Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2122/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğlunun Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Mülki hüquq pozuntulardan (deliktdən) irəli gələn mübahisələr, fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr: real zərər. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviç oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-245/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20 aprel 2023-cü il tarixdə Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexində yanğın baş vermiş və nəticədə İddiaçı məxsus “VAZ-21114” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq tamamilə yararsız hala düşmüşdür.
2. Şəmkir rayonu İcra Hakimiyyəti başçısının 18 iyul 2013-cü il tarixli, 120 nömrəli sərancamına əsasən, şəhərin ərazisində yerləşən Cavabdeh1 məxsus 2012-ci ildə tikilmiş ümumi sahəsi 466,04 kv.m olan qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkə məsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9649 manat məbləğində pulun, ödənilmiş 117 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “VAZ-21114” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etmək üçün Şəmkir şəhəri, H. Cavid küçəsində yerləşən avtotəmir Sexində usta işləyən Elşən Vəliyevə təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə Elşən Vəliyev avtomobildə ona məxsus işləri bitirdiyi üçün həmin təmir sexində usta-rəngsaz işləyən Cavabdeh2 təhvil ve rmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdən çıxmış, yanğınsöndürmə xidmətinin yerləşdiyi ünvandan keçərkən yanğınsöndürən avtomobillərin haradansa gəldiyini görmüş və nəyin yandığını soruşduqda əməkdaşlar Şəmkir şəhəri Natəvan küçəsində yerləşən avtotəmir sexində yanğın hadisəsi baş verdiyi barədə məlumat vermişlər. Dərhal avtotəmir sexlərinin yerləşdiyi ünvana getmiş, çatdıqda yanğının söndürüldüyünü Cavabdeh2 işlədiyi sexin daxilinə baxış keçirdikdə ona məxsus "VAZ 21114" markalı **-NA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin tamamilə yanaraq istifadəyə yararsız vəziyyətə düşdüyünü görmüşdür. Hadisə nəticəsində ona 9649 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsində araşdırılma aparılmış və müəyyən edilmişdir ki, Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən avtotəmir sexində yanğın təhlükəsizliyinə cavabdeh şəxs olaraq sexlərin sahibi Cavabdeh1 göstərilmişdir. Bundan sonra o cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş ziyanın qaytarılması üçün müraciət etmişdir. Cavabdeh1 ona dəymiş ziyanı qaytaracağı barədə yanğın hadisəsi baş verdikdən sonra öhdəlik götürsə də lakin bir müddətdən sonra Cavabdeh1 verdiyi sözə əməl etməmişdir. Hesab edir ki, ona dəymiş ziyana görə təqsirkar şəxslər cavabdehlər Cavabdeh1 və Cavabdeh2dur. Belə ki, Cavabdeh1 avtotəmir sexində yanğın təhlükəsizliyini təmin etsə idi, həmçinin avtotəmir sexinin sığortalasaydı və digər Cavabdeh2 da Cavabdeh1 yanğın təhlükəsizliyinin təmin olunmasını tələb etsəydi qeyd olunan ha disə baş verməz və ona maddi zərər dəyməzdi. Hesab edir ki, iddiası qanuni və əsaslıdır. Buna görə də cavabdehlərdən pulun alınıb verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 9649 manat məbləğində pulun, ödənilmiş 117 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 0560 saylı material üzrə qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşə n, Cavabdeh1 məxsus, ümumi sahəsi 430 kv.m olan 5 boksdan ibarət avtotəmir sexində və sexə bitişik olan ümumi sahəsi 50 kv.metr olan avtomobil ehtiyyat hissələrinin satışı mağazasında baş vermiş yanğının mənbəyi, X4 tərəfindən istifadə olunan 2-ci boksun tavan hissəsində havalandırma sisteminin yerləşdiyi zonada olmuşdur. Yanğın mənbə zonasında yerləşən havalandırma sisteminin borularının divarlarına yapışmış halda olan lak-boya qatının alışması nəticəsində baş verməsi üçün xarakterlidir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 7.14-cü bəndinin tələbləri pozulmuşdur. Sexin daxilində daimi olaraq istifadə olunan havalandırma sisteminin borularını lak-boya qatından təmizlənməsi təmin olunmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları” nın 7.14-cü bəndinin tələbləri avtotəmir sexinin daxilində yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur.
6. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən sex ona məxsusdur. Cavabdeh2 isə onun sexinin bir hissəsini aylıq kirayəyə götürüb usta kimi işləyirdi. İddiaçı özünə məxsus maşını rənglətmək üçün usta işləyən Cavabdeh2 təhvil vermişdir. Onunla iddiaçı arasında maşının düzəldilməsi barədə heç bir danışıq olmamış və iddiaçını tanımamışdır. Sadəcə olaraq sex ona məxsus olduğuna görə iddiaçı onu cavabdeh qismində məhkəməyə vermişdir. Bundan başqa iddiaçının ona məxsus avtomobilə dəymiş ziyana görə tələb etdiyi pulun məbləği şişirdilmiş məbləğdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarıl masını məhkəmədən xahiş etmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/2340/2024 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2011-ci il buraxılışı mühərrik iş həcmi 1596 sm3, "VAZ-21144" markalı (**-NA-*** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 8000 (səkkiz min) manat müəyyən olunmuşdur.
8. Şəmkir Rayon Məhkəməsinin (hakim H. Məhəmmədi) 2(076)-267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 vurulmuş ziyana görə 8000.00 (səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117 (bir yüz on yeddi) manat pul tutular aq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh1 vəkil xidmət haqqının əvəzi kimi 400 (dörd yüz) manat pul alınıb İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə özünə məxsus "VAZ-21114" markalı 90- NA-914 dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etmək üçün Şəmkir şəhəri H.Cavid küçəsində yerləşən və Cavabdeh1 məxsus avtomobil təmir sexinə aparmışdır. İddiaçı avtomobilini avtotəmir sexində usta işləyən Elşən Vəliyevə təhvil vermişdir. xx.xx.2023 -cü il tarixdə Elşən Vəliyev avtomobildə ona məxsus işləri bitirdyi üçün həmin təmir sexində usta-rəngsaz işləyən Cavabdeh2 təhvil vermişdir. Avtomobil həmin təmir sexində olduğu zaman yəni 20 aprel 2023-cü il tarixdə elektrik cərayanlarında qısa qapanma yarandığından təmir sexində yanğın hadisəsi baş vermişdir və yanğın nəticəsində İddiaçı məxsus "VAZ-21114" markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Bununla yanaşı müəyyən olunmuşdur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışa əsasən Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən həmin avtomobil təmiri sexinin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiya aktına əsasən qeyd olunan avtomobil təmiri sexi Cavabdeh1 istismarına verilmişdir. İddiaçı bildirir ki, cavabdehə məxsus təmir sexində baş vermiş yanğın hadisəsi nəticəsində avtomobili yanaraq yararsız hala düşmüş və cavabdeh ona dəymiş ziyanın əvəzini ödəməlidir. Cavabdeh isə bildirir ki, iddiaçıya məxsus avtomobili, o, təhvil almamışdır, habelə təmir sexi ona məxsus olsa da, faktiki olaraq sexi icarəyə vermişdir və yanğın hadisəsinin baş verməsində onun təqsiri yoxdur.
10. İşin mübahisəsiz halları ondan ibarətdir ki, 20 aprel 2023-cü il tarixdə Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexində yanğın hadisəsi baş vermişdir və yanğın zamanı İddiaçı məxsus "VAZ-21114" markalı **NA-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. İşin qeyd olunan halları tərəflərin izahatları, habelə iş materiallarındakı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 0560 saylı material üzrə qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə sübuta yetirilir. Həmin qərardan müəyyən olunur ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus ümumi sahəsi 430 kv.m olan 5 boksdan ibarət avtotəmir sexində və sexə bitişik olan ümumi sahəsi 50 kv.metr olan avtomobil ehtiyyat hissələrinin satışı mağazasında baş vermiş yanğının mənbəyi, X4 tərəfindən istifadə olunan 2-ci boksun tavan hissəsində havalandırma sisteminin yerləşdiyi zonada olmuşdur. Yanğın, mənbə zonasında yerləşən havalandırma sisteminin borularının divarlarına yapışmış halda olan lak-boya qatının alışması nəticəsində baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 7.14-cü bəndinin tələbləri pozulmuşdur. Sexin daxilində daimi olaraq istifadə olunan havalandırma sisteminin borularını lak-boya qatından təmizlənməsi təmin olunmadığına görə, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 7.14-cü bəndinin tələbləri avtotəmir sexinin daxilində yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, Cavabdeh1 məxsus avtotəmir sexləri icarəyə verilərkən sexlərin sahibi Cavabdeh1 icarəçilərlə yazılı və rəsmi müqavilə bağlamamış, sexləri icarəçilərin istifadəsinə şifahi razılaşma əsasında vermiş, icarəyə verdiyi sexlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin etməmişdir. Beləliklə, Əliyev X6 şəhəri Hüseyn Cavid küçəsində yerləşən avtotəmir sexlərinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 1.10.2,-ci və 7/14-cü bəndinin tələblərini pozaraq avtotəmir sexlərində yanğın təhlükəsizliyini təmin etməmişdir. “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 1.5-ci bəndinə əsasən, ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələri nin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən X1 tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən, hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər X1, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə X8 orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər.
11. Həmin Qaydaların 7.14-cü bəndinə əsasən, ventilyasiya kameraları, siklon lar, süzgəclər, havaçəkənlər yanğın və partlayış təhlükəsindən asılı olaraq, müəssisə rəhbərinin əmrinə müvafiq rübdə bir dəfədən az olmayaraq, yanar tozlardan və istehsalat tullantılarından təmizlənməlidir. Təmizləmə işində iştirak edən heyətlə birgə nəzarət orqanına təqdim etmək üçün bu haqda akt tərtib edilməlidir. Yanğın və yanğın partlayış təhlükəli otaqların ventilyasiya sistemlərinin təhlükəsiz üsulla təmizlənməsi üçün, müəssisə rəhbəri tərəfindən xüsusi qaydalar işlənib hazırlanmalıdır. Həmin qaydalar yerli X8 Orqanı ilə razılaşdırılmalıdır.
12. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexinin yerləşdiyi torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublika sı Fövqəladə Hallar Nazirliyi X8 Xidməti ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiya aktına əsasən qeyd olunan avtomobil təmiri sexi Cavabdeh1 istismarına verilmişdir. Məhkəmə kollegiyası bu kontekstdə qeyd etmişdir ki, Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən və yanğın hadisəsi baş vermiş avtomobil təmir sexi obyekt kimi Cavabdeh1 istismarına verildiyindən, habelə sonuncu tərəfindən həmin sexə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin edilmədiyindən Cavabdeh1 müəssisənin rəhbəri kimi X8 orqanlarının yanğın təhlükəsizliyi ilə bağlı tələblərinə riayət etmək vəzifəsi daşıyır. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində aparılmış araşdırma zama nı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 04 avqust 2023-cü il tarixli 10/3817 nömrəli məhkəmə yanğın-texniki ekspertizası rəyindən göründüyü kimi Cavabdeh1 avtomobil təmir sexində daimi olaraq istifadə olunan havalandırma sisteminin borularını lak-boya qatından təmizlənməsi təmin etməmiş və beləliklə yanğın təhlükəsizliyi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmuşdur. İddiaçı Cavabdeh1 vurulmuş real zərərin əvəzini tələb etmişdir. İddiaçı tərəfindən həmin zərərin miqdarının müəyyən edilməsi üçün mütəxəssis tərəfindən tərtib edilmiş ziyan aktı təqdim edilmiş, cavabdeh həmin aktda göstərilən zərərin məbləğini mübahisələndirmişdir.
13. Məhkəmə tərəfindən təyin edilmiş ekspert isə zərərin miqdarını 8000.00 manat müəyyən etmişdir. Mə hkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan, eyni zamanda 8000 manat məbləğ həmin vəziyyətdə (istehsal ili, istifadə müddəti və s. nəzərə alınmaqla qoyulmuş qiymət) avtomobilin qiyməti kimi qeyd edildiyindən, həmin məbləğ təmir xərcindən az olduğundan və ekspert tərəfindən də zədələnməmişdən əvvəlki bazar qiyməti 8000,00 manat olmuş avtomobili, qüsur aktına müvafiq olaraq 9649,00 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmədiyindən vurulmuş ziyana görə 8000.00 manat məbləğində (avtomobilin dəyəri) pul Cavabdeh1 alınaraq İddiaçı xeyrinə verilməlidir.
14. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh1 vurulmuş ziyana görə 8000.00 manat (səkk iz min) manat pul alınıb İddiaçı verilməlidir.
15. Məhkəmə, həmçinin iddianın "400 manat vəkil xidmət haqqının cavabdehdən alınması" hissəsini əsaslı hesab etmişdir.Belə ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 549 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili X7 arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 hesabına 400 manat pul ödəmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1, 1108.2 və 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 119, 121, 217.4, 218.3, 372.1, 372.6, 372.7, 385.2 v ə 387-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh1 (vəkili Vəkil) qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində 6 boksdan ibarət təmir sexləri tikmişdir. Onları müxtəlif şəxslərə, o cümlədən Cavabdeh2 icarəyə vermişdir. Cavabdeh2 və qeyriləri uzun müddətdir ki, həmin sexlərdən təyinatı üzrə istifadə edirlər. Ustalar, eyni zamanda Cavabdeh2 sexi ondan icarəyə götürəndə öz aralarında belə razılaşmışlar ki, hər bir icarəçi öz istifadəsində olan binaya tam cavabdehdir. Hər bir istifadəç i öz istifadəsində olan hissəyə nəzarət etməli, həmin hissəni təmiz və təhlükəsiz saxlamalı, istifadə etdiyi enerjinin pulunu vaxtında ödəməlidir. O, onların qarşısında heç bir öhdəlik götürməmişdir. Lakin hər bir istifadəçi onun qarşısında öhdəlik götürmüşdür ki, istifadəsində olan əraziyə tam cavabdehlik daşıyır və vurduqları ziyanı tam şəkildə özləri qarşılayacaq. Ustalar, o cümlədən Cavabdeh2 uzun müddət problemsiz sexdən istifadə etmiş, vaxtı-vaxtında icarə haqqını ödəmiş, istifadələrində olan sex binasını tam təhlükəsiz şəraitdə saxlamış və heç bir problem yaratmamışlar. İcarəyə verdiyi sexlərin birində işləyən usta X2 onun mobil telefonuna zəng edərək avtotəmir sexlərində yanğın hadisəsinin baş verməsi barədə məlumat vermişdir. O dərhal oraya getmişdir. Avtotəmir sexlərində olan avt omobilləri çıxartmağa çalışsa da, alov və tüstünün səbəbindən buna nail ola bilməmişdir. Avtotəmir sexləri və onların içərisində olan avtomobillər yanaraq tamamilə yararsız vəziyyətə düşmüşlər. İddiaçı ona qarşı qaldırmış olduğu “pul tələbinə dair” iddiasının tamamilə əsassız hesab edir. Yuxarıda da qeyd etdiyi kimi o, təmir sexlərini tikib müxtəlif şəxslərə icarəyə vermişdir. İcarəyə verdiyi sexlərdə çalışan ustaların müştəriləri ilə heç bir müqaviləsi və ya razılaşması olmamışdır. O, iddiaçını tanımır. İddiaçı da onu tanımır. İddiaçı ilə onun arasında nə yazılı, nə də ki şifahi razılaşma olmamışdır. Belə olduğu halda iddiaçı ona dəymiş maddi ziyanı ondan tələb edə bilməz.
19. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göst ərdi ki, cavabdehin Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində 6 boksdan ibarət təmir sexləri vardır ki, onları ayrı-ayrı şəxslərə, o cümlədən bir boksu Cavabdeh2 icarəyə vermişdir. İddiaçı özünə aid minik avtomobilinin təmiri üçün məhz Cavabdeh2 təhvil vermiş və bu səbəbdən baş vermiş yanğın hadisəsində Mirtağının heç bur günahı oılmamışdır. Həm də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 0560 saylı material üzrə qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir və bu barədə qərarı təqdim edir.
20. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər L. Süleymanov (sədrlik edən), G. Cavadova və Ş. Rzaquliyev) 2(104)-245/2025 nömrəli, 16 yanvar 2025ci il tarixli qətnaməsi il ə apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsi mübahisələndirilmiş hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023cü il tarixdə özünə məxsus "VAZ-21114" markalı 90- NA-914 dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etmək üçün Şəmkir şəhəri H.Cavid küçəsində yerləşən və Cavabdeh1 məxsus avtomobil təmir sexinə aparmışdır. İddiaçı avtomobilini avtotəmir sexində usta işləyən Elşən Vəliyevə təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə Elşən Vəliyev avtomobildə ona məxsus işləri bitirdiyi üçün həmin təmir sexində usta-rəngsaz işləyən Cavabdeh2 təhvil vermişdir. Avtomobil həmin təmir sexində olduğu zaman yəni 20 aprel 2023-cü il tarixdə e lektrik cərayanlarında qısa qapanma yarandığından təmir sexində yanğın hadisəsi baş vermişdir və yanğın nəticəsində İddiaçı məxsus "VAZ-21114" markalı **-NA*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Bununla yanaşı müəyyən olunmuşdur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışa əsasən Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən həmin avtomobil təmiri sexinin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiya aktına əsasən qeyd olunan avtomobil təmiri sexi Cavabdeh1 istismarına verilmişdir.
22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, 20 aprel 2023-cü il tarixdə Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexində yanğın hadisəsi baş vermişdir və yanğın zamanı İddiaçı məxsus "VAZ-21114" markalı **NA-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür.
23. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 0560 saylı material üzrə qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, Cavabdeh1 məxsus, ümumi sahəsi 430 kv.m olan 5 boksdan ibarət avtotəmir sexində və sexə bitişik olan ümumi sahəsi 50 kv.metr olan avtomob il ehtiyyat hissələrinin satışı mağazasında baş vermiş yanğının mənbəyi, X4 tərəfindən istifadə olunan 2-ci boksun tavan hissəsində havalandırma sisteminin yerləşdiyi zonada olmuşdur. Yanğın, mənbə zonasında yerləşən havalandırma sisteminin borularının divarlarına yapışmış halda olan lak-boya qatının alışması nəticəsində baş verməsi üçün xarakterlidir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları” nın 7.14-cü bəndinin tələbləri pozulmuşdur. Sexin daxilində daimi olaraq istifadə olunan havalandırma sisteminin borularını lak-boya qatından təmizlənməsi təmin olunmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları” nın 7.14-cü bəndinin tələbləri avtotəmir sexinin daxilində yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexinin yerləşdiyi torpaq sahəsi sonuncunun xususi mülkiyyətində olduğundan, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiya aktına əsasən qeyd olunan avtomobil təmiri sexi Cavabdeh1 istismarına verildiyindən, habelə sonuncu tərəfindən həmin sexə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin edilmədiyindən, Cavabdeh1 müəssisənin rəhbəri kimi X8 orqanlarının yanğın təhlükəsizliyi ilə bağlı tələblərinə riayət etmək vəzifəsi daşıyır və onun tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydalar pozmuşdur.
25. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1, 1108.2-ci maddələrinə “Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.5, 1.6, 1.7, 7.14-cü bəndlərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-245/2025saylı 16 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi iddiaçını tanımır. Onunla hər hansı formada y azılı və ya şifahi müqavilə bağlamamışdır. Onun qarşısında hər hansı bir öhdəlik götürməmişdir. Bu səbəbdən də ona vurulmuş ziyanla bağlı cavabdehlik daşımır.
28. Avtomaşın təmiri sexini ondan icarə götürmüş ustalar onun qarşımda öhdəlik götürüblər ki, istifadələrində olan sex binasını təhlükəsiz şəraitdə istifadə edəcəklər. Eyni zamanda təmir üçün götürmüş olduğu avtomoşanın təhlükəsizliyinə görə cavabdehlik daşımışdır. Avtomaşını təmir üçün verən şəxslə onun arasında bu barədə razılaşma olubolmaması ona aydın deyildir.
29. Vəkalət alan şəxs tapşırığı yerinə yetirmədikdə vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. O isə iddiaçı ilə heç bir tapşırıq müqaviləsi bağlamadığına görə o deyil, təmir sexində işləyən usta dəymiş ziyana görə cavabdehlik daşıyır. İş materiallarından da aydın olur ki, iddiaçı ona qarşı “pul tələbinə dair” iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olması barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Belə ki, iddiaçı ilə aralarında heç bir müqavilə bağlanmamışdır.
30. Məhkəmə qətnaməsindən də göründüyü kimi iddia tələbinin rədd olunması ilə bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. İddiaçı isə əksinə. Belə bir hüququ olmadığı halda, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
31. Gəncə Apellyasiya Məhkəməsi işin faktiki hallarını, reallığı və qanun normalarının tələblərini nəzərə almamışdır. Məhkəmə açıq şəkildə iddiaçının mövqeyindən çıxış etmişdir. Eyni zamanda iddiaçı təmir üçün verdiyi avtomaşına vurula biləcək ziyanla bağlı onun kim tərəfindən ödənilməsi üçün müqavilə bağlamadığı üçün, həmin riski özü daş ımalıdır.
32. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 71-ci maddəsinin 1 və 2-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 389.1, 390.1, 425.1, 442, 777.1, 777.2, 778.1, 779.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 24.1, 77.1,78.1, 88, 217.3, 217.4-cü maddələrinə də istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 35.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
38. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mül kiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur
39. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 46.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”
49. Bənd 1.5. Ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir.
50. Bənd 1.6. X1 tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar.
51. Bənd 1.7. Hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər X1, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə X8 orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər.
52. Bənd 7.14. Ventilyasiya kameraları, siklonlar, süzgəclər, havaçəkənlər yanğın və partlayış təhlükəsindən asılı olaraq, müəssisə rəhbərinin əmrinə müvafiq rübdə bir dəfədən az olmayaraq, yanar tozlardan və istehsalat tullantılarından təmizlənməlidir. Təmizləmə işində iştirak edən heyətlə birgə nəzarət orqanına təqdim etmək üçün bu haqda akt tərtib edilməlidir. Yanğın və yanğın partlayış təhlükəli otaql arın ventilyasiya sistemlərinin təhlükəsiz üsulla təmizlənməsi üçün, müəssisə rəhbəri tərəfindən xüsusi qaydalar işlənib hazırlanmalıdır. Həmin qaydalar yerli X8 Orqanı ilə razılaşdırılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı iş üzrə apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və kasasiya şikayətində göstərilən hallara prosess ual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
60. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2025-ci il tarixli 2(104)-245/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.