Məhkəmə qərarları › İş №2(102)-2122/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2122/2020

24.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2122/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən XXX kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-5087/2019, hakim N.X.Nəbizadə) İddiaçı cavabdehlər Bakı şəhəri MənzilKommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfa tı Birliyinə və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 72 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə pulun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-12319/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş,Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx xxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, iddiaçının xx xxxx 2018-ci il tarixli əmək müqaviləsi üzrə tutduğu işə bərpa edilməsi, cavabdeh tərəfindən xx xxx 2019-cu il tarixdən b aşlayaraq işə bərpa ediləcəyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxx 2019-cu il tarixdə İddiaçı Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 72 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə pulun ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdi r. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı 2019-cu ilin aprel ayının əvvəlindən başlayaraq üzürlü səbəb olmadan işə gəlməmiş, bununla bağlı ona xəbərdarlıq edilmiş, işə çıxmasının zəruriliyi bildirilmiş və buraxdığı iş günlərinin üzürlü hesab edilməsi üçün arayış təqdim etməsi tələb edilmişdir. Bundan sonra isə iddiaçı heç bir sənəd təqdim etməyərək öz xahişi ilə işdən azad e dilməsinə dair ərizə təqdim etmiş və ərizə qəbul edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesab ödənilmişdir. Göründüyü kimi, mübahisələndirilən əmr qanunvericiliyin tələblərinə riayət edilməklə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddə si ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı, xx xxxx 2018-ci il tarixli əmək müqaviləsi əsasında Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə süpürgəçi vəzifəsinə işə qəbul olunmuş, xx xxx 2019-cu il tarixdə Birliyin 72 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisinə ərizə ünvanlayaraq həmin tarixdən işdən azad olunmasını xahiş etmiş, Birliyin 43-K saylı xx.xx.2019-cu il əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda, iddiaçı həmin ərizəni yazdığı gün, yəni xx.xx.2019-cu il tarixdə Birliyin 72 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi Vahid Balayevə poçt vasitəsilə mək tub göndərmiş, məktubda 4 övladının olduğunu, övladlarının məişət qayğıları və təlimtərbiyəsini nəzərə alaraq ona qısaldılmış iş günü və ya qısaldılmış iş həftəsi verilməsi xahişinə “sən heç kimdən artıq deyilsən, bizə sənin kimi işçi lazım deyil, ya ərizəni yaz, ya da səni statya ilə işdən azad edəcəyik” cavabı verildiyini göstərmiş, buna görə də Vahid Balayevin təkidi ilə yazdığı ərizəsinin ləğv edilərək işinə bərpa olunmasını xahiş etmişdir. İş materiallarından aydın olur ki, həmin məktub xx.xx.2019-cu il tarixdə ünvan sahibinə çatdırılmış, lakin ona hər hansı cavab verilməmişdir. İddiaçı xx xxx 2019-cu il tarixli ərizəni Birliyin 72 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi Vahid Balayevin təkidi və təsiri nəticəsində yazdığını bildirmişdir. Cavabdeh isə iddiaya etiraz etməklə, id diaçının xx.xx.2019-cu il tarixdə sərbəst iradə ifadəsi əsasında yazdığı ərizəsinə əsasən onun eyni gün tutduğu vəzifədən azad edildiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmə k barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qo rxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi dəlil, yəni işdən çıxma barədə ərizəni sərbəst iradəsi ilə yazmamış olması faktı ağlabatan və inandırıcıdır; eyni zamanda onun işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli əmr verilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının dəlillərinin yoxlanılması üçün X1 sorğu verilmiş, sorğu əsasında göndərilmiş SD diskdə əks olunmuş telefon danışığı tədqiq olunarkən, iddiaçının xx xxx 2019-cu il tarixdə (yəni işdən çıxma barədə ərizə verdiyi gün) saat 15:56-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi ”nə zəng edərək, onu işdən qanunsuz çıxarmaq istədiklərini bildirdiyi və köməklik göstərilməsini xahiş etdiyi müəyyən olunmuşdur. Bu xüsusat, eyni zamanda ərizə verdiyi gün 72 saylı MKİS-in rəisinə ərizəsinin ləğv edilməsi xahişi ilə məktub ünvanlaması belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının işdən çıxmaq istəyi olmamış, müvafiq ərizəni o, iddia etdiyi kimi, məhz MKİS rəisinin təkidi, yaxud təsiri ilə yazmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının 4 azyaşlı uşağı vardır və başqa iş yeri tapmadan, habelə əmək haqqı ödənilən natamam iş günü, yaxud natamam iş həftəsi ilə işləmək hüququ olduğu halda, bu hüququndan istifadə etməyərək, öz xahişi ilə işdən çıxmaq istəməsi ağlabatan mühakimə əsasında inandırıcı hesab oluna bilməz. Digər tərəfdən, iddiaçının xx.xx.2019-cu il tarixdə y azdığı ərizə onun işəgötürəni olan Birliyin rəhbərliyinə deyil, 72 saylı MKİS-in rəisinə ünvanlanmışdır. Halbuki, qanunvericiliyin tələbinə görə, işçi məhz işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən v ə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar