Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2127/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2(103)-10980/2018 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, xxx rayon Şöbəsinin müdiri xxx və vəkili X3 oğlunun kassasiya şikayəti üzrə işə baxa raq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(004)-5634/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xxx rayon Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin edilərək, ərizəçinin 1975-ci ildən 1992-ci il tarixədək Laçın rayonu, “M.Əzizbəyov” adına sovxozda sağıcı işləməsi faktı müəyyən edilmiş və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəçiyə pensiya təyin edilməsi üçün əsas hesab edilmişdir. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2(103)-10980/2018 saylı qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, İ.A.Məmmədova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs və vəkili Xəqani Musayev qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, ərizəçi məhkəmədə maraqlı şəxsə qarşı “hüquqi əhəmiyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə verərək, 1975-ci ildən 1992-ci il tarixədək Laçın rayonu, “M.Əzizbəyov” adına sovxozda “sağıcı” işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməs i işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Ərizəçi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, xxx rayon Şöbəsi və vəkil i Xəqani Musayev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ərizəçinin Laçın rayonundan məcburi köçkün düşməsinə, əmək fəaliyyəti barəsində əmək kitabçasını üzrlü səbəbdən- Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı münaqişə səbəbindən təqdim edə bilməməsinə, ərizəçinin deməsinə görə əmək kitabçasının işğal zamanı Laçın rayonu, “M.Əzizbəyov” adına sovxozda qalmasına, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin ifadələrində ərizəçinin həmin sovxozda “sağıcı” işləməsi faktını təsdiq etmələrinə və beləliklə də ərizəni təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan R espublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinin, MPM-nin 307.2.11ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmamışdır. Belə ki, ərizədən görünür ki, ərizəçinin maraqlı şəxsə qarşı tələbi “1975-ci ildən 1992-ci il tarixədək Laçın rayonu, “M.Əzizbəyov” adına sovxozda “sağıcı” işləməsi faktının müəyyən edilməsi barədə” qətnamə çıxarılmasından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında və digər işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-307.2.11-ci maddələrində məhkəmənin hansı hüquqi əhəmiyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilməsinin dairəsi dəqiq müəyyən edilib göstərilmişdir. Sadalanan prosessual normaların mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və onlara xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və onlara xitam v erilməsini əlaqələndirir. Nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə, həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bilməs i imkanının olmaması nəzərdə tutulur. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmuş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və ya onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyrimüəyyənlik şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə qanunverici hüquq əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nə ticə və hüquqi əsaslandırma ilə razılaşarkən, gəldiyi nəticəni sadalanan maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmamış, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş xxx və xxxnın ifadələrini iş üzrə toplanmış digər sübutlarla, o cümlədən ərizəçinin özünün izahatı ilə yanaşı yoxlayıb, həmin sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş, ərizəçinin əmək fəaliyyəti barədə əmək kitabçasını üzrlü səbəblərdən, yəni Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı münaqişə səbəbindən məhkəməyə təqdim edə bilməməsi və ona məxsus əmək kitabçasının işğal zamanı Laçın rayonu, “M.Əzizbəyov” adına sovxozda qalması qənaətinə gəlmişdir. Halbuki, işdə, şahid xxxnın özünün ümumiyyətlə sözügedən sov xoza işləməsini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Digər şahid xxx isə ifadəsində həmin sovxozda işləməsini bildirmiş və ifadəsinin doğruluğunu təsdiq etmək üçün məhkəməyə sovxozda işləmələrini təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi şahid xxxun adına həmin sovxozda əmək kitabçası açıldığı və əmək kitabçası onun özündə olduğu halda, onunla bir yerdə işləyən ərizəçiyə əmək kitabçasının açılmamasının, verilməməsinin səbəblərini aydınlaşdırmadan, ərizəçinin izahatına, o cümlədən şahidlərin ifadələrinə əsaslı şübhələrdən kənar standartlar tətbiq etməklə düzgün hüquqi qiymət verməmiş və faktiki olaraq bir şahid ifadəsi ilə hüquqi əhəmiyyəti olan faktı müəyyən etmişdir. Bundan başqa ərizəçinin 1975-ci ildən 1992-ci il tarix ədək Laçın rayonu, “M.Əzizbəyov” adına sovxozda “sağıcı” işləməsi faktı şahid ifadələrindən başqa işə əlavə edilmiş digər hər hansı mötəbər yazılı sübutlarla təsdiq olunmur. Digər tərəfdən birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsindən görünür ki, hüquqi əhəmiyyətli qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə pensiya təyin edilməsi üçün əsas hesab edilmişdir. Halbuki, Azərbaycan Respublikası MPMnin 311-ci maddəsinin mənasına görə, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı fakt olduqda isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etmir və yalnız həmin faktın müvafiq orqanlar (vəzifəli şəxslər) tərəfindən qeydiyyata alınması üçün əsas qismində çıxış edir. Məhkəmənin qətnaməsi hüquqi əhəmi yyəti olan faktı müəyyən etdiyinə, lakin onu rəsmiləşdirən sənəd olmadığına görə ərizəçinin hüququnun rəsmiləşdirilməsi vəzifəsi hüquqi faktı təsdiq edən sənədi verməli olan orqanların (vəzifəli şəxslərin) üzərinə düşəcəkdir. Apellyasiya instansiyası məhkəməsi bu hala da diqqət yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apell yasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, xxx rayon Şöbəsinin müdiri xxx və vəkili X3 oğlunun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2(103)10980/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2127/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2127/2019
09.04.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver