Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2111/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X2 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13265/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2082/2019 saylı, 01 avqust 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.X.Bəhrəmzadə) ərizənin təmin edilməsi və Ərizəçi 1975-ci il tarixdən 1993-cü il tarixədək Kəlbəcər rayon 3 saylı Qaraçanlı Heyvandarlıq-Tütünçülük Sovxozunda sürücü işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13265/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov), maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən veri lmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2082/2019 saylı, 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1975-ci il tarixindən etibarən 1993-cü il tarixinədək Kəlbəcər Rayon 3 nömrəli Qaraçanlı Heyvandarlıq-Tütünçülük Sovxozunda (1991-ci il tarixindən X9 adına kolxoz) sürücü vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxx 1955-ci il tarxində Samux rayonunda anadan olmuşdur. 7 yaşı tamam olduğu tarixdə yəni 1962-ci il tarixində Kəlbəcər rayonu 1 saylı Orta məktəbdə təhsil almağa başlamış və 1972-ci il tarixində həmin məktəbdən məzun olmuşdur. 18 yaşı tama m olduğu tarixdə yəni, 1973-cü il tarixində Ordu sıralarında xidmət etmək üçün Litva şəhərinə yola düşmüşdür. Hərbi xidməti 1975-ci il tarixində başa vurub ordu sıralarından tərxis olunmuşdur. Hərbi xidmətdən gəldikdən sonra yəni, 1975-ci il tarixində Kəlbəcər Rayon 3 nömrəli Qaraçanlı Heyvandarlıq-Tütünçülük Sovxozunda sürücü vəzifəsində işə başlamışdır. 1993-cü il tarixinə qədər həmin sovxozda iş fəaliyyəti olmuşdur. 63 yaşının tamam olması səbəbilə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi t ərəfindən etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, onun tələb olunan əmək stajı olmadığından və fərdi qaydada hesabında toplanan pensiya kapitalı minimum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən yaşa görə əmək pensiyası hüququ yoxdur. Qeyd etmişdir ki, o, 1975-ci il tarixində Kəlbəcər Rayon 3 nömrəli Qaraçanlı Heyvandarlıq-Tütünçülük Sovxozunda sürücü vəzifəsində işə başlamışdır. 1993-cü il tarixinə qədər həmin sovxozda iş fəaliyyəti olmuşdur. Məlum olduğu kimi Kəlbəcər rayonu işğal edilən zaman bir çox idarələr dağıdılmış və sənədlər məhv edilmişdir. Onun bir çox sənədi həmçinin əmək kitabçası da həmin zamanlarda məhv edilmişdir. Onlar sığınacaq olaraq Biləsuvar rayonuna yerləşdirilmişlər. Daha sonra o, iş fəaliyyətini orda davam etdirmişdir. Milli Arxiv İdarəsindən verilən arayışın 1-ci bəndindən də göründüyü kimi Kəlbəcər rayonundan gətirdiyi Qaz 66 markalı, 82 33 aqu nömrəli maşınla Tağıyev adına sovxozda müvəqqəti olaraq işə düzəlmişdir. Kəlbəcər rayon 3 nömrəli Qaraçanlı Heyvandarlıq-Tütünçülük Sovxozunun 95 nömrəli, 06 dekabr 1986-cı il tarixli əmrindən də göründüyü kimi sürücü olaraq ona ailə vəziyyətinin yaxşılaşdırılması üçün Xoləzək kəndində torpaq sahəsi verilmişdir. Sovxozun 25 dekabr 1986-cı il tarixli, 1829 nömrəli göndəriş məktubundan da aydın olur ki, ona müvafiq ünvana çatdırılması üçün 400 ədəd kubik təhvil verilmişdir. 08 iyun 1998-ci il tarixli və 22 iyun 1998-ci il tarixli aktlardan da göründüyü kimi o, həmin sovxozda sürücü işləmişdir. 210253 nömrəli, AA seriyalı məcburi köçkün vəsiqəsindən də göründüyü kimi o, 1993-cü il tarixində Kəlbəcər rayonundan köçkün düşmüşdür. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Xəzər rayon sektoru tərəfindən verilmiş 81/47 saylı, 20 may 2019-cu il tarixli arayışından da göründüyü kimi o, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində məskunlaşmışdır. Hal-hazırda hesab etmişdir ki, onun 1975-ci il tarixindən 1993-cü il tarixinədək işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Əlavə olaraq qeyd etmişdir ki, 1991-ci il tarixində həmin sovxozun adı dəyişdirilmiş və X9 adına kolxoz olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib ərizənin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi və vəkili Ramazanov Nicat Rüfət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuşdur. Hazırkı iş üzrə məhkəmə iclasında şahid qismində ifadə verən İbrahimov Süleyman İlyas oğlu 05.10.1987-ci il tarixdən Kəlbəcər rayon M.F.Axundov adına kolxozda, X4 07.06.1978-ci il tarixdən Geştək ət-süd-tütünçülük sovxozunda, yəni iddiaçı ilə fərqli müəssisələrdə işləmişlər. Məhkəmə müəssisədə işlədikləri təsdiq olunmayan şahidlərin ifadəsi əsasında digər şəxsin də həmin müəssisədə işlədiyinin müəyyən edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmçinin, 1987ci ildən M.F.Axundov adına kolxozda işləmiş İbrahimov Süleymanın, ərizəçinin 12 il əvvəlki tarixdən başqa bir müəssisədə işlədiyini necə təsdiq etməsi aydın deyil. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Ər izəçi vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Ko llegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan yazılı sübutlar və şahid ifadələri əsasında müəyyən edilmişdir ki, ərizəçi 1975-ci il tarixdən 1993-cü il tarixədək Kəlbəcər rayon 3 saylı Qaraçanlı Heyvandarlıq-Tütünçülük Sovxozunda sürücü işləmişdir, ona məxsus əmək kitabçası Kəlbəcər rayonu işğal edilərkən orada qalmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən 16.05.2019-cu il tarixdə ərizəçiyə ünvanlanan məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onun tələb olunan əmək stajı olmadığından və fərdi hesabında toplanan pensiya kapitalı minimum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən onun yaşa görə əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən şahidlərin işdə olan əmək kitabçalarının təsdiq olunmuş surətləri əsasında müəyyən edilmişdir ki, X3 05.10.1987-ci il tarixdən Kəlbəcər rayon M.F.Axundov adına kolxozda ixtisası üzrə baytar həkimi kimi işə qəbul edilmiş, X4 07.06.1978-ci il tarixdən Azərbaycan SSR Kənd Tə sərrüfatı Nazirliyinin Respublika sovxozlar birliyinin 66/k saylı əmrinə əsasən Geştək ət-süd-tütünçüçülük sovxozuna direktor vəzifəsinə təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkila tlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yangın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizəçinin əmək kitabçası olmadığından əmək və onun işlədiyi yerlər işğal altında olmaqla əmək stajının müəyyən edilməsi başqa cür mümkün olmadığından, ərizəçi düzgün olaraq qanunvericiliyin ona verdiyi imkandan istifadə edərək əmək stajının olması faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-308-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, ərizəçinin 1975-ci il tarixdən 1993-cü il tarixədək Kəlbəcər rayon 3 saylı Qaraçanlı Heyvandarlıq-Tütünçülük Sovxozunda sürücü işləməsinə dair hüquqi əhəmiyyəti ol an faktı müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Şahid ifadələrinə düzgün hüquqi qiymət verilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, işin həmin halı apelyasiya şikayətində mübahsiələndirilməmişdir. Bundan əlavə iclas protokolunda əks olunan şahid X1 (i/v 53) və ş ahid Əliyev Məşədi Rüstəm oğlunun (i/v 86) ətraflı ifadələri ilə kassasiya şikayətinin həmin dəlilləri təkzib olunur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13265/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2111/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2111/2020
30.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver