Məhkəmə qərarları › İş №2(102)-2123/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2123/2019

03.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2123/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 03 aprel 2019-cu il iş № 2(102)- 2123/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ASnın katibliyi, iddiaçının vəkili OKnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı TA tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Qasımov, 2 (001)-7011/2018 saylı mülki iş) iddia cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus 65,7 kv.metr sahəsində yerləşən tikililərindən çıxarılmaları, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan 65,7 kv.metr sahəsində yerləşən tikililərə köçürülməsi hissəsində qismən təmin edilmişdir. (qətnamənin “Qət etdi” hissəsində yanlışlığa yol verilərək iddianın tam təmin edildiyi qeyd edilmişdir). Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova (sədrlik edən, məruzəçi), A.Hüseyn və N.Cəfərov, 2(103)-13000/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2 (001)-7011/2018 saylı 28 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, İ ddiaçı iddiası cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanında yerləşən, ona məxsus 65,7 kv.metr sahədəki tikililərdən çıxarılmaları, onun X4 və PAnın həmin tikililərə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı TA apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh X6 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili OK kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi atası DAndan vərəsəlik qaydasında iddiaçıya keçmiş və iddia ərizəsinə əlavə edilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən evin 1/6 hissəsi üzərində 02.12.2015-ci il tarixdə iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh2 OAnin həyat yoldaşı və Cavabdeh3 isə OAnin qızıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci, 157.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdehlər iddiaçının paylı mülkiyyətində olan hissəsinə qanunsuz sahiblik etdiklərindən iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi üçün onların həmin evdən çıxarılmaları barədə iddia təmin edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 mənzilin paylı mülkiyyətçilərindən biridir. Apellyasiya şikayətinə əlavə edilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 6/4 hissəsi Cavabdeh1, AA, ƏA, X3 adına, 6/1 hissəsi iddiaçının, digər 6/1 hissəsi X1, X2, X5 paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4-cü maddəyə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdi r. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən biri kimi həmin ev üzərində iddiaçı ilə bərabər hüquqlara malik olduğundan mübahisələndirilən qətnamə qismən ləğv edilərək iddia Cavabdeh1 və ailə üzvlərinin həmin evdən çıxarılması hissəsində əsassız hesab edilərək rədd edilməlidir. İddiaçı İddiaçı paylı mülkiyyətində olan mənzildən istifadə etmək hüququ olduğundan məhkəmə hesab etmişdir ki, qətnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən iddiaçının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstələrinələrə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə, iddianın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində rədd etməklə, qətnamənin qalan hissədə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı TAnun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nı n hazırkı iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar