Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-212/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs - X9) qarşı iş üzrə QƏRARİ Açar sözləri: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs-X9) qarşı “mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4219/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 13 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilə ilkin olaraq xx.xx.2014-cü il tarixdə X3, xx.xx.2020-ci il tarixdə X13 və arvadı tərəfindən Cavabdeh2 MMC-yə həmin mənzildən imtina etməyə dair ərizə təqdim edilmiş, eyni gündə də mənzilə dair MMC tərəfindən X9 ilə müqavilə bağlanmış, sonuncuya mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilmişdir.
2. Bundan sonra, xx.xx.2020-ci il tarixli notarial ərizə ilə X9 və arvadı həmi n mənzilə olan hüquqlarından imtina etmiş və mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə etiraz etmədiklərini göstərmişdirlər.
3. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzil Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı satılmışdır və onun adına maliyyə arayışı verilmişdir.
4. Daha sonra mübahisəli mənzilin alğı-satqısına dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci tarixdə müqavilə imzalanmış və Cavabdeh1 Cavabdeh2 MMC-yə borcu olmamasını təsdiq edən eyni tarixli maliyyə arayışı verilmişdir.
5. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar ilə X9 və iş üzrə cavabdehlər ziddiyyətli izahatlar vermişdirlər. X9 2020-ci ilin sentyabrında mənzildən imtina ərizəsi verdiyini və pulu alıb sağollaşdığını qeyd etmişdir. Cavabdeh2 MMC-nin sabiq direktoru X11 isə qeyd etmişdir ki, onun direktor olduğu dövrdə xx.xx.2021ci il tarixdə X9 həmin mənzildən imtina etmiş və mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş etmiş, Cavabdeh1lə xx.xx.2021-ci tarixdə müqavilə imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qlobal-SF MMC tərəfindən İddiaçı satılmış, dəyəri onun tərəfindən tam ödənilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında inşa edilən bina 1, ”D” bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan, 30 saylı mənzillin yenidən satılması ilə bağlı cavabdehlər “Qlobal-SF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 (direktor Eldar Yusifov) ilə “Payçı" kimi İddiaçı arasında 6 mart 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə Cəmiyyət “Qlobal-SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzili “Payçıya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödənilməsini öhdəsinə götürür. İddiaçı üzərinə düşən öhdəliyi icr a edərək mənzilin müəyyənləşdirilmiş haqqını tam olaraq ödəmişdir. Bu hal Cavabdeh2 MMC-nin 6 mart 2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan Cavabdeh2 MMC-nə məxsus bina 1, "D” bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin tikinti dəyərini tam ödəmişdir və Cavabdeh2 MMC-yə borcu yoxdur. Lakin, Cavabdeh2 MMC İddiaçı satdığı mənzili cinayət xarakterli qanunsuz hərəkətlər edərək 6 ay sonra başqa şəxsə də satmışdır. Belə ki, İddiaçı satılmış mənzillə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (direktor Nəriman İbrahimov) ilə “Payçı” kimi Cavabdeh1 arasında 21 sentybar 2021-ci il tarixdə kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanaraq ona da satılmışdır. Eyni maliyyə arayışını Cəmiyyət Cavabdeh1 də vermişdir. Beləliklə, cavabdeh təşkilat Cavabdeh2 MMC bir mənzili iki nəfərə satmaqla cinayət tərkibli, qanunsuz hərəkətlər etmişdir. Belə olan halda, ikinci müqavilə cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə etibarsız sayılmalı və direktor Nəriman İbrahimovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində xüsusi qərar çıxarılmalıdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-545/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin İddiaçı satılması barədə müqavilə qüvvədə olduğu halda həmin mənzil Cavabdeh2 MMC tərəfindən yenidən Cavab deh1 satılmış, bununla da İddiaçı hüquqları pozulmuşdur. İddiaçı ilə müqavilə Cavabdeh1 arasında bağlanmış müqavilədən də əvvəlki tarixdə bağlandığından Cavabdeh2 MMC tərəfindən İddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəliklər icra olunmalı, Cavabdeh1 ilə bağlanmış müqavilə isə həmin müqavilə üzrə Cavabdeh2 MMC-nin hüquqi nəticə yaratmaq niyyəti olmadığından etibarsız hesab edilməlidir.
10. Məhkəmə Cavabdeh2 MMC-nin etirazları ilə bağlı qeyd etmişdir ki, o, Cavabdeh1 ilə bağlanmış müqavilənin əsaslı və qanuni olduğunu, mənzilin əslində iddiaçıya deyil, Cavabdeh1 satıldığını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
11. İddiaçı ilə bağlanmış müqavilə və ona verilmiş maliyyə arayışı MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb hüquqi şəxsi n möhürü ilə təsdiq edildiyinə, cavabdehin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığına görə, yəni, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ilə bağlı hər hansı bir dələduzluq faktı öz təsdiqini tapmadığından, cavabdeh tərəfin etirazları əsassızdır.
12. Sadalanan əsasların hazırkı mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 MMC və Cavabdeh1 arasında İddiaçı mülkiyyəti sayılan əmlakın alğı-satqısına dair müqavilə bağlamaqla İddiaçı hüquqları pozulduğundan, İddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
13. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 399.1, 337, 452.2-ci maddələrinə istina d edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
15. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri barəsində Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 178.3.2, 309 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaqı olmuş və Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən 20 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cinayət işinin istintaqı zamanı Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 ol an 30 saylı mənzilin ilkin olaraq X1 məlum olmuşdur. Daha sonralar qeyd olunan mənzil X6, ən sonda isə Cavabdeh1 satılmışdır. Mənzilin bir şəxsdən digər şəxsə satılması zamanı mütləq qaydada əvvəlki şəxsin mənzildən imtinasına dair ərizə olmalıdır. Şahid qismində dindirilmiş X13 mənzilin İddiaçı satıldığı zaman X5 imtina ərizəsinin olmadığını, Emilin imtina ərizəsini sentyabr ayında verdiyini etiraf etmişdir. İmtina ərizəsinin sentyabr ayında verildiyini İbrahimov Emil də öz izahatında bildirmiş və mənzili Cavabdeh1 satdığını qeyd etmişdir. Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin İddiaçı satılması zamanı imtina ərizəsinin olmaması və mülki yyətçinin hələ də İbrahimov Emil olması faktı cinayət işi materiallarında olan sübutlar və şahid ifadələri ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə qətnaməsində İddiaçı ilə bağlanan müqavilənin daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış etdiyini qeyd etmişdir. Həmin müqavilə bağlanarkən əmlakın hələ də başqa şəxsin mülkiyyətində olması və mənzildən imtina ərizəsinin verilməməsi faktı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu da məhkəmələr tərəfindən başqa şəxslərin mülkiyyət hüquqlarının pozulması faktına göz yumaraq digər şəxsin mülkiyyət hüquqlarını üstün sayması deməkdir.
16. Cavabdeh “Qlobal-SF“ MMC tərəfindən verilmiş apellyasiya şikayətinin əsasları ondan ibarət olmuşdur ki, Cavabdeh2 MMC-nə əvvəllər məlum olmayan, yəni, cəmiyyətin inşa etdiyi məzillərin elektron siyahısında olmayan, əlavə müqavilə olduğu məlum omuşdur. Bununla bağlı daha əvvəllər bir başa cəmiyyətə qarşı hər hansı iddia və ya başqa şikayətlər olmamış, mənzilin verilən dövrü cəmiyyətin direktoru olan X13 ilə mübahisələr olmuş, ilk öncə Nərimanov Rayon Polis idarəsində araşdırma aparılaraq qərar qəbul edilmiş, daha sonra Yasamal Rayon Prokurorluğunda araşdırılma aparılaraq daha əvvəl Nərimanov Rayon Polis İdarəsində işə baxıldığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Bütün bu zaman kəsiyində, yəni bir ilə yaxın müddətdə Yusifov Eldarla iddiaçının oğlu arasında danışıqlar aparıldığı və məsələnin həli üçün Yusifov Eldarın özü tərəfindən həll edəcəyini, razılığa gəldiklərini cəmiyyətin yeni rəhbərliy inə bildirmişdir. Daha sonra isə yuxarıda göstərilən X9 və onun arvadı X7 həmin mənzil üçün notarial qaydada verilmiş ərizələrin tarixi daha əvvəlki vaxta təsadüf etdiyini və iddiaçının adına olan mənzilin həmin tarix kəsiyində daha əvvələ təsadüf etdiyi üçün iddia irəli sürülmüşdür. Cəmiyyətdə mənzil rəsmiləşdirilməsi zamanı, razılıq ərizələri ilə bərabər hər iki tərəf iştirak etməsə, sənədləşmə işləri aparılmır. Ərizələrin daha köhnə tarixə verilmiş olması deyil, qüvvədə olması və hər iki tərəfin canlı iştirakı ilə təsdiq etməsi əsas götürülür və sənədləşdirilir. Onu da qeyd etmək lazımdır ki, Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri barəsində Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 178.3.2, 309 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaq olunur. Cinay ət işi üzrə şahid qismində dindirilmiş X13 öz ifadəsində bildirmişdir ki, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzil ona satılmış, daha sonra mənzil X6, X2 isə qeyd olunan mənzil Cavabdeh1 satılmışdır. Bu fakt X9 tərəfindən də bir daha təsdiq edilmişdir. Məhkəmə prosesi zamanı şifahi vəsatətlərə baxmayaraq X8 məhkəməyə cəlb edilməsi təmin edilməmişdir. Bu da məsələnin tam və qərəzsiz həll olunması və şikayətdə bildirildiyi kimi iddiaçı ilə hansı şəraitdə və harda, mənzil haqqında sənədləşmələrin aparılması, mənzil üçün pulun kim tərəfindən alınması faktının aydınlaşdırılması üçün ən vacib haldır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın 2(103)-5002/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhramzadə) cavabdehlərin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
18. Apellyasiya instansiyası mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilə dair xx.xx.2020ci il tarixdə X13 tərəfindən Cavabdeh2 MMC-yə imtina etməyə dair ərizə təqdim edilmiş, eyni gündə də mənzilə dair MMC tərəfindən X9 ilə müqavilə bağlanmış, sonuncu mənzilin dəyərini ödəmiş və adına maliyyə arayışı verilmişdir. Bundan sonra, xx.xx.2020-ci il t arixdə X9 və arvadı həmin mənzilə olan hüquqlarından imtina etmələri və mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh2 MMC tərəfindən mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı satılmışdır və onun adına maliyyə arayışı verilmişdir. Daha sonra mübahisəli mənzilin alğı-satqısına dair "xxxx" MMC və Cavabdeh1 arasında xx.xx.2021-ci tarixdə müqavilə imzalanmış və Cavabdeh1 Cavabdeh2 MMC-yə borcu olmamasın təsdiq edən eyni tarixli maliyyə arayışı verilmişdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş müqavilələrdə göstərilən 30 nömrəli mənzil X13 ilə X5 adına rəsmiləşdirilmiş müqavilələrlə göstərilən 502 №li mənzillə eyni mənzil olması işin mübahisəsiz halıdı r. Göründüyü kimi, mübahisəli mənzil Eldar Yusifov tərəfindən Emil İbrahimova satıldıqdan sonra sonuncunun faktiki sahibliyində olmamışdır. Dolayı yolla da həmin mənzilə dair iddiaçı ilə, sonra isə cavabdehlə Cavabdeh2 MMC arasında müqavilələr bağlandıqdan sonra da mənzil heç kimin faktiki sahibliyinə keçməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında (Cavabdeh2 MMC tərəfindən mənzil xx.xx.2020-ci il tarixdə X6, xx.xx.2021-ci il tarixdə İddiaçı, xx.xx.2021-ci tarixdə isə Cavabdeh1n satılması zamanı) podrat münasibətləri olmuşdur və onların adına maliyyə arayışı verilən zaman həmin mənzilin dəyərinin tam ödənilməsi göstərilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə hər nə qədər “yaşayış binasının yaşayış sahəsinin alğı-satqısına dair” müqavilə adlandırılsa da, iş üzrə tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Çünki müqavilədən görünür ki, müqavilə üzrə “İcraçı” müqavilə üzrə Sifarişçi”yə hələ tikintisi başa çatmamış mənzili satmağı” öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilin alğı-satqısına dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci tarixli müqavilənin etibarsızlığı üçün isə əsaslar olmamasına birinci instansiya məhkəməsi düzgün qiymət verməmişdir. Belə ki, əvvəla müəyyən edilmişdir ki, Cavabdeh2 MMC və “Payçı” X9 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, “Qlobal SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onu direktor-səlahiyyətli şəxs X14 imzalamışdır. Həm çinin müəyyən edilmişdir ki, X9 və onun arvadı X12 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış, notarial qaydada təsdiqlənmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 502 saylı mənzilə olan hüquqlarından imtina etmişlər və həmin mənzilin başqa şəxsin adına özgəninkiləşdirilməsinə etiraz etməmələrinə dair xx.xx.2020-ci il tarixli ərizələri Cavabdeh2 MMC-yə təqdim edilməmiş, X5 özündə qalmışdır. İşin bu halı apellyasiya instansiyası məhkəməsinin iclasında ifadə vermiş X5 izahatı ilə müəyyən edilmişdir. Belə ki, o, izahatında “Payçı” Cavabdeh1 əvvələr tanıdığını və aralarında müəyyən məsələlərlə bağlı iş birliyi olmasını, mübahisəli mənzili də hələ 2020-ci ildə ona sataraq özünün və arvadını n xx.xx.2020-ci il tarixli ərizələrini də aralarında olan razılaşmaya əsasən 4-5 aydan sonra ona təqdim etməsini, lakin hansı səbəblərdən Cavabdeh2 MMC və “Payçı” Cavabdeh1 arasında müqavilənin məhz xx.xx.2021-ci il tarixdə bağlanmasını bilmir. Mübahisəli mənzillə bağlı Cavabdeh2 MMC və “Payçı” Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləni X13 deyil, artıq MMC-nin yeni direktoru X11 imzalamışdır. Birinci instansiya məhkəməsi Cavabdeh2 MMC-nin nümayəndəsinin Cavabdeh1 ilə bağlanmış müqavilənin əsaslı və qanuni olduğunu, mənzilin əslində iddiaçıya deyil, Cavabdeh1 satıldığını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim etməməsinə diqqət yetirməmişdir. Belə ki, İddiaçı ilə bağlanmış müqavilə və ona ver ilmiş maliyyə arayışı MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb hüquqi şəxsin möhürü ilə təsdiq edildiyinə, cavabdehin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığına görə, yəni, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ilə bağlı hər hansı bir dələduzluq faktı öz təsdiqini tapmadığından, cavabdeh tərəfin etirazları əsassız saysa da, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, eyni hallar Cavabdeh1 ilə bağlanmış müqaviləyə və maliyyə arayışına da aiddir. Cavabdeh2 MMC və Cavabdeh1 arasında, eləcə də İddiaçı arasında qeyd edilən mənzilin alğı-satqısına dair müqavilə bağlamaqla İddiaçı hüquqları pozulması faktı öz təsdiqini tapmamış, əksinə işin araşdırılmış halları ilə onunla alğı-s atqı müqaviləsi bağlanmasından əvvəl mənzilin faktiki olaraq əvvəlki alıcısı X9 tərəfindən ona satılması və məhz bu niyyətlə də özünün və arvadının həmin mənzilə olan hüquqlarından imtina etmələri, eləcə də mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə etiraz etməmələrinə dair 2020-ci ildə notarial qaydada ərizələrini təsdiq etdirmişlər. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin araşdırılmış halları əsasında (cinayət işinin materialları) bu qənaətə gəlməyə əsas verir ki, Eldar Yusifov izahatlarında X9 və arvadı tərəfindən mənzildən imtina barədə ərizə vermələrindən birmənalı olaraq məlumatı olmamışdır. Olsa idi, həmin ərizələri özünün bildirdiyi kimi direktor kimi səlahiyyətli olduğu dönəmdə bu ərizələri müqavilə imzaladığı İddiaçı (oğlu Zülfüqarov Kamrana) təqdim edərdi. Sonunc unun prokurorluğa verdiyi ərizədən də görünür ki, belə imtina ərizələri olsa idi, Eldar Yusifov ona təqdim edərdi.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8, 324.1, 324.4, 331.1, 337.1, 337.2, 337.4, 752.1, 762.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli müqavilə bağlandığı andan etibarsızdır. Onlar əqd tərtib edərkən qanunvericiliyin tələblərini pozublar. Ona görə ki, Cavabdeh1 və Cavabdeh2 MMC müqaviləni aralarında özləri bildirdiyi kimi formal olaraq tərtib ediblər, Cavabdeh1 Cavabdeh2 MMC ilə müqavilədə göstərilən məzmunda razılaşma əldə etməyib, mənzilin dəyərini Cavabdeh2 MMC-yə ödəməyib. O, 2021-ci ilin sentyabr ayında Emil İbrahimovla razılaşdığını, mənzili ondan aldığını, mənzilin dəyərini Emil İbrahimova ödədiyini bildirmişdir. Bununla da, Cavabdeh2 MMC, Cavabdeh1 və Emil İbrahimov qanunvericiliyin tələblərini pozan qeyri-hüquqi hərəkətlər ediblər. Hər iki şəxs, mənzilin Cavabdeh1 Emil İbrahimovun 2021-ci ilin sentyabr ayında satdığını bildirir. Halbuki, 1 il əvvəl Emil İbrahimov həyat yoldaşı ilə birgə notarial qaydada ərizə verərək 2020-ci ilin sentyabr ayında mənzildən və mənzilə o lan paylarından imtina etmişlər. Mənzil 2020-ci ilin sentyabr ayında Cavabdeh2 MMC-nin balansına qayıtmış, 2021-ci ilin mart ayında mənzili İddiaçı satılmışdır. Yəni, qarşılıqlı münasibətlərdə sifarişçi qismində İddiaçı, podratçı (satıcı) qismində Cavabdeh2 MMC qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hər iki müqaviləni (həm İddiaçı, həm də Cavabdeh1 müqaviləsini) etibarlı saymaqla səhvə yol verib. Məhkəmə qeyd etmişdir ki, tərəflər (iddiaçı və Cavabdeh2 MMC) arasında podrat münasibətləri olmuş və iddiaçı Cavabdeh2 MMC-dən müqavilədə göstərilən müddətdə mənzilin verilməsini tələb etmək hüququnu özündə saxlayır. Həmin mənzil verilmədiyi halda isə iddiaçı müvafiq tələblə (mənzilin təhvil verilməsi, ödənilmiş pulun qaytarılması və sair) məhkəməyə müraciət edə bilərdi. Hazırkı işd ə mənzil hələ kreditorlara verilməyib, öhdəlik daha əvvəl İddiaçı ilə bağlı əmələ gəlib, həmçinin, daha öncə İddiaçı iddia irəli sürüb. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbini pozub. Hətta Cavabdeh1 müqaviləsi qanuna uyğun bağlanmış olsa idi belə o, Cavabdeh2 MMC-dən ona vurulmuş ziyanı, yaxud Emil İbrahimovdan pulunu tələb edə bilərdi. Cavabdeh1 Cavabdeh2 MMC-yə pul ödəmədiyi, onunla mənzillə bağlı müqaviləyə uyğun həqiqi iradə ifadəsində olmadığı üçün mənzili Emil İbrahimovdan aldığı üçün pulunu ondan tələb etmək hüququna malikdir. Sübutlarla işin faktiki, həqiqi halları kimi Cavabdeh1 Cavabdeh2 MMC-dən mənzil almaması, MMC ilə formal müqavilə bağlaması, Cavabdeh1 mənzili 2021-ci ilin sentyabr ayında 1 il əvvəl 2020-ci ilin sentyabr ayında həmin mənz ilə dair paydan və mənzildən imtina etmiş, mənzili satmaq hüququ olmayan Emil İbrahimovdan alması, Cavabdeh1 və E.İbrahimov arasında mənzilə dair qeyri-rəsmi alqı-satqı olması, E.İbrahimovun mənzili 2020-ci ilin sentyabr ayında Cavabdeh1 satması və pulunu alması, Cavabdeh1 isə həmin mənzili E.İbrahimovdan 1 il sonra 2021-ci ilin sentyabr ayında alması kimi ziddiyyətli izahatlar vermələri kimi halların müəyyən edilməsinə baxmayaraq məhkəmə Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələbini pozaraq əsası olmayan nəticəyə gələrək Cavabdeh1 də müqaviləsini etibarlı saymışdır. Məhkəmə işə baxarkən Cavabdeh1 mübahisəli mənzilin sifarişçisi olmamasının, mənzilin dəyərini Cavabdeh2 MMC-yə ödəməməsinin, Cavabdeh2 MMC-dən almamasının, onunla Cavabdeh2 MMC arasında bağlanmış müqavilənin formal ol masının sübut olunmasına düzgün hüquqi qiymət verməmişdir. Mənzillə bağlı Cavabdeh1 mənzilə münasibətdə hüquqlarını itirmiş Emil İbrahimovla qeyri-rəsmi alqı-satqı münasibətinin olmasına, Cavabdeh1 mənzilin dəyərini Emil İbrahimova ödəməsinə dair izahatlarını da məhkəmə düzgün qiymətləndirməmişdir. Əksinə, reallıqda mənzili həqiqətən alan, həqiqətən mənzilə görə Cavabdeh2 MMC-yə pul vəsaiti ödəyən, həm pulundan, həm də mənzilindən məhrum olan İddiaçı dəlillərinə düzgün yanaşmamışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1006/2024 saylı, xx.xx.2024cü il tarixli qərarına ilə (hakimlər – Zaur Əliyev (məruzəçi), Vidadi Məmmədov və Aqil Abbasov) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5002/2023 nömrəli, 7 noyabr 2023- cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
24. Kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi irəli sürülmüş iddia tələbini araşdırmamış, onların söykəndiyi faktiki halların hansı maddi hüquq normasına uyğun gəldiyini, bu normanın dispozisiya şərtləri ilə uyğunluğunu və ya uyğunsuzluğunu əsaslandırmamış, mübahisəyə bu konteksdə hüquqi qiymət verməmişdir. Başqa sözlə, məhkəmə, istinad etdiyi mübahisəli faktiki halları konkret maddi hüquq normasının şərtləri baxımından təhlil edərək iddianın məhz hansı norma əsasında həll etidiyini aydın şəkildə göstərməmişdir. Belə olan halda, mübahisəyə hansı hüququn tətbiq edildiyi, hazırkı qətnamənin tərəflər arasındakı hansı mübahisəli hüquq münasibətlərini yekun olaraq həll etdiyi məlum olmur.
25. Kassasiya məhkəməsi hesab etmişdir ki, təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8, 324.1, 324.4, 331.1, 337.4, 452.1, 452.2, 752.1, 762.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4219/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya baxışında verdiyi izahatında qeyd etdikləri iddiaçı ilə müqaviləni imzalayan Eldar Yusifovun MMC-nin rəhbəri olmaması, çıxarışa əsasən MMC-nin direktorunun Nəriman İbrahimov olduğu və iddiaçı ilə bağlanan 2021-ci ilin mart ayına aid müqavilənin səlahiyyəti olmayan şəxslə bağlanan etibarsız müqavilə olması barədə dəlillərini ilə razılaşmayaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı arasından bağlanmış müqavilə direktor kimi X13 tərəfindən imza edilmiş və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında qeyd etmişdir ki, müqaviləyə vurulan möhur MMCnin möhürüdür. Eldar Yusifodun direktor olması barədə əmr verilib, kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması üçün müraciət edilsə də, bu müraciətin təmindən imtina edilmişdir. Lakin imtina məktubu ilə bağlı Eldar heç bir məlumat verməyib.
29. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, nümayəndənin izahatı ilə bir daha təsdiq olunur ki, daxili əmrə əsasən də Eldar Yusifov direktor səlahiyyətlərini yerinə yetirirdi. X16 direktor olaraq səlahiyyətlərinin qeydə alınmaması Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı arasından bağlanmış müqavilənin etibarsızlığına dəlalət etmir. Nümayəndənin də təsdiq etdiyi kimi MMC-nin möhürü ilə də müqavilə təsdiq edilmişdir.
30. Beləliklə, müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov küçəsi, bina 1, “D” bloku, 5-ci mərtəbə, sahəsi 140 kv.m olan 30 saylı mənzil ilə bağlı ilkin olaraq İddiaçı ilə 06 mart 2021-ci il tarixdə müqavilə imzalanmış, daha sonra Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır.
31. İşin mübahisəsiz halıdır ki, mübahisə predmeti olan mənzil heç kəsə təhvil verilməmişdir.
32. Mülki Məcəllənin 45 2.1-ci maddəsində qeyd edilir ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
33. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq etmişdir ki, mübahisə predmeti olan mənzilə dair müqavilə birinci İddiaçı ilə bağlandığından, həmin mənzil barəsində Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli müqa vilə bağlana bilməzdir. Bu səbəbdən sonuncunun müqaviləsi etibarsız hesab edilməlidir.
34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.4, 337.1, 337.4, 452.1, 452.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin bir şəxsdən digər şəxsə satılması zamanı mütləq qaydada əvvəlki şəxsin mənzildən imtinasına dair ərizə olmalıdır. Şahid qismində Nərimanov Rayon Polis İdarəsində dindirilmiş X13 mənzilin İddiaçı satıldığı zaman X5 imtina ərizəsinin olmadığını etiraf etmişdir. Həmçinin İddiaçı Yusifov Eldardan polisə, prok urorluq orqanlarına şikayətlər edərək pulunun onun tərəfindən mənimsənilməsi ilə bağlı şikayətlər olunmuşdur. Həmin dövrə iddiaçı tərəf mənzilin Cavabdeh1 məxsus olmasını bilsə də ona qarşı heç bir iddia irəli sürməmiş, yalnız Emil tərəfindən verilmiş mənzildən imtina haqqında imtina ərizəsinin 2020-ci ildə yəni onlarla müqavilə bağlanmasından çox əvvəl olduğunu və Yusifov Eldardan pullarını geri ala bilməyəcəklərini anladıqdan sonra bu halı özlərinə fürsət bilərək məhkəməyə müraciət etmişdir. "xxxx" MMC-nin həmin dövrdəki direktoru Nəriman İbrahimov vermiş olduğu ifadədə də Cavabdeh1 ilə müqavilə bağlanılan zaman həmin müəssisənin direktorunun özü olduğunu və müqavilənin tam rəsmi qaydada bağlanıldığını bildirmişdir. Lakin, məhkəmə tərəfindən bu hala da qiymət verilməmişdir.
37. Kassasi ya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçı tərəfindən kassasiya şikayətinə yazılı etiraz verilmişdir. Etirazda göstərilmişdir ki, Qlobal SF MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli müqavilə bağlandığı andan etibarsızdır. Onlar əqd tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Ona görə ki, Cavabdeh1 və Qlobal SF MMC müqaviləni aralarında özləri bildirdiyi kimi formal olaraq tərtib ediblər, Cavabdeh1 "xxxx" MMC ilə müqavilədə göstərilən məzmunda razılaşma əldə etməyib, mənzilin dəyərini Qlobal SF MMC-ya ödəməyib. O, 2021 -ci ilin sentyabr ayında Emil İbrahimovla razılaşdığını, mənzili ondan aldığını, mənzilin dəyərini Emil İbrahim ova ödədiyini bildirmişdir. Bununla da "xxxx" MMC, Cavabdeh1 və Emil İbrahimov qanunvericiliyin tələblərini pozan qeyri-hüquqi hərəkətlər ediblər. Cavabdeh1 mənzili Emil İbrahimovdan almışdırsa, mənzil onun adında idisə, razılaşma X20 Paşayev arasında idisə, onlar mənzilə dair ilkin alqı-satqı müqaviləsi bağlamalı idilər. Cavabdeh1lə "xxxx" MMC-nin formal müqavilə bağlamağa ehtiyacı yox idi. Hazırkı işdə mənzil hələ kreditorlara verilməyib, öhdəlik daha əvvəl İddiaçı ila bağlı əmələ gəlib, həmçinin, daha önca İddiaçı iddia irəli sürüb. Hətta Cavabdeh1 müqaviləsi qanuna uyğun bağlanmış olsa idi belə o, "xxxx" MMC-dan ona vurulmuş ziyanı, yaxud Emil İbrahimovdan pulunu tələb edə bilərdi. Cavabdeh1 "xxxx" MMC-ya pul ödəmədiyi, onunla mənzillə bağlı müqaviləyə uyğun həqiqi iradə ifadəsinda olm adığı üçün mənzili Emil İbrahimovdan aldığı üçün pulunu ondan tələb etmək hüququna malikdir. Odur ki, kassasiya şikayətinin tamin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)4219/2024 saylı qatnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
39. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
40. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibar sızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
42. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
43. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
44. Maddə 452.2. Kreditor öhdəliyi n predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
45. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
46. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və ar zu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır.
61. Tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür.
62. MM-nin 452.1-ci maddəsində qanunverici fərdi müəyyən əşyaya( hazırki halda mənzilə) haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kre ditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur.
63. Məhkəmələr tərəfindən mübahisə predmeti olan mənzilin heç kəsə təhvil verilmədiyi müəyyən edildiyindən öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o k reditorundur, yəni müqaviləsi daha əvvəl bağlanan iddiaçınındır.
64. Kassasiya şikayətinin dəlillərində qeyd olunan digər hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
65. Apelyasiya məhkəməsi iş materiallarında olan sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.
66. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
67. Məhkəmə kollegiyası qeyd olunanları nə zərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2024-cü il tarixli 2(103)-4219/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.