Məhkəmə qərarları › İş №2(102)-2117/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2117/2020

08.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2117/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Ərizəçi vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)11811/2019 nömrəli qətnaməsindən Ərizəçi kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Ə mlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qoymaqla ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin X1 Təsərrüfatı müəssisəsi tərəfindən təqdim edilmiş arayışdakı əmrin nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində olan əmrin eyni olması faktının təsdiqi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-1547/2019 saylıxx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. (hakim Hüseyn Hüseynli) Bakı Apellyasiya Məhkəməsinin 2(10)-11811/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin 2(003)-1547/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, ərizənin rədd edilməsi qət edilmişdir. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi) Vüqar Həsənov, Xəyal Sarıyev) Ərizəçi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında Ərizəçi vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq göstərdi ki, məhkəmə ərizəni rədd edərkən ərizəçinin qeyd edilən faktı aidiyyatı orqanlara müraciət etməklə də əldə edə bilməsinə istinad etmişdir. Halbuki aidiyyatı orqanlara müraciət olunmuşdur. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən ərizəçinin vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11811/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Qətnamədən görünür ki, iş materiallarına əsasən apelyasiya instansiyası məhkəməsi ərizəçinin hazırki ərizə ilə məhkəmə qaydasında müəyyən etmək istədiyi hüquqi əhəmiyyətli faktın məhkəmədən kənar yolla, yəni aidiyyatı orqanlara müraciət etməklə əldə edə bilməsi imkanının olmasına, lakin ərizəçinin həmin imkanlardan istifadə etməməsinə, zəruri sənədlərin verilməsindən orqanların imtinasından ərizəçinin inzibati məhkəməyə müraciət etmək hüququnun olmasına istinad edərək, qətnaməni ləğv, ərizəni rədd etmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 307.2.11 və 308-ci maddələri ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı çəkilən və apelyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi qanunvericilik norması hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövc ud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Hazırki halda isə ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın məhkəmədən kənar başqa qaydada müəyyən etmək imkanı var və apelyasiya məhkəməsi doğru olaraq bunu qeyd etmişdir. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi hazırki ərizənin məhkəmədə baxılmalı olmamasını müəyyən etsə də, sonda düzgün nəticəyə gəlməyərək, ərizəya dair iş üzrə icraata xitam vermək əvəzinə, apelyasiya şikayətinə mahiyyəti üzrə baxıb, şikayəti təmin, ərizəni rədd etməklə səhvə yol vermişdir. Halbuki Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hak im iş üzrə icraata xitam verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.3-cü bəndində qdə qeyd edilib ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə əriz ə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi ərizəyə dair iş üzrə icraata xitam vermək əvəzinə, şikayətə mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Mülki-Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasverir. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli,yuxarıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11811/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəll ənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası Prezidentinin X1 Təsərrüfatı müəssisəsi tərəfindən təqdim edilmiş arayışdakı əmrin nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində olan əmrin eyni olması ilə bağlı ərizəçi ilkin olaraq həmin əmri verən və əmrin arxiv nüsxəsi saxlanan orqanlara müraciət etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizəçi kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-11811/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar