Məhkəmə qərarları › İş №2(102)-2119/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2119/2023

23.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2119/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-nə qarşı “işə bərpa tələbinə dair” “mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1445/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2021-ci tarixdə 1887k saylı əmrlə Cavabdeh MMC-nin pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixli 2510k saylı əmrlə əmək müqaviləsinə AR-nın ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ƏMnin 72-ci maddəsinin “F” bəndinə müvafiq olaraq xitam verilmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 2510k nömrəli əmr ləğv edilmiş. İddiaçı Cavabdeh MMC-nin pərakəndə satış departamentinə kassir vəzifəsinə bərpa edil miş. Məcburi iş buraxma müddəti üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh MMC tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4773/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş. Xətai Rayon Məhkəməsinin 2(011)-1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-nə qarş ı – onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi xitam verilməsi barədə Cavabdeh MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli, 2510K nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdeh MMC-yə cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işinə bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iş və işlədiyi müddətdə hər hansı bir pozuntuya yol verməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmişdir. İş yeri də həmin vaxtadək uzun müddət başqa işdə çalışdığı Cavabdeh MMC-nin Şəki şəhərində yerləşən ticarət mərkəzi olmuşdur. Lakin, əsaslı bir səbə b olmadan və hər hansı bir xəta törətmədən aralarında bağlanmış əmək müqaviləsinə Cavabdeh MMC-nin rəhbərliyinin xx.xx.2021-ci il tarixli, 2510K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “F” bəndinə müvafiq olaraq xitam verilmişdir. İddiaçı hər hansı bir pozuntu etməmiş və xəbərdarlıq olunmadan, barəsində daha yüngül tənbeh tədbiri tətbiq edilmədən qəflətən işdən azad olunmuşdur.

6. Cavabdeh MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında baş vermiş mübahisənin mediasiya prosesi vasitəsi ilə həll edilməsi ilə bağlı İddiaçı tərəfindən MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilməmişdir. İddiaçı işə bər pa tələbi ilə bağlı iddia ərizəsini qanunla müəyyən edilmiş 1 ay müddəti ötürmüş və iddia ərizəsini prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dair ərizə təqdim etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixində 2510K nömrəli əmrlə işdən azad edilmişdir. İddiaçı hüququnun pozulduğunu bildiyi gün xx.xx.2021-ci il tarixdə əmək kitabçasını aldığı gündür. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş və müvafiq mediasiya prosesi xx.xx.2021-ci il tarixinə bitmişdir. İddia müddətinin dayandırılması halları da nəzərə alınmaqla, iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürərək və prosessual müddətin bərpasına dair heç bir üzr lü səbəblə ərizə təqdim etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının cavabdehə qarşı pozulmuş əmək hüquqlarının bərpa edilməsi, işdən çıxarılması ilə bağlı verilmiş əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsinin iddia müddətini tətbiq etməklə iddia müddətini ötürdüyündən, həmçinin iddia əsassız olduğundan məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Hacıyeva) 30 noyabr 2022-ci il tarixli, 2(011)-6709/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71 -72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Qeyd olunan hallar isə iddiaçının əməllərində öz əksini tapmamış və iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim edilməmişdir.

9. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə rkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi izahatında iddiaçı tərəfindən müştəri bonus kartına toplanmış bonuslardan özü üçün istifadə etməməsini etiraf etmişdir. Sadəcə əmək müqaviləsinə xitam verilməsəydi gələcəkdə belə bir ehtimalın ola biləcəyini məhkəmənin diqqətinə çatdırmışdır.

10. Bundan əlavə məhkəmə hesab etmişdir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 70ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi o halda mümkündür ki, mübahisələndi rilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahəngini pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırki mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar müəyyən olunmur. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

11. Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv mü qavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır.

12. Məhkəmə həmçinin cavabdehin mediasiya prosesisin düzgün keçirilməməsi ilə bağlı etirazına münasibət bildirirərək qeyd edir ki, məhkəməyə qədər iddiaçı mediasiya prosesi keçirilməsi üçün mediatora müraciət etmiş müvafiq arayış aldıqdan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciə etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)- 1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra Cavabdeh MMC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103) 4773/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadında mediasiya prosesi səlahiyyətli olmayan (cavabdeh etirazında Bakı şəhər, Xətai rayonunda yerləşən müvafiq mediatorlardan birinə müraciət etməsinin qanunauyğun olmasını göstərmişdi) mediator tərəfindən aparılması əsas götürüldüyü üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır.

13. Bundan sonra iddiaçı Mediasiya Şurası Bakı 9 saylı Medisiya Təşkilatına müraciət etmiş, iddiaçıya xx.xx.2022-ci il tarixli ilkin mediasiya sesiyasında iştirak edilməsi barədə Arayış təqdim olunmuşdur. Həmin Arayışda Cavabdeh MMC-yə 5 (beş) gün öncə məlumat verilməsi qeyd olunmuşdur. İddiaçı yenidən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə əmrin ləğv edilməsi, məc buri iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə bərpa olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh mediasiya prosesisin keçirilməsi barədə məlumatlı olmuş, qərəzli olaraq mediasiya prosesindən yayınmışdır.

14. Mediasiya sesiyasının keçirilməsinin əsas məqsədi tərəflər arasında razılaşma əldə olunmasıdır. İş materiallarında görünür ki, cavabdeh əmək mübahisəsinin yaranmasından məlumatlı olmuş, kifayət qədər razılıq əldə edilməsi üçün müddət olmuşdur.

15. Bundan əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 14.3cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı e tiraf edə və yaxud ondan imtina edə bilərlər. Məhkəmə prosesində tərəflərə barışıq əldə olunması üçün şərait yaradılmasına baxmayaraq heç bir barışıq əldə edilməmişdir.

16. Həmin Məcəllənin 379.1.6-ci maddəsində tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımının dayandırılması qeyd edilir.

17. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 10, 71, 70, 72, 80, 83, 186, 187 və 300cü maddələrinə, Mülki Məcəllənin 269, 270, 385.1, 425.1, 442 və 467-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 80, 81, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etm işdir.

19. Apellyasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmaqla məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı mediasiya prosesinin tətbiqi barədə təklif məktubunu MMC-nin ünvanına göndərmədən birbaşa olaraq mediasiya prosesində iştirak edilməməsi barədə arayış almışdır. Xətai Rayon Məhkəməsinin e-2(011)6034/2022saylı,xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən mediasiya haqqında qanunvericliyin pozulması səbəbindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra isə eyni tarixli təklif məktubu ilə yenidən mediasiyaya müraciət etmiş və müvafiq arayış alınmışdır. Qeyd etmək lazımdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 24.7-ci maddəsinə əsasən med iasiya prosesi 30 gündən artıq olmayaraq davam edir. Hazırki iş üzrə məhkəmə prosesində iddiaçının göndərdiyi təklif məktubu da 30 gün müddətində etibarlı hesab edilir və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək davam etməlidir. Əgər həmin müddət ötürülərsə və tərəflər arasında mediasiya ilə bağlı müqavilə və ya hər hansı qeyd şərt mövcud deyilsə, tərəflər yenidən təklif məktubu ilə müraciət etməlidir. Həmin pozuntular Xətai rayon Məhkəməsinin xx.xx.2022-ciil tarixli qərardadı ilə iddiaçının ərizəsi geri qaytarılsa da, iddiaçı yenidən nöqsanları aradan qaldırmadan məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən qəbul edilmişdir. Mübahisəli qətnamədə qeyd edilən xx.xx.2022-ci il tarixli arayış iddiaçının göndərdiyi 10.10.202-ci il tarixli təklif məktubundan 10 aydan artıq müd dət keçdikdən sonra alınmışdır. Həmin müddət ərzində tərəflərin heç bir mediasiya sessiyalarında iştirak etməməsini və tərəflər arasında mediasiya sessiyaları ilə bağlı müqavilə və ya qarşılıqlı qeyd-şərt nəzərdə tutulmadığı halda müddətin özbaşına olaraq məhkəmə tərəfindən uzadılması və bu qənaətə gəlinməsi yolverilməzdir və yeni təcrübənin formalaşdırılmasıdır. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş 1 təqvim ayı müddəti ötürərək məhkəməyə müraciət etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər S.X.Bəhramzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 2(103)-1445/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir.

22. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlili kimi iddiaçının iddia müddətini ötürmüş olması barədə dəlilinə münasibətdə hesab etmişdir ki, həmin dəlil əsaslı sayılmamaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, “Mediasiya haqqında” Qanunun tələblərinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb o lur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən, yəni 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, təqdim edildiyi gündən bərpa olunmuş hesab olunur. Mediasiya prosesinə Qanunla nəzərdə tutulan arayışın, təqdim edildiyi gündən xitam verilir.

23. Hazırki iş üzrə ilkin mediasiyaya iddiaçının müraciəti əmək kitabçasının rəsmi qaydada aldığı gündən (xx.xx.2021) 6 gün sonra xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mediasiya şurasının ofisinə müraciət etmiş və həmin tarixdən mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımı dayanmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixli arayış iddiaçıya təqdim olunduğundan müddətin axımı başlamışdır. Daha son ra məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Həmin iş üzrə iddia ərizəsi mediasiya prosesinə düzgün riayət edilmədiyindən baxılmamış saxlanılmışdır. Kollegiya həmin müddətin, yəni mediasiya prosesinin qüsurlu olması barədə göstərilən halların iddiaçının ziyanına şərh edilməməsi qənaətinə gəlir. Nəhayətində 05 oktyabr 2022-ci il tarixdə arayış əldə etməklə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülməmişdir.

24. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 10, 70, 72, 80, 83, 186, 187 və 300-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia müddətinin ötürülməsi əsası ilə iddiaçının iddiasının rədd olunması haqqında iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş 1 təqvim ayı müddəti ötürərək məhkəməyə müraciət etmişdir. İddiaçı bonus kartından istifadə ilə bağlı əmək funksiyasını kobud şəkildə pozduğu üçün işəgötürənin qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Tərəflər arasında mediasiya sessiyasının uzadılmasına dair hər hansı qeyd-şərt, müqavilə nəzərdə tutulmadığından, mediasiya prosesi 30 gündən artıq olmayaraq davam edir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mediasiya prosesi qanunvericiliyin tələblərinin pozulması ilə keçirildiyindən, mediasiya nəticələri dolayısı ilə mediasiya prosesində iştirak edilməməsi barədə arayışın da hüquqi qüvvəsi yoxdur. Bu səbəblərdən mübahisəli iş üzrə mediasiya prosesi xx.xx.2021-ci il tarixində yekunlaşmışdır. İddiaçı isə xx.xx.2022-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Toplamda isə iddia müddətinin axımı halları da nəzərə alınmaqla, məhkəməyə müraciət edilməsi üçün 1 il 7 gün müddət keçmişdir ki, bununla da qanunla müəyyən edilmiş bir təqvim ayı müddət ötürülmüşdür. Belə ki, kassir müştərilərin qazandığı bonus məbləğləri eyni kod üzrə bir kart hesabında cəmləyərək, müştərilərin və MMC-nin hüquqlarının kobud şəkildə pozulmasına yol vermişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

28. Maddə

10. Əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.

29. Maddə 70.“ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

30. Maddə 71.2 Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqavi ləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

31. Maddə 72. “f” bəndi. İş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

32. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

33. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

34. Maddə

83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar n əzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

35. Maddə

186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir.

36. Maddə

187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötü rən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

37. Maddə

300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllə

38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1445/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar