Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2128/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXX Cavabdeh XXX qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2128/21 (Açar sözlər: evdən çıxarılma, istifadə hüququ ilə bağlı müqavilənin olmaması) Bakı şəhəri, 17 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı XXX Cavabdeh XXX qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1711/2020 nö mrəli 04 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. XXX yerləşən fərdi yaşayış evi 30 aprel 2015-ci il tarixdən iddiaçı XXX xüsusi mülkiyyətindədir.
2. Cavabdeh iddiaçının gəlini olub, 2006-cı ildən həmin evdə yaşayır. Sonradan cavabdeh iddiaçının oğlundan boşanıb. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət edərək, cavabdehin uşaqları ilə birlikdə XXX yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, bir neçə ildir cavabdeh iddiaçı ilə mütəmadi olaraq dalaşır, dəfələrlə qonşuların gözü qarşısında i ddiaçını söyərək evdən qovmuşdur.
5. Cavabdeh iddiaçıya qarşı etdiyi qanunsuz hərəkətlər nəticəsində Yevlax Rayon Məhkəməsinin qərarı ilə inzibati məsuliyyət cəlb olunaraq 300 manat cərimə edilmişdir.
6. Hazırda iddiaçı öz evində yaşamaq istəsə də cavabdeh buna imkan vermir.
7. İddia tələbinin əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 29cu, Mülki Məcəlləsinin 152.1 maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh iddiaya etiraz olaraq göstərib ki, iddiaçıya məxsus evə onun və uşaqlarının da payı vardır.
9. Yevlax Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(039)-321/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh, yetkinlik yaşına çatmayan uşaqları 06.10.2007-ci il təvəllüdlü X3 və 03.11.2009-cu il təvəllüdlü X1 ilə birli kdə XXX yerləşən İddiaçı məxsus fərdi yaşayış sahəsindən çıxarılması qət edilmişdir. (hakim Günay Cavadova)
10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, cavabdeh iddiaçının övladı XXX nikaha daxil olmamışdan xeyli əvvəl mübahisəli ev iddiaçının qanuni sahibliyi və istifadəsində olmuşdur. Cavabdeh mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququnu qeydə aldırmış qayınanası İddiaçı mülkiyyətində olmuşdur. Lakin Cavabdeh evə köçərkən onunla İddiaçı arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil.
11. Məhkəmə qeyd et mişdir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2007-cı ilin sentyabr ayında, yəni 01.09.2000-ci il tarixdən Azərbaycan Respublikasında tətbiq edilən Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yarandığından, mübahisə qeyd edilən məcəllənin 228-ci maddəsinin tələbləri baxımından həll edilməlidir.
12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və tətbiq etidiyi qanunvericiliyin normlarına əsasən belə qənaətə gəlmişdir ki, Cavabdeh mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmadığlndan, o, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin yaşayış sahəsindən çıxarılmalıdır.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 228.2, 228.5-ci, Mülki Prosessual Məcəllənin 217.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməs indəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə lazımi araşdırma aparılmayıb, cavabdehin və azyaşlı uşaqlarının maraqları nəzərə alınmayıb. Maddi və prosessual hüquq normaları pozulub.
16. Cavabdeh mübahisəli mənzilə 2006-cı il tarixdə gəlin köçmüşdür. Uşaqları da həmin evdə dünyaya gəlmişlər. Həmin vaxtdan qeyd edilən fərdi yaşayış sahəsində yaşayırlar.
17. Hüquq münasibətlərinin yarandığı zaman evdə yaşayanların heç birinin mülkiyyətçi olmaması məhkəmə tərəfindən nəzərə alınmayıb. Əslində, mübahisəyə köhnə Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri tətbiq edilməli idi.
18. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1711/2020 nömrəli 0 4 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Yevlax rayon Rayon Məhkəməsinin 13.05.2020-ci il tarixli, 2(039)-321/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli, Ayaz Mahmudov)
19. Apellyasiya məhkəməsi mübahisəli evə dair tərtib olunmuş və 12.11.1989-cu il tarixdə təsdiq edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na əsasən müəyyən edib ki, ev şərti olaraq “A” və “B” literləri ilə qeyd edilmiş 2 tikilidən ibarətdir; evin sahibi kimi (iddiaçı) İddiaçı qeyd edilmişdir. İddiaçının övladı X2 2006-cı ildə faktiki, 07.09.2007-ci il tarixində isə rəsmi nikaha giriblər, cavabdeh iddiaçının övladı ilə nikaha daxil olmamışdan xeyli əvvəl mübahisəli ev iddiaçının qanuni sahibliyi və istifadəsində olmuşdur. Ev 19.02.2020-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçının övladı XXX Cavabdeh (Sadıqova) arasında bağlanmış 07.09.2007-ci il tarixli nikah qeydi pozulmuşdur.
20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, Cavabdeh mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququnu qeydə aldırmış qayınanası İddiaçı mülkiyyətində olmuşdur. Cavabdeh evə köçərkən onunla İddiaçı arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamış, başqa sözlə, Cavabdeh mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.
21. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini sübut edə bilmədiyi üçün əsassız saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmış, şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
24. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
25. Məhk əmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdilər.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilə n məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələ binə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəl lənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
31. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
32. İddia tələbi iddiaçının mülkiyyətində olan evdən cavabdehin çıxarılması barədədir.
33. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halı da odur ki, Cavabdeh mübahisəli yaşayış evinə köçəndə həmin ev iddiaçının istifadə və sahibliyində olmuş, iddia ərizəsi verilən zaman isə ev artıq mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Cavabdeh evə köçərkən onunla İddiaçı arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı raz ılaşma olmamış, başqa sözlə, Cavabdeh mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.
34. Məhkəmə kollegiyası hazırki mübahisəyə köhnə Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinin tətbiq edilməli olması ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşay an şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
35. Göründüyü kimi, cavabdehin 2006-cı ildə evə köçərkən evin mülkiyyət hüququ ilə qeydə alınmamasına istinadla hazırki mübahisəyə köhnə Mənzil Məcəlləsinin normlarının tətbiq edilməli olması barədə dəilləri Konstitusiya Məhkəməsinin 11 iyul 2014cü il tarixli Qərarında əks edilən hüquqi mövqe baxımından əsaslı sayıla bilməz.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qən aətə gəlir ki, Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1711/2020 nömrəli 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.