Məhkəmə qərarları › İş №2(102)-2114/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2114/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2114/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" SC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərər tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X6 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" X7rşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1948/2023 nömrəli, 1 mart 2023cü il tarixli qətnaməsindən cavabdeh “Azərişıq" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin X12 Təchizatı və Satışı İdarəsinin Lənkəran X3 şəhər şəbəkə sahəsində usta vəzifəsində işləyən X1 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - X2 ölümünə səbəb olmuşdur.

2. Lənkəran rayon məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 1(049)-478/2021 nömrəli hökmünə əsasən X5 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

3. Cinayət işinin materiallarına əlavə edilmiş “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin 19 iyul 2021- ci il tarixli, 21 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində (elektrik vurğusu nişanəsindən başqa) sağ dirsək oynağı, sağ əl, sağ kürəküstü, döş qəfəsi nahiyələrində İİ-İİİ dərəcəli elektrik vurmadan yaranmış yanıq yaraları aşkar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 50000 (əlli min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,, "xxxx" ASC-nin X12 Təchizatı və Satışı İdarəsinin Lənkəran X3 şəhər şəbəkə sahəsində usta vəzifəsində işləyən X1 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - X2 ölümünə səbəb olmuşdur. Lənkəran rayon məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 1(049)-478/2021 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin 19 iyul 2021-ci il tarixli, 21 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində (elektrik vurğusu nişanəsindən başqa) sağ dirsək oynağı, sağ əl, sağ kürəküstü, döş qəfəsi nahiyələrində İİ-İİİ dərəcəli elektrik vurmadan yaranmış yanıq y araları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ölümündən əvvəl və ya ölüm anında elektrik vurma nəticəsində yaranmış yüksək hərarətin (alov) təsirindən törənmişlər, aşkar edilmiş xəsarətlər yüksək gərginlikli elektrik cərəyanına toxunmasından dərhal sonra çox qısa müddət ərzində baş vermiş və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yüksək gərginli elektrik cərəyanına toxunması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. X2 ölümü zorakıdır, ölüm elektrik vurmadan baş vermişdir, bu fikri meyitin üzərində sağ əlin İİ barmağı nahiyəsində elektrik vurğusu nişanəsinin olması, daxili üzvlərin doluqanlığı, göz qapaqlarının selikli qişalarının və ağciyərlərin visseral plevralarının altına nöqtəvari qansızma, ürək boşluqlarında və iri damarların mənfəzində duru qanın olması ilə təsdiq edilir. X2 ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 17 avqust 2021-ci il tarixli, 10/3760 nömrəli rəyindən görünür ki, Lənkəran şəhəri, K.Kazımov küçəsi, 75/1 və 75/2 nömrəli binaların həyətində yerləşən X12 Təchizatı və Satışı İdarəsinin Lənkəran Elektrik Şəbəkəsinin balansında olan qapalı paylayıcı çeviricinin qapısının qıfılla bağlı vəziyyətdə saxlanılmaması hadisənin baş verməsinin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlük əsizlik texnikası Qaydası”nın 3.2.6.1-ci bəndinin, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 3.1.5-ci bəndinin və “110/35/20 kv-luq istismar şöbəsinin ustası”nın vəzifə təlimatının 8-ci bəndinin tələbləri pozulmuşdur. Lənkəran şəhəri, K.Kazımov küçəsi, 75/1 və 75/2 nömrəli binaların həyətində yerləşən qapalı paylayıcı-çeviricinin giriş qapısının açıq vəziyyətdə olmasını aşkar etməsinə baxmayaraq həmin qurğunun girişini qıfılla bağlanılmasını təmin etmədiyinə görə vəzifə təlimatının 8-ci bəndinin və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.2.6.1-ci bəndinin tələbləri X12 Təchizatı və Satışı İdarəsində usta vəzifəsində işləyən X5 tərəfindən pozulmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)- 478/2021 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin X12 Təchizatı və Satışı İdarəsinin Lənkəran X3 şəhər şəbəkə sahəsində usta işləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət h adisəsi nəticəsində anasının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan mənəvi sarsıntılar, streslər, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Anası Lənkəran şəhər Mənzil-təsərrüfat idarəsində sosial işçi kimi süpürgəçi işləmişdir. O bizimlə birgə yaşamaqla həm özünü, həm də ailəni dolandırırdı. Çünki o, həmin vaxtlarda özünə uyğun iş tapa bilmədiyindən işləmirdi. Anası ailənin yeganə qazanc gətirən şəxsi idi. Mərhum anasının ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdeh X13 Cəmiyyətindən alınaraq ona ödənilməlidir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X8 və Vəkil2 izahatlarında göstərrmişlər ki, İddiaçı hökmdə təqsirləndirilən şəxsə qarşı heç bir tələbi olmadığını bildirdiyindən, "xxxx" ASC-yə qarşı da heç bir tələbi olmamalıdır.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) 16 noyabr 2022-ci il tarixli, 2(006)-4615/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilmişdir.

8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, törədilmiş cinayət hadisəsi nəticəsində iddiaçı mənəvi iztirab çəkmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin Mülki Məcəlləsinin 1096, 21, 109 7, 1099 və 1108-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 88 və 217-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilm əsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

11. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mənəvi zərər qismində 10000 manat təmin edərkən sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərər qismində müəyyən edilən 10000 manat onun anasını itirən zaman onun keçirdiyi sarsıntı və iztirabının dərəcəsinə uyğun olmayaraq, onun pozulan mənəvi tarazlığının bərpa edilməsinə kifayətli deyildir.

12. Qətnamədən həmçinin cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənəvi zərərə görə ödənilən t əzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, bir növ pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmişdir. Lakin qanunvericilikdə mənəvi zərərin qiymət meyarı nəzərdə tutulmadığından məhkəmə mənəvi zərər müəyyən edərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət, həmçinin zərərvuran şəxsin bilavasitə və ya işçisinin vurduğu zərərə görə məsuliyyət daşıması hallarını nəzərə almalıdır. Qeyd olunanlara əsasən iddiaçıya vurulmuş mənəvi ziyanın dəyərini 10000 manat məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər S.X.Bəhrəmzadə sədrlik edən və məruzəçi, E.M.Həsənov və X.A.Mərdanova) 2(103)-1948/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(006)- 4615/2022 saylı qətnaməsi dəyişdirilmiş, vurulmuş mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı hesab etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsirlilik dərəcəsi müəyyən edilməlidir.

16. Birinci instansiya məhkəməsinin qətnaməsində haqlı olaraq iddiaçıya vurulmuş mənəvi zərərə görə pulun ödənilməsi müəyyən edilsə də, ödənilməli olan kompensasiyanın məbləği hissəsi ədalət li deyildir. Bu baxımdan kollegiya hesab etmişdir ki, İddiaçı sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılması, bir növ pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün vurulmuş mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir

17. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 1096, 21, 1097, 1099 və 1108-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 384 və 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, apell yasiya instansiya məhkəməsi işin xüsusatlarını kifayət qədər araşdırmamış, kompensasiyanın məbləğini müəyyən edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə almamış və dəymiş zərərə görə 30000 (otuz min) manat məbləğində kompensasiyanın ödənilməli olduğu qənaətinə gəlsə də, konkret hansı meyarlara əsasən dəymiş zərərin miqdarını 30000 (otuz min) manat olmasını hər hansı dəlillərlə əsaslandırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsiz likdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifə lərinin icrasızamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

25. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

26. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərə r üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı:

27. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüquq u, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanun vericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndi:

28. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlid ir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kass asiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apell yasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

39. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Azərişıq" X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1948/2023 nömrəli, 1 mart 2023-cü il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar