Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2111/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)7933/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağı dakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 12 iyun 2006-cı il tarixli, 440 nömrəli sərəncamı ilə Qasımov İsmayıl Ərəş oğluna Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün naturada 300 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Qasımov İsmayıl Ərəş oğlu 20 dekabr 2018-ci il tarixdə 39 saylı notariat ofisində verdiyi etibarnamə ilə, Yeni Balaxanı yaşayış massivində yerləşən 300 kv.m torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar onu bütün idarə və təşkilatlarda təmsil etməyi, əvəzinə lazımi sənədləri, ərizələri imzalamağı, məhkəmə, icra və bələdiyyə orqanlarında müvafiq dublikat, arayış, qərar, sərəncam, torpaq sahəsinin planı və ölçüsünü almağı, sənədləşmə işləri ilə əlaqədar notariat ofisində notariat əməliyyatlarını yerinə yetir məyi, bölgü sxemini imzalamağı, adından ərizə verməyi, imzalamağı, dövlət rüsumunu ödəməyi, toplanmış sənədləri Reyestr Xidmətinə təhvil verib ona çatası çıxarışı və digər sənədləri almağı, bu işin yerinə yetirilməsi ilə bağlı bütün hərəkətləri etməyi 5 il müddətinə İddiaçı etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin zəbt etdiyi Yeni Balaxanı yaşayış massivində naturada qeyd olunmuş 300 kv.m torpaq sahəsindən və orada yerləşən vaqondan çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Yeni Balaxanı yaşayış massivində naturada 300 kv.m torpaq sahəsi 12 iyun 2006-cı il tarixli sərəncama əsasən Qasım ov İsmayıl Ərəş oğluna verilmişdir. İddiaçı həmin torpaq sahəsini Qasımov İsmayıl Ərəş oğlundan almış və öz büdcəsi ilə vaqon alaraq ora yerləşdirmişdir. Torpaq sahəsini aldıqdan bir müddət sonra, torpaq sahəsinə nəzarət etmək üçün getdikdə ona məxsus olan torpaq sahəsinin Cavabdeh və ailəsi tərəfindən zəbt edildiyini görmüşdür. Cavabdehə bir neçə dəfə xəbərdarlıq etməyinə baxmayaraq həmin torpaq sahəsini və orada yerləşən vaqonu boşaltmaqdan imtina etmişdir. İddiaçı həmin torpaq sahəsinin öz adına keçirilməsi üçün Daşınmaz əmlakın dövlət reyestr xidmətinə çıxarış almaq üçün müraciət etmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(008)186/2022 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Səmədov) iddia təmin edilmiş, Cavabdeh zəbt etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivində yerləşən 300 kv.m torpaq sahəsindən və orada yerləşən vaqondan çıxarılması qət olunmuşdur.
6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(008)-186/2022 nömrəli ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)-7933/2022 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovanın və V.N.Sadıqovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(008)186/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qətnaməni belə əsaslandırmışdır ki, iş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur, məhkəmə isə cavabdehin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.
10. İddianın mahiyyətinə qiymət verən apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyi, o cümlədən sonuncunun, etibarnamə əsasında ona verilən sahəni özəlləşdirmək üçün hər hansı təşəbbüs göstərdiyi müəyyən edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. İddiaçı yalnız sahənin m əhz ona ayrıldığını və ya sahə ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda müvafiq tələbləri irəli sürə bilər.
12. Məhkəmə qətnaməni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.8, 165.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 217.3, 385, 387.2.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)-7933/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 72-ci, Mülki Prosessual Məcəllənin 385, 386, 418-ci maddələri pozulmuşdur.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası M ülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasl a əmlaka sahiblik edən şəxsə də mənsubdur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müə yyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 21. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olara q məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən təl əb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəti cəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qiymətləndirilməsi ilə tam olaraq razılaşır.
24. Belə ki, hazırki tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2 və 157.8-ci maddələrinə əsasən tələbin təmin olunması üçün iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət və ya başqa qanuni sahiblik hüququ olmalıdır.
25. Lakin iddiaçı belə hüquqlarının olmasını təsdiq edən sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Halbuki, bu halın sübut edilməsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür.
26. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
27. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı mübahisəli torpaq sahəsinə dair müəyyən olunan sübutları təqdim edə bilmədiyindən, apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, o, hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir.
28. İzah olunmalıdır ki, iddiaçının istinad etdiyi etibarnamə onun mübahisəli torpaq sahəsinə dair öz adından iddia vermək hüququnu təsdiq edən sənəd deyildir. Belə ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasə n etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir.
29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, vətəndaş Qasımov İsmayıl Ərəş oğlu kassasiya məhkəməsinə ərizə ilə müraciət edərək, hazırki iddianın əsl olmayan iddiaçı tərəfindən qaldırıldığı göstərməklə, Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən onun əsl iddiaçı kimi əvəz edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir.
30. Bununla bağlı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
31. Göründüyü kimi, mülki prosessual qanunvericiliyinə əsasən əsl olmayan tərəf əsl tərəflə birinci instansiya məhkəməsində işin məhkəmə baxılmasına hazırlanması mərhələsində, qanunla müəyyən olunmuş hallarda isə məhkəmə baxışı gedişində əvəz oluna bilər. Tərəfin apellyasiya və kassasiya icraatlarında əvəz edilməsinə yol verilmir.
32. Lakin bu hal, hüquqlarının pozulmasını iddia edən şəxsin ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işi n faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)-7933/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.