Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2115/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: zərərə görə aylıq ödəncin məbləğinin yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərərə görə aylıq ödəncin məbləğinin yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-431/2025 nömrəli iş üzrə 14 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər əmək münasibətində olmuş, iddiaçı cavabdeh təşkilatda “qazma qurğusu yuxarı fəhləsi” işində işləmiş və 2009-cu ilin iyul ayında əmək vəzifələrini icra edərkən istehsalata xəsarəti almışdır. Ona görə iddiaçıya xx.xx.2010-ci ildə əlillik dərəcəsi təyin olunmuş, əlilliyin səbəbinin peşə xəstəliyi olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, peşə xəstəliyi nəticəsində sağlamlığına dəymiş zərərə görə ona ödənilən ödəncin məbləğinin - müəssisədə işlədiyi vaxt tutduğu vəzifə üzrə ha zırda mövcud olan əmək haqqı məbləği əsasında (ABŞ dolları ilə) yenidən hesablanması öhdəliyinin, həmin ABŞ dolları ilə hesablanmış orta aylıq əmək haqqı məbləğinin 80 faizi həcmində ödəncin ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manata çevrilməklə hər ay ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehndə (əvvəlki adı "xxxx" MMC) əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə peşə xəstəliyi ilə əlaqədar səhhətinə zərər dəymiş və 2010-cu il tarixindən etibarən cavabdehdən peşə əmək qabiliyyətini itirmə dərəcəsinə uyğun olaraq ona ödənclərin verilməsini tələb etmişdir. Bundan sonra qeyd edilən ödəncin alınması üçün aşağıdakı hüquq i tədbirlər həyata keçirilmişdir: Əvvəlcə cavabdeh 2010-cu ildən 2012-ci ilədək ona aşağı məbləğdə ödənişlər həyata keçirmiş, 2012-ci ilin 1 may tarixindən etibarən isə ümumiyyətlə heç bir ödəniş həyata keçirməmişdir. Bundan sonra cavabdeh ona peşə əmək qabiliyyətini itirdiyinə görə ödəniş verməkdən imtina etdiyindən Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qətnaməsi ilə ona ödənclərin verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qətnaməsi qismən dəyişdirilmiş və həmin qətnaməyə əsasən, 2012-ci ilin may ayının 1-dən etibarən peşə əmək qabiliyyətini itirmə faizinə - 80 faiz uyğun olaraq hər ay ona ödənclərin ödənilməsi barədə qərar qəbul e dilmişdir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinin 4.1-ci bəndində görə aylıq Ümumi Əmək haqqı 1471 ABŞ dollarına ekvivalent olan məbləği təşkil edir. Sonradan xx.xx.2008-ci ildən həmin məbləğ 1618 ABŞ dollarına qaldırılmış, xəsarət aldığı vaxtdan əvvəlki 12 aylıq orta aylıq əmək haqqı 1931,56 ABŞ dolları təşkil etmişdir. Həmçinin, əmək müqaviləsinin 4.2-ci bəndinə görə "Hər ayın sonuncu iş günündə Şirkət işçinin xalis əmək haqqını Azərbaycan Respublikası milli valyutasında - manatla (AZN) Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən işçinin bank hesabına köçürməlidir". Cavabdeh 2012ci ilin may ayından başlayaraq hər ay ona orta aylıq əmək haqqı məbləğinin, yəni 1931,56 ABŞ dollarının 80 faizi həcmində, yəni, 15 45,25 ABŞ dolları məbləğində ödəniş etməli olmuşdur. Lakin, həmin vaxtdan, yəni 2012-ci ilin 1 may tarixindən bu günədək cavabdeh hər ay ona 1306.2 manat ödəniş həyata keçirir ki, bu da bu günkü məzənnə ilə 768 ABŞ dolları təşkil edir. 768 ABŞ dolları müəssisənin hesabladığı orta aylıq əmək haqqının, yəni 1931,56 ABŞ dollarının 39,7 faizini təşkil edir. Hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən cavabdeh tərəfindən peşə əmək qabiliyyətini itirdiyinə görə hər ay ona ödənilən ödəncin məbləği yenidən hesablanmalı və həmin məbləğdə ödənişlərin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır: Əvvəla qeyd edir ki, cavabdeh tərəfindən hər ay ona ödənilən 1306,2 manat pul məbləğinin (1306,2 manat) hansı qaydada müəyyən edildiyi, həmin məbləğin hansı qaydada hesablandığı ona məlum deyil. Bakı Apellyasiya Məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra cavabdehin üzərinə 2012-ci ildən hesablanmaqla ödənclərin verilməsi vəzifəsi qoyulmuşdur. Hazırda 2012-ci ilin 1 may tarixindən 14 ilə yaxın müddətin keçməsinə baxmayaraq, ona ödənilən ödənişin məbləğində heç bir artım olmamışdır. Yəni, 2012-ci ilin may ayı üçün də ona 1306,2 manat ödənilmiş, bu gün üçün də aylıq 1306,2 manat ödəniş həyata keçirilir. Bu isə əmək və sosial təminat hüquqlarının kobud şəkildə pozulmasıdır. Əgər Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında 2012-ci ilin 1 may tarixindən etibarən ona peşə xəstəliyi ilə əlaqədar ödənclər təyin olunarkən tutduğu vəzifə üzrə orta aylıq əmək haqqının məbləği 1931,56 ABŞ dolları təşkil edirdisə, hazırda bu məbləğ təxminən 3500-4000 ABŞ dolları təşkil edir. Beləliklə d ə aydın olur ki, həmin vaxtdan bu günədək müəssisədə işçilərin əmək haqqında təxminən 2,2-2,3 dəfə artım olmuşdur. Lakin, bu artımlar ona ödənilən aylıq ödənclərin məbləğində nəzərə alınmamışdır. Nəticə etibarı ilə, cavabdeh hər ay ona təxminən 3500-4000 ABŞ dollarının 80 faizi məbləğində (əmək qabiliyyətini itirmə dərəcəsinə uyğun) ödəniş etməli olduğu halda, cəmi 1306,2 manat ödəniş edir. Eyni zamanda, yuxarıda da qeyd etdiyi kimi, ona ödənilən ödənclərin ABŞ dolları ilə müəyyən edilməsi və ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq ödənilməsi həyata keçirilməli idi. 2010-cu ilin may ayından 2012-ci ilin may ayınadək ödənc bu qayda ilə ödənilirdi. Lakin 2012-ci ildən bu günədək ABŞ dollarının məzənnəsi artsa da cavabdeh tərəfindən ona ödənilən ödənclə rin məbləğinə bu artım tətbiq edilməmişdir. Bu da aşkar şəkildə cavabdehin onun əmək hüquqlarını pozduğunu sübuta yetirir. Bu səbəbdən də pozulmuş hüquqları bərpa edilməli, peşə xəstəliyi nəticəsində sağlamlığına dəymiş zərərə görə ona ödənilən ödəncin məbləği - müəssisədə işlədiyi vaxt tutduğu vəzifə üzrə hazırda mövcud olan əmək haqqı məbləği əsasında (ABŞ dolları ilə) yenidən hesablanmalı, həmin ABŞ dolları ilə hesablanmış məbləğin 80 faizi həcmində ödəncin ABŞ dollarının Mərkəzi Bankın cari məzənnəsinə uyğun olaraq manata çevrilməklə ona ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
4. Cavabdeh MMC etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia ərizəsində irəli sürdüyü iddia tələblərinə dair mübahisəyə artıq bir neçə dəfə müxtəlif məhkəmələrdə baxı lmış və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş ilkin qətnaməsi mövcuddur və bu qətnamə üzrə verilmiş Nəsimi rayon İcra Şöbəsinin 30 iyul 2015-ci tarixli İcra Sənədi artıq tam icra olunub. İddiaçı bunula kifayətlənməyərək, sonradan iddia tələblərində bir neçə cümlənin yerini dəyişməklə, ortaya güya yeni bir iddia predmeti qoymaq təəssüratı yaratmaqla, yenidən "xxxx" MMC-ni (əvvəlki adı: "xxxx" MMC) yeni bir məhkəmə çəkişməsinə cəlb etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin №e-2(006)-136/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı ilə (İşə baxan hakim Səməd Cəfərov), İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi MPM-nin 262.4-cü maddəsinə istinad edilməklə rədd edilmişdir və iddiaçıya izah olunmuşdur ki, eyni tərəflər arasınd a, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində yenidən məhkəməyə müraciət edilməsinə yol verilmir. Bu səbəbdən də hazırkı iş üzrə icraata xitam verilməlidir. Qeyd etmək lazımdır ki, İddiaçı hazırki iddiasında da cavabdeh "xxxx" MMCyə qarşı heç bir yeni iddia predmeti yoxdur və ola da bilməz, ona görə ki, iddiaçı ilə cavabdeh arasında hazırda heç bir əmək və ya mülki hüquq münasibətləri mövcüd deyil və iddiaçının cavabdehlə bağladığı əmək müqaviləsinə isə artıq 13 may 2010-cu il tarxindən xitam verilmişdir. Lakin bütün yuxarıda qeyd olunanlara baxmayaraq, İddiaçı, hazırki iddiasında, məhkəmə qarşısında qoyduğu iddia tələbləri ilə bilavasitə əlaqəsi olmayan, lakin dəfələrlə əvvəlki müxtəlif məhkəmə çəkişmələrində və iddialarında qaldırdığı və hər dəfə də məhkəmə tərəfindən rədd edildiyi bir tələblə bağlı məhkəməyə vəsatət vermişdir. Vəsatətə münasibət bidirərək, hazırkı etirazlarında iddiaçının tələblərinə dair izahatlarını aşağıdakılarla əsalandırırlar: İddiaçı vəsatətində, işin (yəni onun dəfələrlə müxtəlif məhkəmələrdə qaldırdığı iddia tələblərinin) hərtərəfli və tam araşdırılması üçün aşağıda sadalanan sənədlərin:
1. İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi dövrdə, eləcə də onunla eyni vəzifədə, yəni həmin şirkətdə Qazma Qurğusunun yuxarı fəhləsi vəzifəsində çalışan işçilərin tam şəkildə aylar üzrə iş vaxtının tabel uçotu, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanmış və ödənilmiş əmək haqqı barədə məlumat, (tam açıqlanması ilə - vergilərə, DSMF-ə, həmkarlar ittifaqına və digər tutulmalar göstərilməklə); 2. əmək müqaviləsi və əlavələr; 3. əmək haqqıya və iş rejiminə aid olan əmrlər; 4. son haqqhesabın hesablanması və ödənişi; 5. şəxsi uçot vərəqəsi; 6. hesablanmış və ödənilmiş son haqqhesab barədə məlumat sübutların məhkəmə tərəfindən cavabdeh "xxxx" MMCdən tələb edilməsi haqqında Qərardad qəbul edilməsini tələb edir. (Qeyd: Vəsatətində İddiaçı “MAERSK DRİLLİNG A/S" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi dövrü” qeyd edir, lakin İddiaçı cənab İddiaçı heç vaxt "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləməyib, onun bu şirkətlə heç bir əlaqəsi olmayıb, ona görə də bu fakt yanlışdır və İddiaçı iş yeri "xxxx" MMC olub. Ümumiyyətlə, göründüyü kimi, iddiaçı cənab İddiaçı üçün onun hansı şirkətin işçisi olması faktı heç bir əhəmiyyət kəsb etmir, çünki onun ni yyəti yalnız istənilən bəhanə və əsasla 14 il əvvəl çalışdığı şirkətin adı ilə bağlı olan bütün şirkətləri də məhkəməyə cəlb etməkdir). Vəsatətdə tələb olunan bütün sənədlər İddiaçı özünə, məhkəmə orqanlarına və məhkəmə ekspertizalarına dəfələrələ təqdim olunub. Buna baxmayaraq, İddiaçı işlədiyi dövrdə, eləcə də onunla eyni vəzifədə, yəni həmin şirkətdə yuxarı Qazma Qurğusunun fəhləsi vəzifəsində çalışan işçilərin tam şəkildə aylar üzrə iş vaxtının tabel uçotu, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanmış və ödənilmiş əmək haqqı barədə məlumat qeyd olunduğu dövrdə, əmək haqqına və iş rejiminə aid olan əmrlər, son haqq-hesabın hesablanması və ödənişi barədə məlumat bu İzahata əlavə olunur. İddiaçı burada məqsədi 14 il əvvəl çalışdığı şirkətlə onun arasında olan əmək münasibət lərinə xitam verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq ona peşə xəstəliyi ilə əlaqədar hesablanmış və təsis edilmiş “aylıq ödəncin” məbləğinin müxtəlif əsassız bəhanələrlə (güya ABŞ dollarının manata olan məzənnəsinin dəyişməsi ilə və ya hər hansı digər səbəbdən müəssisədə işləyən işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı olması bəhanələri ilə) yenidən hesablanmasıdır. Qeyd etdikləri kimi bu məsələ artıq bir neçə məhkəmə çəkişmələrinin predmeti olmuş və hər dəfə İddiaçı cənab İddiaçı iddia tələbləri bütün təfsilatı ilə araşdırılaraq, ona məhkəmə tərəfindən izah olunmuşdur ki: 1) "xxxx" MMC, İddiaçı zərərə görə aylıq ödənclərinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq düzgün hesablanması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir və onun üçün təhsis edilmiş “aylıq ödəncin” məbləği həm şirkət və həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 tərəfindən bir daha yenidən hesablanaraq 1632,75 manat təşkil etməsi təsdiq edilmişdir və bu ödəncin məbləğinin bir daha yenidən hesablanması üçün heç bir hüquqi əsasın olmaması qeyd olunmuşdur (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə və Nəsimi rayon İcra və Probasiya şöbəsinə verdiyi No **********0 saylı, 22 may 2018-ci il tarixli “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-887/2015 saylı 30 iyul 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar izahatı əlavə olunur); 2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.5-ci bəndinə əsasən, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının 58 Konvensiyasına qoşularaq onları ratifikasiya etmişdir. BƏT-in beynəlxalq sənədlərindən biri də “Transmilli şirkətlər və sosial siyasətə dair X1”dir ki, Azərbaycan Respublikası BƏTin üzvü olduğu üçün bu Bəyannamə ilə münasibətdə müvafiq öhdəliklər daşıyır. Bu Bəyannamənin 33-34-cü maddələrində göstərilir ki, transmilli şirkətlər (o cümlədən, Azərbaycanda fəaliyyət göstərən "xxxx" MMC) tərəfindən “verilən maaş, müavinətlər və iş şəraiti, nəzərdə tutulan ölkədə yerli işəgötürənlər tə rəfindən təklif ediləndən az əlverişli olmamalıdır. "xxxx" MMC “Transmilli şirkətlər və sosial siyasətə dair X1”nə riayət edərək Azərbaycan Respublikasında öz işçilərinə kifayət qədər yüksək əmək haqqı ödəyir, onların qayğısına qalır, ailələrinin ehtiyaclarının ödənilməsi üçün zəruri tədbirləri yerinə yetirir. "xxxx" MMC-də normal iş vaxtı ərzində çalışan ən aşağı ixtisaslı işçiyə ödənilən orta aylıq əmək haqqı 1700 manatdır ki, bu da 1 yanvar 2018-ci ildən Azərbaycan Respublikasında 130 manat məbləğində təsdiq edilmiş minimum aylıq əmək haqqından və 2023-cü il yanvarın 1-dən etibarən müəyyən edilmiş 345 manat minimum aylıq əmək haqqının məbləğindən dəfələrlə yüksəkdir. Bu səbəbdən "xxxx" MMC-də tətbiq edilən əmək haqları, Azərbaycan Respublikasında qiymətlərin artımı, inflyasiyanın səviyy əsi nəzərə alınmaqla dövrü olaraq həyata keçirilən minimum aylıq əmək haqqının və bununla bağlı əmək haqlarının artırılması islahatları ilə birbaşa bağlı deyildir. Belə ki, "xxxx" MMC yuxarıda qeyd edilən Bəyannaməyə uyğun olaraq, Azərbaycanda fəaliyyət göstərən yerli işəgötürənlər tərəfindən təklif edilən iş yerlərindən dəfələrlə yüksək maaşlı iş yerləri təklif edir və təhlükəsiz iş şəraitini təmin edir. Ümumiyyətlə, istər Əmək Məcəlləsi, istərsə də, diğər qanunvericilikdə “kütləvı artım” anlayışının konkret tərifi yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi izahata əsasən, işçilərə verilən məzuniyyətin hesablanması zamanı əmsallaşdırmanın tətbiqi üçün əsas olan “kütləvi artım” məsələsi, Nazirlər Kabininetin 137 saylı qərarında məzuniyyət vaxtı üçün orta əmək haqqının ə msallaşdırılması qaydasında qeyd olunur ki, orta əmək haqqının əmsallaşdırılması kütləvi artım zamanı tətbiq olunur. Lakin Nazirlər Kabinetinin qərarlarında “tarif (vəzifə) maaşlarının kütləvi artımı və ya kütləvi şəkildə artırılması” ifadələri mövcuddur. Əmək haqlarının “kütləvi artımı” dedikdə, bir qayda olaraq, Azərbaycan Respublikası Prezidentin sərəncamı ilə minimum əmək haqqının artırılması ilə müəssisələrdə işçilərin tarif vəzifə maaşlarının artırılması başa düşülür. Əməyin ödənişi sistemi minimum əmək haqqı sistemi ilə qurulubsa, bu hal, artım olduqda bütün işçilərin maaşına təsir edir. Ümumilikdə yanaşma budur ki, “kütləvi artım” dedikdə, əməyin ödənişi sistemi ilə müəssisədə çalışan bütün işçilərin əmək haqlarının artması nəzərdə tutulur. Ona görə də "xxxx" MMC-də dövrü olaraq hə yata keçirilən ayrı-ayrı peşə və vəzifələrdə çalışan işçilərin əmək haqlarının artırılması, Azərbaycan Respublikasında müəyyən olunan minimum aylıq əmək haqqının, eləcə də bununla əlaqədar işçilərin (əmək müqaviləsi əsasında çalışan sıravi işçilərdən şirkətin bütün rəhbər işçilərinədək) əmək haqlarının artırılması ilə bağlı islahatlardan irəli gələn kütləvi əmək haqqı artımı deyil, fərdi qaydada işçilərinin vəzifə öhdəliklərini və əmək funksiyalarını peşəkarlıqla, vaxtında və keyfiyyətlə yerinə yetirdiyinə görə həyata keçirdiyi əmək haqqının artırılmasıdır və bu hal Şirkətin müvafiq əmri ilə rəsmiləşdirilir. Yuxarıda qeyd etdikləri kimi, qanunvericiliklə əmək haqlarının kütləvi artımı, əmək məzuniyyəti dövrü üçün ödənilən orta əmək haqqının hesablanmasında nəzərə alınır və müvafiq əmsallaş dırılma aparılır. "xxxx" MMC-də isə əmək haqlarının kütləvi artımı olmadığı üçün heç vaxt işçilərin əmək məzuniyyəti dövrü üçün orta əmək haqqının əmsallaşdırılması aparılmamışdır. Bu məsələ də bütün təfsilatı ilə məhkəmənin müvafiq sorğusu əsasında, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin X3 tərəfindən bir daha yenidən araşdırılmışdır."xxxx" MMC-də heç bir kütləvi əmək haqqı artımının baş vermədiyi və bu haqda qanunvericiliyin tələblərinə uyğun olaraq “kütləvi əmək haqqı artımı” ilə əlaqədar heç bir rəsmi qərarın və əmrin mövcud olmadığı qeyd olunmuşdur (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə və Nəsimi rayon İcra və Probasiya şöbəsinə verdiyi No **********0 saylı, 22 may 2018-ci il tarixli “Azərbaycan Respublik asının Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-887/2015 saylı 30 iyul 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar İzahatı əlavə olunur); 3) Azərbaycan Respublikasında dövrü olaraq qeyri-stabil maliyyə şəraiti ilə əlaqədar ABŞ dollarının manata olan məzənnəsi dəyişdiyi üçün,"xxxx" MMC, işçilərinin qayğısına qalaraq xx.xx.2015-ci il tarixdən sonrakı dövr üçün işçilərinin əmək haqlarını dolların məzənnəsindən (İddiaçı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq ödənilən aylıq ödəncin məbləği (“əmək haqqının” yox) 2010-cu ilin may ayından Azərbaycan manatı ilə müəyyən edilərək ödənilir) asılı olaraq tənzimləyir ki, işçilərin əmək haqqı gəlirləri aşağı düşməsin. Əmək haqlarının dolların məzənnəsindən asılı olaraq tənzimlənməsi mexanizminin tətbiqi əmək haqlarının kütləvi artımı hesab edilmir, çünki bu mexanizm əmək haqqının real səviyyəsinin saxlanılması mexanizmidir ki, dolların məzənnəsinin artması və ya azalması ilə əlaqədar olaraq əmək haqlarının həm artımı, həm də azalması prosesi baş verə bilər. Ona görə də, şirkətdə çalışan işçilərin əmək haqlarının dollarla olan ifadəsi və məbləği bütün bu dövr ərzində dəyişməz olaraq qalır və dolların məzənnəsinin manata nisbətdə artması və ya azalması isə nə qanunvericiliyin tələləri nə də məntiqi baxımdan kütləvi əmək haqqı artımı və ya azalması kimi qəbul edilə bilməz. Hazırda İddiaçı, Nəsimi rayon məhkəməsindən: ona peşə xəstəliyi ilə əlaqədar cavabdeh tərəfindən ödənilən aylıq ödəncin məbləğinin – müəssisədə işlədiyi vaxt t utduğu vəzifə üzrə hazırda mövcud olan əmək haqqı məbləği əsasında (ABŞ dolları ilə) yenidən hesablanması öhdəliyinin; və ABŞ dolları ilə hesablanmış orta əmək haqqı məbləğinin 80 faiz həcmində ödəncin ABŞ dollarının AR Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manata çevirməklə hər ay ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsinin tələb edir. İddiaya qarşı məhkəməyə təqdim etdiyikləri əvvəlki etiraz və izahatlarında qeyd etdiyikləri kimi, iddiaçının iddiasında “ona peşə xəstəliyi ilə əlaqədar cavabdeh tərəfindən ödənilən aylıq ödəncin məbləğinin – müəssisədə işlədiyi vaxt tutduğu vəzifə üzrə hazırda mövcud olan əmək haqqı məbləği əsasında (ABŞ dolları ilə) yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” bir inci tələbinə münasibət bildirərək qeyd etmək istəyirlər ki, belə bir tələb əvvəlki məhkəmə çəkişmələri zamanı iddiaçı tərəfindən dəfələrlə irəli sürülmüş və əsassız olduğu üçün hər dəfə məhkəmə tərəfindən rədd edilmişdir (axırıncı dəfə iddiaçının təkrarən məhkəmə qarşısında qaldırdığıbu tələbi Nəsimi rayon məhkəməsininin №e-2(006)-136/2023 saylı xx.xx.2023- cü il tarixli Qərardadı (hakim Səməd Cəfərov) ilə rədd edilib). Belə ki, iddiaçı ilə Cavabdeh arasında əmək münasibətlərinə (tərəflər arasında bağlanmış əmək müqaviləsinə) 13 may 2010-cu il tarixindən xitam verilib, və həmin tarixdən etibarən, tərəflər arasında artıq heç bir əmək münasibətləri mövcud deyil. İddiaçıya ödənilən aylıq ödənc isə, onun şirkətlə bağladığı əmək müqaviləsinin tələblərinə görə deyil, məhz onun “peşə əmək qabili yyətinin itirməsi” səbəbindən qanunvericiliklə müəyyən olunmuş qaydada əllillik dərəcəsinin faizinə münasib olaraq müəyyən edilmişdır və ödənilir. Ona görə də, bu ödəncin (“əmək haqqının” yox), artıq 13 may 2010-cu il tarixindən xitam verilmiş əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqının ödənilməsinə dair nəzərdə tutulan ödəniş şərtləri ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyi ilə, əllilliyə görə ödənilən bütün ödənc məbləğlərinin (“əmək haqqının” yox, çünki, İddiaçılə Cavabdeh arasında 13 may 2010-cu il tarixindən etibarən heç bir əmək münasibətləri mövcud deyil!) Azərbaycan Respublikasında Azərbaycan manatı ilə ödənilməsi nəzərdə tutulub və iddiaçının iddia ərizəsində qeyd olunduğu kimi, həmin ödəncin “hər ay ABŞ dollarının (v ə ya hər hansı digər xarici valyutanın) Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən yenidən hesablanaraq ödənilməsi” ilə bağlı nə qanunvericiliklə, nə də ki, hər hansı məhkəmə qərarı ilə heç bir müddəa və ya tələb nəzərdə tutulmayıb... Ona görə də, 13 may 2010-cu il tarixindən etibarən indiyədək olan dövr ərzində hər ay cavabdehdən mütəmadi olaraq aylıq ödənc və eyni zamanda “əlilliyə görə isə dövlətdən hər ay böyük məbləğdə pensiya alan iddiaçının, “aylıq ödənc” məbləğini, guya ona düşən “əmək haqqı” kimi qiymətləndirməklə və 14 il əvvəl xitam verilmiş əmək müqaviləsinin şərtlərinə istinad etməklə yenidən hesablanmasını tələb etmək qanunsuzdur, absurddur və heç bir məntiqə uyğun deyil. İddiaçının ikinci iddia tələbinə (yəni, onun birinci iddia t ələbi yerinə yetirildikdən sonra icra ediləcək tələbi) – “həmin ABŞ dolları ilə hesablanmış orta aylıq əmək haqqı məbləğinin 80 faiz həcmində ödəncin ABŞ dollarının AR Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manata çevirməklə hər ay ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” tələbinə münasibət bildirərək qeyd etmək istəyirik ki, bu tələb də dəfələrlə bir qədər digər məzmunda və digər cümlələrlə ifadə olunmaqla (lakin mahiyyət ve predmet etibarı ilə eyni olmaqla) əvvəlki məhkəmə çəkişmələri zamanı iddiaçı tərəfindən dəfələrlə irəli sürülmüş və əsassız olduğu üçün hər dəfə məhkəmə tərəfindən rədd edilmişdir (iddiaçının hər dəfə yenidən təkrarladığı bu tələbi də Nəsimi rayon məhkəməsininin № e-2(006)-136/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadı ilə artıq rədd edilib). Bundan başqa qeyd etmək istəyirlər ki, hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin keçirdiyi sonuncu əyani tibbi müayinə nəticəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı barəsində 3-cü dərəcə əlillik və onun peşə əmək qabiliyyətinin 50 faiz itirilməsi təyin eidlmişdir və həmin Qərar qüvvədədir (baxmayaraq ki, həmin Agentliyin bu qərarı ilə bağlı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyini və dolayısı yolla isə Cavabdehi də Bakı İnzibati məhkəməsində yeni bir məhkəmə çəkişməsinə cəlb etmişdir ki, bu məsələ ilə bağlı hələl ik məhkəmənin yekun qərarı mövcud deyil). Belə olan tərzdə, mövcüd olmayan inzibati aktdan (80 faiz həcmində ödəncin ödənilməsinə dair Qərar) irəli gələn öhdəliyin icrasını iddiaçının fərziyyəsinə görə hər hansı üçüncü səxsə həvalə edilməsi və ya bu haqda onun üzərinə öhdəlik qoyulması barədə iddiaçının ikinci İddia tələbi də qanunsuzdur, əsassızdır, absurddur və buna görə də rədd edilməlidir. İddiaçıya əvəlki 14 il ərzində Cavabdeh tərəfindən mütəmadi olaraq ödənilən aylıq ödəncin “ABŞ dollarının AR Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manata çevirməklə hər ay ona ödənilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulmasına dair” tələbinə gəldikdə isə, bu tələb İddiaçı tərəfindən dəfələrlə əvvəlki məhkəmə çəkişmələrinin birbaşa predmeti olmuş, araşdırılmış və hər dəfə möv cüd qanunvericiliklə nəzərdə tutulmadığından rədd edilmişdir (İddiaçının hazırda yenidən təkrarən məhkəmə qarşısında qaldırdığı bu tələbi də Nəsimi rayon məhkəməsininin №e-2(006)-136/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadı ilə baxılaraq əsassız olduğu üçün rədd edilmişdir)... Hazırkı Etirazımızla isə bir daha qeyd etmək istəyirlər ki, hazırda cavabdeh "xxxx" şirkətinin, İddiaçı heç bir borcu və ya onun qarşısında yerinə yetirilməmiş heç bir öhdəliyi yoxdur. "xxxx" MMC (əvvəlki adı: "xxxx" MMC), 2010-cu ilin may ayından etibarən indiyədək təsis edilmiş “peşə xəstəliyi” ilə əlaqədar İddiaçı hər ay mütəmadi olaraq aylıq ödənc ödəyir və hazırda da ödəməkdə davam edir. İddiaçı, həmçinin və eyni zamanda, əldə etdiyi “əlillik” statusuna görə də hər ay dövlətdən külli miqdara pensiya alır. İ ddiaçı hazırkı “iddiası” isə, heç bir mövcud hüquq və ədalət normalarına, qanunvericiliyin tələblərinə əsaslanmadığından və ən nəhayət, İddiaçının “iddia” tələbinin məzmunu və mahiyyəti Cavabdehə qarşı sırf qərəzli mövqe tutmaqla, əvvəllər çalışdığı şirkətdən əlavə pul almaq cəhdi olduğu üçün rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələblərini nəzərə alaraq, Məhkəmədən xahiş edirik ki, İddiaçı hazırkı İddia tələblərinə dair hazırkı iş üzrə, eyni tərəflər (cavabdeh "xxxx"\"xxxx" MMC və İddiaçı) arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş və artıq icra olunmuş bir neçə məhkəmənin qətnaməsi və qərardadı mövcud olduğundan və həmçinin, İddiaçı hazırkı iddia tələbləri qanuvericili yin tələblərinə və heç bir yenidəlil və sübutlara əsaslanmadığından, qərəzli və tamamilə əsassız olduğundan tamamilə rədd edilsini xahiş etmişdir.
5. Daha sonra İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ünvanlayaraq, xx.xx.2016-cı ildən etibarən müəssisədə işlədiyi vaxt tutduğu vəzifə üzrə hazırda mövcüd olan əmək haqqı məbləği əsasında ABŞ dolları ilə yenidən hesablanması öhdəliyinin və həmin ABŞ dolları ilə hesablanmış orta aylıq əmək haqqı məbləğinin 80 faizi həcmində ödəncin ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manata çevirməklə hər ay ona ödənilməsi öhdəliyinin cavabdeh Noble Drilling Services Azerbaijan MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ə.Heydərova) xx.xx.2024-cü il tarixli, 2(006)-1744/2024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 125-ci maddələri, Əmək Məcəlləsinin 3, 54, 195, 207 və 239-ci, Mülki Məcəllənin 1119.1, 1119.2, 1119.3, 1119.5, 1124.1 və 1124.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalari, şərtləri və məbləğinin” 1.1, 2.1, 3.3 və 3.5-ci bəndləri, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-431/2025 nömrəli iş üzrə 14 mart 2025-ci il tarixli qətnaməsi ilə (N.Cəfərov (sədrliyi və məruzəsi ilə), hakimlər İ.Şirinov və E.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1744/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
11. Zərərə görə aylıq ödənclərin miqdarı o halda təshih edilir ki, işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı baş versin. Lakin belə artımın baş verdiyi müəyyən olunmur. Bundan başqa, əmək haqqı və onun artırılması əmək müqaviləsində göstərilir. Ona görə də apellyasiya icraatı zamanı cavabdeh təşkilatdan tələb edilmişdir ki, iddiaçı ilə eyni vəzifədə işləyən şəxslərin əmək müqavilələri və həmin müqavilələrə dəyişiklik edilməsi barədə müqavilələr məhkəməyə təqdim edilsin. Tələb olunan müqavilələr məhkəməyə təqdim edilmiş, lakin əmək haqqının miqdarında artımın baş verdiyi müəyyən olunmamışdır.
12. Apellyasiya icraatı zamanı mühasibat ekspertizası təyin olunmuş və ekspertin qarşısında göstərilən suallar qoyulmuşdur: 1) Cavabdeh təşkilatda xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək olan dövrdə işçilərin m inimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı olubmu? 2) Əgər göstərilən kütləvi artım olubsa, cavabdeh təşkilatda “qazma qurğusu yuxarı fəhləsi” vəzifəsində işləmiş iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək ödənilməli olan aylıq ödəncin miqdarının təshih edilməsi nəticəsində aylıq ödəncin miqdarı əmək qabiliyyətinin itirilmə faizinə nisbətdə nə qədər təşkil etməlidir və həmin ödənc üzrə xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək olan dövrdə ödənilməmiş qalan borcun məbləği nə qədərdir? 3) Cavabdeh təşkilatda xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək olan dövrdə “qazma qurğusu yuxarı fəhləsi” vəzifəsində işləyən işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının artımı olubmu? 4) Əgər göstərilən artım olubsa, cavabdeh təşkilatda “qazma qurğusu yux arı fəhləsi” vəzifəsində işləmiş iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək ödənilməli olan aylıq ödəncin miqdarının təshih edilməsi nəticəsində aylıq ödəncin miqdarı əmək qabiliyyətinin itirilmə faizinə nisbətdə nə qədər təşkil etməlidir və həmin ödənc üzrə xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək olan dövrdə ödənilməmiş qalan borcun məbləği nə qədərdir?
13. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ekspertiza aparmaqdan imtina edib. Ekspertin bu barədə olan xx.xx.2025-ci il tarixli məlumatında qeyd olunub ki, Mərkəzə daxil olan sənədlərdə cavabdeh təşkilatda maaşların kütləvi artırılması barədə əmrin olmadığı bildirilib. Ekspert qarşısında qoyulmuş digər sulların, yəni 2-ci və 4-cü sualların cavablandırılması 1-ci və 3-cü suallarda göstərilən kütləvi maaş artımının olmasında n asılı olduğu üçün, təqdim olunan sənədlərə əsasən kütləvi maaş artımı ilə bağlı əmrlər isə mövcud olmadığı üçün hazırkı iş üzrə tədqiqat aparılmadı. O cümlədən X3 Xidmətinin mütəxəssisinin də tədqiqata cəlb edilməsi təmin olunmamışdır.
14. Göründüyü kimi, cavabdeh təşkilatda maaşların kütləvi artırılması barədə əmrlər mövcud olmadığına görə ekspertiza tədqiqatı aparılmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.
15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nın 3.5-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim tərəfindən həqiqət müəyyən edilməmiş, həqiqətin müəyyən edilməsi üçün obyektiv araşdırılma aparılmamışdır. Müəssisənin təqdim etdiyi müqavilə bildirişlərində işçilərin əmək haqqı olaraq 2075,3 manat göstərilmişdir. Bu rəqəm, 01/20xx-xx/2021-ci illəri əhatə edən haqqhesab vərəqələrində müqavilə ü zrə göstərilmiş 1599,8+1039,8=2639,6 ABŞ dolları əmək haqqının, dolların məzənnəsi 0,7862 manat olmaqla hesablanmışdır. Lakin həmin hesabatda əmək haqqlar əmək müqaviləsinə uyğun olaraq Milli bankının ödəniş gününə olan məzənnəsi ilə hesablanmışdır. Müqavilə üzrə işçinin əmək haqqı 1599,8+1039,8=2639,6 ABŞ dollar 1.7=4487.32 AZN olduğu halda, əmək müqaviləsinin bildirişində 2075,3 manat qeyd edilmişdir. Maraqlısı odur ki, müqavilə bildirişləri 2014-cü ildən 2021-ci ilədək hər il yenilənmişdirsədə, ABŞ dolların məzənnəsinin 1,7 manatadək artmasına rəğmən bir qayda olaraq işəgötürən əmək haqqları 0,7862 manat məzənnə ilə qeyd etmişdir. Bu qanunun kobud pozuntusudur.
18. İşin materiallarında illər ərzində əmək haqqların artımını təhlil etmək üçün yetərincə məlumat var – Dövlət vergi orqanları ndan, DSMF-dən, cavabdeh müəssisədən illər üzrə əmək haqqı hesabatları, iddiaçının təqdim etdiyi məlumatlar və s. Cavabdeh əmri təqdim etmirsə, demək müəssisədə baş verən əmək haqqların artımını Məhkəmədən gizlədir. Çünki cavabdeh əmrləri hansı səbəbdən təqdim edə bilməməsinin məntiqli açıqlamasını verə bilmir. Daha sonra, X3 Xidmətinin mütəxəssisinin tədqiqata cəlb edilməsi hakim tərəfindən həyata keçirilməlidir. Ekspert xx.xx.2025-ci il tarixli məktubunda Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisinin tədqiqata cəlb edilməsini xahiş etmişdir. Lakin mütəxəssisin iştirakı təmin edilmədiyinə görə tədqiqat aparılmamışdır. Hakim tərəfindən Əmək Müfəttişliyinin mütəxəssisi məhkəmə iclasına dəvət edilmişdir. Məhkəmə iclasında mühasibatlıq eksperti ilə mütəxəssisin birlikdə iştirakının təmin edilmə si üçün vəsatət verilmişdir. Lakin vəsatət hakim tərəfindən təmin edilməmişdir. X2 mütəxəssisinin məhkəmədə və ya ekspertiza tədqiqatında iştirakını təmin etmədən işi yekunlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh "xxxx" MMC kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, onun rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
22. Maddə 239 (2-ci hissə) işəgötürənin təqsiri üzündən baş vermiş peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il ta rixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”
23. Bənd 3.5 “İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş q aydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, haqlı olaraq iddiaçı ilə olan əmək müqaviləsi ləğv olunan zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş məcburi qaydaların pozulması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətlənd irməyə zərurət görmür. Hesab edir ki, məhkəmə Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci hissəsi və “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” barədə Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı 3.5-ci bəndini tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
33. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
34. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstə rilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-431/2025 nömrəli iş üzrə 14 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir