Məhkəmə qərarları › İş №2(102)-2123/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2123/2025

06.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2123/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şəmkir rayon Zəyəm-Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktoru Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa; təhsilverənlərin sertifikatlaşdırması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şəmkir rayon Zəyəm-Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktoru Cavabdeh qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-329/2025 nömrəli 27 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) 1 oktyabr 1985-ci il tarixdə Şəmkir rayon Zəyəm– Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbə müəllim təyin edilmiş və Şəmkir rayon Zəyəm– Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktoru Cavabdeh (bundan sonra mətndə - cavabdeh) 3 iyul 2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. 2. xx.xx.2023-cü il tarixdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçiril miş, məktəbin ibtidai sinif müəllimi olan iddiaçı həmin imtahanda iştirak etmişdir. İddiaçı həmin imtahanda ixtisas üzrə keçid balı olaraq müəyyən edilmiş 30 baldan 29 bal toplamışdır. Bundan sonra iddiaçıya 1 il vaxt verilməklə, o, vəzifəsinin icrasına davam etmişdir. 8 iyun 2024-cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmiş, lakin iddiaçı həmin imtahanda iştirak etməmişdir. Nəticədə iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmrin ləğv edilməsi və onun Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşq un Abdıyev adına tam orta məktəbinə “ibtidai sinif müəllimi” vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1982-1985–ci illərdə X1 ibtidai sinif müəllimi ixtisası üzrə təhsil almışdır. 1985-ci ilin yayında həmin texnikumu bitirdikdən sonra xx.xx.1985-ci il tarixdən 2 nömrəli Zəyəm-Cırdaxan kənd orta məktəbində ibtidai sinif müəllimi olaraq pedaqoji fəaliyyətə başlamışdır. Həmin vaxtdan etibarən orta məktəbdə müəllim işləmişdir. 1995-ci ildən pedaqoji fəaliyyət göstərdiyi 2 nömrəli Zəyəm– Cırdaxan kənd orta məktəbinin adı dəyişdirilərək Coşqun Abdıyev adına tam orta məktəb olmuşdur. O, uzun illərdir eyni məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərmiş, fəaliyyət göstərdiyi müddətdə nə məktəb in kollektivi arasında, nə də pedaqoji fəaliyyəti ilə bağlı heç bir narahatlıqlar olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilmişdir. Həmin Qaydalara əsasən 23 iyun 2023-cü il tarixdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilmişdir. O, həmin imtahanda 29 bal topladığı üçün onun 1 il müddətində iş yeri saxlanılmışdır. Sertifikasiyadan keçməyən ibtidai sinif müəllimləri üçün 8 iyun 2024-cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmişdir. Lakin o, səhhətində olan narahatlıqlarla bağlı 1 iyun 2024-cü il tarixdə Bakı şəhəri ndə yerləşən “Premium Clinic” xəstəxanasına müraciət etmiş, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə həmin xəstəxanada stasionar müalicə olunduqdan sonra ambulator müalicə olunmaq üçün səhhəti kafi vəziyyətdə evə buraxılmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə stasionar, xx.xx.2024-xx.xx.2024cü il və xx.xx.2024–xx.xx.2024–cü il tarixlərdə ambulator müalicələrdə olduğundan həmin tarixlərdə işdən azad edilmişdir. Səhhəti ağır vəziyyətdə olduğundan, həmçinin həmin vaxt ambulator müalicədə olduğuna görə 8 iyun 2024-cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilməmişdir. Lakin onun təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilmədiyi nəzərə alınmadan o, cavabdehin xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmri ilə təkrar sertifikatlaşdı rmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Hazırda barəsində olan həmin əmri əsassız hesab edir. Belə ki, o, 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən, yəni həmin vaxt səhhətində olan ciddi narahatlıqlar səbəbindən stasionar və ambulator müalicələrdə olduğu üçün iştirak etməmişdir. Lakin onun təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak etməməyi nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 1.5-ci bəndinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Onun isə 10 aprel 2024-cü il tarixdə 60 yaşı tamam olmuşdur. O, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanından keçə bilməsə də, hesab edir ki, 10 aprel 2024cü ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının da könüllü olması nəzərə alınmalı idi. Hesab edir ki, onun 60 yaşı tamam olduğu halda, həmçinin üzrlü səbəbdən təkrar sertifikatlaşdırma imtahanında iştirak edə bilməməyi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsas deyildir.

5. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, 23 iyun 2023-cü il tarixində ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilmiş, iddiaçı həmin imtahanda iştirak etmişdir. Lakin iddiaçı keçi d balı olan 30 balı yığa bilməmiş, 29 bal toplamışdır. Bundan sonra iddiaçıya 1 il vaxt verilmiş və o, işinə davam etmişdir. 8 iyun 2024-cü il tarixində təkrar sertifikatlaşdırma imtahanı təyin edilmiş, lakin iddiaçı həmin imtahanda iştirak etməmişdir. Nəticədə iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Həmçinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”-nın 1.5-ci bəndinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması nəzərdə tutulsa da, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, 23 iyun 2023-cü il tarixdə keçirilmiş imtahan zamanı 59 yaşı olmuşdur.

6. Şəmkir Rayon Məhkəməsinin 2(076)- 3157/2024 nömrəli 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Musayev) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı 23 iyun 2023-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanından keçə bilmədiyi üçün ona 1 il vaxt verilmiş və təkrar sertifikatlaşdırmada iştirak etmək şansı tanınmışdır. Buna baxmayaraq, iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsi lverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 -ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

8. Belə olan halda cavabdeh Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir.

9. Həmçinin iddiaçı 10 aprel 2024-cü ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının könüllü olmasını qeyd etsə də, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, 23 iyun 2023-cü il tarixdə keçirilmiş imtahan zamanı 59 yaşı olmuşdur. Bundan sonra ona ikinci şans verilsə də, iddiaçı imtahanda iştirak etməmiş, nəticə etibarı ilə keçid balını toplaya bilməmiş və sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 79, 80, 84, 187 və 189-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

12. Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmə işin hallarını nəzərə almad an qanunsuz qətnamə qəbul etmişdir

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-329/2025 nömrəli 27 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X4) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və mövqeyinə dair qeyd etmişdir ki, iddiaçı bildirir ki, o, 2024-cü ilin iyun ayının 2-dən 30-dək ambulator müalicədə olduğu üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edə bilməmişdir. Bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. İddiaçının bu dəlili əsassızdır. Belə ki, 2024-cü ilin iyun ayının 3-dən 21-dək olan dövr ərzind ə əmək qabiliyyətsizliyi vərəqəsinin verilməsi üçün əsas olan “eroziv qastrit” xəstəliyinin iddiaçıda olmasının sonuncunun xx.xx.2024-cü il tarixdə keçirilən sertifikatlaşdırma imtahanında iştirakına mane olan hal kimi çıxış etməsi iş materialları ilə təsdiq olunmur.

15. İddiaçının istinad etdiyi digər dəlili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda 60 yaşı olan şəxslərin imtahanda iştirakının könüllülük əsasında olmasıdır ki, iddiaçı da artıq 60 yaşındadır. İddiaçının bu dəlili də əsassızdır. Çünki istinad olunan Qaydaların 1.5-ci bəndinə görə, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. İşdə olan sənədlərə əsasən məlum olur ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, xx.xx.2023-cü il tarixdə ilk dəfə keçirilmiş sertifikatlaşdırma imtahanı zamanı 59 yaşı olmuşdur. Bundan sonra iddiaçıya təkrar imtahanda iştirak etmək üçün şərait yaradılsa da, iddiaçı bu imtahanda iştirak etməmiş, nəticə etibarı ilə sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sertifikasiyadan keçməyən ibtidai sinif müəllimləri üçün 8 iyun 2024-cü il tarixdə təkrar imtahan təyin olunmuşdur. Lakin iddiaçı səhhəti ilə bağlı olaraq 1 iyun 2024-cü il tarixdə Bakı şəhərində yerləşən “Premium Clinic” xəstəxanasına müraciət etmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə həmin xəstəxanada stasionar müalicə olunduqdan sonra ambulator müalicə olunmaq üçün səhhəti kafi vəziyyətdə evə buraxılmışdır. xx.xx.2024 -- xx.xx.2024-cü il tarixlərdə stasionar, xx.xx.2024- xx.xx.2024-cü il və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə ambulator müalicələrdə olduğundan, səhhəti ağır vəziyyətdə olduğundan təkrar imtahanda üzrlü səbəbdən iştirak edə bilməmişdir. Lakin səhhəti ilə bağlı təkrar imtahanda üzrlü səbəbdən iştirak edə bilməməyi nəzərə alınmadan işdən azad olunmuşdur. Halbuki o, müalicə aldığı xəstəxana arayışlarını məhkəməyə təqdim e tmişdir. Təkrar imtahana girməyi üçün isə ona şərait yaradılmamışdır.

18. Çox sayda məhkəmə qərarları vardır ki, iddiaçının səhhəti nəzərə alınmış, müalicədə olduğu müddətdə işdən azad olunduğu üçün məhkəmə qətnaməsi ilə işə bərpa olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

20. Maddə 11, bənd "b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir.

21. Maddə 70, bənd “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqavi ləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası

22. Bənd 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

23. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

24. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən ol unmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

25. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

39. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktl ara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşı r (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamən in ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-329/2025 nömrəli 27 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar