Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2119/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Ba ba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-451/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 25 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hüquqların Dövlət qeydiyyat ı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4,6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. 2. xx.xx.2021-ci il tarixli, A 668148 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən, Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4,6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X2 (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4,62 ha torpaq sahəsinin 2,62 ha hissəsindən cavabdeh Kamal Kamalovun çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin adının Cavabdeh kimi qəbul edilməsini və ona məxsus Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4,62 ha torpaq sahəsinin 2,62 ha hissəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus Şəmkir rayonunun Kür qəsəbəsi İsgəndərli kəndi ərazisində 4,62 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında onun mülki yyətindədir və torpaq sahəsindən uzun illərdir istifadə edir. 2023-cü il aprel ayında DƏDRX-nə rəsmi müraciət edib rüsum ödəmiş və torpaq sahəsinin ölçüləri ona akt şəklində təqdim olunmuşdur. Həmin vaxt məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin 2,62 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Dəfələrlə cavabdehə zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmasını təklif etsə də, o, buna məhəl qoymamış və torpaq sahəsindən çıxmaqdan imtina etmişdir.
6. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ona məxsus Şəmkir rayonunun Kür qəsəbəsi İsgəndərli kəndi ərazisində 4,62 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyes trindən çıxarış əsasında onun mülkiyyətindədir və torpaq sahəsindən uzun illərdir istifadə edir. 2023-cü il aprel ayında DƏDRX-nə rəsmi müraciət edib rüsum ödəmiş və torpaq sahəsinin ölçüləri ona akt şəklində təqdim olunmuşdur. Həmin vaxt məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin 2,62 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Dəfələrlə cavabdehə zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmasını təklif etsə də, o buna məhəl qoymamış və torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq mütəxəssis və ekspert rəyləri alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu İsgəndərli kəndi ərazisində yerləşən 4,6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,4539 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4067 nömrəli rəyinə əsasən, xx.xx.2021-ci il t arixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu İsgəndərli kəndi ərazisində yerləşən 4,6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,4539 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.
9. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(076)-174/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Taleh Musayev) iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu, İsgəndərli kəndində yerləşən 4,6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,4539 ha hissəsindən cavabdehin çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pulun alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçıdan və cavabdehdən müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4,6 288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Lakin həmin torpaq sahəsinin 2,4539 ha hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Odur ki, cavabdeh Şəmkir rayonu İsgəndərli kəndində yerləşən və iddiaçının mülkiyyətində olan 4,6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,4539 ha hissəsindən çıxarılmalıdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü və Azərbaycan Respublika sı Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 117.1, 218.1 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, İsgəndərli kəndində yaşayır. Cavabdeh yaşadığı kənddə ailəsini dolandırmaq üçün kənd təsərrüfatı məhsulları əkib-becərməklə məşğul olur. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2002-ci il tarixli qərarı ilə 5,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh və ailə üz vlərinin mülkiyyətinə verilmişdir. Torpaq sahəsi onların mülkiyyətinə verildikdən sonra daim cavabdehin və ailə üzvlərinin istifadəsində olmuş, torpaq sahəsində ailəsini dolandırmaq üçün hər il əkin əkmişdir. Artıq 22 ildir ki, cavabdeh torpaq sahəsindən istifadə edir. Bu illər ərzində isə cavabdehə və ailə üzvlərinə qarşı iddiaçının torpaq sahəsi ilə hər hansı tələbi olmamışdır. Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsindən tam qanuni əsaslarla istifadə etmişdir. İddiaçı isə cavabdehə qarşı hazırkı iddianı qaldıraraq illərdir onun sahibliyində və istifadəsində olan torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Halbuki, illərdir torpaq sahəsinə qonşuluqda olan iddiaçı da, mübahisəli torpaq sahəsinin cavabdehə məxsus olmasını bilmiş və heç bir etiraz bildirməmişdir. İddiaçı 2023 -cü ildə cavabdehə qarşı iddia qaldıraraq torpaq sahəsinin ölçüldüyünü və ona məxsus olduğunu bildirmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi illərdir cavabdehin və ailə üzvlərinin sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi 2002-ci ildə cavabdehin istifadəsində olduğundan bu gün onun torpaq sahəsindən çıxarılmasını tələb etməsi cavabdehə ziyan vurmaqdan başqa bir şey deyildir. Ekspert rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi qeyd edilmiş olsa da, həmin torpaq sahəsi JN0004 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı əsasında cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Torpaq sahəsi onlara təhvil verilərkən ölçülmüşdür. Ona görə də, iddia tələbi əsassızdır. Hər kəsin mülkiyyət hüququ vardır. Mübahisəli torpaq sahəsi isə 2002-ci ildən JN0004 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı əsasında cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və həmin vaxtdan onların qanuni sahibliyində olmaqla istifadəndədir. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda o la bilər. Məhkəmə tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilsə də, işin həqiqi halları müəyyən edilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi 22 ildir JN-0004(KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı əsasında cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla qanuni sahibliyindədir. Məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-451/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qə tnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdehin torpaq sahəsini 22 il istifadə etməsi, başqasının mülkiyyətində olan torpaq sahəsinə onun sahiblik hüququnu yaratmır. Tərəflərə məxsus torpaq sahələri qonşuluqda yerləşir. Mütəxəssis və ekspert rəylərində iddiaçıya məxsus 4,6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,4539 ha hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi sübuta yetirilir. Mütəxəssis və ekspert rəylərinin mötəbərliyi məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksini sübut edən heç bir sənəd məhkəmə kollegiyasına təqdim edilməmişdir.
16. Bundan başqa məhkəmə kolleg iyası qeyd etmişdir ki, cavabdeh özüdə torpaq sahəsinin 2,4539 ha hissəsini istifadə etdiyini etiraf edir. Ancaq həmin yerin ona məxsus olduğunu iddia edir. Lakin, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ilə müəyyən olunur ki, Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4,6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixli, A 668148 saylı Torpaq sahəsinin planı və ölçü sənədi ilə müəyyən edilir ki, Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4,6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının adına qeyd edilmişdir. Torpaq sahəsinin planı və ölçü sənədində torpaq sahəsinin koordinatları və döngə nöqtələri əks olunmuşdur.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 139.1, 146.1, 152.1, 152.5, 157.4-cü, Torpaq Məcəlləsinin 84, 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 81, 88, 217.3, 384.0.1 və 285.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
19. Qətnamədən cavabdeh (Vək il) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə müəyyən etdiyi hallar işin faktiki halları ilə tamamilə ziddiyyət təşkil edir. Eyni zamanda, iddiaçı məhkəmənin müəyyən etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mövcud olmayan sübutlar əsasında məhkəmənin hər hansı nəticəyə gəlməsi isə qanunvericiliyin tələblərinə də zidddir. İddiaçı torpaq mülkiyyətçisi kimi öz hüququna əsaslanıb torpaq sahəsinin zəbtdən azad edilməsini tələb etsə də, onun hüquqları ilə yanaşı cavabdehin mənafeyi də nəzərə alınmalı, hər ik i mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Lakin, məhkəmə tərəfindən qeyd olunan halların heç biri nəzərə alınmamışdır. İş materialları ilə müəyyən olunur ki, 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi cavabdehin mülkiyyətinə verildikdən sonra daim onun və ailə üzvlərinin istifadəsində olmuş, torpaq sahəsində ailəsini dolandırmaq üçün hər il əkin əkmişdir. Cavabdeh və ailə üzvləri uzun illərdir bu günə kimi torpaq sahəsi ilə bağlı ona qarşı hər hansı iddia olmamışdır. İddiaçı isə cavabdehə qarşı hazırkı iddianı qaldıraraq illərdir onun sahibliyində və istifadəndə olan torpaq sahəsindən çıxarılmasını tələb edirlər. Halbuki, illərdir torpaq sahəsinə qonşuluqda olan iddiaçı da mübahisəli torpaq sahəsinin cavabdehə məxsus olmasını bilmiş və heç bir eti raz bildirməmişdir. Əgər torpaq sahəsi iddiaçının mülkiyyətində olsaydı o, hələ illər əvvəl torpaq sahəsindən istifadə etməyə başlayarkən iddiaçı cavabdehə qarşı iddia qaldırardılar. İddiaçı hazırkı vəziyyətdə öz hüququndan cavabdehə ziyan vurmaq məqsədilə istifadə etmişdir. İşə baxan məhkəmə qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb hüquqi qiymət vermədən iddia tələbini təmin etmişdir. Məhkəmə cavabdehin mübahisəli torpaq sahəsindən illərdir oradan maneəsiz istifadə etməsini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutları obyektiv, qərəzsiz və hərtərəfli araşdırmamışdır. Məhkəmənin qətnamədə qeyd etdiyi arqumentlərindən görünür ki, məhkəmə iddia ərizəsində və birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin xeyrinə olan arqume ntləri qətiyyən araşdırmamış, bu arqumentlərə obyektiv hüquqi qiymət verməmişdir. İddiaçı mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi barədə, məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İşə baxmış apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
21. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
23. Maddə
6. Mülki qanunvericiliyin prinsipləri ndən biri mülkiyyətin toxunulmazlığıdır.
24. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olm aq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhr um etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
31. Maddə
84. Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
32. Maddə 111 (bənd 1). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
33. Maddə 111 (bənd 2). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr ə saslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh apelyasiya şikayətində Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2002-ci il tarixli qərarı ilə 5,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilməsini, kassasiya şikayətində isə fərqli olaraq 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsinin onun mülkiyyətinə verilməsini göstərsə də, sübutları araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrə istinad etdiyi hallarla bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, kassasiya şikayətinin həmin hallarla ba ğlı dəlilləri əsassızdır.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
52. Beləliklə, məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-451/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildi