Məhkəmə qərarları › İş №2(102)-213/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-213/2025

30.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-213/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 və digərlərinə qarşı qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə 30.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-154/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qətnaməsindən birinci iş üzrə Cavabdeh1 və ikinci iş üzrə iddiaçılar X24 və İddiaçı3 tərəfindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 ilə Cavabdeh1 faktiki nikah münasibətlərindən xx.xx.2013-cü il tarixdə X doğulmuşdur. Bundan sonra xx.xx.2017-ci il tarixdə onların arasında nikah bağlanmışdır. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-158/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.metr torpaq sahəsi üzərində 78 kv.metr ölçüdə fərdi yaşayış evi (bundan sonra 1-ci ev), habelə Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında fərdi yaşayış evi (bundan sonra 2-ci ev) inşa edilmişdir. Həmin evlərlə bağlı "xxxx" QSC tərəfindən izahatlar və cizgilər X7 adına tərtib edilmiş, eyni zamanda evlərə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər onun tərəfindən edilmiş, "xxxx" QSC tərəfindən “Qaz kəmərlərinin yoxlanması və istismara qəbulu” aktlarında da bu evlərin yerləşdikləri ünvanlarda qaz kəmərlərinin quraşdırılması ilə bağlı sifarişçisi İddiaçı1 olmuşdur. Həmçinin birinci evlə bağlı İddiaçı1 ilə Cavabdeh3 İB və "xxxx" ASC arasında müvafiq olaraq “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” və “Elektrik enerjisinin alqı-satqısı barədə” müqavilələr, ikinci evlə bağlı isə İddiaçı1 ilə Cavabdeh3 İB və Cavabdeh5 ASC arasında eyni müqavilələr bağlanmışdır. Bundan başqa birinci ev X7 əmlakı kimi X qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. Birinci iş üzrə İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.m torpaq sahəsi üzərində tikilmiş 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evlərdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh ona manelər törətmişdir. Onun evlərə köçürülməsi və həmin evlərdən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasına zərurət yaranmışdır. Bakı şəhəri, Nizami Rayon Məhkəm əsinə iddia tələbi ilə müraciət etsə də, ailə məsələləri ilə əlaqədar qanunvericiliyin tələbi ilə mediasiya sesiyasından keçmədiyi üçün Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1769/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdehlə aralarında razılığa gəlməyə çalışsa da, cavabdeh onun vəsaiti hesabına inşa edilmiş evləri ondan almağa çalışır. Bununla bağlı mediasiya qurumuna müraciət etmiş, lakin cavabdeh mediatorun da çağırışlarına gəlməkdən boyun qaçırmış, bununla bağlı arayış təqim olunmuşdur.

4. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim edərək, bildirmişdir ki, birinci növbədə iddiaçının iddia tələbinin söykəndiyi heç bir nə hüquqi, nə də rəsmi sənədi mövcud deyildir. İddiaçının iddia etdiy i əmlaklar birgə nikah dövründə onlara məxsus olmamışdır. Həmin əmlakların iddiaçı ilə onun adına reyestrdə hüquqi qeydiyyata alınmasına dair heç bir sübut mövcud deyildir. İddiaçı iddia ərizəsində məhkəməyə səhv məlumatlar verərək, guya Südçülük sovxozu ərazisində tikilmiş fərdi yaşayış evinin və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə edildiyini bildirmişdir. Halbuki, həmin daşınmaz əmlaklardan biri - Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evi onun qardaşı olan İddiaçı3, digəri, yəni Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.m. torpaq sahəsi üzəridə tikilmiş 78 kv.m. fərdi yaşayış evi isə onun bacısı İddiaçı2 məxsusdur və onların sahibliyində və isti fadəsindədir. Belə ki, Mənzil-Kommunal Təsərrüfat Birliyinin 67 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 179 nömrəli arayışdan görünür ki, qardaşı Məmmədov X4 2/7 saylı mənzildə qeydiyyatsız yaşayır, yaşadığı və özü tikdiyi Qafqaz küçəsi 2/7 ünvan üçün 2016-2022-ci illər üzrə məişət tullantıları ilə bağlı vəsaiti İddiaçı3 ödəmişdir. Mənzil Kommunal Təsərrüfat Birliyinin 67 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 18 nömrəli cavab məktubuna əsasən Qafqaz küçəsi 2/7 ünvanda Avtandil Nicat oğlunun yaşaması barədə məlumatları yoxdur. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə numayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 156 nömrəli arayışa əsasən İddiaçı1 Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə deyilən ərazidən qəsəbə nümayəndəliyindən qeydiyyatdan keçməmişdir. Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 218 nömrəli arayışına əsasən İddiaçı2 Ramana bələdiyyəsində vergi ödəyicisidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “qaz kəmərlərinin yoxlanması və istismara qəbulu” barədə xx.xx.2018-ci il tarixli aktda İddiaçı1 adı yazılsa da onun özünü imzası və "xxxx" QSC-nin nümayəndəsinin imzası həmin aktda mövcud deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin bildirişinin heç bu işə aidiyyəti yoxdur, çünki məhkəmə həmin bildirişə diqqət yetirsə görünər ki, həmin bildiriş Mirnazir Seyidzaminin adına verilmişdir. Ramana Bələdiyyəsi tərəfindən İddiaçı1 adına vergi ödəyicisi kimi verilmiş xx.xx.2019-cu il tarixli şəhadətnamə ona qanunsuz və əsassız olaraq verilmişdir, çünki həmin torpaq sahəsi Azərbaycan Respublikası Abşeron rayon İHB tərəfindən 15 aprel 2010-cu il, 357 № ilə verilmiş sərəncama əsasən başqa bir şəxsə verilmişdir. Qeyd edilən torpaq sahəsi başqasının mülkiyyətində olduğu halda İddiaçı1 həmin torpağa dair vergi ödəyicisi ola bilməz. O, Ramana Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 60 nömrəli arayışı qanunsuz və əsassız hesab edir. Bələdiyyənin sədri İ.U. Rzayeva arayışda yazır ki, guya 180 kv. metr torpaq sahəsi və 78 kv.m əmlakı İddiaçı1 məxsusdur. Halbuki Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3212 nömrəli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Abşeron rayon İHB tərəfınən 15 aprel 2010-cu ildə, 357 № ilə veril miş sərəncama əsasən Abşeron rayon Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsindən 300 kv.m torpaq sahəsinin mülkiyyətçisi X25 olmuş, o, etibarnamə ilə hüquqlarını X20 ötürmüş, o da, hüquqlarını etibarnamə ilə X12 ötürmüşdür. X21 vəfat etdiyi üçün həmin torpaq hazırda onun arvadı - hüquqi varisi İddiaçı2 istifadəsindədir. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südcülük sovxozu ərazisində 180 kv.m. torpaq sahəsi 78 kv. m. fərdi yaşayış evi ilə birlikdə və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının və onun heç bir hüququ yoxdur. Yuxarıda qeyd edildiyi kimi, həmin tikililər başqa şəxslərin istifadəsindədir. Həmçinin, həmin torpaq sahəsi yaşayış evi ilə birlikdə İddiaçı2 məxsusdur. Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evini isə qardaşı onlara sığıncağa vermişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2917/2022 nömrəli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddianın qismən təmin edilməsi, İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.m torpaq sahəsi üzərində tikilmiş 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə və ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iddia tələbinin “fərdi yaşayış evlərinə köçürülməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahələri özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma, evə buraxmama) qanunsuzdur. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan fərdi yaşayış evlərinin əldə edilməsinin birgə nikah dövrünə təsadüf etməsi, iddiaçının həmin yaşayış sahələrində qeydiyyatsız yaşaması, həmin yaşayış sahələrinə qaz sayğacının quraşdırılması ilə bağlı onunla müqavilələr bağanı laraq adına qeydiyyatdan keçməklə, abonent kodlarının verilməsi, onun barəsində qazdan istifadə ilə bağlı müvafiq aktların tərtibi, Ramana qəsəbəsi ərazisindəki torpaq sahəsinin və fərdi yaşayış evinin onun adına qeydiyyatdan keçməsi, həmin yerlə bağlı vergi ödəyicisi kimi qeydiyyata alınması, ora işıq çəkilməsi ilə əlaqədar "xxxx" ASC-yə onun tərəfindən müraciət edilməsi iş materiallarına əlavə edilmiş sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının həmin evlərdə yaşamaq hüququ olduğu üçün, iddiaçının özünü başqa yaşayış sahəsi ilə təmin etməyə imkanı olmadığından və onun mübahisəli mənzilə ehtiyacı aradan qalxmadığından o, mübahisəli evlərə köçürülməlidir. Belə ki, cavabdehin sözügedən özbaşına tikililərə hansı hüquqları varsa, iddiaçının da eyn i əsaslarla orada hüququ vardır. Beləliklə də, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir.

7. Birinci instansiya məhkəməsi mübahisəli əmlaklara dair cavabdehin etirazında göstərilən dəlillərlə bağlı bildirmişdir ki, İddiaçı2 Ramana bələdiyyəsində vergi ödəyicisi olması, Azərbaycan Respublikası Abşeron rayon İHB tərəfindən 15 aprel 2010-cu ildə 357 No ilə verilmiş sərəncama əsasən Abşeron rayon Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsindən 300 kv.m torpaq sahəsinin mülkiyyətçisinin X13 olması, onun etibarnamə ilə hüquqlarını X20 ötürülməsi, onun da hüquqlarının etibarnamə ilə X12 ötürülməsi halları həmin torpaq sahəsini bütövlükdə sonuncu tərəfindən alınması və istifadə edilməsini birbaşa təsdiq etmir. Belə ki, bu faktlar həmin torpaq sahəsinin əldə edildikdən sonra onun bir hissəsinin iddiaçıya verilməsini istisna etmir. Qeyd olunmalıdır ki, tərəflər arasında hər hansı bir razılıq olmadan mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış sahəsi ilə bağlı iddiaçının müvafiq bələdiyyədə qeydiyyatdan keçməklə, həmin evə qaz sayğacının quraşdırılması, müvafiq aktların tərtibi zamanı yaranmış münasibətlər iddiaçı ilə bağlı olmuş, işığın çəkilməsi üçün onun tərəfindən aidiyyəti quruma müraciət olunmuş, kommunal ödənişlər onun adından həyata keçirilmişdir. Qeyd olunanlara baxmayaraq, iş üzrə şahid qismində ifadə vermiş İddiaçı2 mübahisəli torpaq və yaşayış sahəsinin onlara məxsus olması, həmin sahənin bələdiyyədə və müvafiq kommunal müəssisələrdə iddiaçının adına qeydiyyatdan keçməsindən xəbərlərinin olmamasına dair ifadəsini məhkəmə ağlabatan və inandırıcı hesab etməmişdir. Belə ki, o ifadəsində mübahisəli sahəsinin kommunal ödənişləri ilə bağlı kartlarının əvvəl yoldaşına sonra isə onun öz adına olmasını və kartın kirayəçiyə təqdim edilməsini bildirmişlər. İş üzrə cavabdehin şahid qismində təqdim etmiş olduğu qardaşı İddiaçı3 və X3 ifadələrini iş üzrə mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, İddiaçı3 Cavabdeh1 qardaşıdır. Cavabdehlə iddiaçı boşanma periodundadır, onlar arasında ailə və əmlak mübahisəsi mövcuddur. Bütün bu hallar onun tərəfindən verilmiş ifadənin həqiqəti əks etdirməsinə məhkəmədə əsaslı şübhələr yaratmışdır. Digər şahid X3 isə İddiaçı3 ilə yaxın münasibətdə olmaqla qarşılıqlı əlaqəli işlədikləri üçün onun sonuncunun xeyrinə ifadə verə biləcəyi ehtimalını artırır. Digər tərəfdən iş üzrə şahid q ismində ifadə vermiş və tərəflərlə hər hansı qohumluq əlaqəsində olmayan X26 mübahisəli evdə digər şahid X30 isə Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında yerləşən evdə təmir işlərinin həyata keçirmələrini bütün ödənişlərin iddiaçı tərəfindən həyata keçirilməsini bildirmişlər. Məhkəmə həmin şahidlərin ifadələrini ziddiyyətsiz və düzgün qiymətləndirərək iş üzrə sübut kimi qəbul edir. Bundan əlavə məhkəmə cavabdehin xx.xx.2018-ci il tarixli aktda İddiaçı1 və "xxxx" QSC-nin nümayəndəsinin imzasının mövcud olmaması dəlili ilə bağlı bildirmişdir ki, qeyd olunan müqavilələrin hazırda elektron qaydada bağlanılması istisna hal deyildir. Həmin aktda imzaların olmaması qazla bağlı həmin tərəflər arasında ümumiyyətlə müqavilə münasibətlərinin olmasını istisna etmir. Məhkəmə iş materia llarına əlavə edilmiş cavabdeh tərəfin özbaşına tikilinin tərkib hissəsində istifadə hüququna dair İddiaçı3 və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 saylı ünvanında yerləşən evin müvəqqəti istifadəyə verilməsi, İddiaçı3 tərəfindən həmin evə dair 2016-2022-ci illər üzrə məişət tullantıları ilə bağlı vəsaitin ödənilməsi və iddiaçının həmin ünvanda yaşamamasına dair təqdim etdiyi arayışlarla bağlı bildirir ki, qeyd olunan sənədlərin mübahisəli ünvan 4 ünvanına birbaşa aid olması cavabdeh tərəfindən sübut olunmamışdır. Belə ki, həmin ünvanlar fərqlidir. Həmin arayışları vermiş 67 saylı Mənzil Kommunal İstismar sahəsinin tərəflər arasında hələ mübahisə mövcud olmadığı dövrdə, yəni 31.010.2017-ci il tarixdə verilmiş ara yışına əsasən İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 D ünvanında qeydiyyatsız yaşaması təsdiq olunmuşdur. Bundan əlavə İddiaçı3 ifadəsində mübahisəli evin yerləşdiyi ərazidə onun dörd evinin olmasını bildirmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçının digər mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə özbaşına tikilidə qeydiyyatsız yaşaması Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyət Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışı ilə təsdiq olunur. Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktub ilə ziddiyyətləri aradan qaldıraraq İddiaçı1 bələdiyyədə vergi ödəyicisi olduğunu qeyd etmişdir.

8. Birinci instansiya məhkəməsi iddia tələbinin “müb ahisəli əmlaklardan istifadə qaydalarının müəyyən edilməsi” hissəsini əsassız hesab etmiş və təmin edilməməsi qənaətinə gəlmişdir. İddia tələbinin bu hissəsi ilə bağlı qeyd edilmişdir ki, hazırkı mübahisəli fərdi yaşayış evləri özbaşına tikili olduğundan və həmin evlər, torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, istifadə qaydasının müəyyən edilməsi orada yaşayan digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnə biləcəyindən iddiaçının həmin yaşayış sahələrinə istifadə qaydaları müəyyən edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının həmin evlərə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Belə ki, evlərə köçürmə barədə. qətnamə mahiyyətinə görə evlərdən qanunsuz məhrumetməyə qədər mövc ud olmuş vəziyyətin bərpa edilməsidir. Yəni, evlər özbaşına tikili olduğu üçün həmin evlərə istifadə hüququ yarana bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 166.3, 180-ci, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh3 İB-yə, Cavabdeh2 QSC-yə, Cavabdeh5 ASC-yə və Bakı şəhəri, Sabunçu rayonu Ramana Bələdiyyəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 sahibliyində və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda 180 k v.m torpaq sahəsində yerləşən 2 və 3 otaqlı fərdi yaşayış evlərinə və İddiaçı3 sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi 2/7 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 QSC, "xxxx" ASC, Cavabdeh5 ASC və Cavabdeh3 İB ilə İddiaçı1 arasında bağlanmış müqavilələrin bağlandığı andan, Ramana Bələdiyyəsi tərəfindən İddiaçı1 xx.xx.2019-cu il tarixdə verilmiş şəhadətnamənin verildiyi andan etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 əri X8 X13 ona xx.xx.2017-ci il tarixdə verdiyi etibarnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.m torpaq sahəsi üzərində tikdirdiyi 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə sahiblik h üquqları İddiaçı2 keçmişdir. Bu hüququn mülkiyyət hüququna keçməsinə əsas yaradan Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2010 il tarixdə verilmiş 257 nömrəli Sərəncam mövcuddur. Sonradan məlum olmuşdur ki, İddiaçı1 Ramana Bələdiyyəsində onlara məlum olmayan şəraitdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.m torpaq sahəsi üzərində tikmiş 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə uçota alınmasına dair şəhadətnamə düzəltdirmiş və həmin sənəd əsasında Cavabdeh2 QSC, "xxxx" ASC, Cavabdeh5 ASC və Cavabdeh5 ASC ilə müqavilələr bağlayaraq, başqasının qanuni sahibliyində olan fərdi yaşayış evinə sayğacların quraşdırılmasına və abonent kodlarının alınmasına nail olmuşdur. Bununla yanaşı Sabunçu rayonu Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İddiaçı1 Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə deyilən ərazidən qəsəbə nümayəndəliyində qeydiyyatdan keçməməsinə dair arayış vermişdir. Bundan başqa İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında özbaşına tikili olaraq fərdi yaşayış evi tikmişdir. İddiaçı3 həmin evi müqavilə əsasında müvəqqəti olaraq bacısı Cavabdeh1 vermişdir. Həmin evin İddiaçı3 aid olmasına rəğmən, İddiaçı1 “Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında qeydiyyatsız yaşayır” Arayışı (surət) əsasında Cavabdeh2 QSC, "xxxx" ASC, Cavabdeh5 ASC və Cavabdeh5 ASC arasında müqavilələr bağlayaraq, başqasının qanuni sahibliyində olan fərdi yaşayış evinə sayğacların quraşdırılmasına və abonent kodlarının alınmasına nail olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəs i, Südçülük sovxozu ərazisində 180 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş 78 kv.metr fərdi yaşayış evində və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı1 subyektiv hüququnun olub-olmaması yuxarıda qeyd edilən Təşkilatlar tərəfindən araşdırılmamış və son nəticədə başqasının sahibliyində olan əmlaklara və həmin əmlaklar üzərində olan hüquqlara qanunsuz müdaxilə olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri MənzilKommunal Təsərrüfatı Departamentinin Mənzil – Kommunal Təsərrüfatı Birliyinin 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 179 nömrəli Arayışına əsasən – İddiaçı3 Bakı şəhəri, Nizami rayonu 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində yerləşən Qafqaz küçəsi, 2/7 nömrəli mənzildə yaşayır, yaşad ığı və özü tikdiyi Qafqaz küçəsi 2/7 ünvanı üzrə 20162022 illər üçün məişət tullantıları ilə bağlı vəsaiti ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş Mənzil-Kommunal Xidməti üçün SERİYA GJF No 937702 mədaxil qəbzinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi evi üzrə 2016-2022 illər üçün İddiaçı3 98 manat ödəmişdir. Azərbaycan Respublikası Bakı şəhəri MənzilKommunal Təsərrüfatı Departamentinin Mənzil – Kommunal Təsərrüfatı Birliyinin 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 18 nömrəli Arayışına əsasən – Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi 2/7 ünvanında İddiaçı1 yaşaması barədə məlumat yoxdur. xx.xx.2018-ci il tarixdə İddiaçı3 və Cavabdeh1 arasında bağlanmış “Özbaşına tikilinin tərkib hissəsindən istifadə hüququna dair” Mü qavilə əsasında Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi 2/7 ünvanında yerləşən İddiaçı3 məxsus fərdi evi Cavabdeh1 müvəqqəti istifadəsinə verilmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı3 və Cavabdeh1 arasında bağlanmış “Özbaşına tikilidən istifadə üçün təhvil-təsliminə dair” Təhvil-Təslim Aktına əsasən özbaşına tikili olan Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi 2/7 ünvanında yerləşən İddiaçı3 məxsus fərdi evi əşyaları ilə birlikdə Cavabdeh1 təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində X27 (AZE ********), X14 (AZE ********) və X9 (AA0040453) arasında imzalanmış AKT-da qeyd edilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı3 2016-cı il tarixində ünvan 5 ünvanında 115 kv.m torpaq sahəsinin üzərində kürsülü 2 otaqdan ibarət özbaşına fərdi yaşayış tikmişdir və qeydiyyatsız həm in evdə yaşayır. Aşağıda qeyd edilənlərdən bir daha sübut olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə deyilən ünvanında yerləşən 2 və 3 otaqlı fərdi yaşayış evləri İddiaçı2 məxsusdur. Həmin evin birində özü yaşayır, birini isə kirayəyə vermişdir. Abşeron rayon İHB tərəfindən xx.xx.2010 il tarixdə 257 nömrəli Sərəncama əsasən X16 ayrılmış Abşeron rayonu, Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin 300 kv.m torpaq sahəsini xx.xx.2017-ci il tarixli etibarnamə əsasında özəlləşdirməyi, tikinti işləri aparmağı, tikintini özəlləşdirməyi, buna dair idarə və təşkilatlarda həmçinin İH-də, DTXK-də, Əmlak Məsələləri DK yanında DƏDRX-nin Abşeron Ərazi idarəsində, notariat kontorunda, bankda və s idarə və təşkilatlarda nümayəndə olmağı, ərizə yazmağı, müqavilələr imzalamağı, torpağa və tikintiyə sərəncam, arxiv çıxarışı, kadastr planı, şəhadətnamə, çıxarış, texniki pasport və.s lazımi sənədlər almağa, aldıqdan sonra torpağa və tikintiyə sərəncam verməyi, Forma 1, Forma 2 almaqla satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulunu almağı və bununla əlaqədar bütün hərəkətləri etməyi X12 xx.xx.2103-cü il tarixədək etibar edilmişdir. X25 xx.xx.2017-ci il tarixli etibarnamə əsasında 300 kv.m torpaq sahəsini İddiaçı2 əri X12 vermişdir. Qeyd edilən ərazidə X21 2 və 3 otaqdan ibarət fərdi evlər tikmişdir. X11 oğlu X31 xx.xx.2021-ci il tarixində 79,12 manat bələdiyyə vergisi ödəmişdir. Sabunçu rayonu, Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 218 nömrəli məktubunda X8 arvadı İddiaçı2 Ramana bələdiyyəsində vergi ödəyicisi olduğu bi ldirilmişdir. Sabunçu rayonu, Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 69 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 2018-ci ilə qədər Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Mülki qanunvericiliyə uyğun gəlməyən, İddiaçı2 və İddiaçı3 mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan Cavabdeh2 QSC, Azərişıq” ASC, Cavabdeh5 ASC və Cavabdeh5 ASC ilə İddiaçı1 arasında bağlanmış müqavilələr və Ramana Bələdiyyəsi tərəfindən İddiaçı1 xx.xx.2019-cu il tarixdə verilmiş Şəhadətnamə etibarsız hesab edilməlidir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2619/2023 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış e vinə dair İddiaçı1 ilə Cavabdeh3 İB arasında bağlanılmış xx.xx.2018- ci il tarixli, 96009 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə dair abonent İddiaçı1 (abonent kodu: **********10472) ilə "xxxx" ASC arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə dair Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən İddiaçı1 verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh3 İB arasında xx.xx.2018-ci il tarixli, AKX- 0030913/10- 2018 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi 2/7 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh5 ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 39466835 nömrəli müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instamsiya məhkəməsi öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə təsdiq edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaklara dair İddiaçı1 hər hansı hüquq müəyyən edici sənədi mövcud deyil. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.202 2-ci il tarixli, 2(007)-2917/2022 saylı qətnaməsində əks olunmuş məhkəmə iclasında İddiaçı1 verdiyi izahatından görünür ki, o, Nizami rayonunda yaşadıqlarını, Ramanadakı torpağı alanda 6000 manatı pul verdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, hər hansı hüquq müəyyən edici sənəd olmadığı halda qeyd edilən daşınmaz əmlaka dair hər hansı müqavilənin İddiaçı1 ilə bağlanması əhəmiyyətsiz olduğu üçün etibarsız sayılmalı olduğundan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda 180 kv.m. torpaq sahəsində yerləşən 2 və 3 otaqlı fərdi yaşayış evlərinə dair İddiaçı1 ilə Cavabdeh3 İB arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 96009 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə, habelə İddiaçı1 ilə "xxxx" ASC arasında bağlanılmış müqavilə, həmçinin Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə dair Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən İddiaçı1 verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamə etibarsız hesab edilməlidir. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyənləşdirilmişdir ki, İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında özbaşına tikili olaraq fərdi yaşayış evi tikmişdir. Həmin fərdi yaşayış evini iddiaçı bacısı Cavabdeh1 müvəqqəti yaşaması üçün vermişdir. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Birliyi 67 saylı MKİS tərəfindən verilmiş 179 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı3 Bakı şəhər i, Nizami rayonu, 67 saylı MKİS-in ərazisində yerləşən Qafqaz küçəsində yerləşən 2/7 saylı mənzildə qeydiyyatsız yaşayır. Yaşadığı və özü tikdiyi Qafqaz küçəsi, 2/7 saylı ünvan üçün 2016-2022-ci illər üçün məişət tullantıları ilə bağlı vəsaiti İddiaçı3 ödəmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, bu daşınmaz əmlakla da bağlı hər hansı hüquq müəyyən edici sənəd olmadığı halda qeyd edilən daşınmaz əmlaka dair hər hansı müqavilənin İddiaçı1 ilə bağlanması əhəmiyyətsiz olduğu üçün etibarsız sayılmalı olduğundan, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi 2/7 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh3 İB arasında xx.xx.2018-ci il tarixli, AKX0030913/10- 2018 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə, h abelə Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi 2/7 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh5 ASC arasında bağlanmış 30 avqust 2018-ci il tarixli 39466835 nömrəli müqavilə etibarsız hesab edilməlidir.

14. Birinci instansiya məhkəməsi, həmçinin, qeyd etmişdir ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-13/2-1/16-1338/2023 saylı məktubu ilə təsdiq edilmişdir ki, Səhmdar Cəmiyyətinin elektronməlumat bazasında İddiaçı1 elektrik enerjisi istehlakçısı kimi ünvan 8 ünvanı üzrə abonent kimi qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Həmçinin "xxxx" QSC ilə İddiaçı1 arasında bağlanmış müqavilə məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı təsdiq edilmişdir ki, Cavabdeh5 ASC-nin abonent bazasında Ramana qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə dair İdd iaçı1 ilə müqavilə mövcud deyildir. Həmin ünvana dair abonent kimi Arif Mustafayev qeyd edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissələrdə sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, Mülki Məcəllənin 152, 157, 337, 389-cu, habelə MPM-in 13.4-cü, 14.2-ci, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Birinci iş üzrə çıxarılmış qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə iddiaçının qanunu pozmaqla əldə etmiş “sübutlardan” istifadə olunmasına yol vermişdir. Məhkəmə cavadeh tərəfindən şahid qismində cəlb edilmiş İddiaçı2, X3 və İddiaçı3 şahid ifadələrini nəzərə almamışdır. İddiaçı tərəfindən cəlb edilmiş və şahid kimi ifadələrində yalanların yer aldığı X15 və X17 ifadələrini isə mötəbər saymışdır. Göründüyü kimi, məhkəmə prosessual pozuntuya yol vermişdir. Məhkəmə tərəflərin təqdim etdikləri yazılı sübutları qiymətləndirməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi və sübut saydığı bütün sənədlər kserosurətdir, əsli təqdim edilməmiş və hər hansı bir formada təsdiq edilməmişdir. Cavabdehin və şahidlərin təqdim etdiyi sənədlər isə əksinə əsl nüsxələrdir. Mübahisə tarixində sorğu əsasında alınmışdır. Ancaq məhkəmə hazırkı qətnaməsində cavabdeh tərəfindən təqdim edilən əsl nüsxə olan və iş üçün əhəmiyyətli olan yazılı sübutları qiymətləndirməmiş, münasibət bildirməmiş, əksinə iddiaçı tərəfindən təqdim edilən, mənbəyi şübhə altında olan, kserosutət təşkil edən sənədləri əsas götürərək ədalətsiz, qanunsuz qətnamə qəbul etmişdir. İş materiallarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr tikilmiş, 78 kv.metr fərdi yaşayış evi və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə tikilməsi və ya əldə edilməsinə dair heç bir mötəbər sübut yoxdur. İddiaçının başqa şəxslərin sahibliyində və istifadəsində olan fərdi yaşayış evlərinə köçürülməsi və həmin evlərdən istifadə qaydalarının müəyyən edilməsinə dair tələbini irəli sürmək üçün onun subyektiv hüququ yoxdur. Subye ktiv hüququn yaranması üçün həmin fərdi evlərin üzərində hər hansı bir hüququ dövlət reyestrində qeydə alınmış olardı. O, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında İddiaçı3 sahibliyində və istifadəsində olan fərdi evində sığınacaq alaraq yaşayır. İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında yerləşən fərdi evinə köçürülməsini tələb etmişdir ki, bu ünvanda o, yaşamır. Məhkəmə ünvan 9n olub-olmamasını və həmin evə iddiaçının subyektiv hüququnun olubolmamasını, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr tikilmiş, 78 kv.metr fərdi yaşayış evinə İddiaçı2 subyektiv hüquqlarının olmasına rəğmən İddiaçı1 həmin evə subyektiv hüququnun olub-olmamasını, əgər belə bir hüquq olmuşdursa, sübutların təqdim edilməsini iddiaçıdan tələb etməmişdir. Məhkəmə iddiaçı tərəfdən cəlb edilən şahidlər X26 və X22 münasibətdə fərqli mövqe tutmuşdur. X15 tərəflərlə hər hansı bir qohumluq əlaqəsi olmamışdır. Məhkəmə onların iddiaçı ilə yaxın münasibətdə olmasını isə araşdırmamışdır. X2 yalan ifadəsi belə açılır “O, 13-14 il olar Avtandili və onun qaynını görmür”. Bir halda ki, 2016-cı ildə İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında fərdi evin tikintisinə başlamışdırsa, onda şahidin ifadəsindən belə çıxır ki, ev 2009-cu il tarixdə tikilmişdir. Məhkəmə qətnaməsini iddiaçı və onun cəlb etdiyi şahidin yalan absurd ifadələri üzərində qəbul etmişdir. Məhkəmə tərəfindən mübahisəli evdə şahid X17 guya Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında yerləşən evdə təmir işlərinin həyata keçirmə lərini bütün ödənişlərin iddiaçı tərəfindən həyata keçirmələri tədqiq edilməmişdir. Məhkəmə iddiaçının hansı hüquqla "xxxx" QSC ilə müqavilə bağlamasını və müqavilənin bağlanmasına hansı sənədin əsas olmasını araşdırmamışdır. Bununla yanaşı məhkəmə əsli yox, surət kimi iddiaçının təqdim etdiyi MKTB-nin 67 saylı MKİS-nin xx.xx.2017-ci il tarixli İddiaçı1 qeydiyyatsız yaşamasına dair arayışını sübut növü kimi qəbul etməkdə pozuntu törətmişdir. Həmin sənədin həqiqiliyi araşdırılmamışdır. Eyni zamanda, məhkəmə sənədin Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanına verilməsini nəzərə almamışdır. İddiaçının qanunsuz və saxta sənədlər əsasında "xxxx" QSC ilə müqavilə münasibətinə girməsini məhkəmə əsaslı saymışdır. Hazırda bu məsələyə aydınlıq gətirilməsi üçün "xxxx" QSC-yə qarşı İddiaç ı3 müvafiq qaydada sənədləri hazırlayır və məhkəməyə müraciət edəcəkdir. Məhkəmə bir tərəfdən qeyd etmişdir ki, İddiaçı3 və cavabdehin təqdimetdiyi sənədlərin Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 D ünvanına birbaşa aid olması cavabdeh tərəfindən sübut olunmamışdır. İddiaçının köçmək istədiyi Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 D ünvanının cavabdehə və İddiaçı3 heç bir aidiyyəti yoxdur. Cavabdehin yaşadığı və İddiaçı3 sığınacaq verdiyi ünvan ünvan 10ərdi evin İddiaçı3 aid olmasına dair həmin əriziyə baxan Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Mənzil – Kommunal Təsərrüfatı Birliyinin 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin 14 noyabr 2022-ci il tarixli, 179 nömrəli arayışıilə sübut olunur. Məhkəmə onun yaşadığı və İddiaçı3 məx sus Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 D ünvanına yerləşən evə dair sənədlərin mübahisəli Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 D ünvanına birbaşa aid olmasını onun üzərinə qoymuşdur. Bu absurddur, iddiaçı iddia tələbləri irəli sürmüşdür, sübut etmək yükü onun üzərinə düşür, məhkəmə nədənsə tərəflərin vəzifələrini qarışdırmışdır. Məhkəmə xx.xx.2018-ci il tarixdə İddiaçı3 və Cavabdeh1 arasında bağlanmış “Özbaşına tikilinin tərkib hissəsindən istifadə hüququna dair” Müqaviləyə, “Özbaşına tikilidən istifadə üçün təhvil-təsliminə dair” Təhvil- Təslim Aktına və xx.xx.2022-ci il tarixdə Bakı şəhərində X27 (AZE ********), X14 (AZE ********) və X9 (AA0040453) arasında imzalanmış AKT-a heç bir münasibət bildirməmiş və mübahisəyə birbaşa aidiyyəti olan bu sənədləri tədqiq etmə mişdir. Məhkəmə Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2010 il tarixdə verilmiş 257 nömrəli Sərəncama və həmin Sərəncam əsasında etibarnamə ilə X16 ayrılmış Abşeron rayonu, Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin 300 kv.m torpaq sahəsini 300 kv.m torpaq sahəsində fərdi evləri tikən İddiaçı2 əri X8 hüququna əhəmiyyət verməmişdir. Məhkəmə başqasına qanuni şəkildə ayrılmış torpaq sahəsində qanuni əsaslarla tikinti aparan İddiaçı2 əri X8 tikdirdiyi fərdi evlərə iddiaçının və ona himayədar olan qurumların verdikləri saxta və qanunsuz sənədləri əsasında bizə məlum olmayan şəraitdə iddiaçının həmin evlərə vergi ödəyicisi kimi qəbul edilməsi hüquq pozuntusu olmuşdur.

18. İkinci iş üzrə çıxaırlmış qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, qə tnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların iddia tələbi üzrə subyektiv hüquqları olmamışdır. Subyektiv hüququn yaranması üçün həmin fərdi evlərin üzərində hər hansı bir hüququ dövlət reyestrində qeydə alınmış olardı. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İş materiallarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr ölçüdə torpaq sahəsi üzrətində tikilmiş 78 kv.metr fərdi yaşayş evi və Bakı șəhəri, Nizami rayonu, Qafqaz küçesi, 2/7D ünvanında yerləşən fərdi yaşayıș evinin birgə nikah dövründə tikilməsi və əldə edilməsi, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departam entinin Nizami rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi 67 saylı, MKİŞ-nin xx.xx.2017-ci il tarixli, 2171/2 nömrəli arayışı mövcuddur. Həmin arayışda onun Qafqaz küçəsində 2/7D saylı mənzildə qeydiyyatsız yaşaması qeyd edilmişdir. Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə deyilən ərazidə qeydiyyatsız yaşaması ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 3436 nömrəli arayışı mövcuddur. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli, 96009 nömrəli və xx.xx.2017-ci il tarixli, 68638 nömrəli müqavilələrdən görünür ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ərazisində və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında İddiaçı1 istehlakçı olaraq adlandırılmış ve müqavilələr onunla bağlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmamış, o isə bələdiyyədə vergi ödəyicisidir. Elektron qaydada "X40" QSC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli "Qaz kəmərlərinin yoxlanması və istismara qəbulu" aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ərazisində, xx.xx.2017-ci il tarixli "Qaz kəmərlərinin yoxlanması ve istismara qebulu" aktına əsasən Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında qaz kəmərlərinin quraşdırılmasının sifarişçisinin onun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasi Ramana Bələdiyyəsinin xx.xx.2019-cu il tarix li vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməsinden və xx.xx.2019-cu il tarixli, 60 nömrəli arayışından görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.metr torpaq sahəsi üzərində tikilmiş 78 kv.metr sahəsi olan 1 mərtəbəli fərdi yaşayış evinin vergi ödəyəcisidir. Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.metr torpaq sahəsi üzərində tikilmiş 78 kv.metr sahəsi olan 1 mərtəbəli fərdi yaşayış evləri onun faktiki olaraq sahibliyində və istifadəsində olmuşdur. Bu halı yuxarıda göstərilən dövlət qurumlarının verdiyi arayışlar və kommunal müqavilələr təsdiq edir. Məhkəmə Bakı şəhəri, Nizami rayonu, Qafqaz k üçəsi, 2/7D ünvanında və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.metr torpaq sahəsi üzərində tikilmiş 78 kv.metr sahəsi olan 1 mərtəbəli fərdi evin olub-olmamasını və həmin evə iddiaçıların subyektiv hüququnun olub-olmamasını, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində 180 kv.metr torpaq sahəsi üzərində tikilmiş 78 kv.metr fərdi yaşayiş evinə İddiaçı2 subyektiv hüququnun olub-olmamasnı, əgər belə bir hüquq olmuşdursa, sübutların təqdim edilməsini iddiaçılardan tələb etməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmasına baxmayaraq, onu qərəzli olaraq məhkəmə zalından çıxarmış, təqdim etdiyi "sübutları" işə əlavə edib tədqiq etməmişdir. Hazırkı iş üzrə mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan onu dindirməli və verdiyi ifadələr və sənədlər sübut kimi tədqiq edilməli və qiymətləndirilməli idi. Məhkəmə əgər onun ifadəsini və təqdim etdiyi sənədləri nəzərə almayacaqdısa, onda onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində niyə işə cəlb edirdi? Onun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması məqsədi mübahisənin onun maraqlarına toxunması, işin düzgün həlli məqsədi ilə onun işin halları barədə məlumatlı olması olmuşdur. Eyni zamanda, onun tikdiyi və yaşadığı ünvan 13 ünvanında yerləşən fərdi evə müvafiq sənədərinin olmasıdır. İddiaçıların onun yaşadığı evə mövcud olan kommunal müqavilələrin və Ramana Bələdiyyəsinin verdiyi şəhadətnamənin etibarsızlığına dair tələbi əsassızdır və onların bu tələb üzrə heç bir suby ektiv hüququ yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçılar tərəfindən özbaşına tikilinin tərkib hissəsində istifadə hüququna dair X35 və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən evin müvəqqəti istifadəyə verilməsi aktı, İddiaçı3 tərəfindən həmin evə dair 2016- 2022-ci illər üzrə məişət tullantıları ilə bağlı vəsaitin ödənilməsi qəbzi, qeyd olunan sənədlərin mübahisəli Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 D ünvanına birbaşa aid olması iddiaçılar tərəfindən sübut olunmamışdır. Keçmiş həyat yoldaşı Cavabdeh1 qardaşı İddiaçı3 onu 5 nəfərlə bərabər zorla evdən qovmuşdur. O, evdən qovulanda anası da onunla olmuşdur. Hazırda, orada-burada, rayonda qalırlar. Həmin yaşayış evlərində qaz, işıq, su, telefon da onun adınadır. O, Qafqaz küçəsindəki torpağı alanda özünə aid olan Babək prospektində yerləşən başqa bir yaşayış evini 59.000 manata satıb, 30.000 manatını verərək hazırkı bu torpağı almış, 74.000 manat da evin tikilməsinə xərcləmişdir. Bütün bunlara Fəxmirənin ailəsi kömək etməmişdir. Oradakı bütün əşyalar da Faxmirə ilə ona məxsusdur. Mediasiya qurumuna etdiyi müxtəlif tələblərdən də təsdiq olunur ki, mübahisəli evlər birgə nikah dövründə əldə olunmuş əmlaklardır. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçılar tərəfindən özbaşına tikilinin tərkib hissəsində istifadə hüququna dair X35 və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən evin müvəqqəti istifadəyə verilməsi akt ı, İddiaçı3 tərəfindən həmin evə dair 2016-2022-ci illər üzrə məişət tullantıları ilə bağlı vəsaitin ödənilməsi qəbzi, qeyd olunan sənədlərin mübahisəli Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 D ünvanına birbaşa aid olması iddiaçılar tərəfindən sübut olunmamışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-154/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ikinci mülki iş üzrə çıxarılmış Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2619/2023 saylı qətnaməsi “Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən İddiaçı1 verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında xx.xx.2019-cu il tarixli Şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş dir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-154/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.V.Abdıyev sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və F.H.Qasımov) birinci iş üzrə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci iş üzrə çıxarılmış Bakı şəhəri, Nizami Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2917/2022 saylı qətnaməsi iddiaçının köçürüldüyü Bakı şəhəri, Nizami rayonunda yerləşən fərdi yaşayış evinin ünvanı ilə bağlı hissədə dəyişdirilmiş, həmin evin ünvanı ünvan 16ıxarılmış qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, birinci iş üzrə İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, ikinci iş üzrə çıxarılmış Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 2619/2023 saylı qətn aməsi ləğv edilmiş, həmin iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı2 və İddiaçı3 "xxxx" ASC, Cavabdeh3 İB, Cavabdeh2 QSC, Cavabdeh5 ASC-nə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları rədd edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi birinci iş üzrə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, bu iş üzrə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən Nizami rayonunda yerləşən fərdi yaşayış evinin ünvanı ilə bağlı dəqiqləşdirilmə aparılmamış, nəticədə İddiaçı1 ünvan 17 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Halbuki, həmin fərdi yaşayış evi 2/7D saylı deyil, 2/7 saylı ünvanda yerləşir. Bu səbəb dən birinci iş üzrə çıxarılmış qətnamə həmin hissədə dəyişdirilməlidir. İkinci iş üzrə isə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

23. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab etmişdir ki, bu sahəni tənzimləyən qanunvericilikdə özbaşına tikintiyə istifadə hüququnun tanınması ilə bağlı hər hansı norma mövcud deyil. Lakin belə tikintilərin reallıqda mövcud olması və onlardan yaşayış sahəsi kimi istifadə edilməsi orada şəxslərin yaşamasını və zərurət yarandıqda köçürülməsini hüquqi baxımdan mümkün edir. Belə olan halda, özbaşına tikintiyə köçürülmə barədə iddiaların birmənalı şəkildə təmin olunmaması sosial ədalət prinsiplərinə uyğun olmayan bir mövqedir. Bu qəbildən olan iddiaların uğurluluğu həmin tikintinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, köçmək istəyən şəxsin həmin tikintiyə hər hansı hüququnun yaranıb-yaranmamasından, habelə onun tikintinin sahibinə münasibətdə hüquqi statusundan asılıdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci iş üzrə tərəflər, yəni İddiaçı1 və Cavabdeh1 ər-arvad olmuşlar. Onların arasında nikah xx.xx.2017-ci il tarixdə bağlansa da, faktiki münasibətləri və bundan irəli gələrək birgə təsərrüfatları xeyli əvvəl, hələ 2009-cu ildə yaranmış, xx.xx.2013-cü il tarixdə Məmmədov Nicat Avtandil oğlu da məhz onların faktiki nikah münasibətlərindən doğulmuşdur. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-158/2023 saylı qətnaməsi ilə onların a rasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaq Cavabdeh1 yanında saxlanılmışdır. Mübahisəli fərdi yaşayış evləri birinci iş üzrə tərəflərin birgə nikahda olduğu dövrdə inşa edilmiş, lakin bugünədək mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlaklar üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır. Bu əmlaklar hüquqi vəziyyətinə görə özbaşına tikintidir. İddiaçı1 özü də etiraf edir ki, bu evlər onların birgə nikahda olduqları dövrdə və birgə gəlirləri hesabına inşa edilmiş və məhz onlara məxsusdur. Lakin, Cavabdeh1 onun bu mövqeyi ilə razılaşmır, birinci evin (Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.metr torpaq sahəsi üzərində 78 kv.metr ölçüdə fərdi yaşayış evi) bacısı İddiaçı2 (onun həyat yoldaşı tərəfində n inşa edildiyini), ikinci evin isə (Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 saylı ünvanda fərdi yaşayış evi) qardaşı İddiaçı3 (onun tərəfindən inşa edildiyini) məxsus olduğunu iddia edir. Qeyd edilən şəxslər də öz iddialarında həmin mövqedən çıxış edirlər. Bu da öz növbəsində hər iki iddia uzrə həmin evlərin real olaraq bu şəxslərdən hansının vəsaiti hesabına inşa edildiyinin və reallıqda onların hansına məxsus olduğunun (istifadə və sahibliyində olduğunun) müəyyən edilməsi zərurətini yaradır və hüquqi nəticə etibarı ilə birinci iş üzrə iddianın təmin edilməsi, ikinci iş üzrə iddiaların rədd edilməsini, habelə əksinə, ikinci iş üzrə iddiaların təmin edilməsi birinci iş üzrə iddianın rədd edilməsini şərtləndirir. Başqa sözlə, iddiaların biri-digərini istisna edir.

25. Məhkəmə kolleg iyası bu səbəbdən mübahisəyə məhz bu qaydada yanaşaraq, ilk növbədə birinci evlə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, bu evin yerləşdiyi 300 kv.m. torpaq sahəsi (Abşeron rayon İHB tərəfınən xx.xx.2010-cu il tarixdə verilmiş 357 saylı sərəncama əsasən Abşeron rayon Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin bir hissəsi) X16 məxsusdur və həmin torpaq sahəsinə dair aidiyyəti, o cümlədən onun özəlləşdirilməsi və üzərində tikintinin inşa edilməsi səlahiyyətləri (etibar edən X32 vasitəsi ilə) xx.xx.2103-cü il tarixədək İddiaçı2 həyat yoldaşı olmuş X12 (artıq vəfat etmişdir) etibar edilmişdir. Həmin torpaq sahəsi üzərində iki tikilinin, yəni hazırda İddiaçı2 yaşadığı (3 otaqlı) və mübahisələndirilən birinci evin (2 otaqlı) yerləşdiyi işin mübahisəsiz halıdır. İddiaçı2 həmin etibarnaməyə istinadən torpağın onlara məxsus olduğunu və onun üzərində olan hər iki evin mərhum əri X21 tərəfindən inşa edildiyini, İddiaçı1 isə bu evin yerləşdiyi torpaq sahəsi üçün 6.000 manat pul ödədiyini, sonradan həmin məbləğin 1.000 manat hissəsinin ona qaytarıldığını iddia edir. Etibarnamə 2017-ci ilin sentyabr ayında verilmiş və həmin vaxt bu torpaq sahəsinin üzərində hər hansı tikintinin olduğu müəyyən edilmir. Tərəflərin hər hansı biri də belə bir mövqedən çıxış etmir və evin 2017-ci ilin sentyabr ayından əvvəl inşa edildiyini bildirmir. Qeyd edilən hər iki tərəf evin onun tərəfindən inşa edildiyini iddia edir və İddiaçı1 bu işlərin 2018-ci ildə həyata keçirildiyini göstərir. Evə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr və digər aidiyyəti sənədlər ( izahat və cizgi, vergi ödəyicisinin uçota alınması şəhadətnaməsi) tarix etibarı ilə 2017-ci ildən sonrakı dövrə təsadüf edir. Qeyd edilənlər birmənalı şəkildə belə qənaətə gəlməyə əsas verir ki, ev etibarnamənin verildiyi, yəni 2017-ci il tarixdən sonra inşa edilmişdir. Evin qazlaşdırılması məqsədi ilə “X41” QSC tərəfindən izahat və cizgilər, habelə “Qaz kəmərlərinin yoxlanılması və istismara qəbulu” Aktı (xx.xx.2018-ci il) 2018-ci il tarixdə məhz İddiaçı1 sifarişi əsasında tərtib edilmiş və onunla Cavabdeh3 İB arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev birlik tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə abonent kodu verilmiş dir. Həmçinin, İddiaçı1 ilə "xxxx" ASC arasında bağlanmış müqavilə əsasında bu evə işıq sayğacı quraşdırılmış və abunə kodu verilmişdir. Başqa sözlə, həmin ev üzrə maye qazın və elektrik enerjisinin istehlakçısı kimi məhz İddiaçı1 qeydə alınmışdır. Bundan əlavə, müraciəti əsasında Sabunçu rayonu Romana Bələdiyyəsində vergi ödəyicisi kimi də İddiaçı1 uçota alınmış və ona bu barədə şəhadətnamə verilmişdir.

26. İddiaçı2 İddiaçı1 tərəfindən qeyd edilən sifarişin verilməsi, müqavilələr bağlaması və vergi ödəyicisi kimi uçota alınması barədə sonradan məlumat əldə etdiyini bildirir. Lakin məhz hansı hadisələr nəticəsində bu barədə məlumat əldə etməsi, hansı səbəbdən sənədlərin rəsmiləşdirmə zamanı bu barədə xəbərsiz olması ilə bağlı məhkəməyə nəinki tutarlı, ümumiyyətlə hər hansı məlumat verə bil mir. Halbuki, məhz bu hal onun iddiasının əsasını təşkil edir və bu baxımdan bilavasitə iddianın əsaslılığına (uğurluluğuna) təsir edir. Məhkəmə kollegiyası tərəfindən də iddiaçının bu mövqeyinin əsaslı olmasına dəlalət edən hər hansı hal müəyyən edilmir.

27. Əksinə bu mövqeyi bilavasitə təkzib edən hallar mövcuddur. Belə ki, İddiaçı2 mübahisəli evin arxasında, qeyd edilən torpaq sahəsinin üzərində yerləşən digər evdə yaşayır və yaşadığı ev üzrə vergi ödəyicisi kimi Sabunçu rayonu Ramana qəsəbəsində uçota alınmışdır. Həmin evə kommunal xidmətlərin göstərilməsi ilə bağlı aidiyyəti qurumlarla, o cümlədən Cavabdeh5 ASC ilə müqavilə onun həyat yoldaşı X21 ilə bağlanmışdır. İddia edildiyi kimi, mübahisəli evin də onlar tərəfindən inşa edildiyi və onlara məxsus olduğu halda, həmin vaxt bu evlə b ağlı kommunal müqavilələr də X21 və ya İddiaçı2 ilə bağlanmış olardı. Hər bir halda, bununla bağlı hər hansı maneənin olduğu aşkar edilməmişdir.

28. Bu evdən başqa İddiaçı1 həmin ünvana (əraziyə) bağlayan hər hansı başqa marağının olduğu müəyyən edilmir. Belə olan halda, İddiaçı1 həmin ünvana getməsinin (yol gət etməsinin), evlə bağlı müqavilələr bağlamasının, digər hərəkətlər etməsinin və nəticədə vəsait sərf edərək evi işıq və təbii qazla təchiz etməsinin bir məntiqli və əsaslı izahı - evin ona məxsus olmasıdır. Belə ki, əks qənaət, yəni İddiaçı1 hər hansı müraciət və ya tapşırıq olmadan, ümumiyyətlə bu barədə heç kimə xəbər vermədən ona məxsus olmayan və tərəfindən inşa edilməyən evi şəxsi vəsaiti hesabına işıq və qazla təchiz etməsi, ümumiyyətlə adi insan məntiqinə sığmayan bir hərəkət dir. Nəzərə alınmalıdır ki, evin işıq və qazla təchiz edilməsi - konkret işlərin görülməsi, o cümlədən aidiyyəti qurumlara müraciətlərin edilməsi, həmin qurumların əməkdaşları tərəfindən sahəyə baxışın keçirilməsi, müqavilələrin bağlanması, bunun nəticəsi olaraq xətlərin çəkilməsi, sayğacların quraşdırılması ilə müşaiyət olunur. Qeyd edilən işlər İddiaçı2 və ya onun hər hansı ailə üzvü tərəfindən görülsə idi, abunə kimi İddiaçı1 deyil, (İddiaçı2 hazırda yaşadığı evdə olduğu kimi) məhz onların hər hansı biri qeydə alınardı. Hər bir halda, bu prosedurlara İddiaçı2 və ya onun ailə üzvlərinin müraciəti və sifarişi əsasında başlanılsa idi, onların icazəsi olmadan həmin qurumlar müqavilələri İddiaçı1 ilə bağlamazdılar. Bu səbəbdən məhkəmə kollegiyası İddiaçı2 mövqeyini də (məlumatları olmamışd ır) nəzərə alıb belə qənaətə gəlir ki, onun tərəfindən bu məsələlərlə bağlı hər hansı tədbir görülməmiş, o cümlədən həmin qurumlara müraciət edilməmişdir.

29. Məhkəmə kollegiyası o halı da nəzərə almışdır ki, evə və onun həyətinə sərbəst qaydada daxil olmaq imkanına, o cümlədən evin giriş qapısının açarına malik olmadan İddiaçı1 bu işləri yerinə yetirə bilməzdi. Həmin evin arxasında (faktiki olaraq bitişik vəziyyətdə) yerləşən evdə yaşayan İddiaçı2, habelə onunla yaşayan hər hansı ailə üzvünün bütün bunları görməməsi nəinki inandırıcı deyil, ümumiyyətlə istisna edilir. Belə ki, İddiaçı2 evin hər hansı müddət ərzində İddiaçı1 istifadə və sahibliyində olduğunu bildirmir, həmin evin özünün istifadə və sahibliyində olduğunu vurğulayır. İddiaçı2 həmin vaxt bu işlər barədə məlumatının olmadığını n ehtimal edilməsi əhəmiyyətsiz faiz dərəcəsi ilə və nəzəri baxımdan mümkün hesab edilsə belə, onun sonradan evin işıq və qazla təchiz edildiyini və bunun nəticəsi olaraq, sayğacların quraşdırıldığını görməməsi, bu işləri yerinə yetirən şəxslə maraqlanmaması, ümumiyyətlə sahibliyində olan və kirayə əsaslarla başqa şəxslərə verilən evlə bağlı kommunal xidmətlərin göstərilməsi barədə müqavilələrin İddiaçı1 ilə bağlanmasını bilməməsi qeyri-mümkündür. Başqa sözlə, evin sahibi olaraq X8 (sağlılığında) və ya İddiaçı2 bir neçə il ərzində 1-ci ev üzrə göstərilən kommunal xidmətlərlə bağlı aidiyyəti qurumlar tərəfindən abunə kimi İddiaçı1 qeydə alınması barədə məlumatlarının olmaması nəinki inandırıcı, ümumiyyətlə mümkün deyil. Bir yeganə istisna ilə ki, bu ev onlar tərəfindən inşa edilməsin və onl arın istifadə və sahibliyində olmasın.

30. İstinad edilən və hazırda mövcud olan müqavilələrin və digər sənədlərin ilkin müqavilə və sənəd olmadığı (əvvəllər bu müqavilə və sənədlərin hər hansı birinin X8 və ya İddiaçı2 adına olması, sonradan İddiaçı1 adına dəyişdirilməsi) müəyyən edilmir.

31. Apellyasiya instansiyası məhkəməsi 1-ci evin inşası ilə bağlı qeyd etmişdir ki, həm İddiaçı2 (qardaşı İddiaçı3 tərəfindən), həm də İddiaçı1 bu evin onun vəsaiti hesabına inşa edildiyini iddia edir. Şahid qismində ifadəsi alınmış X32 həmin evi inşa etdirən şəxs olaraq İddiaçı3 qeyd edir. Lakin nə İddiaçı2, nə də ki, İddiaçı3 evin inşasını və təmirini həyata keçirən hər hansı şəxsin (ustanın) şahid qismində iştirakını təmin etmir. Halbuki, evlərin inşası, təmiri və satışı ilə məşğul olan və bu ev üzrə də bu işlərin görülməsini təşkil edən İddiaçı3 həmin ustaların iştirakını təmin etmək hər hansı çətinlik yaratmamalı idi. Tikintiyə və təmirə usta qismində cəlb edilmiş şəxslərin şahid qismində iştirakını İddiaçı1 da təmin etməmişdir. Lakin İddiaçı3 fərqli olaraq, İddiaçı1 bu evin inşası ilə bağlı texniki məsələlər barədə sərbəst şəkildə izahat verə və tikintini mərhələlər üzrə təsvir edə bilir. Məhkəmə kollegiyası da həm bu, həm də bu evlə bağlı yuxarıda göstərilənlərin nəticəsi olaraq formalaşmış mövqeyini əsas götürüb hesab etmişdir ki, 1-ci ev məhz İddiaçı1 ilə Cavabdeh1 birgə nikahda olduğu dövrdə və onların birgə vəsaitləri hesabına inşa edilmişdir. Məhz bu səbəbdən də evlə bağlı mövcud olan müqavilələr və digər sənədlər İddiaçı1 adına rəsmiləşdirilmişdir. Bu da öz növbəsində İddiaçı 2 mövqeyinin əsassız olduğunu, İddiaçı1 ilə Cavabdeh3 İB və "xxxx" ASC arasında bağlanmış müqavilələrin etibarlı olduğunu təsdiq edir və onun həmin evlərə köçürülməsini şərtləndirir.

32. Məhkəmə kollegiyası 2-ci evlə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı3 Ağac oğlu və İddiaçı1 ayrı-ayrılıqda bu evin onun tərəfindən və onun vəsaiti hesabına inşa edildiyini və ona məxsus olduğunu iddia edir.

33. Bu evin qazlaşdırılması məqsədi ilə “X41” QSC tərəfindən izahat və cizgilər, habelə “Qaz kəmərlərinin yoxlanılması və istismara qəbulu” Aktı (xx.xx.2017-ci il) 2017-ci il tarixdə məhz İddiaçı1 sifarişi əsasında tərtib edilmiş və onunla Cavabdeh3 İB arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavil əyə əsasən həmin ev birlik tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə abonent kodu verilmişdir. Həmçinin, İddiaçı1 ilə Cavabdeh5 ASC arasında bağlanmış müqavilə əsasında bu evə su sayğacı quraşdırılmış və abunə kodu verilmişdir. Başqa sözlə, həmin ev üzrə maye qazın və suyun istehlakçısı kimi məhz İddiaçı1 qeydə alınmışdır.

34. Halbuki, bu evin İddiaçı3 məxsus olması qeyd edilən sənədlərin və müqavilələrin İddiaçı1 adına rəsmiləşdirilməsini qeyri-mümkün etməli idi. Onunla Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə “Özbaşına tikilinin tərkib hissəsindən istifadə hüququna dair” Müqavilə bağlaması və həmin evin müvəqqəti olaraq, yəni sığınacaq kimi, Cavabdeh1 istifadəsinə və sahibliyinə verilməsi də bu rəsmiləşdirmənin İddiaçı1 adına apar ılması üçün əsas yaratmır, əksinə İddiaçı1 bu hüquqdan mərhum edir. Belə ki, həmin müqavilənin 1.3-cü bəndinə əsasən əmlaka sahiblik hüququ yalnız mənzil sahibinə məxsusdur, bu hüquq üçüncü şəxslərə ötürülə bilməz. Başqa sözlə, əmlaka sahiblik və ondan istifadə hüququ müvəqqəti olaraq Cavabdeh1 verilmişdir. Eyni zamanda, müqavilənin 1.4-cü bəndində Cavabdeh1 müvvəqəti olaraq verilmiş bu hüquqların onun digər hüquqlarının yaranmasına əsas olmadığı təsbit edilmişdir. Bu baxımdan qeyd edilən rəsmiləşdirmə, o cümlədən kommunal müqavilələrin bağlanması yalnız İddiaçı3 icazəsi ilə aparıla bilərdi. Lakin İddiaçı3 iddiasında belə bir icazə verdiyini bildirmir, əksinə İddiaçı1 bu işləri ondan xəbərsiz, özbaşına gördüyünü qeyd edir. Məhkəmə iclasında verdiyi izahatında isə bu evin kommunal xidmətlər lə bağlı müqavilələrin İddiaçı1 adına bağlandığı 4-cü ev olduğunu bildirir.

35. İddiaçı3 mövqeyi və buna uyğun olaraq evin onun tərəfindən 2016-cı ildə inşa edildiyi əsas götürüldüyü təqdirdə ev xx.xx.2018-ci il tarixdə Cavabdeh1 təhvil verilənədək kommunal xidmətlərin göstərilməsi ilə bağlı məsələ öz həllini tapmalı idi. Lakin bu barədə müqavilələrin tarixləri belə qənaətə gəlməyə əsas verir ki, evin təbii qazla və su ilə təchizatı, o cümlədən müvafiq sayğacların quraşdırılması təhvil vermə prosesindən bir neçə ay sonra həyata keçirilmişdir. Belə çıxır ki, İddiaçı3 evi inşa və təmir etdirmiş, evdə aidiyyəti əşyalar yerləşdirmiş, lakin kommunal xidmətlərin göstərilməsi ilə bağlı məsələni həll etməmiş və məhz bu qaydada evi təhvil vermişdir. Bunu bildiyi, habelə icazə vermədiyi bir halda, b ir neçə ay sonra İddiaçı3 bu məsələlərin həll edildiyini bilməməsi, həm bu evin sahibi olaraq, həm də bu sahə üzrə fəaliyyət göstərən (evlərin inşası, təmiri və satışı) şəxs olaraq qeyri-mümkündür. Ondan əvvəl bunu həmin evdə yaşayan Cavabdeh1 görməli və bilməli və ona bildirməli idi. Hər bir halda, xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin şərtləri baxımından, habelə bu müqavilənin məntiqi və hüquqi nəticəsi olaraq, evlə bağlı yuxarıda qeyd edilən rəsmiləşdirmə İddiaçı3, ən pis halda Cavabdeh1 ilə aparılmalı idi. Digər tərəfdən evdə Cavabdeh1 ailəsi, o cümlədən əri İddiaçı1 ilə bir yerdə yaşamışdır. Bu baxımdan sonuncu da həmin müqavilənin tərəfi olmalı, evi onunla birlikdə təhvil almalı idi. Lakin nə müqavilə, nə də ki, bu evin təhvil alınması barədə xx.xx.2018-ci il tarixli təhvilt əslim aktı nəinki, İddiaçı1 tərəfindən imzalanmamış, ümumiyyətlə onun bu sənədlər barədə hər hansı məlumatının olduğu müəyyən edilmir. Digər tərəfdən iddiasına uyğun olaraq, bundan əvvəl yaşamaq üçün müəvəqqəti olaraq verdiyi evlərlə bağlı da belə bir müqavilələr təqdim edə bilmir. Bununla belə, bu, habelə yuxarıda göstərilənlər həmin müqavilənin və təhvil-təslim aktının əhəmiyyətsiz sənəd olduğunu, bacı-qardaş arasında evin İddiaçı3 məxsus olması görüntüsü yaratmaq məqsədi ilə və artıq mübahisə yarandıqdan sonra tərtib edildiyini və imzalandığını təsdiq edir.

36. İddiaçı3 tərəfindən təqdim edilmiş Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 67 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli mədaxil qəbzi isə bu evin ona məxsus olmasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Həmin qəbz sadəcə olaraq İddiaçı3 tərəfindən 2022-ci ilin noyabr ayında ümumilikdə 2016-2022-ci illər üçün yaranmış kommunal borcun (98 manat) ödənilməsini təsdiq edir, eyni zamanda, bu ödənişin vaxtıvaxtında deyil, bir neçə ildən sonra və məhz tərəflər arasında artıq evlə bağlı mübahisə başlandıqdan sonra aparılması məsələsinə diqqət yetirilməsinə zərurət yaradır. Həmin sahə tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022- ci il tarixlərdə verilmiş arayışlar isə məzmun etibarı ilə ümumiyyətlə anlaşılmazdır. Belə ki, İddiaçı1 ilə Cavabdeh1 2018-2022-ci illər ərzində həmin evdə yaşaması və İddiaçı3 ümumiyyətlə bu evdə yaşamaması işin mübahisəsiz halıdır, bunu iş üzrə tərəflər özləri də etiraf edir. Buna baxmayaraq, həmin arayışlarda İddiaçı1 bu evdə yaşamadığı, evdə İddiaçı3 qeydiyyatsız yaşa dığı və evin İddiaçı3 tərəfindən inşa edildiyi göstərilmişdir. Halbuki, evin inşası ilə bağlı məlumatın verilməsi həmin qurumun səlahiyyətlərinə aid deyil. Digər tərəfdən bu növ arayış ümumiyyətlə evin tikintisi ilə bağlı məlumatın verilməsini şərtləndirmir. Bununla belə, tarix, əhatə etdiyi dövr və məzmun etibarı ilə bu sənədlər də xx.xx.2018-ci il tarixli müqavilə kimi evin İddiaçı3 məxsus olması görüntüsünü yaratmaq məqsədi daşıyır.

37. Apellyasiya instansiyası məhkəməsi bu evin inşası ilə bağlı qeyd etmişdir ki, İddiaçı3, Cavabdeh1 (hətta X28 da bu mövqedən çıxış edirdi) bu evin İddiaçı3 tərəfindən inşa edildiyini və İddiaçı1 bu prosesdə iştirak etmədiyini iş üzrə hər bir sənəddə, o cümlədən iddiaya qarşı etirazda, iddia ərizəsində və apellyasiya şikayətində və izahatlarında bildirməsi nə baxmayaraq, görülmüş təmir-tikinti işləri, onun mərhələləri və texniki tərəfləri barədə sorğu sual zamanı İddiaçı1 evin tikintisi ilə bağlı bütün məsələlər barədə məhkəməyə məlumat verməyə hazır olduğunu bildirdiyi bir halda, İddiaçı3 bu məsələlərə aydınlıq gətirə bilməmiş, və əvvəlki mövqeyinə zidd olaraq evin onun tapşırığı əsasında İddiaçı1 tərəfindən inşa edildiyini bildirmişdir. Başqa sözlə, İddiaçı1 bu evin inşasında iştirakı ilə bağlı məsələ üzrə əvvəlki mövqeyindən fərqli bir mövqe nümayiş etdirmişdir.

38. Qeyd edilənlər İddiaçı3 Nicat oğlunun bu evə də köçürülməsini şərtləndirir və həmin evə kommunal xidmətlərin göstərilməsi ilə bağlı onunla aidiyyəti qurumlar arasında bağlanmış müqavilələrin etibarlı olduğunu təsdiq etmişdir. Başqa sözlə, hər iki ev üzrə kommunal xidmətlərin g östərilməsi ilə bağlı müqavilələr buna səlahiyyəti olan şəxs, yəni evlərin sahibi və istifadəçisi olan, bu əmlakın inşasına və təmirinə vəsait qoyan İddiaçı1 tərəfindən imzalanmışdır. Onun hər iki evə köçürülməsi də məhz bu evə yaranmış hüquqlarından irəli gəlir. Belə bir tələb irəli sürməklə İddiaçı1 məhz hər iki evin ona məxsus olmasının müəyyən edilməsi ilə bağlı hüquqi nəticənin əldə edilməsini arzulamışdır.

39. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, ikinci evin ünvanı qismində ünvan 18 materiallarında olan sənədlər, habelə tərəflərin, o cümlədən İddiaçı3 izahatı ilə də öz təsdiqini tapır. Belə ki, bu tərəfin dəlillərindən biri də İddiaçı1 mövcud olmayan ünvana köçürülməsidir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmə və İddiaçı1 köçürüld üyü ünvan dəqiq göstərilməlidir.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlmişdir ki, mübahisəli fərdi yaşayış evlərinin inşa və təmir edilməsində İddiaçı3 və İddiaçı2 və onun ailəsinin maddi baxımdan hər hansı iştirakı olmamışdır. Bu evlər İddiaçı1 ilə X10 birgə nikahda olduqları dövrdə və onların birgə gəlirləri hesabına inşa və təmir edilmişdir. Bu səbəbdən həmin evlərin sahibi kimi məhz onlar qəbul edilməlidir. Belə olan halda, İddiaçı1 həmin evlərə münasibətdə Cavabdeh1 Aşağ qızı ilə eyni, o cümlədən evdən istifadə etmək və ona sahiblik etmək hüquqlarına malikdir. Hüquqi nəticə etibarı ilə Cavabdeh1 əsassız olaraq onu həmin evdən istifadə və ona sahiblik etmək, o cümlədən evdə yaşamaq hüququndan məhrum etmişdir. İddiaçı3 və İddiaçı2 isə bu evlərdən İ ddiaçı1 istifadə və onlara sahiblik etməsinə maneə yaratmaq üçün ümumiyyətlə hər hansı hüquqi əsası yoxdur. Qeyd edilənlər İddiaçı1 iddiasının mübahisəli mənzillərə köçürülmə hissəsində əsaslı olmasına dəlalət edir və onun təmin edilməsini şərtləndirir.

41. Məhkəmə kollegiyası 41-ci bənddə qeyd edilənləri də nəzərə alıb, ikinci iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, artıq müəyyən edildiyi kimi mübahisəli fərdi yaşayış evləri İddiaçı1 ilə Cavabdeh1 birgə nikahda olduqları dövrdə və onların birgə gəlirləri hesabına inşa edilmiş və bilavasitə onlara məxsusdur. Bu da öz növbəsində İddiaçı1 həmin evlərlə bağlı öz adına rəsmiləşdirmənin aparılması, o cümlədən kommunal xidmətlərin göstərilməsi ilə bağlı aidiyyəti qurumlarla müqailələrin bağlanması hüquq unu yaratmış olur. Başqa sözlə, İddiaçı1 mübahisələndirilən müqavilələri imzalayarkən hüquqi baxımdan buna tam səlahiyyətli olmuş, bu məsələlərdə İddiaçı3 və İddiaçı2 razılığından, icazəsindən və ya bəyənməsindən asılı olmamışdır. Bununla belə, həm birinci iş üzrə məhkəmə kollegiyasının qənaəti, həm də bu hallar ikinci iş üzrə apellyasiya şikayətinin əsaslı olduğunu təsdiq edir və ikinci iş üzrə çıxarılmış qətnamənin ləğv edilməsini və iddiaların rədd edilməsini şərtləndirir. Məhkəmə ikinci iş üzrə çıxarılmış qətnamə ilə iddiaların qismən təmin edilməsinə baxmayaraq, bu iddiaların təmin edilməyən hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, bu hissədə iddialar birinci evlə bağlı Cavabdeh5 ASC ilə, ikinci evlə bağlı isə "xxxx" ASC ilə X18 arasında müqaviləni n bağlanmaması əsası ilə deyil, ümumiyyətlə İddiaçı3 və İddiaçı2 bu müqavilələri mübahisələndirmək hüququnun olmaması əsası ilə rədd edilməlidir. Bundan başqa, İddiaçı2 Ramana qəsəbəsində yerləşən 2, yəni 2 və 3 otaqlı fərdi yaşayış evi ilə bağlı bağlanmış kommulla müqavilələrin etibarsız hesab edilməsini tələb edir. Lakin həmin evlərdən birində (3 otaqlı) özü yaşayır və həmin evlə bağlı İddiaçı1 tərəf olduğu hər hansı kommunal müqavilənin olduğu müəyyən edilmir. Bu da öz növbəsində onun iddiasının bu hissədə qeyd edilən əsasla rədd edilməsini şərtləndirir. Hər bir halda, Ramana qəsəbəsində yerləşən yalnız bir fərdi yaşayış evi (2 otaqlı) mübahisə predmetini təşkil etmişdir.

42. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, 71,125-ci, Mülki Məcəllənin 5.3, 11.1, 15 2.1, 152.2, 152.3, 157.8, 180.1, 180.2, 337.1, 337.2, 337.3, 355.1, 355.2, 358.1, 358.2-ci, habelə MPM-in 14.2, 77.1, 119.1, 217.4, 384.0.2, 384.0.3, 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

43. Birinci iş üzrə Cavabdeh1, ikinci iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 birgə kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci mülki iş üzrə iddianın təmin edilməməsi, ikinci mülki iş üzrə iddialarının təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

44. Kassasiya şikayəti Mülki Məcəllənin 146, 157.8, 159, 164, 179.2, 179.3, 346.1-ci, MPM-in 62, 76, 88, 89-cu maddələrinə istinad edi lməklə onunla əsaslandırılmışdır ki, İddiaçı1 kommunal xidmət göstərən təşkilatlar ilə bağladığımüqavilələr onun hansı sənəd əsasında bağlamasını apellyasiya instansiyası məhkəməsi araşdırmamışdır. Bununla belə tərəflərindən vəkil sorğusu əsasında İddiaçı1 ilə bağlanmış müqavilələr və ona əlavə edilmiş sənəd əldə edilmişdir. Sorğuya cavabda İddiaçı1 müqavilələrin hansı hüquqi sənəd əsasında bağlanmasına aydınlıq gətirilmişdir. Məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.m torpaq sahəsi üzərində tikilmiş 78 kv.m metr sahəsi olan fərdi evə dair bağlanmış müqavilələr Ramana Bələdiyyəsinin vergi ödəyicisisinin uçota alınması haqqında 19 fevral 2019-cu il tarixli şəhadətnaməsi əsasında, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 saylı evə dair bağlanmış müqavilələr isə 67 saylıMKİS tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı1 Qafqaz küçəsi ev 2/7D ünvanında qeydiyyatsız yaşamasına dair verilmiş Arayış əsasında bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsi bu “sənədlər” əsasında mübahisəli fərdi evlər üzərində İddiaçı1 hüquq yaratmağa çalışmışdır. Halbuki, qanunvericinin tələbinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Hazırkı mübahisədə İddiaçı1 fərdi evlər üzərin də belə bir qeydiyyatı sübut edən sənəd mövcud deyildir. Eyni zamanda məlum olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bu cür müqavilələrin bağlanmasına yol verilmir və bu cür əmlaklar barəsində bağlanmış müqavilələr etibarsız sayılır. İddiaçı1 kommunal xidmət göstərən təşkilatlar ilə bağladığı müqavilələr etibarsızdır. Bununla yanaşı onu da qeyd etmək istəyirik ki, İddiaçı1 həmin dövrdə arvadı olmuş Cavabdeh1 məhkəmə proseslərində bu müqavilələrin bağlanmasının qanunsuz olduğunu bildirmiş və bəyənməmişdir. Bildirmişdir ki, fərdi evlər onlar tərəfindən birgə qazanc hesabına inşa edilməmişdir, hazırkı ikinci iş üzrə iddiaçılar tərəfindən inşa edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütü n faktiki hallar aydınlaşdırılmamışdır. İş materiallarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr tikilmiş, 78 kv.metr fərdi yaşayış evi və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1 və Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş qazanc hesabına tikilməsi və ya əldə edilməsinə dair heç bir mötəbər sübut yoxdur. Birgə nikah tərəfi olan Cavabdeh1 bu əmlakların onların gəlirləri hesabına tikilməsini təkzib etsə də, məhkəmə nikahın digər tərəfi olan İddiaçı1 sübutlara söykənməyən ifadələrini əsas tutmuşdur və bu da məhkəmə araşdırmasında yolverilməz bir haldır. İddiaçı1 başqa şəxslərin sahibliyində və istifadəsində olan fərdi yaşayış evlərinə köçürülməsi və həmin evlərdən istifadə qaydalarının m üəyyən edilməsinə dair tələbini irəli sürmək üçün onun subyektiv hüququ yoxdur. Bu hüququ sübut edən heç bir sənəd mövcud deyildir, Kommunal Təşkilatlar ilə qanunsuz bağlanmış müqavilələr bu hüququn yaranmasına əsas ola bilməz. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələrində İddiaçı1 həmin evlərdə istifadə hüquqları tanınmamışdır, çünki istifadə hüququnun yaranması üçün heç bir əsaslar mövcud olmamış, mötəbər sübut və sənədlər aşkar olunmamışdır. Belə ki, İddiaçı1 subyektiv hüququn yaranması üçün həmin fərdi evlərin üzərində hər hansı bir hüququ dövlət reyestrində qeydə alınmış olardı. İddiaçı1 mübahisələndirdiyi evlər üzərində əgər hər hansı bir hüququ olsa idi, o həmin evlərin birində faktiki yaşayış yeri üzrə qeydiyyata alınardı. İş materiallarından göründüyü kimi, o həmin evlərin heç birində yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. İddia tələbi irəli sürülən Cavabdeh1 isə əksinə Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında İddiaçı3 sahibliyində və istifadəsində olan fərdi yaşayış evində sığınacaq alaraq faktiki olaraq yaşayır və yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında yerləşən fərdi evinə köçürülməsini tələb etmişdir ki, bu ünvanda Cavabdeh1 yaşamır. ünvan 19 ünvanı kimi qəbul edilməsini qət etsə də, faktiki olaraq müqavilələr mövcud olan 2/7D ünvanda yerləşən fərdi evə dair bağlanmışdır. Ünvanla bağlıİddiaçı3 açıqlama verərək bildirmişdir ki, o həmin ərazidə torpaq alıb ev tikməklə və ya ev alıb satmaqla məşğul olmuşdur. İddiaçı1 onun tapşırığı əsasın da alqı-satqının obyekti olan evlərin kommunal müqavilələrinin sənədləşdirilməsi ilə məşğul idi. 2/7D ünvanında fərdi ev olmuşdur ki, həmin evin də satılmasınıİddiaçı3 təsdiqləmişdir. İddiaçı1 satılmış evə dair bağladığımüqavilələri apellyasiya instansiyası məhkəməsi İddiaçı3 məxsus 2/7 ünvanında olan fərdi evə aid edərək süni şəkildə İddiaçı1 başqasının sahibliyində və istifadəsində olan fərdi ev üzərində hüquq yaratmışdır. Göründüyü kimi İddiaçı1 fərdi evlər üzərində subyektiv hüququnun olmaması sübuta yetirildiyi halda, Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr tikilmiş, 78 kv.metr fərdi yaşayış evi üzərində qanuni əsaslarla, hüquqi sənədlərlə sahiblik və istifadə hüququ olan İddiaçı2 subyektiv hüquqlarını, eləcə də, İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi evi üzərində yazılı sübutlar əsasında tanınan subyektiv hüquqlarını tanımamışdır. Apellyasiya instansiyası məhkəməsi yazılı sübutları, hansı ki, həmin sübutlar rəsmi orqanlar tərəfindən verilib, onu qəbul etməmişdir, yalnız X5 İddiaçı3 tikintilərinə cəlb etdiyi fəhlə və ustanın ifadələrini əsas tutmuşdur. Bakı Apellyasiya Məhkəməsi subyektiv hüquq ilə bağlı sübutları tədqiq edə bilməmişdir. İş materiallarında olan yazılı sübutlar və şahid ifadələri tam sübut etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi evin tikildiyi torpaq sahəsi iş üzrə şahid X1 Mahir Ağaş oğluna 30000 manata satılmış, İddiaçı3 evi tikmişdir. İş materiallarında olan yazılı sübutlar və şahid ifadələri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə deyilən ünvanında yerləşən 2 və 3 otaqlı fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsini İddiaçı2 əri X12 həmin torpağa sərəncamla sahib olan X25 etibarnamə ilə vermişdir. X21 rəsmi sənədi olan torpaq sahəsində torpağın sahibinin etibarnamə ilə icazəsi əsasında ailəsi üçün fərdi evlər tikmişdir. Fərdi evlərin sahibləri sənədlər üzərindən təsdiq olunmasına baxmayaraq Bakı Apellyasiya Məhkəməsi bu şəxsləri qəbul etməmişdir, şahidlərin formal mülahizələrə əsaslanan ifadələri ilə. Bu şəxslər fərdi evlərin faktiki sahibidirlər və sahiblik və istifadə hüququnu əldə etmişlər. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qətnaməsində israrla mübahisəli evləri İddiaçı1 tərəfindən Cavabdeh1 ilə faktiki nikah dövründə əldə edilən bir gə gəlirləri hesabına tikildiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi araşdırmamışdır ki, ümumi tikinti smeta dəyərləri 120,000.00 manatdan çox olan vəsait 2016-cı ildə İddiaçı1 tərəfindən necə əldə edilmişdir və bu vəsaitin mənbəyi haradan olmuşdur. İddiaçı1n başqasının sahibliyində və mülkiyyət hüququ gözləntisi olan əmlaka iddia etməsi heç bir qanuna sığmır, bunu yalnız hazırkı mübahisə ilə məhkəmə qətnaməsi ilə yol verilmişdir. Bakı Apellyasiya Məhkəməsi iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verə bilməmiş, apelyasiya instansiyası məhkəməsi İddiaçı1 qanunsuz yolla əldə edilmiş sübutlarını yoxlamamışdır. Şahidlərin ifadələri, yazılı sənədlər, işdə iştirak edən şəxslərin izahatları işi düzgün həll etmək üçün əhəmiyyəti olduğu halda hazırkı mübahisə üzrə məhkəmə qeyd edilənləri nəzərə almamışdır. Məhkəmə işə birbaşa aidiyyəti olan, işin düzgün araşdırılmasında istinad edilə bilən İddiaçı3 və İddiaçı2 təqdim etdiyi mötəbər yazılı sübutları qəbul etməyərək, İddiaçı1 formal mülahizələrinə və onun gətirdiyi iki şahidin ifadələri ilə daxilində inam yaratmış və ədalətsiz qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. İddiaçı1 kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

46. Maddə 43, 1-ci hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bil məz.

47. Maddə 71, 2-ci hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

48. Maddə 125, 7-ci hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

50. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

51. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onu n faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

52. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

53. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

54. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqd lər bağlamaq ixtiyarı yoxdur.

55. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

56. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

57. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

58. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

59. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

60. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

61. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Maddə 217.3. Qətn amə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətin də qətnamə Cavabdeh1, İddiaçı2 və İddiaçı3 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

73. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

74. Birinci iş üzrə Cavabdeh1 və ikinci iş üzrə iddiaçılar X24 və İddiaçı3 kassasiya şikayətində apellyasiya instansiyası m əhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, onların iddia tələblərinin təmin, İddiaçı1 iddia tələblərinin isə rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

75. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi birinci iş üzrə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən Nizami rayonunda yerləşən fərdi yaşayış evinin ünvanı ilə bağlı dəqiqləşdirilmə aparılmamış və nəticədə İddiaçı1 ünvan 17 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Halbuki, həmin fərdi yaşayış evi 2/7D saylı deyil, 2/7 saylı ünvanda yerləşir. Bu səbəbdən də birinci iş üzrə çıxarılmış qətnamə həmin hissədə dəyişdirilməlidir. Həmçinin, ikinci iş üzrə birinci instansiya məhkəməsi, tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

76. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci iş üzrə tərəflər, yəni İddiaçı1 və Cavabdeh1 ər-arvad olmuşlar. Onların arasında nikah xx.xx.2017-ci il tarixdə bağlansa da, faktiki münasibətləri və bundan irəli gələrək birgə təsərrüfatları xeyli əvvəl, hələ 2009-cu ildə yaranmış, xx.xx.2013-cü il tarixdə Nicat Məmmədov məhz onların faktiki nikah münasibətlərindən doğulmuşdur. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)158/2023 saylı qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuş və birg ə nikahdan doğulmuş uşaq anası Cavabdeh1 yanında saxlanılmışdır. Mübahisəli fərdi yaşayış evləri birinci iş üzrə tərəflərin birgə nikahda olduğu dövrdə inşa edilmiş, lakin bugünədək mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlaklar üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır. Bu əmlaklar hüquqi vəziyyətinə görə özbaşına tikilidir. İddiaçı1 özü də etiraf edir ki, bu evlər onların birgə nikahda olduqları dövrdə və birgə gəlirləri hesabına inşa edilmiş və məhz onlara məxsusdur. Lakin, Cavabdeh1 onun bu mövqeyi ilə razılaşmır və birinci evin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr torpaq sahəsində inşa edilən 78 kv.metr ölçüdə olmaqla bacısı İddiaçı2 məxsus oldğunu, ikinci evin isə Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 saylı ünvanda yerləşən fərdi yaşayış evinin isə qardaşı İddiaçı3 məxsus olduğunu iddia edir. Qeyd edilən şəxslər də öz iddialarında həmin mövqedən çıxış edirlər. Bu da öz növbəsində hər iki iddia uzrə həmin evlərin real olaraq bu şəxslərdən hansının vəsaiti hesabına inşa edildiyinin və reallıqda onların hansına məxsus olduğunun (istifadə və sahibliyində olduğunun) müəyyən edilməsi zərurətini yaradır və hüquqi nəticə etibarı ilə birinci iş üzrə iddianın təmin edilməsi, ikinci iş üzrə iddiaların rədd edilməsini, habelə əksinə, ikinci iş üzrə iddiaların təmin edilməsi birinci iş üzrə iddianın rədd edilməsini şərtləndirir.

77. Apellyasiya instansiyası məhkəməsi, ilk növbədə birinci evlə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, bu evin yerləşdiyi 300 kv.m. torpaq sahəsi Abşeron rayon İHB -nın xx.xx.2010-cu il tarixli, 357 saylı sərəncamına əsasən, Abşeron rayon Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin bir hissəsi Nadir Babayevə məxsusdur və həmin torpaq sahəsinə dair aidiyyəti, o cümlədən onun özəlləşdirilməsi və üzərində tikintinin inşa edilməsi səlahiyyətləri (etibar edən Ramil Talıbov vasitəsi ilə) xx.xx.2103-cü il tarixədək İddiaçı2 əri Arif Mustafayevə (artıq vəfat etmişdir) etibar edilmişdir. Həmin torpaq sahəsi üzərində iki tikilinin, yəni hazırda İddiaçı2 yaşadığı (3 otaqlı) və mübahisələndirilən birinci evin (2 otaqlı) yerləşdiyi işin mübahisəsiz halıdır. İddiaçı2 həmin etibarnaməyə istinadən torpaq sahəsinin onlara məxsus olduğunu və onun üzərində olan hər iki evin mərhum əri Arif Mustafayev tərəfindən inşa edildiyini, İddiaçı1 isə bu evin yerləşdiyi torpaq sahəsi üçün 6.000 manat pul ödədiyini, sonradan həmin məbləğin 1.000 manat hissəsinin ona qaytarıldığını iddia edir. Etibarnamə 2017-ci ilin sentyabr ayında verilmiş və həmin vaxt bu torpaq sahəsinin üzərində hər hansı tikintinin olduğu müəyyən edilmir. Tərəflərin hər hansı biri də belə bir mövqedən çıxış etmir və evin 2017-ci ilin sentyabr ayından əvvəl inşa edildiyini bildirmir. Qeyd edilən hər iki tərəf evin onun tərəfindən inşa edildiyini iddia edir və İddiaçı1 bu işlərin 2018-ci ildə həyata keçirildiyini göstərir. Evə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr və digər aidiyyəti sənədlər (izahat və cizgi, vergi ödəyicisinin uçota alınması şəhadətnaməsi) tarix etibarı ilə 2017-ci ildən sonrakı dövrə təsadüf edir. Qeyd edilənlər birmənalı şəkildə b elə qənaətə gəlməyə əsas verir ki, ev etibarnamənin verildiyi, yəni 2017-ci il tarixdən sonra inşa edilmişdir. Evin qazlaşdırılması məqsədi ilə “X41” QSC tərəfindən izahat və cizgilər, habelə “Qaz kəmərlərinin yoxlanılması və istismara qəbulu” Aktı (xx.xx.2018-ci il) 2018-ci il tarixdə məhz İddiaçı1 sifarişi əsasında tərtib edilmiş və onunla Cavabdeh3 İB arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev birlik tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə abonent kodu verilmişdir. Həmçinin, İddiaçı1la "xxxx" ASC arasında bağlanmış müqavilə əsasında bu evə işıq sayğacı quraşdırılmış və abunə kodu verilmişdir. Başqa sözlə, həmin ev üzr ə maye qazın və elektrik enerjisinin istehlakçısı kimi məhz İddiaçı1 qeydə alınmışdır. Bundan əlavə, müraciəti əsasında Sabunçu rayonu, Romana Bələdiyyəsində vergi ödəyicisi kimi də İddiaçı1 uçota alınmış və ona bu barədə şəhadətnamə verilmişdir.

78. İddiaçı2 İddiaçı1 tərəfindən qeyd edilən sifarişin verilməsi, müqavilələr bağlaması və vergi ödəyicisi kimi uçota alınması barədə sonradan məlumat əldə etdiyini bildirir. Lakin məhz hansı hadisələr nəticəsində bu barədə məlumat əldə etməsi, hansı səbəbdən sənədlərin rəsmiləşdirmə zamanı bu barədə xəbərsiz olması ilə bağlı məhkəməyə nəinki tutarlı, ümumiyyətlə hər hansı məlumat verə bilmir. Halbuki, məhz bu hal onun iddiasının əsasını təşkil edir və bu baxımdan bilavasitə iddianın əsaslılığına (uğurluluğuna) təsir edir. Məhkəmə kollegiyası tərə findən də iddiaçının bu mövqeyinin əsaslı olmasına dəlalət edən hər hansı hal müəyyən edilmir.

79. Əksinə bu mövqeyi bilavasitə təkzib edən hallar mövcuddur. Belə ki, İddiaçı2 mübahisəli evin arxasında, qeyd edilən torpaq sahəsinin üzərində yerləşən digər evdə yaşayır və yaşadığı ev üzrə vergi ödəyicisi kimi Sabunçu rayonu, Ramana qəsəbəsində uçota alınmışdır. Həmin evə kommunal xidmətlərin göstərilməsi ilə bağlı aidiyyəti qurumlarla, o cümlədən Cavabdeh5 ASC ilə müqavilə onun həyat yoldaşı Arif Mustafayevlə bağlanmışdır. İddia edildiyi kimi, mübahisəli evin də onlar tərəfindən inşa edildiyi və onlara məxsus olduğu halda, həmin vaxt bu evlə bağlı kommunal müqavilələr də Arif Mustafayev və ya İddiaçı2 ilə bağlanmış olardı. Hər bir halda, bununla bağlı hər hansı maneənin olduğu aşkar edilməm işdir.

80. Bu evdən başqa İddiaçı1 həmin ünvana (əraziyə) bağlayan hər hansı başqa marağının olduğu müəyyən edilmir. Belə olan halda, İddiaçı1 həmin ünvana getməsinin (yol gət etməsinin), evlə bağlı müqavilələr bağlamasının, digər hərəkətlər etməsinin və nəticədə vəsait sərf edərək evi işıq və təbii qazla təchiz etməsinin bir məntiqli və əsaslı izahı - evin ona məxsus olmasıdır. Belə ki, əks qənaət, yəni İddiaçı1 hər hansı müraciət və ya tapşırıq olmadan, ümumiyyətlə bu barədə heç kimə xəbər vermədən ona məxsus olmayan və tərəfindən inşa edilməyən evi şəxsi vəsaiti hesabına işıq və qazla təchiz etməsi, ümumiyyətlə adi insan məntiqinə sığmayan bir hərəkətdir. Nəzərə alınmalıdır ki, evin işıq və qazla təchiz edilməsi - konkret işlərin görülməsi, o cümlədən aidiyyəti qurumlara müraciətlərin e dilməsi, həmin qurumların əməkdaşları tərəfindən sahəyə baxışın keçirilməsi, müqavilələrin bağlanması, bunun nəticəsi olaraq xətlərin çəkilməsi, sayğacların quraşdırılması ilə müşaiyət olunur. Qeyd edilən işlər İddiaçı2 və ya onun hər hansı ailə üzvü tərəfindən görülsə idi, abunə kimi İddiaçı1 deyil, (İddiaçı2 hazırda yaşadığı evdə olduğu kimi) məhz onların hər hansı biri qeydə alınardı. Hər bir halda, bu prosedurlara İddiaçı2 və ya onun ailə üzvlərinin müraciəti və sifarişi əsasında başlanılsa idi, onların icazəsi olmadan həmin qurumlar müqavilələri İddiaçı1la bağlamazdılar. Bu səbəbdən məhkəmə kollegiyası İddiaçı2 mövqeyini də (məlumatları olmamışdır) nəzərə alıb belə qənaətə gəlir ki, onun tərəfindən bu məsələlərlə bağlı hər hansı tədbir görülməmiş, o cümlədən həmin qurumlara müraciət e dilməmişdir.

81. Məhkəmə kollegiyası o halı da nəzərə almışdır ki, evə və onun həyətinə sərbəst qaydada daxil olmaq imkanına, o cümlədən evin giriş qapısının açarına malik olmadan İddiaçı1 bu işləri yerinə yetirə bilməzdi. Həmin evin arxasında (faktiki olaraq bitişik vəziyyətdə) yerləşən evdə yaşayan İddiaçı2, habelə onunla yaşayan hər hansı ailə üzvünün bütün bunları görməməsi nəinki inandırıcı deyil, ümumiyyətlə istisna edilir. Belə ki, İddiaçı2 evin hər hansı müddət ərzində İddiaçı1 istifadə və sahibliyində olduğunu bildirmir, həmin evin özünün istifadə və sahibliyində olduğunu vurğulayır. İddiaçı2 həmin vaxt bu işlər barədə məlumatının olmadığının ehtimal edilməsi əhəmiyyətsiz faiz dərəcəsi ilə və nəzəri baxımdan mümkün hesab edilsə belə, onun sonradan evin işıq və qazla təchiz edild iyini və bunun nəticəsi olaraq, sayğacların quraşdırıldığını görməməsi, bu işləri yerinə yetirən şəxslə maraqlanmaması, ümumiyyətlə sahibliyində olan və kirayə əsaslarla başqa şəxslərə verilən evlə bağlı kommunal xidmətlərin göstərilməsi barədə müqavilələrin İddiaçı1la bağlanmasını bilməməsi qeyri-mümkündür. Başqa sözlə, evin sahibi olaraq Arif Mustafayevin (sağlılığında) və ya İddiaçı2 bir neçə il ərzində 1-ci ev üzrə göstərilən kommunal xidmətlərlə bağlı aidiyyəti qurumlar tərəfindən abunə kimi İddiaçı1 qeydə alınması barədə məlumatlarının olmaması nəinki inandırıcı, ümumiyyətlə mümkün deyil. Bir yeganə istisna ilə ki, bu ev onlar tərəfindən inşa edilməsin və onların istifadə və sahibliyində olmasın.

82. Apellyasiya instansiyası məhkəməsi 1-ci evin inşası ilə bağlı qeyd etmişdir ki, həm İddiaçı2 (qardaşı İddiaçı3 tərəfindən), həm də İddiaçı1 bu evin onun vəsaiti hesabına inşa edildiyini iddia edir. Şahid qismində ifadəsi alınmış Ramil Talıbov həmin evi inşa etdirən şəxs olaraq İddiaçı3 qeyd edir. Lakin nə İddiaçı2, nə də ki, İddiaçı3 evin inşasını və təmirini həyata keçirən hər hansı şəxsin (ustanın) şahid qismində iştirakını təmin etmir. Halbuki, evlərin inşası, təmiri və satışı ilə məşğul olan və bu ev üzrə də bu işlərin görülməsini təşkil edən İddiaçı3 həmin ustaların iştirakını təmin etmək hər hansı çətinlik yaratmamalı idi. Tikintiyə və təmirə usta qismində cəlb edilmiş şəxslərin şahid qismində iştirakını İddiaçı1 təmin etməmişdir. Lakin, İddiaçı3 fərqli olaraq, İddiaçı1 bu evin inşası ilə bağlı texniki məsələlər barədə sərbəst şəkildə izahat verə və tikintini mərhəl ələr üzrə təsvir edə bilir.

83. Apellyasiya instansiyası məhkəməsi həm bu, həm də bu evlə bağlı yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, 1-ci ev məhz İddiaçı1la Cavabdeh1 birgə nikahda olduğu dövrdə və onların birgə vəsaitləri hesabına inşa edilmişdir. Məhz bu səbəbdən də evlə bağlı mövcud olan müqavilələr və digər sənədlər İddiaçı1 adına rəsmiləşdirilmişdir. Bu da öz növbəsində İddiaçı2 mövqeyinin əsassız olduğunu, İddiaçı1la Cavabdeh3 İB və "xxxx" ASC arasında bağlanmış müqavilələrin etibarlı olduğunu təsdiq edir və onun həmin evlərə köçürülməsini şərtləndirir.

84. Apellyasiya instansiyası məhkəməsi həmçinin 2-ci evlə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı3 və İddiaçı1 ayrı-ayrılıqda bu evin onlar tərəfindən və onların vəsaiti hesabına inşa edildiyini və onlar a məxsus olduğunu iddia edirlər. Bu evin qazlaşdırılması məqsədi ilə “X41” QSC tərəfindən izahat və cizgilər, habelə “Qaz kəmərlərinin yoxlanılması və istismara qəbulu” Aktı (xx.xx.2017-ci il) 2017-ci il tarixdə məhz İddiaçı1 sifarişi əsasında tərtib edilmiş və onunla Cavabdeh3 İB arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev birlik tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə abonent kodu verilmişdir. Həmçinin, İddiaçı1la Cavabdeh5 ASC arasında bağlanmış müqavilə əsasında bu evə su sayğacı quraşdırılmış və abunə kodu verilmişdir. Başqa sözlə, həmin ev üzrə maye qazın və suyun istehlakçısı kimi məhz İddiaçı1 qeydə alınmışdır. Ha lbuki, bu evin İddiaçı3 məxsus olması qeyd edilən sənədlərin və müqavilələrin İddiaçı1 adına rəsmiləşdirilməsini qeyri-mümkün etməli idi. Onunla Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə “Özbaşına tikilinin tərkib hissəsindən istifadə hüququna dair” müqavilə bağlaması və həmin evin müvəqqəti olaraq, yəni sığınacaq kimi, Cavabdeh1 istifadəsinə və sahibliyinə verilməsi də bu rəsmiləşdirmənin İddiaçı1 adına aparılması üçün əsas yaratmır, əksinə sonuncunu bu hüquqdan mərhum edir. Belə ki, həmin müqavilənin 1.3-cü bəndinə əsasən, əmlaka sahiblik hüququ yalnız mənzil sahibinə məxsusdur, bu hüquq üçüncü şəxslərə ötürülə bilməz. Başqa sözlə, əmlaka sahiblik və ondan istifadə hüququ müvəqqəti olaraq Cavabdeh1 verilmişdir. Eyni zamanda, müqavilənin 1.4-cü bəndində Cavabdeh1 müvvəqəti olaraq veri lmiş bu hüquqların onun digər hüquqlarının yaranmasına əsas olmadığı təsbit edilmişdir. Bu baxımdan qeyd edilən rəsmiləşdirmə, o cümlədən kommunal müqavilələrin bağlanması yalnız İddiaçı3 icazəsi ilə aparıla bilərdi. Lakin, İddiaçı3 iddiasında belə bir icazə verdiyini bildirmir, əksinə İddiaçı1 bu işləri ondan xəbərsiz, özbaşına gördüyünü qeyd edir. İddiaçı3 mövqeyi və buna uyğun olaraq evin onun tərəfindən 2016-cı ildə inşa edildiyi əsas götürüldüyü təqdirdə ev xx.xx.2018-ci il tarixdə Cavabdeh1 təhvil verilənədək kommunal xidmətlərin göstərilməsi ilə bağlı məsələ öz həllini tapmalı idi. Lakin bu barədə müqavilələrin tarixləri belə qənaətə gəlməyə əsas verir ki, evin təbii qazla və su ilə təchizatı, o cümlədən müvafiq sayğacların quraşdırılması təhvil vermə prosesindən bir neçə ay sonra h əyata keçirilmişdir. Belə çıxır ki, İddiaçı3 evi inşa və təmir etdirmiş, evdə aidiyyəti əşyalar yerləşdirmiş, lakin kommunal xidmətlərin göstərilməsi ilə bağlı məsələni həll etməmiş və məhz bu qaydada evi təhvil vermişdir. Bunu bildiyi, habelə icazə vermədiyi bir halda, bir neçə ay sonra İddiaçı3 bu məsələlərin həll edildiyini bilməməsi, həm bu evin sahibi olaraq, həm də bu sahə üzrə fəaliyyət göstərən (evlərin inşası, təmiri və satışı) şəxs olaraq qeyri-mümkündür. Ondan əvvəl bunu həmin evdə yaşayan Cavabdeh1 görməli və bilməli və ona bildirməli idi. Hər bir halda, xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin şərtləri baxımından, habelə bu müqavilənin məntiqi və hüquqi nəticəsi olaraq, evlə bağlı yuxarıda qeyd edilən rəsmiləşdirmə İddiaçı3, ən pis halda Cavabdeh1 aparılmalı idi. Digər t ərəfdən evdə Cavabdeh1 ailəsi, o cümlədən əri İddiaçı1la bir yerdə yaşamışdır. Bu baxımdan sonuncu da həmin müqavilənin tərəfi olmalı, evi onunla birlikdə təhvil almalı idi. Lakin nə müqavilə, nə də ki, bu evin təhvil alınması barədə xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı nəinki, İddiaçı1 tərəfindən imzalanmamış, ümumiyyətlə onun bu sənədlər barədə hər hansı məlumatının olduğu müəyyən edilmir. Digər tərəfdən iddiasına uyğun olaraq, bundan əvvəl yaşamaq üçün müəvəqqəti olaraq verdiyi evlərlə bağlı da belə bir müqavilələr təqdim edə bilmir. Bununla belə, bu, habelə yuxarıda göstərilənlər həmin müqavilənin və təhvil-təslim aktının əhəmiyyətsiz sənəd olduğunu, bacı-qardaş arasında evin İddiaçı3 məxsus olması görüntüsü yaratmaq məqsədi ilə və artıq mübahisə yarandıqdan sonra tərtib edildiy ini və imzalandığını təsdiq edir.

85. Apellasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, İddiaçı3 tərəfindən təqdim edilmiş Bakı şəhəri, Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 67 saylı MKİS-nin, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi isə bu evin ona məxsus olmasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Həmin qəbz sadəcə olaraq İddiaçı3 tərəfindən 2022-ci ilin noyabr ayında ümumilikdə 2016-2022-ci illər üçün yaranmış kommunal borcun (98 manat) ödənilməsini təsdiq edir, eyni zamanda, bu ödənişin vaxtıvaxtında deyil, bir neçə ildən sonra və məhz tərəflər arasında artıq evlə bağlı mübahisə başlandıqdan sonra aparılması məsələsinə diqqət yetirilməsinə zərurət yaradır. Həmin sahə tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022- ci il tarixlərdə verilmiş arayışlar isə məzmun etibarı ilə ümumiyyətlə anlaşılmazdır. Belə ki, İddiaçı1la Cavabdeh1 2018-2022-ci illər ərzində həmin evdə yaşaması və İddiaçı3 ümumiyyətlə bu evdə yaşamaması işin mübahisəsiz halıdır, bunu iş üzrə tərəflər özləri də etiraf edir. Buna baxmayaraq, həmin arayışlarda İddiaçı1 bu evdə yaşamadığı, evdə İddiaçı3 qeydiyyatsız yaşadığı və evin İddiaçı3 tərəfindən inşa edildiyi göstərilmişdir. Halbuki, evin inşası ilə bağlı məlumatın verilməsi həmin qurumun səlahiyyətlərinə aid deyil. Digər tərəfdən bu növ arayış ümumiyyətlə evin tikintisi ilə bağlı məlumatın verilməsini şərtləndirmir. Bununla belə, tarix, əhatə etdiyi dövr və məzmun etibarı ilə bu sənədlər də xx.xx.2018-ci il tarixli müqavilə kimi evin İddiaçı3 məxsus olması görüntüsünü yaratmaq məqsədi daşıyır.

86. Apellyasiy a instansiyası məhkəməsi sözügedən evin inşası ilə bağlı qeyd etmişdir ki, İddiaçı3, Cavabdeh1 (hətta Lala Mustavayeva da bu mövqedən çıxış edirdi) bu evin İddiaçı3 tərəfindən inşa edildiyini və İddiaçı1 bu prosesdə iştirak etmədiyini iş üzrə hər bir sənəddə, o cümlədən iddiaya qarşı etirazda, iddia ərizəsində və apellyasiya şikayətində və izahatlarında bildirməsinə baxmayaraq, görülmüş təmir-tikinti işləri, onun mərhələləri və texniki tərəfləri barədə sorğu sual zamanı İddiaçı1 evin tikintisi ilə bağlı bütün məsələlər barədə məhkəməyə məlumat verməyə hazır olduğunu bildirdiyi bir halda, İddiaçı3 bu məsələlərə aydınlıq gətirə bilməmiş, və əvvəlki mövqeyinə zidd olaraq evin onun tapşırığı əsasında İddiaçı1 tərəfindən inşa edildiyini bildirmişdir. Başqa sözlə, İddiaçı1 bu evin inşasında iş tirakı ilə bağlı məsələ üzrə əvvəlki mövqeyindən fərqli bir mövqe nümayiş etdirmişdir. Qeyd edilənlər İddiaçı3 bu evə də köçürülməsini şərtləndirir və həmin evə kommunal xidmətlərin göstərilməsi ilə bağlı onunla aidiyyəti qurumlar arasında bağlanmış müqavilələrin etibarlı olduğunu təsdiq etmişdir. Başqa sözlə, hər iki ev üzrə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr buna səlahiyyəti olan şəxs, yəni evlərin sahibi və istifadəçisi olan, bu əmlakın inşasına və təmirinə vəsait qoyan İddiaçı1 tərəfindən imzalanmışdır. Onun hər iki evə köçürülməsi də məhz bu evə yaranmış hüquqlarından irəli gəlir. Belə bir tələb irəli sürməklə İddiaçı1 məhz hər iki evin ona məxsus olmasının müəyyən edilməsi ilə bağlı hüquqi nəticənin əldə edilməsini arzulamışdır.

87. Apellyasiya instansiyası məhkə məsi, o halı da qeyd etmişdir ki, ikinci evin ünvanı qismində ünvan 20 hal iş materiallarında olan sənədlər, habelə tərəflərin, o cümlədən İddiaçı3 izahatı ilə də öz təsdiqini tapır. Belə ki, bu tərəfin dəlillərindən biri də İddiaçı1 mövcud olmayan ünvana köçürülməsidir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə də dəyişdirilməli və İddiaçı1 köçürülməli olduğu ünvan dəqiq göstərilməlidir.

88. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evlərinin inşa və təmir edilməsində İddiaçı3 və İddiaçı2 və onun ailəsinin maddi baxımdan hər hansı iştirakı olmamışdır. Bu evlər İddiaçı1la Cavabdeh1 birgə nikahda olduqları dövrdə və onların birgə gəlirləri hesabına inşa və təmir edilmişdir. Bu səbəbdən hə min evlərin sahibi kimi məhz onlar qəbul edilməlidir. Belə olan halda, İddiaçı1 həmin evlərə münasibətdə Cavabdeh1 ilə eyni, o cümlədən evdən istifadə etmək və ona sahiblik etmək hüquqlarına malikdir. Hüquqi nəticə etibarı ilə Cavabdeh1 əsassız olaraq onu həmin evdən istifadə və ona sahiblik etmək, o cümlədən evdə yaşamaq hüququndan məhrum etmişdir. İddiaçı3 və İddiaçı2 bu evlərdən İddiaçı1 istifadə və onlara sahiblik etməsinə maneə yaratmaq üçün ümumiyyətlə hər hansı hüquqi əsası yoxdur. Qeyd edilənlər İddiaçı1 iddiasının mübahisəli evlərə köçürülməsi hissəsində əsaslı olmasına dəlalət edir və onun təmin edilməsini şərtləndirir. Yəni, mübahisəli fərdi yaşayış evləri İddiaçı1la Cavabdeh1 birgə nikahda olduqları dövrdə və onların birgə gəlirləri hesabına inşa edilmiş və bilavasitə onlara mə xsusdur. Bu da öz növbəsində İddiaçı1 həmin evlərlə bağlı öz adına rəsmiləşdirmənin aparılması, o cümlədən kommunal xidmətlərin göstərilməsi ilə bağlı aidiyyəti qurumlarla müqailələrin bağlanması hüququnu yaratmış olur. Başqa sözlə, İddiaçı1 mübahisələndirilən müqavilələri imzalayarkən hüquqi baxımdan buna tam səlahiyyətli olmuş, bu məsələlərdə İddiaçı3 və İddiaçı2 razılığından, icazəsindən və ya bəyənməsindən asılı olmamışdır. Bununla belə, həm birinci iş üzrə apellyasiya instansiyası məhkəməsinin qənaəti, həm də bu hallar ikinci iş üzrə apellyasiya şikayətinin əsaslı olduğunu təsdiq edir və ikinci iş üzrə çıxarılmış qətnamənin ləğv edilməsini və iddiaların rədd edilməsini şərtləndirir. Məhkəmə ikinci iş üzrə çıxarılmış qətnamə ilə iddiaların qismən təmin edilməsinə baxmayaraq, bu iddiala rın təmin edilməyən hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, bu hissədə iddialar birinci evlə bağlı Cavabdeh5 ASC ilə, ikinci evlə bağlı isə "xxxx" ASC ilə İddiaçı1 arasında müqavilənin bağlanmaması əsası ilə deyil, ümumiyyətlə İddiaçı3 və İddiaçı2 bu müqavilələri mübahisələndirmək hüququnun olmaması əsası ilə rədd edilməlidir. Bundan başqa, İddiaçı2 Ramana qəsəbəsində yerləşən 2, yəni 2 və 3 otaqlı fərdi yaşayış evi ilə bağlı bağlanmış kommulla müqavilələrin etibarsız hesab edilməsini tələb edir. Lakin həmin evlərdən birində (3 otaqlı) özü yaşayır və həmin evlə bağlı İddiaçı1 tərəf olduğu hər hansı kommunal müqavilənin olduğu müəyyən edilmir. Bu da öz növbəsində onun iddiasının bu hissədə qeyd edilən əsasla rədd edilməsini şərtləndirir.

89. Göstərilənl ərə əsasən, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

90. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Birinci iş üzrə Cavabdeh1, ikinci iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2(103)-154/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar