Məhkəmə qərarları › İş №2(102)-2129/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2129/2024

16.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2129/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhimdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı Kateqoriya: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi) 16.07.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhimdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-669/2024 nömrəli iş üzrə 13 fevral 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra- iddiaçı) ilə Cavabdeh ASC (bundan sonra- cavabdeh) arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı əsas iş yeri mühafizə departamenti (Şuşa şəhəri) olmaqla, mühafizəçi vəzifəsinə işə qəbul edilərək taarif maaşı 300 manat məbləğində razılaşdırılmışdır.

2. Füzuli Rayon Məhkəməsinin 3(064)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı AR İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs edilmişdir.

3. Əmək müqaviləsinə xi tam verilməsi haqqında 536/K saylı, xx.xx.2023-cü il tarixli əmrin surətinə əsasən mühafizə departamentinin mühafizəçisi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndində sadalanan hal: “alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olmasına görə”) xx.xx.2023-cü il tarixindən ləğv edilməsi, iddiaçıya 11 gün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmri verilmişdir.

4. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa cavabdeh xx.xx.2023cü il tarixdə keçiri lməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 536 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin faktiki hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, Füzuli Polis şöbəsinin əməkdaşları guya onu narkotik maddələrdən istifadə etməkdə şübhəli bilmiş, barəsində İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək məhkəməyə protokol təqdim etmişlər. Füzuli Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ilə o, 1 ay müddətinə inzibatı qaydada həbs edilmişdir. Həmin qərardan şikayət verməyə şərait yaradılmamış, həbsdən çıxdıqdan sonra isə ona 10 günlük şikayət müddətini ötürdüyünü bildirmişlər. Bundan sonra o, əmək fəaliyyətinə davam etmiş, təxminən 20 gün sonra onun işdən çıxarılacağı şifahi deyilsə də, rəsmi əmrlə tanış olmaq istəyi nəticəsiz qalmışdır. O, hələ də işdən çıxma əmrini ala bilməmişdir. Çətinliklə əmək kitabçasını 04 iyul 2023-cü il tarixdə təşkilatdan götürmüşdür. Çıxarılmış əmr tam qanunsuzdur. O, narkotik vasitədən istifadə etdiyi üçün işdən azad olunmuşdur. Halbuki polislər tərəfindən saxlanılan gün onun istirahət günü olmuş, işə getməmişdir. Məhkəm ənin qərarı rəhbər tutulmaqla işdən azad edilmişdir. O, Əmək Məcəlləsinin 72 maddəsinin “b” bəndi rəhbər tutulmaqla işdən çıxarılsa da, o, həmin gün nə işdə olmuş, nə də sərxoş halda işdə fəaliyyətini davam etdirməyə cəhd etmişdir.

7. Xidmət rəisi E.Ə.Səlimov, xidmət rəisi N.N.Nərimanov, növbə rəisi F.A.Məmmədlinin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktına əsasən “CCN Altyapı Yatırımları” layihəsinin mühafizəçisi olan iddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində iş yerində olmamışdır. Aparılmış araşdırma nəticəsində iddiaçının işə gəlməmə səbəbi Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı əsasında İXM-nın 206-cı maddəsinə uyğun olaraq, 30 gün müddətində inzibati qaydada həbs edilməsi olmuşdur. Həbs edilmənin səbəbi xx.xx.2023-cü il tarixində əldə etdiy i narkotik vasitə olan marixuananın istifadə edilməsi və xx.xx.2023-cü il tarixli 203 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktındakı narkotik vasitələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətidir. Həbsdən sonrakı müddətdə iddiaçı işə qayıtdıqdan sonra narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyinə görə tibbi müayinədən keçməsi istənildikdə, iddiaçı yenidən tibbi müayinədən keçməkdən imtina etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim Nərgiz Tağıyeva) 2 oktyabr 2023-ci il tarixli e-2(005)-3239/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 1 ay müddətinə inzibati həbsin tətbiq edilməsi işin mübahisəl əndirilməyən halıdır. Lakin həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün narkotik vasitələrdən iş yerində istifadə edilməsi və yaxud həmin maddələri qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi halları müəyyən edilməmişdir. Belə ki, işəgötürənin təqdim etdiyi cədvəldə iddiaçının tutulduğu gün iş günü kimi göstərilsə də, iddiaçı həmin gün ümumiyyətlə işə getmədiyini bildirmişdir. Həmçinin iş materiallarından həmin gün iddiaçının işdə olması müəyyən edilməmişdir.

10. Məhkəmə onu da qeyd etmişdir ki, müvafiq məsələdə sübutetmə yükü, yəni iddiaçının narkotik vasitədən iş yerində istifadə etməsi və ya istifadə edərək sərxoş vəziyyətdə işə gəlməsini sübut etmək vəzifəsi məhz işəgötürənin üzərinə düşdüyündən və həmin hal mötəbər sübutlarla təsdiq edilməlidir. Hazırki halda isə işəgötürən lazı mi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və həmin halı təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı işdən çıxarılarkən ondan yazılı izahat alınmadığı, bunun üçün işəgötürən tərəfindən zəruri tədbirlərin görülmədiyi müəyyən olunmuşdur. Bu isə həm də Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinin pozulması deməkdir.

12. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının əmək müqaviləsini ləğv edərkən əmək qanunvericiliyinin tələblərinə əməl etməmiş, əmrdə işçinin hərəkətlərini Məcəllənin 72ci maddəsinin “b” bəndinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirsə də, həmin maddədə nəzərdə tutulmuş halların iş yerində baş verməsini kifayət qədər əsaslandırmamış, əmək m üqaviləsinin ləğv edilməsi üçün qanuni əsası düzgün müəyyən etməmiş, əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini qeyd etməklə kifayətlənmiş, bununla da işçinin əmək hüquqlarının pozulmasına səbəb olmuşdur.

13. Məhkəmə öz mövqeyini Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125.7-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70,76.2,72-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti işin hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı xx.xx.2023-cü i l tarixində qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadəsinə görə barəsində Füzuli Rayon Məhkəməsinin qərarı ilə bir ay müddətinə inzibati qaydada həbs edilmişdir. İddiaçı sonradan cavabdehə bildirmişdir ki, onun bu məsələdə heç bir təqsiri yoxdur və həmin qərarı isə ləğv etdirəcəkdir. Cavabdeh bu zaman iddiaçıdan həmin qərarın ləğvi barədə məhkəmə qərarını təqdim etməyini, eyni zamanda tibbi müayinədən keçərək arayış təqdim etməsini tələb etmişdir. Lakin, iddiaçı tələbə əməl etmədiyi üçün cavabdeh onun əmək müqaviləsinə müvafiq əsasla xitam vermişdir. Belə ki, iddiaçının iş vaxtı anlaqlı olmadığı müşahidə edilmiş və ondan narkotik vasitə qəbul etməməsi barədə tibbi rəy təqdim etməsi tələb edilmişdir. Lakin, işçi müayinədən keçməyərək rəy təqdim etməmişdir. Bir neçə gün son ra isə işə gəlməməyə başlamışdır. Bir ay sonra işə gəldikdə bildirmişdir ki, onu qanunsuz olaraq narkotik çəkməkdə təqsirli bilmişlər və həbs etmişlər. Bundan sonra cavabdeh iddiaçıdan yenə müayinədən keçərək tibbi rəy təqdim etməli olduğunu əks halda işdən azad olunacağını bildirmişdir. Lakin, iddiaçı cavabdehin tələblərinə məhəl qoymamışdır. Birinci instansiya məhkəməsi isə cavabdehin iştirakını təmin etmədiyi üçün cavabdeh özünü məhkəmədə müdafiə edə bilməmişdir. Nəticədə məhkəmə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən iki dəfə iddiaçı barədə akt tərtib edilmişdir. Həmin aktlarda iddiaçının narkotik vasitə istifadə etməsinə dair şübhələrin mövcudluğu əks olunmuş və iddiaçıya tibbi rəy təqdim edilməsinin tələb edilməsi qeyd olunmuşdur. Məhkəmə cav abdehin iştirakını təmin etmədiyi üçün cavabdeh həmin aktları məhkəməyə təqdim edə bilməmiş, nəticədə bunun əksinin iddiaçıdan sübutu tələb edilməmişdir və iddiaçının iddiası həqiqi olmayan və əsassız sübutlar əsasında təmin edilmişdir. Əmrin ləğvi üçün əsas olmadığı halda məhkəmə həmin əmri ləğv etmişdir. Belə ki, cavabdeh qanunun tələbinə əməl edərək işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam vermişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il i tarixli, 2(103)-669/2024 nömrəli qətnaməsi ilə (hakimlər Rəfail Eyvazov (sədrlik edən və məruzəçi, Günay Axundova və Cəmilə Musayevadan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, yeni qətnamənin qəbul ed ilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək vurğulamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar vardır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının yerinə yetirdiyi işin (əmək funksiyasının) xüsusiyyətləri ilə onun narkotik vasitə qəbulu etməsi halı bir araya sığmamaqla, istər iddiaçı Cəmiyyətin daxili intizam qaydalarına, istərsə də qanunvericiliyin tələbləri ilə uzlaşmamışdır. Bu hal eyni zamanda özəl mühafizə fəaliyy ətinin prinsiplərə (özəl mühafizə fəaliyyəti qanunçuluq, humanizm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir), habelə mühafizə xidmətlərinin göstərildiyi fiziki və hüquqi şəxslərin qanunla qorunan maraqlarına da uyğun deyildir.

19. Kollegiya öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı narkotik vasitə qəbul etməməsi, məhkəmə qərarının əsassız olması və s. bu kimi dəlillər irəli sürsə də, onları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qə dər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Ona görə də cavabdehin qanunla qorunan hüquqları pozulduğundan, onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmamasına əsas vermişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, 70, 72,71.2, 72, -ci maddələrinə, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.4, 9.3, istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv olunması və ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və pozulmuşdur. Nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir.Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

24. Şikayətçi əlavə olaraq qeyd etmişdir ki, aktın tərtib edilmə tarixi 05 may 2023-cü il tarix göstərilsə də işdən çıxma əmri 23 may 2023-cü il tarixdə verilmişdir. İş cədvəlinə diqqət yetirsə iddiaçı istər inzibati həbs müddət bitdikdən işdən çıxma əmrinə qədər olan 23 gün ərzində, istərsə də 05 may tarixli aktdan keçən 18 gün ərzində işə çıxmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi əmək tabelində bu öz əksini tapmışdır. İddiaçı 05 may 2023-cü il tarixdə müayinədən keçməkdən imtina edirdisə həmin şəxsi işdən azad etmədən 18 gün işə buraxmaq məntiqli deyildir.İşdən çıxarılan gün yəni 23 may 2023-cü il tarixdə isə guya iddiaçının gözündə qızartının olması və onun narkotik vasitə istifadə etməsi əsas gətirilərək işdən azad edilmişdir. Apellyasiya instansiya məhkəməsi öz qərarında mübahisəli əmrin qanuniliyini istisna edən maddi hüquq normalarını öz qərarında göstərsə də qanun norması başqa şey göstərdiyi təqdirdə həmin normaları qanunsuz olaraq cavabdehin xeyrinə tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam müba hisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

28. Maddə 70.«ç».İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

29. Maddə 71.2.Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürə nin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

30. Maddə

72. «b» bəndinə əsasən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardandır. Azərbaycan Respublikası Qanununun “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”

31. Maddə 2.0.1. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti - qeyri-dövlət (özəl) mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən fiziki və ya hüquqi şəxslərin mülkiyyətinin hüquqa zidd qəsdlərdən qorunması məqsədilə bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərinin göstərilməsidir.

32. Maddə 2.0.4.Mühafizəçi - xüsusi hazırlıq keçmiş, bu Qanunla müəyyən edilmiş qaydada özəl mühafizə müəssisəsində və ya hüquqi şəxsin mühafizə bölməsində əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşıdır.

33. Maddə 9.3.Müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizəçinin özəl mühafizə fəaliyyətinə yararlı olub-olmamasının yoxlanılması üçün, o, işə qəbul edilən zaman ilkin, sonra isə ildə bir dəfədən az olmayaraq tibbi müayinələrdən keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər hər bir tərəf öz tələb və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

45. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya məhkəməsi müəyyən etmi şdir ki, məhz işdən azad edilən gün iddiaçının narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhə yarandığından ondan əmək funksiyasının icrasına başlamazdan əvvəl müvafiq tibbi müəyindən keçmək və müvafiq arayış təqdim olunması tələb olunsa da, iddiaçı nəinki belə arayış təqdim etməmiş, ümumiyyətlə tibbi müayinədən keçməkdən imtina etmiş və bununla bağlı məhkəməyə akt təqdim olunmuşdur. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

46. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qəra ra aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(103)-669/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar