Məhkəmə qərarları › İş №2(102)-2124/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2124/2025

06.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2124/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X25 (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X14) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reyestr Xid mətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X14) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 mart 2025-ci il tarixli 2(104)-360/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X15 ilə Təhməzov Hilal Rza oğlunun birgə nikahından X16, X19, İddiaçı və X17 doğulmuşdur.

2. Təhməzov Hilal Rza oğlu xx.xx.1974-cü ildə ölmüş, xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun vərəsəsi kimi X15 tanınmış, miras əmlak Bərdə şəhər i, Füzuli küçəsi 16 ünvanında yerləşən 6** kv.m torpaq sahəsində saman-kərpicdən tikilmiş iki otaqlı 39,56 kv.m yaşayış, 69,59 kv.m ümumi sahəsi olan yaşayış evindən ibarət olmuşdur.

3. X15 xx.xx.1990-cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, həmçinin Bərdə şəhəri ünvan 1 ünvanda saman kərpicdən tikilmiş iki otaqlı yaşayış evini oğlu X12 vəsiyyət etmişdir.

4. X20 xx.xx.1987-ci ildə, X16 xx.xx.1989-cu ildə, X15 12.03.2**1-ci ildə, X19 xx.xx.2012-ci ildə ölmüşdür.

5. X9 oğlu X26 04 oktyabr 2**7-ci ildə ölmüşdür.

6. Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində X5 tam mülkiyyət hüququ 22 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 7. 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 vərəsəsi – oğlu (əslində nəvəsi) X26 olmuşdur, lakin 2**7-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun təmsilçiləri - gəlini Cavabdeh1, nəvələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakdan ¼ hissədə pay almışlar. Şəhadətnamə verilən miras əmlak Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və ümumi sahəsi 280,1 kv.m-dən ibarət fərdi yaşayış evindən ibarət olmuşdur.

8. Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyət hüququ 30 may 2020-ci il tarixdə daşınmaz əml akın dövlət reyestrində qeydiyyata alınmışdır. 9. 04 iyun 2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətlərində olan Bərdə şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 280,1 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və Bərdə şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini 60.**0 manata (ev 50.**0 manat, torpaq sahəsi 10.**0 manat olmaqla) X2, hər iki əmlak 11 aprel 2022-ci il tarixdə mülkiyyət hüququ ilə sonucunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X25 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7 say lı Bərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X14) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X21 adına verilmiş 30 may 2020- ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab olunması, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia çının və digər qardaşlarının böyüyüb boya başa çatdığı Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında yerləşən ev mərhum valideynləri Təhməzov Hilal Rza oğlu və X11 məxsus olmuşdur. Valideynlərinin birgə nikahından iddiaçı, Mürşüd, Rəşid və Maarif doğulmuşdur. Qanun üzrə yeganə vərəsə o, olduğu halda Bərdə şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən təqvim ayı bilinməyən, 2020-ci il tarixli, 2345 saylı arayış verilmişdir ki, anası Xanım Təhməzova vəfat etdikdən sonra, guya onunla bir təsərrüfatda yaşamış hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsə qalmışlar. Bundan sonra cavabdehlər mərhum anası X5 adına Bərdə şəhəri ünvan 4 ünvanının mülkiyyətinə keçirilməsi barədə 22 may 2020-ci il tarixli qeydiyyat nömrəsi 182**09362 saylı çıxarış almış və həmin çıxarış əsasında 30 may 2020-ci il tarixdə mülkiyyət hüquqlarını təsdiq edərək 182**10649 saylı çıxarış almışlar. Miras əmlak üzərində mülkiyyət hüquqları valideynlərinin adına olduğunu bilmişdir. İddiaçıya təsadüf nəticəsində məlum olmuşdur ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 saxta yollarla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və onun əsasında çıxarışla mülkiyyət hüquqlarını öz adlarına rəsmiləşdirmişlər.

12. Məhkəmə iclasında dindirilmiş icra nümayəndəsi X22 izahatında göstərmişdir ki, Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanda iki yaşayış evi vardır – 16 və 16A nömrəli evlər. İş üzrə notariat kontoruna arayışların yazılıb verilməsini o, icra etmiş, Bərdə şəhər İƏD üzrə icra nümayəndəsi Əli Fərzəliyev də imzası və möhürü ilə təsdiq e tmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci arayışda İddiaçı adı yazılmayıb. Onun vərəsə olduğunu və adının təsərrüfat baş kitabında olmasını bilmişdir. Birinci arayışın əsasında cavabdehlər qanun üzrə vərəsəlik şəhadətnaməsini almışlar. Məhkəmə sorğu verdikdən sonra isə ümumi arayış verilmişdir.

13. Mülki iş üzrə mübahisəli ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, miras qalmış torpaq sahəsi üzərində 2 yaşayış evi mövcuddur və onların ünvanları Bərdə şəhəri, Füzuli küçəsi 16 və 16 A-dır.

14. Bərdə Rayon Məhkəməsinin 2(021)-1353/2022 nömrəli 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətn amənin, onların adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim E.Əhmədov).

15. Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, X15 vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanda gəlini X13 və nəvəsi X6 ilə birgə yaşamışdır və sonuncular hal-hazırda da, orada yaşayırlar. X1 Füzuli küçəsi 16 ünvandakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə (Füzuli küçəsi 16a) X5 nəvəsi mərhum X18 ailəsi - Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3 və Cavabdeh4 yaşamışdır. X26 2**7-ci ildə vəfat etdikdən sonra Füzuli küçəsi 16a ünvanda onun ailəsi yaşamışdır. Hal-hazırda qeyd olunan şəxslər ünvan 7 ünvanda yaşamı rlar. Miras əmlakla bağlı iki ünvanın qeyd edilməsi və rəsmi sənədlərin bir qismində mübahisəli evin Bərdə şəhəri, Füzuli küçəsi ev 16, bəzi sənədlərdə isə Bərdə şəhəri Füzuli küçəsi ev 16a kimi göstərilməsi vərəsələr arasında qeyri-müəyyənlik halları yaratmışdır ki, bu da öz növbəsində məhkəmə mübahisəsi predmetinə çevrilmişdir. Belə olduğu halda, iddia ərizəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab olunmasına dair hissədə təmin edilməli, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair hissədə isə iddia təmin edilməməlidir. Belə ki, m əhkəmə iclasında iddiaçının miras əmlakı qəbul etməsi faktı müəyyən edilməmişdir. Miras əmlak faktiki olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X13 və X6 tərəfindən qəbul edilmişdir.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 1133.1, 1133.2, 1243.2, 1159.1.1, 1274, 1276, 1134.1, 1151.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 76.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işi birtərəfli araşdıraraq, yanlış nəticəyə gəlmiş, iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. X3 ona vəsiyyətnamə vermişdir. Ancaq iddiaçının 21 ildən sonra iddia qaldırması tam əsassızdır və müddət keçmişdir. İddiaçı müddəti qəsdən keçirmişdir. Ondan pul almaq naminə belə bir iddia verir. Göründüyü kimi 21 ildir X3 vəfat edib, onun vəfatından illər öncə də həmin evdən və həyətyanı torpaqdan o istifadə etmişdir. Mübahisəli ünvanda isə 2 ev var. İddiaçının tələb etdiyi evin ona heç bir aidiyyəti yoxdur. Hazırda həmin mübahisəli ev başqa şəxsə satılıb və sənədləşdirilib. Sadalanan xüsusatlardan göründüyü kimi, hazırkı iş üzrə birinci inst ansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri isə işin hallarına uyğun deyildir.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-935/2023 nömrəli 05 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X21 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə i ddia təmin edilməmişdir. (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və İ.Həsənov)

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının miras qalmış əmlakı nə faktiki, nə də rəsmi qaydada qəbul etməməsi nəticəsinə gələrək, iddia tələbini həmin hissədə rədd etmiş, iddiaçı isə məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşaraq, qətnamədən apellyasiya şikayəti verməmiş və mirasın qəbul edilməsi faktının rədd edilməsi hissəsində qətnamə qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddianı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin etmişdir.

21. Məhkəmə hesab etmişdir ki, iddiaçının mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinin əsassız hesab edilməsi, iddiaçının həmin miras qalmış əmlaka dair digər vərəsələrə verilmiş hüquq müəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığını mübahisələndirməsi üçün subyektiv hüququnu aradan qaldırmış olur. Çünki, iddiaçının iddianı qaldırmaqda hüquqi marağı və məqsədi miras qalmış əmlakdan pay əldə etməkdir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia tələbinin rədd edilməsi ilə məqsədin reallaşdırılması mümkünsüz olur. Belə olduğu halda isə mirasa dair digər vərəsələrə verilmiş hüquq müəyyənedici sənədlərin ləğv və ya etibarsız hesab edilməsi əhəmiyyətsiz olmaqla, onların əsassız olaraq mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.

22. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının təmin olunmuş tələbi irəli sürmək üçü n subyektiv hüququ mövcud olduğu halda belə məhkəmənin gəldiyi nəticə yenə də qanunsuz və əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qanun üzrə vərəsəlik şəhadətnaməsinin miras qalmış əmlaka görə deyil, sonradan tikilmiş və ya alınmış torpaq sahəsinə görə verilməsi qənaətinə gəlsə də, nəzərə almamışdır ki, daşınmaz əmlakın dövlət reyestrindəki 22 may 2020-ci il tarixli, 182**09362 saylı qeydə əsasən miras qoyan X4 miras qalmış əmlak Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi olmuşdur. 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də həmin qeyd əsasında cavabdehlərə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindəki 22 may 2020-ci il tarixli, 182**09362 s aylı qeyd ləğv edilmədiyindən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmaqla yanaşı, iddiaçı da məhz həmin əmlakın miras qalmış əmlak olmasını iddia etməklə, həmin əmlaka dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsini istəmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 1133.1, 1134.1, 1159.1, 1159.1.1, 1159.2, 1243.2, 1243.3, 1246, 1255, MPM-in 14.1, 14.2, 76.1, 76.3, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat.

24. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, mülki qanunvericilikdə mirasın qəbulu ilə əlaqədar müddətlərin müəyyən olunması vərəsənin mirasda məcburi pay almaq hüququnu məhdudlaşdıran hal kimi şərh edilə bilməz.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024cü il tarixli 2(102)-463/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-935/2023 nömrəli 05 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. (Sədrlik edən və məruzəçi hakim A.Q.Hüseynov, hakimlər Z.B.Babayev və Ə.G.Nurməmmədovdan ibarət tərkibdə)

27. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçının qanunla nəzərdə tutulmuş müddət ərzində birinci növbəli vərəsə kimi anasından qalmış miras əmlakdan imtina etdiyi müəyyən olunmadığı üçün, o, qanuna əsasən miras əmlaka mülkiyyət hüququ əldə etmişdir. İddiaçının Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində miras əmlakı rəsmi və ya faktiki qəbul etməməsi mübahisəli əmlaka dair onun vərəsəlik hüquqlarının məhrum edilməsi ilə nəticələnən hal kimi qiymətləndirilə bilməz. Bu baxımdan iddiaçının mübahisəli miras əmlaka dair tələb irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığı barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni sayıla bilməz. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin tətbiq edilməli olmayan 140-cı maddəsi mübahisəyə tətbiq edilmişdir. Belə ki, həmin maddə daşınmaz əmlakı mülkiyyətçi olmayan ş əxslərdən əldə etmiş mülki dövriyyə iştirakçılarının reyestrin məzmununa olan etimadını qorumaqla, onun məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərdə tutur. Həmin prinsip daşınmaz əmlaka mülkiyyət hüquqları vərəsəlik qaydasında qeydə alınmış şəxslərə tətbiq edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının “çıxarış və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə də mahiyyəti üzrə qiymət verərək, həmin tələb birinci instansiya məhkəməsi tərəfindən təmin, apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilmiş, bu tələbin konkret olaraq nədə ifadə olunması dəqiqləşdirilməmişdir. Halbuki, MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

28. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qeyd olunan hal MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması, icraata qəbul edildiyi halda isə MPM-in 259.0.12-ci maddəsində müəyyən edilmiş qaydada (iddiaçıya təklif olunmasına baxmayaraq müəyyən edilmiş müddət ərzində iddia tələbini dəqiqləşdirmədiyi halda) baxılmamış saxlanılması, habelə MPM-in 387.2.8-ci maddəsinə əsasən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması üçün əsas olmuşdur. Mövcud qeyri-müə yyənlik məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərindən irəli gələn, işin hallarının işdə iştirak edən şəxslərlə müzakirə olunması vəzifəsinə riayət etməklə də aradan qaldırıla bilərdi. Belə ki, dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, MPM-in 14.1 və 184.1-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, işin və mübahisənin vəziyyətini müzakirə etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq, onlarla müzakirə etmək, habelə MPM-in 167-ci maddəsinə əsasən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14, 184.1 və 167-ci maddələrinin tələbləri pozulmuş, tərəflərlə lazımi müzakirələr aparılmadan qeyri-müəyyən iddia tələbinə mahiyyəti üzrə baxılmış, yol verilmiş həmin prosessual pozuntular apellyasiya instansiyası məhkəməsi tərəfindən də aradan qaldırılmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1125/2024 nömrəli 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəmə sinin 2(021)-1353/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi “iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onların adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020ci il tarixdə aldıqları 2V455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X21 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarış ın etibarsız hesab edilməsi, 12 mart 2**1-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi, ev 16 saylı fərdi yaşayış evinin 1/4 hissəsinə mərhum X7, 1/4 hissəsinə mərhum X9, 1/4 hissəsinə mərhum X8 və 1/4 hissəsinə İddiaçı vərəsəlik üzrə paylarının müəyyən edilməsi qət edilmişdir. (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və R.Muradov)

30. Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-1353/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, “və onun hüquqi nəticələrinin etibarsız hesab olunması” hissəsində ləğv olunaraq, həmin hissədə iddia baxılmamış saxlanılmışdır.

31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras qoyan X15 12 mart 2**1-ci i l tarixdə vəfat etmiş və onun vəfatından sonra Bərdə şəhəri, Füzuli küçəsi, ev 16 saylı fərdi yaşayış evi miras qalmışdır. X5 birinci növbə vərəsələri övladları X16, X19, İddiaçı və X17 olmuşdur. Hazırkı iş üzrə məhkəmədə iddia qaldırılarkən, birinci növbə vərəsələrdən X16, X19 və X17 vəfat etmiş olduğundan, onun hüquqi vərəsələrinin müəyyən edilməsi üçün, iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Belə ki, bu vərəsəlik mübahisəsi miras qoyan X5 hazırda sağ və vəfat etmiş birinci növbə vərəsələrinə münasibətdə həll edilir. Miras qoyanın vəfat etmiş birinci növbə vərəsələrinin özlərinin birinci növbə vərəsələrinin yaşayış ünvanlarının hazırda tam müəyyən edilməsi mümkün olmadığından, miras qoyan X5 birinci növbə vərəsələrinin miras əmlakdan qanuna müvafiq olaraq pay ının müəyyən edilməsini məqsədə müvafiq hesab edilir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Cavabdeh1 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi və ya işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3319/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. (Hakimlər – Ə.Xıdırov (sədrlik edən və məruzəçi), E.Şamayev və E.Vəliyeva)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qey d etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən miras əmlaka hüququ olan digər vərəsələrin dairəsinin müəyyən edilməsi, qəbul edilən məhkəmə aktı belə şəxslərin hüquqlarına və vəzifələrinə toxunursa, həmin şəxslərin işdə iştirak etməyə cəlb olunması barədə kifayət qədər tədbir görməmişdir. Halbuki işə əvvəl kassasiya qaydasında baxan məhkəmə tərkibinin göstərişlərindən biri bu barədə olmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının qəbul edildiyi dövrdə hazırkı iş məhkəmələrin icraatında olduğu üçün həmin Qərar bu işə də şamil edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsa s elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə miras ı qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, miras evlə bağlı X12 vəsiyyət qoyulsa da, sonuncu tərəfindən həmin əmlak faktiki və ya notariata yazılı ərizə vermək yolu ilə qəbul edilməmiş, o, anasının sağlığında həmin həyətdə ona ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə yaşamışdır. Qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının xeyrinə vəsiyyətnamə qoyulan şəxsə münasibətdə (yəni vəsiyyət üzrə vərəsəlik zamanı) tətbiq edilməli olub-olmamasını əsasl andırmamışdır. Müvafiq hüquqi qiymətləndirmə nəticəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarının, xeyrinə vəsiyyətnamə qoyulan şəxsə münasibətdə (yəni vəsiyyət üzrə vərəsəlik zamanı) tətbiq edilməli olması qənaətinə gəlindikdə isə iddiaçının qanun üzrə vərəsəlik qaydasında pay, yoxsa məcburi pay alması məsələsinə hüquqi qiymət verilməlidir. İddiaçının miras əmlakdan alacağı hissə müəyyənləşdirildikdən sonra isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X21 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın tamamiləmi, yoxsa iddiaçının mirasdan almalı olduğu hiss əyə münasibətdəmi etibarsız hesab edilməli olduğu məsələsi araşdırılıb hüquqi qiymətləndirmə aparılmalıdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

36. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişlər.

37. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinin məzmununa uyğun izahat vermişdir.

38. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 izahatında bildirmişdir ki, nənəsindən miras qalmış əmlak onun atası Rəşidə vəsiyyət edilmişdir. İddiaçı isə mirası qəbul etməmiş və miras açıldıqdan sonra miras əmlakda yaşamamışdır. Odur ki, iddia əsass ızdır.

39. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-360/2025 nömrəli 3 mart 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməklə həmin hissədə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, X3ndan miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin və ümumi sahəsi 280,1 kv.m olan fərdi yaşayış evinin 1/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə Cavabdeh2, 1/4 hissəsinə Cavabdeh3 və 1/4 hissəsinə Cavabdeh4 bərabər pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Bərdə regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 22 may 2020-cü il tarixli, 2V-455 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, X3ndan miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və ümumi sahəsi 280,1 kv.m olan fərdi yaşayış evinin 3/4 hissəsinə mərhum X9, 1/4 hissəsinə İddiaçı paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin ə laqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) m üəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.

41. Məhkəmə daha sonra qeyd etmişdir ki, miras əmlak barəsində miras qoyanın vəsiyyətnaməsi olduğundan iddiaçının miras əmlakdan məcburi pay almaq hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

42. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəlləsinin 1194-cü maddəsinin tələbinə görə, miras qoyanın övladları olan Marif və Mürşüd miras açılan vaxt sağ olmadıqlarından onlar məcburi pay tələb etmək hüququ olan şəxslərin sırasına daxil deyil. Çünki qanunvericiliyin mənasına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 aprel 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə məcburi payı tələb etmək h üququ mirasın açıldığı an əmələ gəlir. Belə ki, həmin qərarda göstərilir ki,”... Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur... Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur”.

43. İddia tələbinin “cavabdehlərin adına verilmiş 30 may 2020-ci il tarixli, 182**10649 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” hissəsinə münasibət məhkəmə bildirmişdir ki, cavabdehlər miras əmlakı öz adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra 04 iyun 2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X2, miras əmlak 11 aprel 2022-ci il tarixdə mülkiyyət hüququ ilə sonucunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiy i 30 may 2020-ci il tarixli, 182**10649 qeydiyyat nömrəli çıxarış(qeyd) artıq mövcud olmadığından bu hissədə iddia tələbi təmin edilə bilməz.

44. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1151, 1159, 1160, 1166, 1193, 1255, 1256-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. İddiaçı (Vəkil Bunyat oğlu) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-360/2025 nömrəli 3 mart 2025-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti iddia ərizəsi və iddiaçının ilkin kassasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi öz daxili inamı əsası ilə hərəkət edərək, mülki prosesin ən zəruri və vacib prinsipi olan çəkişməni təmin etməməklə, ədalətli məhkəmə müdafiəsi hüququnu pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

49. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

50. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

51. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

52. Maddə 1151. Mirasa (miras əmlaka) mira s qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

53. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

54. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

55. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

56. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

57. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

58. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4 18.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə uyğu n olaraq əvvəlki kassasiya baxışında qəbul edilmiş qərarda şərh edilən göstərişlərə əməl edilmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

70. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

71. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi v ə prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış h üquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcud luğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və p rosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-360/2025 nömrəli 3 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar