Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2116/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili X5, Ərizəçi, vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 20 19-cu il tarixli qətnaməsi ilə (iş № 2(008)-4780/2019, hakim İ.R.Burcayev) Ərizəçi ərizəsi təmin edilmiş, ərizəçinin xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək Ermənistan SSR-in Quqark rayonunda Dövlət Statistika İdarəsində iqtisadçı işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13694/2019, hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov, A.N.İmanov) maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən maraqlı şəxs verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ərizənin rədd edilməsi b arədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək Ermənistan SSR-in Quqark rayonunda Dövlət Statistika İdarəsində iqtisadçı işlədiyinə, 1988-ci ilin noyabr ayının sonunda erməni silahlı qüvvələri tərəfindən Quqark rayonundan qovuluğuna, həmin vaxt əmək kitabçasını işlədiyi yerdən ala bilmədiyinə, hazırda da bu sənədi əldə etməyin qeyri-mümkün olduğuna, bununla da pensiya hüququnun məhdudlaşdığına istinad edərək hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə ərizəçinin göstərdiyi müddət ərz ində işləməsini təsdiq edən hər hansı sübut mövcud olmadığı halda apellyasiya məhkəməsi ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi sübut kimi yalnız şahid ifadələrinə istinad etmişdir. Halbuki, işdə həmin şahidlərdən heç birinin ərizəçi ilə bir yerdə işləməsini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassaisya şiayətini müdafiə edərək təmin edilməsini, ərizəçi və vəkili isə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra 1975-ci ilin yanvar ayından Quqark rayon Statistika İdarəsində iqtisadçı vəzifəsində işləmişdir. 1988-ci ilin noyabr ayının sonunadək, yəni erməni silahlı qüvvələri tərəfindən ata-baba yurdundan qovulana qədər həmin vəzifədə işləmişdir. Erməni millətçiləri tərəfindən qovulan zaman əmək kitabçasını işlədiyi yerdən almaq imkanı olmamış dır. Ona görə də 1975-ci ilin yanvar ayından 1988-ci ilin noyabr ayının axırına kimi Statistika İdarəsində iqtisadçı işləməsi barədə yazılı sənəd əldə etməsi mümkün deyildir, əmək stajı pensiya təyin edilməsi üçün hüquqi əhəmiyyətli fakt olaraq məhkəmə tərəfindən müəyyən edilməlidir. Onun işləməsi faktı onun qonşuları tərəfindən təsdiq edilir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1952-ci ildə Ermənistanın Quqark rayonunda anadan olmuş, 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mühasibatlıq uçotu ixtisasını bitirmiş, ona mühasibat uçotu üzrə iqtisadçı ixtisası verilmişdir. Ərizəçi əmək kitabçası təqdim etmədiyindən Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsi tərəfindən ona y aşa görə əmək pensiyasını təyin etməyin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.4-cü bəndinə əsasən də yalnız əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o, cümlədən qaçqın və məcburi köçkünlər in) sosial stajı məhkəmə qaydasında müəyyən olunur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ərizəçi üzrlü səbəbdən əmək kitabçasını təqdim edə bilmir. Ərizəçi ilə Quqark rayonunda qonşuluqda yaşamış iki nəfər şahid və eləcə də Quqark rayonunun X1 İdarəsində işləmiş digər şahid ərizəçinin Ermənistan SSR-nin Quqark rayonunda Dövlət Statistika İdarəsində iqtisadçı kimi işləməsi faktını təsdiqləmişlər. Beləliklə, iş materiallarından, ərizəçinin və birinci instansiya məhkəməsində, həmçinin apellyasiya baxışı zamanı dindirilmiş şahidlərin ifadələrindən müəyyən edilir ki, Ərizəçi xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək Ermənistan SSR-nin Quqark rayonunda Dövlət Statistika İdarəsində iqtisadçı kimi işləmişdir. Maraqlı şəxs isə ərizənin təmin edilməməsinə əsas verəcək hər ha nsı bir konkret dəlil göstərilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2116/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2116/2020
24.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver