Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2125/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Rüstəm oğlunun Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma üzrə pul tələbi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-500/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında şəxsi münasibətlər olmuş, bu münasibətlər çərçivəsində iddiaçı müxtəlif vaxtlarda cavabdehə maddi vəsait və yardımlar göstərmişdir.
2. İddiaçı hal-hazırda məbləğin könüllü deyil, cavabdehin aldadıcı hərəkətləri nəticəsində verildiyini iddia edərək geri qaytarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.095 (on bir min doxsan beş) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1949-cu il tarixdə Lənkəran rayonu, Digah kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayır. 2019-cu ildə Naftalan şəhərində yerləşən “Möcüzə” pansionatında müalicə alarkən ora da iş üzrə Cavabdeh ilə tanış olmuşdur. Belə ki, cavabdeh həmin pansionatda işləmişdir. Cavabdeh ona “sən Lənkərandansan, mən də, Lənkərandanam, burada mənə hər ay 300 manata qədər maaş verirlər” demişdir. Orada müalicə aldığı vaxt onun ad günü olacaqmış. Bu səbəbdən o, cavabdehə demişdir ki, yerliçilikdir, ad günündə ərzaq alsın, cavabdeh də, öz evində bişirsin və birlikdə yesinlər. Lakin cavabdeh ona anası ilə qaldığını, anasının onların tanışlıqlarından xəbəri olmaması gərəkdiyini demiş və onunla razılaşmamışdır. Orada müalicə aldığı müddətdə cavabdeh ilə hər gün telefonla əlaqə saxlamışdır. Müalicəsini bitirdikdən sonra isə o, Lənkəran rayonunda yerləşən evinə qayıtmışdır. Evində olarkən cavabdeh onunla telefon əlaqəsi saxlamış və ona demişdir ki, uşağı xəstədir, müalicəyə ehtiyacı var dı. Bu səbəbdən ondan 1000 manat pul istəmişdir. Həmin vaxtı onun əlində nağd pul olmadığı üçün kredit götürmək istəmiş, lakin yaşı keçdiyi üçün bankdan kredit götürə bilməmiş, həmçinin borc da ala bilməmişdir. Məcbur qalaraq cavabdehin ondan istədiyi 1000 manat pulu hissə-hissə olmaqla hər ay aldığı pensiyasından və şəhid ailəsi olduğu üçün ona verilən təqaüddən toplayaraq cavabdehə göndərmişdir. Cavabdehə pul ilə yanaşı vaxtaşırı olaraq sovqatlar da, göndərmişdir. O, cavabdeh üçün təxminən 17 dəfə sovqat payı göndərmişdir. Bütün bunlara ümumilikdə 4780 manat pul xərcləmişdir. Eyni zamanda həmin sovqatları cavabdehə göndərmək üçün taksilərə 530 manat pul ödəmişdir. Cavabdeh eyni zamanda ondan danışıq üçün kontur pulu yükləməsini də xahiş etmiş və o, ümumilikdə cavabdeh üçün 750 manatlıq k ontur yükləmişdir. Lakin cavabdeh bununla kifayətlənməyərək hər dəfə ondan təkrar pul istəmişdir. O isə cavabdehə demişdir ki, onun istədiyi məbləğdə nağd pulu yoxdur. Cavabdeh isə ona demişdir ki, “mən kredit götürmüşəm, krediti hər ay sən ödəyərsən”. Onun cavabdehə yazığı gəldiyi və cavabdehə inandığı üçün hər ay ona kreditini bağlamaq üçün 197 manat, bəzi aylarda isə 204 manat pul göndərmişdir. Beləliklə o, cavabdehə ümumilikdə 5235 manat pul göndərmişdir. Bütün bu sovqatları və pulları cavabdehə ona görə göndərmişdir ki, cavabdeh ona həyat yoldaşının xəstə olduğunu, həkimlərin yoldaşına 2 ay vaxt qoyduqlarını, onun öləcəyini, bundan sonra isə o, Lənkərana gələrək onunla ər-arvad kimi yaşayacağına söz vermişdir. O da cavabdehə inanmış və öz həyat yoldaşının həmin vaxtı ağır xəstə olması səbəbindən onunla razılaşmışdır. Sonradan bilmişdir ki, cavabdeh onu aldadır. Belə ki, cavabdehin həyat yoldaşı həmin vaxtdan 7 il əvvəl vəfat etmişdir. Əslində isə cavabdeh ondan pul qoparmaq üçün bu addımları atmışdır. O, vəziyyətin belə olduğunu gördükdən sonra cavabdeh barəsində tədbir görülməsi üçün Naftalan şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Oraya hər ikisi çağırılmış və ayrı-ayrılıqda şifahi olaraq dindirilmişdir. Polis şöbəsində bununla bağlı ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən o, Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, şəhid ailəsidir, dövlətin hər ay ona verdiyi təqaüdlə dolanır. Cavabdeh isə onun etibarından istifadə edərək onu ümumilikdə 11745 m anat xərcə salmışdır. Odur ki, həmin məbləği ondan tələb edir.
5. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə qeyd etdiyi məbləğləri verməsinin, həmçinin sovqatlar göndərməsinin səbəbi onunla evlənmək niyyətinin olması olmuşdur. Belə ki, cavabdeh onunla evlənəcəyi barədə ona söz verdiyi üçün ona inanmış və bu addımları atmışdır. Lakin sonda cavabdehin onu aldatdığını, məqsədinin onun pullarını ələ keçirmək olduğunu anlamışdır. Hətta cavabdeh üçün Bakı şəhərində kirayədə yaşaması üçün mənzil tutmuş və pul ödəmiş, lakin cavabdeh onu aldadaraq evdə onunla qalmamışdır. Cavabdehə verdiyi pulları məhz cavabdeh ondan istədiyi üçün vermişdir. Bu isə verilənlərin cavabdehə bağışlamış oldu ğunu deməyə əsas vermir. Əgər cavabdeh ondan pul istəməsəydi, o, cavabdehə pul göndərməzdi.
6. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddiaçını 2018-ci ildən tanıyır. İddiaçını onun işlədiyi Naftalan şəhərində yerləşən sanatoriyada müalicə alarkən tanımışdır. İddiaçı onun işlədiyi şöbədə kardioqrama çəkdirmiş, lakin kardioqrammanı o yox, başqa bir iş yoldaşı çəkmişdir. İddiaçını məhz həmin vaxtdan tanımışdır. Daha sonra iddiaçı onun otağına daxil olmuş və “xanım qız, sən demə biz yerliyik” demişdir. Bu zaman o, iddiaçıdan haralı olduğunu soruşmuş, iddiaçı isə Lənkəran rayonundan olduğunu demişdir. O da, iddiaçıya həqiqətən də yerli olduqlarını bildirmişdir. Həmin vaxt iddiaçı artıq bütün pullarını xərcləmiş olduğunu, bu səbəbdən ona hörmət edə bilməyəcəyini demişdir. O isə iddiaçıya heç nəyə ehtiyacının olmadığını demişdir. Lakin iddiaçı ondan israrla telefon nömrəsini istəmiş və demişdir ki, rayona qayıtdıqdan sonra sanatoriyaya gələnlər ilə onun üçün sovqat payı göndərəcəkdir. O da, öz nömrəsini iddiaçıya vermişdir. Bir müddət keçdikdən sonra iddiaçı ona zəng etmiş və “Naftalan şəhərinə gələn var, xanım qız sənə sovqat göndərəcəyəm” demişdir. O isə iddiaçıya heç nəyə ehtiyacının olmadığını desə də, iddiaçı israrla sovqatı göndərmişdir. Həqiqətən də iddiaçının dediyi kimi ona 3 ədəd böyük qutuda sovqat payı gəlmişdir. Qutulardan ikisində cənub meyvələri, bir qutuda isə bişmiş ət məhsulları, yəni cücə, balıq, əlavə olaraq uşağı üçün mağazadan alınmış şirniyyat malları olmuşdur. O da bu qədər meyvəni yeyə bilməyəcəklərini düşündüyü üçün yaşadığı binada olan qonşularına paylamışdır. Daha sonra mart ayında iddiaçı ona yenidən sovqat göndərmişdir. Onun ana və atası soruşanda ki, bu sovqat haradandır, o, “Talış baba” göndərib demişdir. Hətta o ailəsinə iddiaçının çox xeyirxah adam olduğunu, həmyerlisi olduğu üçün ona köməklik etdiyini də demişdir. İddiaçının ona pul göndərməsini o istəməmişdir. Belə ki, iddiaçı telefonla danışan zaman ona Lənkəran rayonundan bir neçə nəfər ilə birlikdə xeyriyyə işləri ilə məşğul olduqlarını, imkansız şəxslərə hər ay köməklik etdiklərini bildirmiş, ona da yerlisi olduğu üçün köməklik etmək istədiklərini demişdir. O da oğlu xəstə olduğu və müalicəyə ehtiyacı olduğu üçün iddiaçının ona poçt vasitəsi ilə göndərdiyi pulları qəbul etmişdir. Belə ki, müharibə başlayan zaman sanatoriya işləməmiş, bu səbəbdən istəmi şdir ki, Bakı şəhərinə getsin və orada bir iş taparaq işləsin. Anası isə xəstə oğlunu klinikaların birinə fizioterapiyaya aparsın. Uşağının müalicəsi üçün pul lazım olduğunu, qızıllarını verərək pul götürdüyünü, aldığı 160 manat təqaüdü isə hər ay həmin borcuna verdiyini iddiaçıyla demiş, iddiaçı da ona bir neçə nəfər ilə birlikdə pul toplayaraq hər ay xeyriyyəçilik məqsədi ilə ehtiyacı olanlara verdiklərini, bu səbəbdən ona da kömək məqsəd ilə hər ay pul verəcəklərini demişdir. Şəxsən özü iddiaçıdan nəinki pul, heç bir şey istəməmişdir. Danışıq konturlarını isə iddiaçı özü öz istəyi ilə, onun xəbəri olmadan telefonuna göndərmiş və bildirmişdir ki, pensiya pulu kartına oturduğu üçün ona da kontur yükləyir.
7. Naftalan Şəhər Məhkəməsinin 2(052)-173/2024 saylı, 5 noyabr 2024-cü il tarixli qə tnaməsi ilə iddia rədd edilmişdir (hakim A. Səlimov).
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyindən, eləcə də iş üzrə bağışlamaqdan imtina və ya bağışlamanın ləğvi əsasları mövcud olmadığından iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 385.1, 386.1, 666.1, 673.1, 673.1.1, 673.1.2, 673.1.3, 674.1, 674.1.1, 674.1.2-ci, Mülki Prosessual Məcəllənin 107 və 119-cu maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı аpellyаsiyа şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəb ul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
12. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-500/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naftalan Şəhər Məhkəməsinin 2(052)-173/2024 saylı, 5 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər M.Mustafayev (sədrlik edən və məruzəçi), F. Mehtiyev və R. Muradov).
13. Məhkəmə iş materialları və tərəflərin verdiyi izahatlar ilə müəyyən etmişdir ki, iddiaçı Naftalan şəhərində yerləşən “Möcüzə” pansionatında müalicə alarkən orada iş üzrə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh həmin pansionatda işləmişdir. Onlar arasında yaxın dostluq münasibətləri olmuşdur. İddiaçı tərə findən cavabdehə qutuda sovqat payı gəlmişdir. Qutularda cənub meyvələri, bişmiş ət məhsulları, yəni cücə, balıq, əlavə olaraq uşağı üçün mağazadan alınmış şirniyyat malları olmuşdur. Cavabdeh oğlu xəstə olduğu və müalicəyə ehtiyacı olduğu üçün iddiaçının ona poçt vasitəsi ilə göndərdiyi pulları qəbul etmişdir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərini əsassızdır. Belə ki, iddiaçı cavabdehin ondan pul istəməsini, sovqat tələb etməsini və ya borc istəməsini sübuta yetirə bilməmiş, qeyd etdiyi xərcləri könüllü olaraq çəkmədiyini, buna əsas kimi qarşılığında cavabdehin onunla ailə quracağı barədə söz vermiş olmasını qeyd etmişdir. Odur ki, hazırkı işdə iddiaçı vermiş olduqlarını bağışlama düşüncəsi ilə etmədiyini istinad edirsə, əml akın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükünü də daşımış olmuşdur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər şəxsi xarakterli olduğundan işin həqiqi hallarını müəyyən etmək üçün onların verdikləri izahatlar digər sübutlarla qarşılıqlı əlaqəli şəkildə araşdırılmalı və qiymət verilməlidir. Qanunvericiliyin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı verdiyi izahatlarında cavabdehə qeyd etdiyi məbləğlər i verməsinin, həmçinin sovqatlar göndərməsinin səbəbi onunla evlənmək niyyətinin olması olduğunu göstərmişdir. Lakin cavabdehin belə bir öhdəlik qəbul etməsi, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin mövcudluğu müəyyən edilməmişdir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 673.1, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 81, 88, 106.1, 217.3, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilən məbləğdə həm sovqat, həm də pul aldığını qəbul etmişdir. Cavabdeh ondan sovqatın və pulun qəbul etdiyini bildirsə də, özünün kassatordan heç bir şey istəmədiyini və guya qeyd olunan məbləğdə sovqatı və pulu iddiaçının öz istəyi ilə ona göndərdiyini bildirsə də, Cavabdeh istinad etdiyi halları təsdiq edən heç bir sübut birinci instansiya məhkəməsinə təqdim edə bilməmiş və o bütün bunları apellyasiya şikayətində qeyd etdiyinə baxmayaraq apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməsində bu hallara səthi yanaşaraq sonda apellyasiya şikayətini təmin etməmişdir. Hesab etmişdir ki, cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan onun pulunu özündə saxlamaqla əsassız varlanmışdır.
20. İddiaçı prosessual hüquq normasının pozulmasını isə onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı iddia ərizəsində də qeyd etdiyi məbləğdə həm sovqatın, həm də pulun Cavabdeh göndərməyi onların izahatları ilə öz təsdiqini tapmış, Cavabdeh isə ona göndərdiyi sovqat və pulun öz istəyi ilə göndərməyini və guya ona yardım etməyini bildirsə də, istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə onun iddia tələbini tam şəkildə rədd etmişdir. Cavabdeh dedikləri həqiqət ola biməz. Çünki, iddiaçı özü şəhid ailəsidir, 75 yaşı var və dövlət ona yardım edir. Necə olur ki, dövlətdən yardım alan adam öz istəyi ilə Cavabdeh istəməyə-istəməyə ona yardım edir. Hesab edir ki, Cavabdeh dedikləri absurd bir şeydir və hər iki instansiya məhkəməsi də cavabdehin söylədikləri fərziyyələrə əsaslanaraq birinci instansiya məhkəməsi iddia tələbini, apellyasiya instansiya məhkəməsi isə apellyasiya şikayətini rədd etmişdir. Həmçinin belə bir sual ortaya çıxmışdır ki, əgər məhkəmələrin qeyd etdiyi kimi onun təqdim etdiyi sübutlar məhkəmədə təsdiq olu nmamışdırsa, cavabdehin məhkəməyə hansı təqdim etdiyi sübutlarla həmin faktlar təsdiqini tapmışdır.
21. İddiaçı son olaraq qeyd etmişdir ki, o özü şəhid ailəsidir, dövlətin ona verdiyi təqaüdlə dolanır və cavabdeh onun etibarından istifadə edərək onu ümumilikdə 11745 manat məbləğində xərcə salmışdır. Ona görə də o qeyd olunan məbləğdə pulunu tələb etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icras ını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
26. Maddə 666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.
27. Maddə 673.1. Hədi yyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:
28. Maddə 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;
29. Maddə 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;
30. Maddə 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Haz ırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfind ən qiymət verilmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
43. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hə r bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
44. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
45. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
46. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübu tlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
49. Odur ki, Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-500/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda