Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2130/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Ərizəçi Ərizəçi vəkili X2, maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinin vəkili X3 iştirakları ilə. İddiaçı Ərizəçi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ET Dİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim: Ə.S.Qəhrəmanov; 2(003)-1712/2018) ərizə qismən təmin edilmiş, Ərizəçi 03 may 1981-ci il tarixdən 23 iyul 1993-cü il tarixə kimi Ağdam rayon X1 kənd xəstəxanasında tibb bacısı işləməsi faktının müəyyən edilməsi qət edilmiş, ərizənin qalan hissəsi əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova, İ.K.Xəlilov; 2(103)-1138/2018) maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsitərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1712/2018 saylı iş üzrə 10 iyul 2018-ci il tarixli qətnaməsi “Ərizəçi 03 may 1981-ci il tarixdən 23 iyul 1993-cü il tarixə kimi Ağdam rayon X1 kənd xəstəxanasında tibb bacısı işləməsi faktının müəyyən edilməsi” hissəsində ləğv olunmuş, Ərizəçi ərizəsi həmin hissələrdə də təmin edilməmişdir. İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Ağdam rayon X1 kənd xəstəxanasında tibb bacısı vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində 1957-ci ildə Ağdam rayonunun Əlimədədli kəndində doğulduğunu, Ağdam rayonu işğal olunanadək ailə üzvləri ilə birlikdə orada yaşadığını, 03 may 1981-ci il tarixdən 16 iyun 1994-cü il tarixədək Ağdam rayon X1 kənd xəstəxanasında tibb bacısı vəzifəsində işlədiyini, məlum hadisələrlə bağlı Ağdam rayonundan məcburi kö çkün düşərkən bütün sənədlərinin işğal zonasında qaldığını, ona pensiya təyin olunması barədə müraciətinə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsi tərəfindən əmək fəaliyyəti barədə sənədləri təqdim etmədiyi əsas gətirilməklə imtina cavabı verildiyini göstərmiş, buna görə də 03 may 1981-ci il tarixdən 16 iyun 1994-cü il tarixə kimi Ağdam rayon X1 kənd xəstəxanasında tibb bacısı vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Ərizəçi kassasiya şikayətində Bakı apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin, tələblərinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəmə kollegiyasının iclasında Ərizəçi və vəkili X4 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəməkollegiyasınıniclasında maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinin vəkili X5 şikayətin təmin olunmamasını xahişetdi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin 02 may 2018-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 03.05.1981-ci ildən 16.06.1994-cü ilədək olan əmək stajı əmək kitabçasında qeyd olunmadığından həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qay dada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə şahid qismində dindirilmiş Akif Ələkbərov ümumiyyətlə başqa yerdə (kənddəki sovxozda) işləmiş, ifadəsində ərizəçinin sözügedən xəstəxanada işlədiyini göstərsə də, onun konkret olaraq hansı müddətdə orada işlədiyini bil dirməmiş; digər şahid İradə İsgəndərova isə ifadəsində özünün də 1986-cı ildən 1993-cü ilədək həmin xəstəxanada işlədiyini və ərizəçinin ondan əvvəl orada çalışdığını göstərməsinə baxmayaraq, onun özünün həmin xəstəxanada işləmiş olduğuna dair hər hansı sübut təqdim olunmamışdır. Ona görədə Ərizəçi ərizəsinin təmin edilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instans iya məhkəməsinin qətnaməsini ləğv edib, ərizənin təmin edilməməsi barədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2130/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2130/2019
18.03.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver