Məhkəmə qərarları › İş №2(102)-2126/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2126/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2126/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-595/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhər 5 saylı notariat ofisində 3M-578 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC ilə “Borcalan” arasında Gəncə şəhərində bağlanılmış xx.xx.2022-ci il tarixli, **********26102022 saylı bank xidmətlərinin göstərilməsi üzrə ümumi müqavilənin və həmin müqavilənin xx.xx.2022-ci il tarixli, 206MKBL79280190A saylı maksimal borclanma limitinə dair əlavəsi, həmçinin həmin əlavə üzrə gələcəkdə yaranan öhdəliklərin təminatı kimi ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ipoteka predmeti ünvan 1 ünvanında yerləşən 0,0282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşay ış evini ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.

2. İcra qeydinin aparılacağı barədə "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixdə 15/11448 nömrəli bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, borcun 21 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacaq. Bildiriş poçt vasitəsilə ipoteka qoyan (borclu) İddiaçı ünvanına göndərilmişdir.

3. A497173 saylı qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli bildiriş İddiaçı ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə xxxya təqdim edilmişdir.

4. Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə, 8İ-10031 reyestr nömrə ilə təsdiq olunmuş notariat işində olan: -xx.xx.2023-cü il tarixli, 8İ-10031 reyestr nömrəli icra qeydinə əsasən ipoteka saxl ayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. Öhdəliyi müəyyən edən İP-21039544 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 49995,99 manat əsas borc, 3628,10 manat faiz borcu, 1200,14 manat dəbbə pulu olmaqla cəmi tutulmalı olan məbləğ 54824,23 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı” və ya “borclu”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 5 saylı notariat ofisinin (bundan sonra “cavabdeh” və ya “Notariat ofisi”) xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”, və ya “tələbkar”, yaxud “üçüncü şəxs”) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Notariat ofisinin xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən iddiaçının yaşadığı evə – ünvan 1-yə tutulma yönəldilmişdir. Qeyd olunan icra sənədi qanunsuz və əsassızdır. Belə ki, icra qeydi işinin içərisində olan sənədləri tədqiq etdikdə müəyyən olunmuşdur ki, icra qeydinin verilməsinin hüquqi əsası ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş, onun sifarişli poçtla ipoteka qoyana göndərilməsinə dair sənəd, icra qeydinin aparılacağı barədə bildirişin surəti və onun sifarişli poçtla göndərilməsinə dair sənəddir. Qeyd olunan sənədlərə əsasən icra qeydi verilməsi kobud pozuntudur. Notarius icra qeydi verərkən tərəflər arasında mübahisə olmaması qənaətinə gəlmişdir.

8. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq göstərmişdir ki, tələbkar tərəfindən ona heç bir məlumat verilməmişdir. Bildirişi arvadı götürmüş, onun xəbəri olmamışdır. Kredit borcundan ödənişlər etmişdir. Notarius iş üzrə mübahisə olmaması qənaətinə gəlmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli, 2(125)-5156/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Cavid Tağıyev)

10. Birinci instansiya məhkəməsi “Notariat haqqında” və “İpoteka haqqında” Qanunlara istindən göstərmişdir ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 gün müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəm əyə şikayət verməmiş iddia tələbini bildirişin ona təqdim edilməməsi ilə əsaslandırmışdır.

11. İddiaçı iddiasında bildirişin ona təqdim edilməməsini göstərmiş, digər tərəfdən isə bildirişi yoldaşı götürdüyündən xəbəri olmamasını iddia etmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipotekaya tutmanın yönəldilməsi barədə icra qeydi “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun aparıldığından icra qeydinin ləğvi üçün hüquqi əsas yoxdur.

13. Birinci instansiya məhkəməsi mövqeyini “Notariat haqqında” Qanunun 76-cı, “İpoteka haqqında” Qanunun 36-38-ci, Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi bar ədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə icra qeydinin verilməsinin qanuniliyini tələbkar tərəfindən 20 gün əvvəl sifarişli poçt göndərişinin borcluya göndərilməsi ilə izah edir. Məhkəmə kollegiyası tərəfindən həqiqətin müəyyən edilməsi üçün notariusun hansı hallarda icra qeydi verməsini araşdırmaq lazımdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında münasibətlər hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınmasından ibarətdir. Notarius tərəfindən icra qeydi hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslar üzrə borcun alınması ilə bağlı verildikdə notarius tərəfindən ilk öncə “Notariat haqqında” Qanunun 76-cı maddə si və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Təlimat”ın 161, 162, 170-1-ci tələblərinə riayət etməli idi. Notarius tərəfindən icra qeydi verilərkən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, tələbkar tərəfindən icra qeydi verilməsi ilə bağlı notariusa lazımi sənədlər təqdim edilməmişdir. Notarius yalnız tələbkarın bildirişini əsas götürərək icra qeydi vermişdir. İkincisi, notarius tərəfindən borcluya bildiriş göndərilməmişdir. Həmin bildirişin göndərilməsi tərəflərin bərabərliyi baxımından əhəmiyyət kəsb edir. Çünki notarius özü tərəfindən bildiriş göndərməklə tərəflər arasında mübahisə olub-olmadığını müəyyən etməli idi. Mübahisə olardısa, notarius tərəfindən heç bir halda icra qeydi verilə bilməz. Üçüncüsü, kredit və ipoteka müqaviləsində göstərilmişdir ki, tərəflər mübahisənin həlli zamanı razılığa gələ bilmədikdə, mübahisəni məhkəmə qaydasında həll edəcəklər. Kredit müqaviləsinin məzmunundan da görünür ki, tərəflər kredit müqaviləsi üzrə aralarında olan mübahisəni ya razılıq, ya da ki, məhkəmə qaydasında həll etməlidir. Bu fakt isə icra qeydinin verilməsinin istisna edir. Dördüncüsü, əsas, faiz və cərimə borcu hissəsində də mübahisə vardır. Belə ki, bank tərəfindən pretenziya məktubu göndərildikdən sonra da müqavilənin xitam olunmasına baxmayaraq, əlavə faiz və cərimə hesablanmışdır.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-595/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməyərək Gəncə Şəhər Məh kəməsinin 2(125)-5156/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehdiyev, Rəhman Muradov)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işin müəyyən edilən hallarına görə Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-10031 reyestr nömrəli icra qeydinə əsasən ipoteka saxlayan Bankın tələbi ilə ipoteka qoyana (iddiaçıya) məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Öhdəliyi müəyyən edən İP21039544 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 49995,99 manat əsas borc, 3628,10 manat faiz borcu, 1200,14 manat dəbbə pulu olmaqla cəmi tutulmalı o lan məbləğ 54824,23 manat təşkil etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin tələbkar tərəfindən icra qeydi verilməsi ilə bağlı notariusa lazımi sənədlərin təqdim edilməməsi dəlilləri ilə bağlı qeyd etmişdir ki, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Birinci instansiya məhkəməsi tərəfindən Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-10031 reyestr nömrəli icra qeydinə aid olan sənədləri surətləri əldə edilmişdir. Həmin sənədlər qismində “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi, “Notariat icra qeydi haqqında” ərizə, “İpoteka müqaviləsi” İP-21039544, “Sürətli poçt daşıma” qəbzi və “İcra qey dinin aparılacağı barədə” bildiriş mövcud olmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi göstəmişdir ki, ipotekaya tutmanın yönəldilməsi barədə icra qeydi Notariat ofisinin notariusu tərəfindən “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq, müvafiq sənədlər təqdim edildikdən sonra aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının İİ. hissəsinin 2-ci bəndinə əsasən, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün a) əsasında borcun alındığı sənədlərin, o c ümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur.

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin notarius tərəfindən borcluya bildiriş göndərilməməsi barədə dəlilləri ilə bağlı diqqətə çatdırmışdır ki, iş materiallarının 44 və 45-ci vərəqində olan sənədlərə əsasən “İcra qeydinin aparılacağı barədə” bildiriş qanunvericiliyin tələbinə uyğun olaraq, ipoteka saxlayanın nümayəndəsi tərəfindən ipoteka qoyanın (iddiaçının) ünvan 3 ünvanına göndərilmiş, bildiriş “xxx” tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:0 0 radələrində imza edilərək qəbul edilmişdir.

21. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Qanuna uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən icra qeydi verilərkən “Notariat haqq ında” Qanunun 76-cı maddəsinin tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olması ilə bağlı müddəasının tələblərinin pozulduğunu müəyyən etməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borclu icra qeydindən xx.xx.2023-cü il tarixdən məlumatlı olmasına baxmayaraq xx.xx.2023-cü il tarixədək keçən zaman kəsiyində icra qeydini mübahisələndirməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi kredit və ipoteka müqaviləsinə əsasən, tərəflər mübahisənin həlli zamanı razılığa gələ bilmədikdə, mübahisəni məhkəmə qaydasında həll edəcəkləri barədə şərtin icra qeydinin verilməsinin istisna etməsi barədə apellyas iya şikayətinin dəlilləri ilə bağlı göstərmişdir ki, “İpoteka haqqında” Qanunun 37.1ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Lakin cavabdeh həmin müddət ərzində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməmişdir.

25. Apellyasiya instan siyası məhkəməsi əsas, faiz və cərimə borcu hissəsində də mübahisə olması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildrimişdir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin apar ılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.

27. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sən ədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

28. Apellyasiya instansiyası məhkəməsi iddiaçının icra qeydini mübahisələndirməsi ilə bağlı apellyasiya dəlilinə münasibətdə isə göstərmişdir ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət verməmiş, qanunvericilik isə ipoteka qoyanın kredit borcunu mübahisələndirə bilməsi üçün müvafiq bildirişi aldıqdan sonra müəyyən müddətdə məhkəməyə müraciət imkanını nəzərdə tutmuşdur.

29. Göründüyü kimi, Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 8İ-10031 reyestr nömrəli icra qeydi “Notariat haqqında” Qanununun 76-cı maddəsində nəzərdə tutulan qaydalara riayət edilməklə verilmişdir ki, apellyasiya şikayətinin dəlilləri onun məhkəmə qaydasında ləğvi üçün əsas deyildir

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Notariat haqqında Qanunun 76-ci, Mülki Prosessual Məcəlləni 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (vəkili Nümayəndə Mahmud oğlu) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-595/2025 saylı qətnaməsini ləğv edərək, işin yenidən araşdırı lması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması barədəqərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqına” Azərbaycan Respublikasının Qanunu Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq;https://e-qanun.az/framework/9902 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa i poteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına gö ndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən qiymətləndiricil ərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin qiymətləndiricilər (və ya qiymətləndiricilərin fəaliyyət göstərdikləri qiymətləndirici təşkilatlar) qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda qiymətləndirməyə görə xidmət haqqı ipoteka saxlayan tərəfindən ödənilir və bu haqq ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydlər i yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Bənd

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razıl aşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi ka binetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyy əti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imza nın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X1 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndəri lir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müd dəti bu Təlimatın 1691-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Bənd 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda;[288] e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipoteka ya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaba qcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəm ə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

35. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etmişdir. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

39. İddia tələbi icra qeydinin ləğvi barədə olmuş, iddiaçı tələbinin əsası kimi icra qeydi verilərkən qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən icra qeydi verilməmişdən əvvəl ona bildiriş göndərilməməsinə istinad etmişdir.

40. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, icra qeydi qanunvericiliyin tələblərinə uğun verilmişdir. İcra qeydi barədə bildiriş iddiaçının ünvanına göndərilmiş, bildirişi iddiaçı nın arvadı almış, iddiaçı bildirişi qanunla müəyyən edilmiş müddətdə mübahisələndirməmişdir.

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 1729-cu bəndlərində əks edilən hüquq dəyərləndirməsi ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.

42. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, sübut etmə yükünü düzgün bölüşdürmüş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş dir.

43. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olmuş həmin dəlillərə də qeyd edildiyi kimi işə mahiyyəti üzrə baxan məhkəmələr qiymət vermişlər.

44. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-595/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar