Məhkəmə qərarları › İş №2(102)-2119/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2119/2024

01.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2119/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-197/2024 nömrəli iş üzrə 6 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Şəki şəhəri A.Əhmədov küçəsi döngə 1-də yerləşən 6 nömrəli ev 3678/1025 nömrəli qeydiyyat vəsiqəsinə əsasən 17 fevral 1992-ci il tarixdə vəfat etmiş X3 mülkiyyətindədir. Əvvəllər A.Əhmədov küçəsi Qızıl Əsgər küçəsi kimi adlanmışdır;

3. İddiaçı1 25 iyun 1993-cü il tarixdə mərhum X3 oğlu X10 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Sonradan mərhum qayınatası X4 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və həmin evdə yaşamışdır. Birgə nikahlarından onların X11 adlı övladları anadan olmuşdur;

4. X10 ailə qurduqdan bir müddət sonra Rusiya Federasiyasına getmişdir;

5. İddiaçı1 ilə X5 arasında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin 18 may 2020ci il tarixli, 2(075)-347/2020 nömrəli qətnaməsinə əsasən pozulmuşdur;

6. Cavabdeh2 isə X5 qardaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-cü ildən gəlin köçdüyü və yaşadığı ünvan 1 ünvanda yerləşən evdən istifadə hüqunun tanınması, ona və X6 cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması, onun və qızının ünvan 3 ünvanda yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, nikahı pozulmamışdan əvvəl Laçın Məmmədov hələ qızı səkkiz aylıq olduğu vaxtdan Rusiya Federasiyasına getmişdir. Bu müddət ərzində o, həmin evdə qızı ilə birlikdə yaşamış və həmin evdə şəxsi vəsaiti, aldığı kreditl ər hesabına təmir-tikinti işləri aparmışdır. İllər sonra qızının xeyir işində X21 Federasiyasından gələrək toy mərasimində iştrak etsə də, yenidən Rusiya Federasiyasına qayıtmış və onların evdə yaşamalarına etiraz etməmişdir. Lakin bu yaxınlarda X5 Rusiya vətəndaşlığını qəbul etdiyini bilən qaynının oğlu olan Cavabdeh1, böyük qaynım Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh3, o, evdə olmadığı vaxt onlara məxsus əşyaları evdən çıxararaq qızını və onu evə buraxmırlar.

9. Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi onun anasının mülkiyyətindədir. Onlar ailədə beş uşaq olmuşlar. Həmin evə beş nəfər vərəsə vardır. Vərəsələrdən ikisi vəfat etmişdir. Mübahisələndirilən fərdi yaşayış evi iki otaqdan ibarətdir. Bild irmişdir ki, iddiaçı X7 2021-ci ildə toy edərək gəlin kömüşdür. İddiaçı X7 hal-hazırda ər evində yaşayır. Bir azyaşlı uşağı da vardır. İddiaçı1 isə həmin evdə yaşamışdır. İddiaçı1 1993-cü ildə onun qardaşı Laçınla ailə quraraq həmin evə gəlin köçmüşdür. Qardaşı Laçın bir müddət sonra Rusiya Federasiyasına getmişdir. Həmin evdə onun mərhum anası Şükufət, mərhum qardaşının oğlu Rəfael və Rəfaelin bacısı Gülnar yaşayıblar. Sonradan Gülnar ailə qurub ərə getdikdən sonra, mərhum anası və Rəfael həmin evdə yaşamışdılar. Bir müddətdən sonra isə Rəfael də ailə qurub Qazaxıstana getmişdir. Anası Şükufət rəhmətə getdikdən sonra həmin evdə Güllər bir müddət tək yaşamışdır. Bir müddətdən sonra 2003-cü ildə İddiaçı1 evi bağlayaraq çıxıb getmişdir. Bildirmişdir ki, iddiaçı evi dağıtmışdır. İddiaçı ancaq onun qardaşı Laçın Azərbaycana gələn zaman 2-3 gün gəlib qardaşı ilə birlikdə həmin qalıb, sonra yenə də çıxıb getmişdir. Evin açarı iddiaçının özündə olmuşdur. İddiaçı evi dağıtdığı üçün o, 2019-cu ildə həmin evi təmir elətdirmişdir. Evdə təmir işləri gedən zaman o, iddiaçıya məxsus əmlakları evin həyətinə yığmışdır. İddiaçı1 isə gəlib əmlaklarını yığıb aparmışdır. O, iddiaçıya məxsus əşyaları qərəzli olaraq həyətə yığmamışdır. Sadəcə olaraq evdə təmir işləri getdiyi üçün iddiaçıya məxsus əşyaları həyətə çıxarmışdır. Göstərmişdir ki, 2019-cu ildən bəri qeyd edilən evdə yaşayan olmamışdır. Hal-hazırda iddiaçının həmin evdə yaşasını istəmir. Qardaşı Laçın gəldikdən sonra özləri öz aralarında razılaşarlar. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh3 da digər Cavabdeh2 verdiyi ifadəyə uyğun ifadə verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli e-2(075)-1403/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim P.Hacıyev).

12. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında münasibətlər 1993-cü ildən yarandığından hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən i stifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir

13. İddiaçı mübahisəli evə 1993-cü ildə gəlin köçmüş, həmin evdə yaşamış və həmin evdə sahiblərindən olan qayınanası X12 ilə birgə təsərrüfat aparmışdır. Tərəflər arasında hüquq münasibəti yarandığı zaman mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mövcud olmuş və tərəflər oradan yaşayış sahəsi kimi istifadə etmişlər. Cavabdehlərin mübahisəli evdə normal şərtlər daxilində evdə yaşamaq hüququna malik olduqları kimi İddiaçı1 da həmin evə köçərək həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır. Ona görə də, iddia tələbi İddiaçı1 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdehlər tərəfindən buna y aradılmış maneənin aradan qaldırılması hissəsində təmin edilməlidir.

14. Məhkəmə iddia tələbinin mübahisəli evdən istifadə hüququnun tanınması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında hüquq münasibəti yarandığı zamandan hazırkı vaxtadək mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və həmin evə dair hüquq müəyyənedici sənədlər mövcud deyil. Cavabdeh tərəfindən məhkəmyə təqdim edilmiş ev dəftərindən görünür ki, X4 məxsus olmuş ev Qızıl Əskər küçəsi T1, ev 6 ünvanında yerləşir. Lakin məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş cavab məktubunda iddiaçıların istifadə hüquqlarının tanınmasını tələb etdikləri evlə bağlı hər hansı məlumatın olmadığı bildirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı1 istifadə hüququnun tanınması mümkün deyildir.

15. Bundan başqa məhkəmə, iddiaçı X6 münasibətdə qeyd edir ki, iddia tələbləri həmin iddiaçıya münasibətdə təmin edilə bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, X7 2021-ci ildə ailə quraraq ər evinə köçmüş və uzun müddətdir daimi əsaslarla başqa evdə yaşamaqdadır

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə, 71-ci maddəsinin 1-ci bəndinə, Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 123-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.2, 217.4cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçının mübahisələndirdiyi ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi hazırki iş üzrə cavabdehlərin atasının mülkiyyətindədir. İddiaçı1 X10 ilə 25 iyun 1993-cü il tarixd ə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra mərhum qayınatası X4 məxsus olan ünvan 1 ünvanına gəlin köçmüş və həmin evdə yaşamışdır. Birgə nikahlarından X11 anadan olmuşdur. X10 ailə qurduqdan bir müddət sonra Rusiya Federasiyasına getmişdir. X1 Federasiyasına getdikdən sonra hazırki iş üzrə iddiaçı ünvan 1 ünvanında yaşamamış, həmin fərdi yaşayış evini tərk edərək öz valideyinlərinə məxsus evdə yaşamağa başlamışdır. Bundan əlavə, iddiaçı öz izahatında bildirmişdir ki, o, 5 il müddət ərzində atası evində yaşamışdır. Birinci instansiya məhkəməsi iddiaçının niyə 5 ildir iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsi məsələsini diqqətdənkənar qoymuş, həmin məsələni araşdırmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən sorğu edilərək əldə edilmiş Daşınmaz Əmla kın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli cavab məktubuna əsasən mübahisəli fərdi yaşayış evin heç bir qeydiyyarı yoxdursa hansı evə köçürülməsi mümkün ola bilər?

19. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-197/2024 nömrəli iş üzrə 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-1403/2023 nömrəli qətnaməsi qismən, yəni, iddianın təmin olunmuş, İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 1 00 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı1 verilməsi hissəsində ləğv edilmiş, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək iddia İddiaçı1 ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı1 verilməsinə aid hissədə rədd edilmişdir (hakimlər X8 - sədrlik edən və məruzəçi, X13 və X15).

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı1 5 il əvvəldən atası evində yaşaması öz izahatı ilə təsdiq edildiyi halda cavabdehlərin İddiaçı1 gəlin köçdüyü evdə yaşamasına mane olaraq onu həmin evdən çıxarmaları hər hansı bir dig ər sübutla əsaslandırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş cavabdehlər belə evi təmir etdirmək məqsədi ilə İddiaçı1 evdən çıxartmalarına dair hər hansı bir fikir ifadə etməmişlər. Əksinə Cavabdeh2 iddiaçının ancaq qardaşı Laçın Azərbaycana gələn zaman 2-3 gün gəlib, qardaşı ilə birlikdə qalıb, sonra yenə çıxıb getdiyini, evin açarının iddiaçının özündə olduğunu, onun 2019-cu ildə evi təmir etdirdiyini, evdə təmir işləri gedən zaman iddiaçıya məxsus əmlakları evin həyətinə yığdığını, İddiaçı1 isə gəlib əmlaklarını yığıb apardığını, 2019-cu ildən bəri qeyd edilən evdə yaşayanın olmadığını göstərmişdir.

21. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, yalnız iddiaçının qaynının evi təmir etdirməsi səbəbli evdən çıxmalı olmasına dair izaha tı digər dəlillərlə təsdiq edilmədiyi halda onun mübahisəli fərdi yaşayış evinə köçürülməsi, köçürülməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması üçün yetərli faktlar sayıla bilməz. Belə ki, mübahisəli fərdi yaşayış evi 2019-cu ildə təmir edildiyi halda iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında keçmiş həyat yoldaşı Rusiya Federasiyasından ildə bir dəfə gəldikdə onunla birlikdə təxminən 5-10 gün həmin evdə qaldığını, Laçınla nikahı pozulana kimi, yəni 2020-ci ilə kimi həmin mübahisələndirilən evdə ara-sıra qaldığını göstərmişdir. Beləliklə evdə təmir işlərinin aparılmasından sonra iddiaçının mübahisəli evə gəlişinə maneənin olmaması müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da iddiaçı 2020-ci ilin əvvəlindən keçmiş əri Laçınla ailə münasibətinin pozulması səbəbli mübahisəli evdə yaşamadığını, 2020-ci ilin əvvəlindən mübahisəli evdə heç bir yaşayışının olmadığını, mübahisəli evdə yaşamadığı bütün müddət ərzində ünvan 7 ünvanında yerləşən atası evində yaşadığını, hazırda da yaşayışını atası evində davam etdirdiyini, qızı Yeganəni də 2021-ci ildə atasının evindən gəlin köçürtdüyünü göstərmişdir.

23. Kollegiya qeyd etmişdir ki, mübahisəli evi tərk etdikdən sonra həmin evdə 2020-ci ilin əvvəlindən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 2023-cü ilin mayınadək, yəni 3 il müddətində ümumiyyətlə yaşamaması, həmin dövrdə atası evində yaşaması iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə təsdiq edilməklə yanaşı, ötən dövr ərzində mübahisəli evə istifadə hüququnun həyata keçirilməsinə yönə lən hər hansı bir təşəbbüsün olması halı müəyyən edilməmişdir.

24. Kollegiya qeyd etmişdir ki, İddiaçı1 cavabdehlər tərəfindən iradəsi ziddinə mübahisəli fərdi yaşayış evindən kənarlaşdırılması təsdiqini tapmadığından, 5 il müddət ərzində mübahisəli fərdi yaşayış evində davamlı yaşamama halını məhkəmə kollegiyası İddiaçı1 daimi əsaslarla yaşamaq üçün atası evinə getməsi kimi qiymətləndirir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş cavab məktublarından ünvan 3 ünvanda fərdi yaşayış evinin olmamasının görünməsinə dair dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, həmin halın aydınlaşdırılması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə verilmiş sorğuya Həmi n İdarədən alınmış 17 yanvar 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Şəki şəhəri Qızıl Əsgər küçəsi hazırda Şəki şəhəri Allahyar Əhmədov küçəsi olmuşdur. Həmçinin verilmiş cavaba ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin surəti də əlavə edilmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı1 mübahisələndirilən evdən çıxmaqla daimi yaşamaq üçün başqa yaşayış yerinə köçmüşdür. Bununla da onun istifadə hüququ itirilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olan) 53, 60, 87, 123-cü, MPM-nin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 80-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Kas sasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə İddiaçı1 iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə mübahisəli məsələ olan iddiaçının istifadə hüququnun yaranıb-yaranmaması məsələsi iddiaçı ilə X5 ailə həyatı qurduğu tarixdən, yəni 1993-cü ildən yaranmışdır. Buna görə də həmin münasibətlər üçün o dövr üçün qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. İş materiallarına əsasən iddiaçı gəlin kimi həmin yaşayış evinə gələrkən mübahisəli yaşayış evi heç kimin adına qeydiyyata alınmamışdır. Bundan əlavə, iddiaçının tələbi rədd edilər kən məhkəmə onun yaşamasına edilən hansı maniyələrin olmasını sübut edə bilmədiyi qeyd etmişdir.

30. İş üzrə Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində maneə törətməsini özü etiraf edir. Belə ki, o ifadəsində bildirmişdir ki, iddiaçı Güllər qızı ilə birlikdə mübahisəli mənzildə yaşayırdı. Qız köçdükdən sonra Güllər tək yaşamışdı. Daha sonra evi bağlayaraq getmişdir. Ev dağınıq olduğu üçün o təmir işlərinə başlamışdır. Daha sonra iddiaçının əşyalarını çıxararaq həyətə yığmışdı. Bundan sonrada nə zaman qardaşı Laçın Məmmədov gələrsə mübahisəli məsələni öz aralarında həll etməsini demişdir.

31. Kassasiya şikayəti Mənzil Məcəllənin 53, 123-cü və MPM-nin 77.1, 217.1, 217.3, 217.4-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi (xx.xx.2009-cu ilədək qüvvədə olan)

35. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.

36. Maddə

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozu lmuş hesab edilir.

37. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onu n ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.

44. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisəli evə münasibətdə iddiaçının əmələ gəlmiş istifadə hüququ onun daimi olaraq başqa yaşayış sahəsinə köçməsi nəticəsində aradan qalxmışdır. Belə ki, İddiaçı1 cavabdehlər tərəfindən iradəsi ziddinə mübahisəli fərdi yaşayış evindən kənarlaşdırılması təsdiqini tapmadığından, 5 il müddət ərzində mübahisəli fərdi yaşayış evində davamlı yaşamama halı məhkəmə tərəfindən iddiaçının daimi əsaslarla yaşamaq üçün atası evinə getməsi kimi qiymətləndirilmişdir.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun h üquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onları n dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-197/2024 nömrəli iş üzrə 6 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar