Məhkəmə qərarları › İş №2(102)-2114/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2114/2024

24.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2114/2024 24.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və X1rşı “yüksək təzyiqli qaz xəttinin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya instansiyasında icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(105)-449/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh1nə və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Göylər kəndində yerləşən, iddiaçıya məxsus 0,18 hektar torpaq sahəsindən keçən böyük diametrli (ana xətt) yüksək təzyiqli qaz xəttinin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(074)-150/2023 nömrəli qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) iddia tələbi təmin edilməmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(105)-449/2024 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzə si ilə, hakimlər S.A.Qafaridən və L.M.Məmmədovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

4. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(105)-449/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan, İddiaçı səlahiyyətli nümayəndəsi, Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə mübahisənin qalmadığını qeyd etməklə, kassasiya şikayətindən imtina edildiyini göstərmiş, kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3-cü maddəsinə əsasən kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətindən imtina etdiyindən, kassas iya şikayətindən imtina səlahiyyətli şəxs tərəfindən imzalanmaqla yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və kassasiya instansiyasında icraata xitam verilməlidir.

8. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(105)-449/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina qəbul edilsin və həmin kassasiya şikayəti üzrə işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar