Məhkəmə qərarları › İş №2(102)-2112/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2112/2025

15.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2112/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin eitibarsız sayılması, əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2rşı “ərizənin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əm ək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-37/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1 iyul 2021-ci il tarixli, 38 nömrəli əmrlə Naxçıvan Muxtar Respublikası MTE və PA Birliyinin Culfa-Ordubad rayonlararası şöbəsinin rəisi-məhkəmə tibb eksperti, daha sonra canlı şəxslərin məhkəmə X9 rəisi vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Baş prokurorunun müavini Azərbaycan Respublikası Hərbi prokuroru Xanlar Vəliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri xxxa ünvanlanmış 01 iyul 2024-cü il tarixli, 3-3-0 20/2-3206/24 nömrəli məktubda qeyd bunlar edilmişdir: “11 iyun 2024-cü il tarixdə Naxçıvan hərbi prokurorluğuna X10 Ordusunun tabeliyindəki N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər X7 meyitinin hərbi hissənin ünvan 1 ərazisində, Ermənistan Respublikasının döyüş mövqeləri ilə üzbəüz yerləşən neytral ərazidə aşkar edilməsi barədə daxil olmuş məlumatla əlaqədar Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun Məhkəmə-X9 rəisi, tibb xidməti mayoru xxx həmin gün məzuniyyətdə olduğundan, meyitin müayinəsinin aparılmasına Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 Naxçıvan şəhər X11 rəisi İddiaçı xxx qızı cəlb olunaraq onun hadisə yerinə aparılması təmin edilmişdir. Əsgər xxxun meyiti elə həmin gün Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi nin Məhkəmə Tibbi Ekspertiza və X6 meyitxanasına gətirildikdən sonra, meyitin xarici müayinəsinə başlanmazdan öncə həmin birliyin baş direktoru X3 meyitin müayinəsinin aparılmasına cəlb olunmadığı halda, orada öz səlahiyyətlərindən açıq-aşkar kənara çıxaraq və qeyri-peşəkarlıq nümayiş etdirərək, həmin vaxtadək kənar məsafədən odlu silah güllə yaralanmasından ölmüş şəxslərin meyitlərini müayinə etməmiş ekspert İddiaçı yanında hadisə ilə bağlı meyitxanaya gəlmiş X10 Ordusunun komandanı, generalpolkovnik Kərəm Mustafayevə və Naxçıvan hərbi prokurorluğunun nümayəndələrinə qəti əminliklə, meyitin kənardan sadəcə vizual müşahidəsini aparıb əsgər xxxun uzaq məsafədən açılmış atəş nəticəsində öldüyünü, güllənin baş nahiyəsinin sol tərəfindən girərək sağ tərəfindən çıxdığını bildirib, atəşin məsafə si və güllənin giriş-çıxış yaraları barədə heç bir elmi əsası olmayan yönləndirici fikirlər söyləmişdir. Eyni zamanda, ekspert İddiaçı müayinəyə başladıqdan sonra, öz məsuliyyətini unudaraq, səthi və keyfiyyətsiz müayinə aparıb bilavasitə rəisi olan xxxun bildirdiyi rəyə qoşulmaqla sonuncunun dediklərinin təsiri altında istintaq orqanının nümayəndələrinə meyit üzərində olan odlu silah güllə yaralanmasının giriş və çıxış zədələrinin yerləşmə yeri və atəşin istiqamətinə dair qabaqcadan yanlış fikir bildirmişdir. Nəticədə göstərilənlər əsgər xxxun erməni hərbi qulluqçuları tərəfindən uzaq məsafədən açılmış atəş nəticəsində qəsdən öldürülməsi barədə yanlış fikirlər yaratmaqla, eyni zamanda sosial şəbəkələrdə baş vermiş hadisənin şəraiti ilə əlaqədar yanlış rəy formalaşdırmış, ilkin mərhələdə i stintaqı yanlış istiqamətləndirmişdir. Lakin, istintaqın sonrakı-mərhələsində əsgər xxxun bilavasitə yaxın məsafədən açılmış atəş nəticəsində öldüyü müəyyən edilmiş, həmçinin meyitdən götürülmüş dəri və digər nümunələrin histoloji və kriminalistik tədqiqatları nəticəsində atəşin istiqaməti düzgün müəyyən edilməklə güllənin xxxun baş nahiyəsinin sağ tərəfindən girib sol tərəfindən çıxdığı məlum olmuşdur. O da nəzərə alınmalıdır ki, adi gözlə baxdıqda belə, meyitin müayinəsi zamanı başın sağ nahiyəsindəki yaranın ətrafından götürülmüş dəri nümunəsi üzərində atəşin əlavə faktorlarının izləri (yaranın ətrafındakı yanıq izləri) açıq-aşkar müşahidə edilmişdir ki, bu da ekspertlər tərəfindən müayinə zamanı tamxxxə yalnış fikir bildirilməsini bir daha təsdiq etməklə yanaşı, onların qeyri-peşəkarlı ğını nümayiş etdirir. Göstərilənlərlə bağlı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 baş direktoru X1 və həmin Birliyin Naxçıvan şəhər X11 rəisi İddiaçı barəsində ciddi tədbirlər görülməsi məsələsinə baxılıb nəticəsi barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna məlumat verməyinizi xahiş edirəm.”

3. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 09 iyul 2024-cü il tarixli, 15 nömrəli əmri ilə Birliyin Naxçıvan şəhər şöbəsinin rəisi, məhkəmə-tibb eksperti İddiaçı 9 iyul 2024-cü il tarixdən öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş və İddiaçı istifadə etmədiyi məzuniyyət günləri üçün son haqq-hesabının aparılması əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinc i instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öz ərizəsi əsasında işdən azad edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 (bundan sonra “cavabdeh” və ya “işəgötürən”, yaxud “Birlik”) baş direktorunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının Birliyin Naxçıvan şəhər şöbəsinin rəisi-məhkəmə tibb eksperti vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxdığı - xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin may ayının 1-də Birliyin baş direktoru X3 iddiaçını çağırıb “nazir deyir iş yerin dəyişib Culfa-Ordubad rayonlararası şöbəyə keçsin” dediyini, özünün ailə vəziyyətini-himayəsində bir yetkinlik yaşına çatmayan qız uşağının olduğunu, tək qadın olaraq Naxçıvan şəhərində yaşadığını bildirib buna etiraz etmişdir. Bundan sonra Səhiyyə Nazirliyinin kadrlar şöbəsinin işçisi xxx xanım, aparat rəhbəri Vüsal müəllim iddiaçını çağırıb qəbul etmiş və nazirin işini dəyişməyini istədiyini bildirmişlər. İddiaçı qeyd edilən təzyiqlərdən sonra 30 may 2024-cü il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinə, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna və Baş Nazirə iradəsi əleyhinə işindən çıxarılmaq istənildiyni və ona köməklik edilməsini xahiş etmişdir. 24 iyun 2024-cü il tarixdə iddiaçını Əmək Müfəttişliyindən çağırıb ünvanlad ığı ərizələrin baxılması üçün Əmək Müfəttişliyinə göndərildiyini və burada baxılacağını bildirmişlər. Bundan sonra Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhi müəllim iddiaçıya zəng edib şikayətlərini geri götürməyini istəmişdir. İddiaçı da Səbuhi müəllimə onlara inanmadığını, özü ilə təkrar əmək müqaviləsi bağlanacağı təqdirdə şikayətini geri götürəcəyini bildirmişdir. Bundan sonra iddiaçı ilə yeni əmək müqaviləsi bağlanmışdır. 27 iyun 2024-cü il tarixdə iddiaçıya zəng edib X4 müəllimin onunla görüşmək istədiyini bildirmişlər. xxx müəllimin yanında olmuş və o, iddiaçıya Azərbaycan Respublika Prokurorluğunda olmalı olduğunu bildirmişdir. İddiaçı da Azərbaycan Respublika Prokurorluğuna getmişdir. 09 iyul 2024-cü il tarixdə Birliyin həkimləri Malik Əliyev, Fəxrəddin Cəfərov, Elşad Cəfərov, həmka rların sədri Yamən həkim nahar saatlarında işlədiyi tibb müəssisəsinə gələrək iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç„ bəndinə əsasən işdən çıxarılmağına dair əmri elan etmişlər. İddiaçı 10 iyulda Ramin həkimin yanına gedib onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç„ bəndinə əsasən işdən çıxardıqlarına etiraz edərək onun əmək fəaliyyətinin ləkələndiyini bildirib öz ərizəsi əsasında işdən çıxarılmağını xahiş etmişdir. Bundan sonra iddiaçı məcbur qalıb xx.xx.2024-cu il tarixli ərizəni diktə ilə yazıb işdən azad olunmağını bildirmişdir. Ona qarşı sərgilənən bu davranış, mənfi münasibət iddiaçını artıq dərəcədə məyus etmişdir. İddiaçı uzun illər öz peşəsini layiqincə yerinə yetirmiş, bu müddət ərəzində dəfələrlə təltif edilmiş, bu sahədə əmək fəaliyyəti müsbə t qiymətləndirilmiş, əmək fəaliyyəti dövründə hər hansı intizam tənbehi almamışdır. İddiaçıya qarşı sərgilənən bu mənfi münasibət, onun əmək vəzifələrini kobud şəkildə pozmaqla işdən çıxarılacağı ilə bağlı hədə-qorxu gəlinməsi öz ərizəsi əsasında tutduğu vəzifəsindən azad edilməyi üçün 9 iyul 2024-cü il tarixli ərizə ilə işəgötürənə müraciət etmək məcburiyyətində qalmağı ilə nəticələnmişdir. Həmçinin iddiaçının işdən azad olunmağı barədə xx.xx.2024-cü il tarixli ərizəsində məhz həmin tarixdən işdən azad edilmək istəyi ilə bağlı qeyd Ramin həkimin diktə etməsi ilə yazılmışdır. Müvafiq əmrdə əmək müqaviləsinə xitam verilməsi əsası göstərilsə də, bu əsasın tətbiqinə dair Əmək Məcəlləsində müəyyən edilmiş maddə, hissə və bənd göstərilməmişdir. Təhlillər də onu göstərir ki, xx.xx.2024-cü il tar ixdən işdən azad edilmək istəyi ilə bağlı eyni tarixli ərizə iddiaçının hürr iradəsinin ifadəsi olmamışdır. Müvafiq əmrlə razı deyil, əmr faktiki hallar və hüquqi əsaslar baxımından əsaslandırılmamışdır.

6. Məhkəmə baxışında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 izahatında, may ayına aid sadəcə 1 sənəd olduğunu, digər hamısının iyun ayına aid olduğunu, iddiaçının gəldiyi səhv rəyin bir çox nəticələrə səbəb olduğunu, hadisənin münasibətləri yaxşı olmayan iki dövlətin münasibətlərinin daha da korlanmasına səbəb olduğunun nəzərə alınmalı olduğunu, istintaqın gedişatına təsir göstərdiyini, iddiaçının işdən çıxarılması ilə bağlı rəsmi sənədin Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin məktubu olduğunu, iddiaçının öz xahişi ilə ərizə verərək işdən azad edildiyini, iddiaç ının işdən azad edilməsi üçün səbəbin özünün ərizəsi olduğunu, onun yol verdiyi nöqsana görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması qərara alındığı vaxt iddiaçının öz xahişi ilə həmin maddə ilə deyil, öz ərizəsi əsasında işdən çıxarılmasını xahiş etdiyini, burada heç bir məcburiyyət olmadığını, iddia tələbini qəbul etmədiklərini bildirmişdir.

7. Naxçıvan Şəhər Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(078)-1333/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Gülsüm Əliyeva)

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

9. Birinci instansiya məhkəməsi iddiaçının həm iddia ərizəsində, həm də məhkə məyə verdiyi izahatında ərizə verdikdən sonra 1 ay müddətində işinə qaytarılması üçün müraciət etməsinin nəzərə alınmamasının qanunsuz olduğunu bildirməsi ilə bağlı götərmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına qərar verilərkən onun tutduğu vəzifədən öz ərizəsi əsasında ərizə verdiyi tarixdən işdən azad edilməsini xahiş etməsini, işdən çıxarılması barədə ərizə təqdim etməsini və bu əsasda işdən azad edilməsini Əmək Məcəlləsinin 69 (3)-cu maddəsində göstərilmiş ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilə biləcəyi hallarından biri olan “qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda” siyahısına daxil etmək olar.

10. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə öz istəyi əs asında xitam verilməsi ilə bağlı ərizəsinin nəzərə alınmamaqla əmək münasibətlərinin davam etdirilməsi barədə verdiyi ərizənin işəgötürən tərəfindən təmin edilməməsi düzgün olmuşdur.

11. Həmçinin, iddiaçının iddiası öz ərizəsi əsasında işdən azad edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi və öz ərizəsi əsasında işdən azad edilməsinə dair əmrin ləğv edilməsi tələbinə dair hissədə rədd edilməli olduğundan, iddia tələbi iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi məcburi iş buraxdığı - xx.xx.2024cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqının ödənilməsinə dair hissədə də rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68 (2 “a” bəndi), 69(1), 83(1)-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci m addələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla eyni zamanda qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin əsası olaraq olaraq təqdim edilmiş sübut növlərini, eləcə də məhkəmə araşdırması zamanı təqdim və tədqiq edilmiş sübutları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğu istiqamətində qiymətləndirməli idi. Məhkəmə qətnaməsində iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutlar, eləcə də məhkəmə araşdırması zamanı sübut növlərinin tədqiqi zamanı müəyyən edilən hal və faktlar iddiaçının tələbinin faktiki və maddi hüquqi əsasını təmin etməkdədir. Belə ki, iddiaçının tələbinin əsası kimi göstərdiyi xüsusatlar, yəni işəgötürən tərəfindən işçinin razılığı olmadan iş yerinin dəyişdirilməsinə dair tələblər həmçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağı barədə rəhbərlik tərəfindən seçim olaraq iddiaçı qarşısında irəli sürülən tələblər, faktlar iş üzrə məhkəmə araşdırması zamanı Birliyin vəkili və nümayəndəsi Nümayəndə1 izahatı, şahidlər Birliyin keçmiş sədri X3 və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin hüquqşünası X5 ifadələri ilə birmənalı olaraq təsdiqini tapır. Məhkəmə araşdırması zamanı müəyyən edilən iddiaçının tələbini əsaslandıracaq qeyd edilən sübut növləri və bu sübut növlərinin müəyyən etdiyi faktlar və hallar mübahisənin həllində məhkəmə qiymətləndirmə sindən kənarda qalmışdır. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Cavabdeh tərəfin iddia tələbinə qarşı etirazında eləcə də məhkəmə tərəfindən iddia tələbinin rəddinə əsas olaraq belə bir qənaət formalaşdırılır ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən özünün məsuliyyət daşıdığını qəbul etmiş (formal olaraq) və müvafiq maddə ilə əmək müqaviləsinə xitam verilməkdənsə, öz ərizəsi əsasında işdən azad olunmasına üstünlük vermiş, dolayısı ilə xx.xx.2024-cü il tarixli ərizəni öz arzusu ilə işdən azad olunma əsasları arasında sərbəst seçim etməklə imzalamışdır. Qeyd edilən mövqe tamxxxə absurd hüquqi yanaşmanın nəticəsi kimi qiymətləndirilm əlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının tutduğu vəzifədən azad olunma barədə arzusunun olmadığı birmənalı olaraq təsdiq olunur. Bununla yanaşı müəyyən olunur ki, iddiaçı onun hansısa məqbul hesab edilməyən fəaliyyətinə görə cavabdeh tərəfindən onun barəsində tənbeh tədbiri görülməsi qətiyyətinin formalaşdığını görmüşdür. Bunun da nəticəsi olaraq iddiaçıya onun üçün mənfi nəticədən işdən azad olunmanın iki fərqli əsası arasında seçim etmə imkanı verilmişdir. Göründüyü kimi iddiaçı formal olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi gerçəyi ilə üz-üzə qaldığına inandırılmış, qorxudulmuş və nəticə etibarilə iradə əleyhinə olan “öz ərizəsi əsasında, işdən azad olunma istəyi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəyə imza etmək m əcburiyyətində qalmışdır. Qeyd edilən hal Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində göstərilən müddəaların təsiri altında qiymətləndirilməmişdir: “işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır”. Həmçinin işəgötürən tərəfindən müvafiq şəxslər vasitəsilə iddiaçının işlə təmin ediləcəyi barədə vədləri özünü doğrultmamış və nəticə etibarilə iddiaçı işdən çıxarılmaqla gündəlik sosial rifahından, təminatından məhrum edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, əmək münasibətləri zəmnində şəxs özünü cəmiyyətə inteqrasiya edir, bu münasibətlər zəmnində ictimai-sosial münasibətlərin iştirakçısına çevrilir, sahib olduğu əmək vərdişlərini təkmilləşdirir, sosial maddi eht iyaclarını təmin edir. Bu baxımdan əmək münasibətləri subyektləri arasındakı mübahisələrin tənzimlənməsi qanunçuluq və humanizm prinsiplərinə dayanmalı, fərdi prinsipial çəkişmələrin predmetinə çevrilməməlidir.

15. Naxçıvan Muxatr Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)37/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Əli Allahverdiyev (sədrlik edən və məruzəçi), Vera Kuimova, Mehman Allahverdiyev)

16. Apellyasiya instansiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdıraraq hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə ma ddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iradə ifadəsini bildirməklə xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və işəgötürənin xx.xx.2024-cü il tarixli, 15 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən etibarən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Eyni zamanda, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçının özünün də bildirdiyi kimi, cavabdeh tərəfindən əmrin surəti və əmək kitabçası ona sonuncu iş günü, yəni xx.xx.2024-cü ildə təqdim edilmişdir. Bundan başqa iddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində məcburiyyət qarşısında qalaraq ərizəni yazdığını bildirmiş, lakin qeyd olunan dəlilləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etydiyi eyni maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 19 İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnaminin ləğv, iddia nın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddia tələbinə qarşı etirazında, eləcə də məhkəmə tərəfindən iddia tələbinin rəddinə əsas olaraq belə bir qənaət formalaşdırılır ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən özünün məsuliyyət daşıdığını qəbul etmiş (formal olaraq) və müvafiq maddə ilə əmək müqaviləsinə xitam verilməkdənsə öz ərizəsi əsasında işdən azad olunmasına üstünlük verdiyindən, xx.xx.2024-cü il tarixli ərizəni öz arzusu ilə işdən azad olunma əsasları arasında sərbəst seçim etməklə imzalamışdır. Mübahisənin apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi eyni məzmunlu ifadə verərək iddiaçının əslində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən özünü təqsirli bi ldiryini əsas gətirərək, onun qeyd edilən işdən azad olunma ilə bağlı iki əsas arasında seçim etdiyini bildirmişdir. Hər iki məhkəmədə müəyyən edilən bu hala düzgün qiymət verilməmiş, mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq norması tətbiq edilməmişdir. Belə ki, məhkəmə araşdırmaları (apellyasiya icraatı) zamanı iddiaçının tutduğu vəzifədən azad olunma barədə arzusunun omadığı birmənalı olaraq təsdiq olunmuşdur. Bununla yanaşı müəyyən olunur ki, iddiaçı onun hansısa məqbul hesab edilməyən fəaliyyətinə görə cavabdeh tərəfindən onun barəsində tənbeh tədbiri görülməsi qətiyyətinin formalaşdığını görmüşdür. Bunun da nəticəsi olaraq iddiaçıya onun üçün mənfi nəticədən işdən azad olunmanın iki fərqli əsası arasında seçim etmə imkanı verilmişdir. Mübahisəli hüquq münasibətinin tənziml ənməsini həyata keçirən məhkəmə icraatları zamanı müəyyən edilən bu kimi faktiki hallar maddi və prosesual hüquq normaları baxımından düzgün qiymətləndirilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68 ( bənd “a”). Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Maddə 69 (1). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69 (2). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələb lərini yerinə yetirməyə borcludur. Maddə 69 (3). İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamxxxə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndər ə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

24. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etmişdir. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.

28. İddia tələbi əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin etibarsızlığı və həmin tələbdən doğan işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin onun iradə ifadəsini əks etdirmədiyinə, ərizənin hədə təsiri ilə yazılmasına istinad etmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutları araşdırmış, iddiaçının istinad etdiyi halların sübut edilməməsini müəyyən edərək apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni əsaslı sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi sübutlara prosessual qanunvericiliyin tələbinə əsasən qiymət vermiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir. Buna görə də məhkəmə kollegiyası əlavə şərhə zərurət görmür.

31. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəl illəridir.

32. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər işdən çıxma barədə ərizənin iddiaçının iradə ifadəsini əks etdirməməsi barədə işin faktiki halları ilə bağlıdır ki, həmin dəlillərə də qeyd edildiyi kimi işə mahiyyəti üzrə baxan məhkəmələr qiymət vermişlər.

33. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-37/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar