Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2112/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və qeyrisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1760/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: “xxxx” MMC ilk dəfə xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyata alınmaqla müəssisənin Nizamnamə kapitalı 100 faiz X2 məxsus olmuşdur. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2006-cı il tarixli sərəncamı ilə MMC-yə Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ərazidə yerləşən MMC-nin təsisçisi E.Tağıyevə məxsus olan 0,4 hektar torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olan 12 mərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. xx xxxxxxx 2014-cü il tarixdə E.Tağıyev müəssisədəki 100 faiz payını X1 və müəssisəyə mülkiyyət hüququ sonunc uya keçməklə müəssisə həmin tarixdə yenidən 2 saylı Ərazi Vergilər Departamentində qeydiyyata alınmışdır. Tərəflər arasında hazırkı mübahisə qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ ilə əlaqədar yaranmışdır. Belə ki, birinci mərtəbəsində eyni qeyri-yaşayış sahəsinə dair iki ayrı-ayrı şəxslərlə alqı-satqı müqaviləsi bağlanmışdır. “xxxx” MMC ilə İddiaçı arasında xx xxxx 2007-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə görə MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsini payçıya təhvil vermək barədə üzərinə öhdəlik götürmüş və xx xxxx 2007-ci il tarixli maliyyə arayışına görə payçı qeyri-yaşayış sahəsinə görə 119.000 manat ödəməklə MMC-yə bo rcu yoxdur. Həmin binanın 1-ci mərtəbəsində yerləşən eyni qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 ilə xx xxxxxx 2012-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, lakin həmin müqavilədə qeyri-yaşayış sahəsinin ölçüsü 113,52 kv.metr göstərilmişdir. xx xxxxxx 2012-ci il tarixli maliyyə arayışına görə payçı Cavabdeh2 tərəfindən qeyri-yaşayış sahəsinə görə 61.460 manat ödənilmiş və onun MMC-yə heç bir borcu yoxdur. 2019-cu ildə Cavabdeh2 müqavilə əsasında ona satılmış qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin sahənin ona təhvil verilməsi barədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instan siya məhkəməsində icraat İddiaçı 2019-cu ilin iyun ayında cavabdehlər Cavabdeh1 MTK-ya (“xxxx” MMC-nin hüquqi varisi) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli qeyri-yaşayış sahəsinin “xxxx” MMC tərəfindən xx xxxx 2007-ci il tarixli müqavilə əsasında ona satılmasına baxmayaraq həmin sahənin eyni zamanda Cavabdeh2 satılmasını, qeyri-yaşayış sahəsinə görə MMC-yə 119.000 manat ödəməsini, belə olduqda həmin sahənin Cavabdeh2 satılmasının qanunsuz olmasını əsas göstərməklə Cavabdeh2la bağlanmış xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə hüququnun tanınmaqla ona təhvil verilməsi barədə Cavabdeh1 MTK-nın üzərinə vəzifə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həm in iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia verərək mübahisəli qeyriyaşayış sahəsini dəyərini ödəməklə qanuni əsaslarla əldə etməsini, həmin sahənin ona təhvil verilməsinə dair işə baxılarkən Cavabdeh1 MTK-nın sədri Rafiq Nəsirovun da məhkəmədə iştirak etməsini, lakin həmin sahəyə dair İddiaçıla xx xxxx 2007-ci il tarixdə müqavilənin bağlanması barədə onun tərəfindən məhkəməyə məlumat verilməməsini, həmin müqavilənin sonradan tərtib edilməklə saxta olmasını, həmin müqavilənin 2012-ci ildən sonra istifadə olunan blankda tərtib olunmasını, 2007-ci ildə evin 12 mərtəbədən ibarət tikilməsinin nəzərdə tutulduğu halda, həmin müqavilədə evin 14 mərtəbədən ibarət olmasının göstərilməsini, binanın “V” blokunda yerləşdiyi torpaq sahəsinin və onun üzərində yerləşən yeməkxananın xx xxxxxxxx 2007-c i il tarixədək X3 mülkiyyətində olmasını və yalnız X.Xalıqovla xx xxxxxxxx 2007-ci il tarixli müqavilənin bağlanmasından sonra 498,8 kv.metr olan X.Xalıqova məxsus binanın MMC-yə təhvil verilməsini, belə olduqda həmin ərazidə yerləşən mübahisəli qeyri-yaşayış sahəsinə dair İddiaçıla xx xxxx 2007-ci il tarixdə müqavilənin bağlanmasının mümkün olmamasını, qeyri-yaşayış sahəsinin yerləşdiyi “V” blokunun 2009-cu ildən sonra inşa edilməsini, xx xxxx 2007-ci il tarixli müqavilənin xx xxxxx 2018-ci il tarixdən sonrakı müddətdə geri tarixə yazılmasını və s. əsas göstərməklə İddiaçıla “xxxx” MMC arasında bağlanmış xx xxxx 2007-ci il tarixli müqavilənin etibarsız sayılması və qanuna zidd hərəkətləri ilə ona vurduğu mənəvi ziyana görə İddiaçı onun xeyrinə 5000 manat tutulmasına dair qətnamə qəbul edi lməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-159/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: H.Y.Əhmədov) İddiaçı iddiası qismən təmin edilərək Cavabdeh2la MMC arasında bağlanmış qeyri-yaşayış sahəsinə dair xx xxxxxx 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi, ilkin iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə qarşılıqlı iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia tələbi üzrə Cavabdeh2 apellyasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun asaslandırmaqla qətnamənin ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin olunmasına d air qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1760/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və Z.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-159/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri etirazın dəlilləri, məhkəmə icraatı Cavabdeh2 kassasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri İddiaçı və Cavabdeh1 MTK kassasiya şikayətinə qarşı yazılı etirazlarla məhkəməyə müraciət edərək Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1760/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə Cavabdeh2 və vəkili kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verməklə təmin olunmasını xahiş etmişlər. İddiaçının vəkili şikayətlə razılaşmayaraq iddianın rədd edilməsinin qanuni olmasını əsas göstərməklə şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 354.2 Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şə rtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini n pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı isə rədd edərkən mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilənin ilk dəfə xx xxxx 2007-ci il tarixdə İddiaçıla bağlanmasını və həmin sahəyə dair pay haqqının onun tərəfindən tam ödənilməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən həmin sahəyə sahiblik və istifadə hüququnu əldə etməsini və belə vəziyyətdə həmin sahəyə dair 4 il 11 aydan sonra Cavabdeh2la müqavilə nin bağlanmasının qanunsuz olmasını əsas göstərmiş və müqavilənin etibarsız sayılmasının qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsaslanmışdır. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. İş materiallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə İddiaçıla daha əvvəlki tarixə bağlanmış və sonuncu məhz həmin fakta əsaslanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh2 isə onunla xx xxxxxx 2012-ci il tarixdə müqavilə bağlanarkən İddiaçıla bağlanmış xx xxxx 2007-ci il tarixli müqavilənin mövcud olmamaqla 2012-ci ildən sonra bağlanması nı əsas göstərərək həmin müqavilənin etibarsız sayılmasını tələb etmiş və bu zaman xx xxxx 2007-ci il tarixli müqavilənin etibarsız sayılması üçün əsas verən ciddi dəlillər irəli sürmüşdür. Həmin dəlillərin yoxlanılacağı təqdirdə sübut olunması İddiaçıla bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə nəticələnə biləcəyini nəzərə alaraq, kollegiya hesab edir ki, iş üzrə qanuni və ədalətli qərarın qəbul edilməsi üçün həmin dəlillərin yoxlanılması və MPM-nin 88-ci maddəsinin tələbinə müvafiq surətdə qiymətləndirilməsi mütləq təmin olunmalı idi. Lakin işdən göründüyü kimi Cavabdeh2 həm qarşılıqlı iddia ərizəsində həm də apellyasiya şikayətində irəli sürdüyü dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamış və onlara müvafiq hüquqi qiymət verilməmişdir. Apellyasiya instan siyası məhkəməsi nəzərə almamışdır ki, apellyasiya şikayətində sadalanan dəlillər yoxlanılmadan yalnız müqavilənin bağlanma tarixinə istinad olunmaqla mübahisənin həlli qanuni sayıla bilməz. Müqavilənin bağlanma tarixindən (xx xxxx 2007-ci il) xeyli müddət keçməsinə baxmayaraq İddiaçı qeyri-yaşayış sahəsinə iddia etməməsi, Cavabdeh2 qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi tələbinə dair iddiası üzrə işə baxılarkən (xx xxxxx 2018-ci il tarixdə) məhkəmə iclasında MMC-nin qanuni təmsilçisi kimi iştirak edən Rafiq Nəsirovun xx xxxx 2007-ci il tarixli müqavilənin mövcudluğu barədə susması, həm İddiaçı həm də Cavabdeh2la bağlanmış müqavilələrin əlyazma ilə icra olunmuş hissələrinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən eyni şəxs tərəfindən icra olunması, binanın 14 mərtəbəli binaya rekonstruksiya olunmasının 2012-ci ildə baş verməsinə baxmayaraq İddiaçıla bağlanmış müqavilədə binanın 14 mərtəbəli kimi göstərilməsi, İddiaçıla müqavilə bağlanan dövrdə qeyri-yaşayış sahəsinin hazırda yerləşdiyi “V” blokunun mövcud olmaması və s. kimi dəlillərin yoxlanılmaması, kollegiyaya görə mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını təmin etməmişdir. Qətnamə işin həqiqi halları tam yoxlanılmadan, sübutların qiymətləndirilməsinə birtərəfli yanaşılmaqla çıxarılmışdır. Əqdlərin etibarsız sayılmasının əsasları və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən olunmuşdur. Qanunun həmin normasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mü bahisə edə bilər. Göstərilən vəziyyətdə iddia və qarşılıqlı iddia tələbləri üzrə qəti nəticəyə gəlmək mümkün olmadığından kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslı sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1760/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2112/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2112/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver