Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2125/2019 05.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12,İddiaçı1, iddiaçının vəkili X6, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhməd oğluna qarşı zəbt olunmuş sahələrin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ba kı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 iyun 2018-cı il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş sahələrin boşaldılması tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və A.Hüseynov) Nərimanov rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 qarşı zəbt olunmuş sahələrin boşaldılması tələbinə iddia verərək, ünvan 1 fərdi yaşayış evinin paylı mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan 1/16 hissədə (59,2 kv.m.) və İddiaçı2 1/16 hissədə məxsus olan (45.2 kv.m.) fərdi yaşayış evinin «A» tikilisinin 2-ci mərtəbəsində 11 nömrəli yaşayış otağının 16,9 kv.m sahəsinin, 12 nömrəli yaşayış otağının 16,3 kv.m sahəsinin, 15 nömrəli bağlı eyvanın 13.5 kv.m sahəsinin, 16 nömrəli bağlı eyvanın 12,5 kv.m. sahəsinin, cəmi 59,2 kv.m. və İddiaçı2 mülkiyyətinə aid ola n «A» tikilisinin 1-ci mərtəbəsində 2 nömrəli yaşayış otağının 13,3 kv.m. sahəsinin, 7 nömrəli 4.1 kv.m. mətbəx sahəsini, 8 nömrəli yardımçı 6.7 kv.m. sahənin və «C» tikilisinin 1 nömrəli yaşayış otağının 15,5 kv.m. sahəsinin 2 nömrəli 5.6 kv.m. mətbəx sahəsinin, cəmi 45,2 kv.m. hissədə Cavabdeh1 tərəfindən zəbt edilmiş yaşayış və yardımçı otaqlarından əşyalarla birlikdə boşaldılması, onun yaşayış və yardımçı sahələrdən çıxarılması və eyni zamanda İddiaçı2 1/16 hissədə məxsus olan (45.2 kv.m.) və İddiaçı1 1/16 hissədə məxsus olan (59,2 kv.m.) yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəl illərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi AR ƏMDK yanında DƏDRXmin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Texniki Pasporta əsasən “A”, “J”, “Q”, “E”, ”B” və “V” tikililərindən ibarət olmaqla, paylı mülkiyyətdədir. Fərdi yaşayış evi hazırda X5 - 1/16 hissədən bir hissə; X13 - 1/16 hissədən bir hissə; X9 - 1/16 hissə; X3 - 4/16 hissədən 2 otaq (y/s 39.3kv.m; k/s 38.4kv.m); X2 -4/16 hissədən 1 otaq (17.4kv.m); X16 - 4/16 hissədən 2 otaq (24.5kv.m); X4 - 3/16 hissədən 2 otaq (26.95kv.m); X10 - 1/16 hissədən bir hissə; X11;-l 1/16 hissədən bir hissə; X14 - 1/16 hissədən bir hissə; X17 -1/16 hissə dən bir hissə; Cavabdeh2 - 1/16 hissədən bir hissə; X18 - 3/16 hissədən 3 otaq (47.3kv.m); X7, X8 - 3/16 hissə; Cavabdeh1 - 4/16 hissədən 2 otaq (32.4kv.m); İddiaçı1 - 1/16 hissə; X - 1/16 hissə; İddiaçı2 - 1/16 hissə onların mülkiyyətindədir. Həmçinin iş materiallarından görünür ki, 30.05.2018-ci il tarixdə tərəflərin iştirakı ilə, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, 11 saylı fərdi yaşayış evinə yerli baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı1 yaşadığı mənzilin evin texniki pasportunda “V” tikili kimi qeyd olunub. Ondan solda qonşu yaşayır. Ondan solda isə ayrıca girişli həyət var, həmin həyətin axırının solunda iki mərtəbəli tikili var. Həmin tikili iddiaçıların iddia etdiyi yerdir. Orada yaşayan Cavabdeh1 arvadı ona verilən suallara cavab olaraq bildirm işdir ki, onlar 1996-cı ildən həmin yerdə yaşayırlar. Birinci mərtəbə təxminən 27 kv.m, ikinci mərtəbə 37 kv.m təşkil edir. Göründüyü kimi mübahisəli ev paylı mülkiyyətdədir. İddiaçılar həmin evdə yaşayırlar, lakin onların payına naturada daha çox sahə düşməsinə istinad edərək 45.2 kv.m. və İddiaçı1 1/16 hissədə məxsus olan 59,2 kv.m. yaşayış sahəsinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin qeyd edilən hallarına istinad edən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Çünki evdəki sahə mülkiyyətçilər arasında naturada bölünməmişdir. İddiaçıların hansı səbəbdən məhz cavabdehlərin yaşadığı sahənin onlara verilməsini aydın əsaslandıra bilməmişlər. Tələb olunan sahənin məhz iddiaçılara aid sahə olmasına dair s übutlar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRAR A ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2125/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2125/2019
05.04.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver