Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2124/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə iş üzrə QƏRARİ Açar sözlər: sahiblik hüququnun müdafiəsi, yaşayış sahəsindən çıxarma tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, cavabdehin vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5921/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 aprel 2021 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 96,20 kv.m olan iki otaqlı fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev və ya yaşayış sahəsi) qanunsuz müdaxilələrdə ifadə olunan bütün hərəkətlərin cavabdehə qadağan edilməsi, həmin evin açarlarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması və cavabdehə məxsus əşyaların həmin evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus mübahisəli evi 2008-ci ildə qohumu X1 vermişdir. Sonuncu, arvadı Cavabdeh ilə həmin evə köçərək bir müddət orada yaşamışdır. 2016-cı ildə aralarında olan nikah pozulmuş və onlar həmin mənzildən çıxmışlar. X8 və cavabdehdən əşyaların evdən çıxarılmasını tələb etmiş, hətta XXX xxxxxxxqarşı əşyaların evdən çıxarılması barədə iddia qaldırmışdır. XXX həmin əşyaların XXXyə məxsus olduğunu, əşyaları evdən çıxararsa, XXXnin ona qarşı əsassız ittihamlar irəli sürəcəyini bildirmişdir. 2019-cu ildə ona məlum olmuşdur ki, cavabdeh əşyaları evdən çıxarmamaqla yanaşı, evi tanımadığı şəxslərə kirayəyə vermişdir. Bununla bağlı ərazi üzrə sahə inspektoruna xəbər verdikdən sonra onlar evin cavabdeh tərəfindən kirayəyə verilməsini təsdiq edərək, evi könüllü tərk etsələr də, evin giriş qapısının açarları cavabdeh tərəfindən dəyişd irilmiş, cavabdeh onu həmin ev üzərində sahiblik hüququndan məhrum etmişdir. Birinci instansiya məhkəməsində həm iddiaçının, həm də cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 və X7 ifadələrində həmin evin tikintisində iştirak etdiklərini, tikintinin 2001-2002-ci illərə təsadüf etdiyini, iddiaçını tanımadıqlarını, xxxxx adlı şəxsi tanıdıqlarını göstərmişlər. Cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X14 ifadəsində 20012002-ci illərdə bir qonşu kimi həmin evin tikintisində usta işlədiyini, iddiaçını tanımadığını, tikinti gedən zaman orada xxxxx adlı şəxsi gördüyünü, usta haqqını onlara xxxxxverdiyini göstərmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X11 ifadəsində 2001-ci ildən həmin evin qonşuluğunda olan evdə yaşadığını, 2002-ci ildə hə min evdə gedən tikintinin şahidi olduğunu, evin xxxx həkim tərəfindən tikdirildiyini, tikinti gedən zaman orada xxxxxxx adlı şəxsləri gördüyünü bildirmişdir. Cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X5 ifadəsində həmin evin qonşuluğunda yaşadığını, evin xxxxxxxhəkimlə XXX həkim tərəfindən birgə tikildiyini, ev tikilən zaman orada xxxx həkimi gördüyünü, xxxxxxxxı şəxsləri tanımadığını göstərmişdir. Cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X15 ifadəsində evin xxxxxhəkimlə XXX həkim tərəfindən birgə tikildiyini, onların əvvəllər yaxın dost olmaqla sonradan dostluqlarının qohumluğa çevrildiyini, yəni xxxxx həkimin oğlu XXXlə XXX həkimin qızı XXXnin ailə qurduqlarını, evin tikilməsinə görə pulu XXX həkimin xxxxx həkimə verdiyini, xxxxxxx adlı şəxsi tanımadığını göstərmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 11.10.2019-cu il tarixli 4-880 nömrəli arayışına əsasən, cavabdeh 2007-ci ildən mübahisəli evdə qeydiyyatsız yaşayır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-323/2020 nömrəli iş üzrə 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi mübahisəli yaşayış sahəsinin hər hansı hüquqla ona məxsus olması, həmçinin onun sahəyə dair digər əmlak hüquqların olması müəyyən edilməmişdir. Şahid ifadələrinə əsasən mübahisəli evin iddiaçının sahibliyində olması da təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddi açı hazırkı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir. Çünki iddiaçı mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.3, 139.1, 157.2, 158, 164.1, 166.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 14.2, 217.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı qətnamədən ap ellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması qənaətinə gəlsə də, iş materiallarında olan “xxxx” MMC-nin fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli və kommunal xidmətlərə dair ödəniş qəbzləri evin ona məxsus olmasını təsdiq edir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri arasında ziddiyyətlər olduğuna görə şahidlər xxxxxxxxxxxxx apellyasiya məhkəməsində yenidən dindirilmişlər. xxxxxxxxxxxxxxxx ifadələrində evin 2001-ci ildə xxxxxxxxxx adlı şəxs tərəfindən tikildiyini, xxxxxxxxxxx həkimin də oraya gəlib-getdiyini, onun da tikintiyə köməklik göstərdiyini, xxxxxxadlı şəxsi tanıma dıqlarını bildirmişlər. xxxxxxxxxxxx ifadəsində torpağın alınması üçün pulun XXXnin atası XXX həkim tərəfindən verildiyini, XXX həkimin xahişi ilə torpağı satın aldığını, orada XXX həkim tərəfindən ev tikildiyini, torpaq almağa və ev tikməyə XXX həkimin maddi imkanının olmadığını, xxxxxxxxxxə adlı şəxsləri tanımadığını göstərmişdir. Apellyasiya məhkəməsində iddiaçı tərəfin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində həmin evin xalası xxxxxxxxx əri xxxxxxxxxx tərəfindən tikildiyini, orada qardaşı XXXlə XXXnin ailə qurub bir müddət yaşadıqlarını göstərmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5921/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məru zəçi), A.İsgəndərov və E.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh 2008-ci ildə iddiaçının bacısı oğlu olan X6 ilə rəsmi nikaha daxil olub ailə qurduqdan sonra bir neçə il orada yaşamış, 2015-ci ildə nikahları məhkəmə qaydasında pozulduqdan sonra aralarında məhkəmə mübahisələri olmuşdur. Apellyasiya instansiyası məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə gəldiyi n əticəni onunla əsaslandırmışdır ki, dindirilmiş şahidlərin heç biri mübahisəli evin məhz iddiaçıya məxsus olmasını təsdiq etməmişlər. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi hesabat cədvəli və kommunal xidmətlərə dair ödəniş qəbzlərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin hesabat cədvəli və ödəniş qəbzləri evin iddiaçıya məxsus olmasını təsdiq etmir. Ödəniş qəbzlərindən həmçinin görünür ki, həmin qəbzlər 2019-cu ildə hazırkı iddia qaldırılmazdan bir neçə ay əvvəl aparılmış ödənişlərlə bağlıdır. Beləliklə, iddiaçı iddia etdiyi evə dair tələbetmə hüququnun olmasını, evin onun mülkiyyətində və ya sahibliyində olmasını sübut edə bilməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.3, 157.2, 166.3-cü, MPM-nin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə şahid ifadələri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, onları digər sübutlarla əlaqələndirməkdən yayınmış, işin faktiki hallarını yoxlamamış, şahid ifadələrini iddiaçının əleyhinə şərh etmişdir. Məhkəmə 11.10.2019-cu il tarixli, 4-880 nömrəli arayışa hüquqi qiymət verməkdən yayınmışdır. Həmi n arayış yalnız cavabdehin mübahisəli evdə yaşaması faktını təsdiq edir. Bundan başqa, arayışda cavabdehin evdə 2007-ci ildən yaşaması qeyd olunsa da, cavabdeh 2008-ci ildə ailə qurduqdan sonra həmin evə köçmüşdür. Cavabdehin təşəbbüsü ilə dindirilmiş şahidlər isə cavabdehin mübahisəli evdə 1-2 ilə yaxın müddət ərzində yaşamasını qeyd etmişlər. İddiaçı tərəfindən təqdim edilmiş hesabat cədvəli və kommunal xidmətlərə dair ödəniş qəbzləri təsdiq edir ki, iddiaçı mübahisəli evə faktiki sahiblik edir. Apellyasiya instansiyası məhkəməsi isə sadəcə işin faktiki hallarını və maddi hüquq normalarını sadalamaqla iddiaçı tərəfindən təqdim olunmuş sübutlara və bələdiyyənin arayışına hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir (maddə 14.3). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər (maddə 166.3). Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1 ). Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə əsaslandırılmış qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5921/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2124/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2124/2021
26.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver