Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2121/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) 23.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-829/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il tarixində Cavabdeh2 Mahir qızı və xx.xx.2012-ci il tarixində X6 anadan olmuşdur. Onlar ünvan 1 ünvanında yerləşən mübahisəli evdə birlikdə yaşamışlar. İddiaçı 13 iyul 2013-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında 21 noyabr 2009-cu il tarixdə Bakı şəhəri Əzizbəyov rayon qeydiyyat şöbəsində 1131 nömrə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2010-cu təvəllüdlü Cavabdeh2 Mahir qızının və xx.xx.2012-ci il təvəllüdlü X2 boşanmadan sonra anaları İddiaçı ya nında qalması, Cavabdeh1 xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 Mahir qızı və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı qanunsuz evin tikintisi ilə bağlı çəkilmiş 80.000 (səksən min) manat məbləğində puldan 60.000 (altmış min) manat pulun tutulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
4. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7-də istifadədə olan 0,03116 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 8 otaqlı, 94.4 kv.m. yaşayış, kv.m. qeyri-yaşa yış, 85.1 kv.m. köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Ramazan Məcid oğlunun 3/5 hissə (açıq qalır), X1 1/5 hissə, Cavabdeh2 1/5 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 4148 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları xx.xx.2010-cu il tarixli Cavabdeh2 Mahir qızı və xx.xx.2012-ci il tarixli X2 cavabdehlərə məxsus ünvan 2 ünvanının artırdıqları hissəsinə köçürülməyi və həmçinin qeyd edilən fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsinə dair q ətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz-söhbət yaranmışdır. Xasiyyətləri uyğun gəlmirdi, yola gedə bilmirdilər. Münasibətlərinin korlanmasının səbəbi cavabdehin mütəmadi olaraq alkoqol qəbul etməsi nəticəsində fiziki və mənəvi təzyiq göstərməsi olmuşdur. Buna görə də iddiaçı məhkəməyə müraciət edərək nikahın pozulması, uşaqları himayəsinə verilməsi və aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir, xx.xx.2020-ci ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlərin fiziki və mənəvi təzyiqləri nəticəsində birgə nikahı dövründə birgə vəsaiti hesabına tikilən qanunsuz tikilidən çıxarılmışdır. Bu səbəbdən o, övladları ilə birlikdə anasının evində yaşamalı olur. Artıq 1 (bir) ilə yaxındır ki, o, övladları ilə birlikdə anası ilə birlikdə çətin olsa da yaşayırlar. Qeyd edilən fərdi yaşayış evi sonradan artırılmış, artırma olan hissə birgə nikahı müddətində edilmiş və həmin hissədə də onlar yaşamışlar. Hətta evin çıxarışından da bir mərtəbəli olduğu görünür, halbuki həmin evin ikinci mərtəbəsi də mövcuddur. Qeyd edilən hissəyə heç bir sənəd alınmamış, həmin hissə dövlət reyestrində də qeydiyyatdan keçməmişdir. İkinci mərtəbənin qazı belə Cavabdeh1 adına olmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi is tifadə olunduğu mübahisəli deyildir. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borc ludurlar. 7. 05 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiasının həcmini azaldaraq tək “mənzilə köçürülmə” tələbin hissəsini tələb edərək, cavabdehlərin istifadəsində olan ünvan 4 ünvanında yerləşən yaşayış evinə onun iki nəfər azyaşlı olan, xx.xx.2010-cü il tarixində anadan olmuş Həcər və xx.xx.2012-ci il tarixində anadan olmuş Mehdi adlı uşaqları ilə birlikdə mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh2 verilmiş iddiaya həm yazılı, həm şifahi 01 iyul 2022-ci il tarixli etiraz ed ərək bildirmişdir ki, iddiaçı - Məcidova X4 Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia irəli sürmüşdür. İddia tələbi iddiaçının yetkinlik yaşına çatmamış övladları ilə birlikdə ünvan 2 ünvanının artırıldığı hissəsinə köçürülməsi və qeyd edilən fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır. Aşağıdakı hallara görə iddia tələbi qanunsuz və əsassızdır və buna görə də rədd edilməlidir. Barəsində mübahisə edilən ünvan 2 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə X5 məxsusdur və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Eyni zamanda bildirir ki, daşınmaz əmlak Cavabdeh1 babası Ramazan Məcid oğlundan miras qalmış, x x.xx.2005-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlar vərəsə hesab edilmişlər. Sonradan vərəsələr öz paylarını Cavabdeh2 bağışlamışlar. Cavabdeh bir müddət mübahisə predmeti olan mənzildə yaşamış, nikah pozulduqdan sonra evdən çıxıb getmişdir. Onu heç kim qovmamışdır. Yəni cavabdeh evdən hər hansı zorakılıqdan sonra deyil, öz istəyi və iradəsi əsasında mübahisəli evdən çıxıb getmişdir. Bu azmış kimi sonradan iddia qaldıraraq, guya nikah dövründə, yəni 2010-cu ildə qeydiyyatda olduğu ünvanda 1 (bir) sot torpaq sahəsində qanunsuz 2 (iki) mərtəbəli 5 (beş) otaqdan ibarət ev inşa edildiyini, həmin evin tikintisinə guya 80.000 (səksən min) manat pul xərclədiyini bildirmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-841/2021 saylı qətnaməsi ilə id dia rədd edilmişdir. Hal-hazırda iddia tələbinin təmin edilmədiyini görən cavabdeh, hal-hazırda ona məxsus olan mənzilə köçürülməni tələb edir ki, bu da qəbul edilməzdir. Göründüyü kimi, mülkiyyətçi Cavabdeh2 ilə İddiaçı arasında notarial qaydada razılıq olmadığından onun bu evdən istifadə etmək hüququ yoxdur və onun həmin mənzilə köçürülməsi məntiqsiz və absurddur. İddiaçı tərəf onun mübahisə edilən evdə istifadə hüququnun yaranmasına dair elə bir sübut təqdim etməmişdir ki, bu hüquq da onun mənzilə köçürülməsi üçün əsas olsun. Xüsusən qeyd edir ki, iddiaçı istifadə qaydalarının müəyyən edilməsini tələb etməsi üçün iddiaçının həmin mənzildən istifadə etmək hüququ olmalıdır. İstifadə hüququ yoxdursa məntiqi olaraq istifadə qaydalarının müəyyən edilməsini tələb etmək hüququ da yoxdur. Odu r ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi ” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 oktyabr il tarixli, 2(010)-116/2022 saylı qətnaməsi ilə (hakim Nərminə Rzayeva) iddia təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, ilkin iddiaçının mübahisəli mənzilə köçürülübköçürülməməsi məsələsinə qanunun analogiyası üzrə hal-hazırda qüvvədə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından qiymət vermək lazımdır. Çünki, tərəflər arasında münasibətlər 21 noyabr 2009-cu ildə yaranıb. Məhkəmə mübahisənin tənzimlənməsinə Mənzil Məcəlləsinin 30-cu maddəsinin analogiya üzrə tətbiqini onunla əsaslandırmışdır ki, mübahisəyə tətbiq etmə bax ımından Mənzil Məcəlləsinin 30-cu və 68ci maddələri uyğundur. Lakin, Mənzil Məcəlləsinin 68-ci maddəsinin analogiya üzrə tətbiqi mübahisənin mahiyyətinə uyğun deyildir. Qanunun analogiyasının əsasını münasibətlərin oxşarlığı təşkil edir. Əgər ilkin iddiaçının köçmək istədiyi ev dövlət və ya bələdiyyə tərəfindən inşa olunsaydı və ya evin gələcəkdə dövlət və ya bələdiyyə mənzil fonduna daxil ediləcəyini güman etməyə əsaslar olsaydı, onda 68-ci maddə analogiya üzrə tətbiq edilə bilərdi. Hazırkı işdə ev fiziki şəxs tərəfindən özbaşına inşa olunan fərdi yaşayış evidir və bu evin gələcəkdə dövlət və ya bələdiyyə mənzil fonduna daxil ediləcəyinə əsaslar yoxdur.
11. Məhkəmə hesab etmişdir ki, mübahisəyə analogiya üzrə 68-ci maddə yox, 30-cu maddə tətbiq edilməlidir. Çünki, əgər ev cavabdehin mülki yyətində olsaydı tərəflər arasında yaranan münasibətlərin tarixi baxımından mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq ediləcəkdi.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-158, 228; Mənzil Məcəlləsinin 30-34, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 220.5, 372, 385390-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, prosessual pozuntu ilə 11 noyabr 2022-ci il tarixində rəsmən təqdim edilmiş qətnaməsinin ləğv edilərək onun Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edilməsi barədə qə tnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, təqdim edilən və əldə edilən sənədlərdən də göründüyü kimi o, 2009-cu ildən həmin mübahisəli evdə təsərrüfat üzvü kimi yaşayır. 2013-cü ildən həmin evdə qeydiyyatdadır. Onun cehiz əşyaları həmin evdədir və hazırda da cavabdeh tərəfindən mənimsənilmişdir. Artıq təsərrüfat üzvü kimi qəbul edilib yaşadığı üçün də evlə bağlı bütün xərclərdə iştirak etmiş, təsərrüfatı birgə idarə etmişlər. Bütün bunlar həm sənədlər, həm tələb, həm etiraf üzrə öz təsdiqini tapmışdır. Bu nöqteyi nəzərdən hakim maddi hüquq normasını pozaraq iddianı təmin etməməklə, sübutların düzgün qiymətləndirilməsi yönündə olan qanunvericiliyi deyil, işə qərəzli, qeyri-obyektiv, birtərəfli, yəni cavabdehin mövqeyindən iddianın rədd edilməsi yönündə qanunvericiliyi tətbiq etmişdir. Nəticə etibarı ilə mübahisə tərəfi olan cavabdehlərdən onun razılıq almağının mümkünsüzlüyü nəzərə alınmamış, onun faktiki olaraq qeydiyyatda olmağına qiymət verilməmiş və nəticə etibarı ilə natamam araşdırma aparılmaqla nəticə verilmişdir. Hakim tərəfindən sırf cavabdehin mövqeyini möhkəmlədən və iddianın rədd edilməsi üçün əsas olan hallar araşdırılmışdır. Yəni ki, yaşayış evinin miras olaraq qəbul edilməsi, evin cavabdehin mülkiyyətində olması və s. cavabdehin mövqeyinə cavab verən hallar əsas götürülmüşdür. O, nikaha daxil olmaqla ailə qurmuş, uşaqları olmuş, qeydiyyata alınmış və təsərrüfatı idarə etmişdir. Bütün bunlar tam razılıqla həyata keçirilmişdir. Onun təsərrüfatın inkişafına etdiyi artımlar cavabdehlərin onu istismar etməsi üçün deyil, övladlarının gələcəyi üçün olmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-829/2023 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı mülkiyyətçiyə münasibətdə iddiaçını n mübahisələndirdiyi dəlillərin qanunvericilik nəzərindən aidiyyatı müəyyən edilmir. Diqqətə çatdırılmışdır ki, hazırkı mülki münasibətlər üzrə mülkiyyətçinin əldə etdiyi hüquqlar müəyyən edilməmiş və fərdi yaşayış evinin paylı mülkiyyətdə olması, iddiaçının mülkiyyətçilərlə yaranan münasibətlərinin yeni Mənzil Məcəlləsinin qanuni qüvvəsini aldığı zamandan olduğu, mülkiyyətçilərə münasibətdə hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə sənədsiz evə belə hər hansı hüquqi nəticələrin doğurmadığı müəyyən edilir. Apellyator tərəfindən cavabdehlərlə münasibətlər zamanı əmlak hüquqlarının yaranmasının mübahisələndirilməsinin nəticəsiz qalması bir daha apellyasiya şikayətində qeyd edilənləri istisna edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 1
7. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim tərəfindən maddi hüquq norması pozularaq iddianı təmin etməməklə, sübutların düzgün qiymətləndirilməsi yönündə olan qanunvericilik deyil, işə qərəzli, qeyri-obyektiv, birtərəfli, yəni cavabdehin mövqeyindən iddianın rədd edilməsi yönündə qanunvericilik tətbiq edilmişdir.Halbuki, işin düzgün araşdırılması düzgün maddi hüququ normalarının tətbiq edilməsinə gətirib çıxara və haqlı olan iddianın təmin edilməsinə səbəb olacaqdı. Əlavə olaraq kassator qeyd etmişdir ki, maddi hüquq normalarının pozulması hissəsində hakim(lər) mübahisə predmetinin faktiki olaraq birgə nikah dövründ ə əmələ gəlmiş əmlak kütləsinə daxil olması və hər bir halda mübahisəli predmetin hər iki tərəfə münasibətdə eyni olmasına qiymət verməmişdir. İstər həmin mübahisəli ev sənədləşmiş olsun və ya olmasın-hüquqi baxımdan hər bir tərəfin mübahisə predmetinə olan istifadə, sərəncam hüququ eyni hissədədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Resp ublikası Mənzil Məcəlləsi
21. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
22. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə bo rcludurlar.
23. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
24. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sa həsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
25. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
26. «Qa vazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara t ətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessua l hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.
39. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı köçmək istədiyi evin birgə nikah müddətində, birgə vəsait əsasında tikildiyini, uzun müddət orada yaşadığına görə istifadə hüququ əldə etdiyinə istinad edir. Məhz mübahisə predmeti olan evin tərəflərin birgə nikahı müddətində, birgə vəsait əsasında tikilmədiyi, evin üzərində aparılmış yaxşılaşdırma işlərinin mülkiyyətçinin vəsaiti əsasında aparılması və mülkiyyətçi ilə iddiaçı arasında istifadə hüququnun yaranmasına əsas ola biləcək müqavilənin bağlanmadığı aşkardır.
40. Mübahisə predmeti olan evin tərəflərin birgə nikahı müdd ətində, birgə vəsaiti əsasında tikilmədiyi, evin üzərində aparılmış yaxşılaşdırma işlərinin mülkiyyətçinin vəsaiti əsasında aparılması qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyindən, MPM-in 82.3-cü maddəsinə əsasən həmin hallar hazırki icraatda mübahisələndirilə bilməz.
41. Belə ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfl i və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(103)-829/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.