arasında razılaşma olmadıqda həmin mübahisənin məhkəmə tərəfindən həll edilməsi barədə iddiadır. Bu institut daha çox paylı mülkiyyətdə olan əmlakdan istifadə ilə bağlı münasibətlərdə ortaya çıxır. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsində paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadənin onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur.
36. Bir neçə şəxsin birlikdə yaşamalı olduğu fərdi yaşayış evində də istifadə qaydasının müəyyən olunması il ə bağlı ehtiyacın yaranması mümkündür. Həmin şəxslər bu qaydanı öz aralarındakı razılaşmaya uyğun müəyyənləşdirə bilərlər. Lakin bu mümkün olmadıqda yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı mübahisəni məhkəmə həll etməlidir. Yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması məhkəmənin həmin mübahisəni həll etməkdən imtina etməsinə və ya bu səbəblə iddianı rədd etməsinə əsas ola bilməz.
37. Bu baxımdan hazırkı işdə apellyasiya məhkəməsi iddiaçıların mübahisə predmeti olan evdə yaşamaq imkanlarını tanıdığı və onları evə köçürdüyü halda, əgər kimin hansı sahədən və hansı qaydada istifadə edəcəyi ilə bağlı fikir ayrılığı mövcuddursa, bu mübahisənin anlogiya qaydasında Mülki Məcəllənin 215-ci maddəsinin tələbləri çərçivəsində həll etməsi üçün hüquqi maneə yoxdur.
38. Odur ki, həmin tələbin mənzildən istifadə hüququ verən şəxsi servitutla əlaqələndirilməklə, evin dövlət reyestrində qeydə alınmamasına görə rədd edilməsi mülki qanunvericiliyə uyğun olmamışdır.
39. Beləlikllə, Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 21-23). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.
40. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi iddianın rədd olunan hissəsində ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla həmin hissədə mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2839/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsi iddianın rədd olunan hissəsində ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov