Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2130/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-2652/2019, hakim V.Ş.Quliyev) iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 8.500 manat məbləğində pulun alın araq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-12112/2019, hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova, İ.Ə.Kərimli) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən ** AR *** dövlət nömrə nişanlı CADİLLAC ESCALADE minik markalı avtomaşın Cavabdeh icarədarın müvəqqəti istifadəsinə vermişdir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, icarədar avtonəqliyyat vasitəsinin istifadəs inin hər 1 (bir) günü üçün 250 manat ödəyir. Həmin müqavilənin 4.8-ci maddəsinə əsasən avtomobilə dəyən ziyana görə müddətli servisdə avtomobil təmir edildiyi halda, icarədar icarəyə götürdüyü qiymətin hər günü üçün icarə haqqının 70 faiz həcmində cərimə ödəyir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən, bu müqavilə xx xxxxxx 2018-ci il saat 15:00-dan xx xxxxxx 2018-ci il saat 15:00dək qüvvədədir. Bununla bərabər “xxxx” MMC tərəfindən Cavabdeh həmin avtomobili xx xxxxxx 2018-ci il saat 15:00-dan xx xxxxxx 2018-ci il saat 15:00-dək idarə etmək üçün etibarnamə həvalə edilmişdir. xx.xx.2018-ci il tarixində, saat 06:30-da CADİLLAC ESCALADE minik markalı, ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən Cavabdeh yol hərəkəti qaydalarını pozaraq Azərbaycan Respub likasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. xx xxx 2019-cu il tarixdə “xxxx” MMC Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsinə əsasən, cavabdehin icarəsində olmuş avtomobilin müəyyən müddətə yararsız hala düşdüyü müddət üçün, yəni 57 gün ərzində cərimə olaraq 9.975 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışd ır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar, o cümlədən mövcud iqtisadi durumun qət edilən 8.500 manat məbləği ödəməyə imkan verməməsi nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci m addəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndiriməyən halları ilə müəyyən edilir ki, “xxxx” MMC şirkəti lizinqə götürdüyü CADİLLAC ESCALADE minik markalı avtomobili xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. xx.xx.2018-ci il tarixdə “Cadillac Escalade” markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermiş, nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətə cəlb olunmuşdur. İddiaçı hazırda ziyan vurulması ilə əlaqədar müqavilə şərtlərindən irəli gələn öhdəliklərin yer inə yetirilməsini tələb edir. Həmin müqavilənin 4.8-ci maddəsinə əsəsən, avtomobilə dəyən ziyana görə müddətli servisdə avtomobil təmir edildiyi halda, icarədar icarəyə götürdüyü qiymətin hər günü üçün icarə haqqının 70% həcmində icarədər tərəfindən icarəyə verənə cərimə ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5. maddəsində mülki qanunvericiliyin əsas təməl prinsipi kimi müqavilələr azadlığı prinsipi qeyd olunmuşdur. Müqavilə azadlığı prinsipi fiziki və ya hüquqi şəxslərin sərbəst sürətdə müqavilələr bağlamasını və müqavilənin şərtlərini müəyyənləşdirməsini özündə ehtiva edir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər öz iradələrinə uyğun olaraq müqa vilə bağlayaraq məzmununu müəyyən etmiş və orada razılaşmışlar ki, icarədar ziyan vurulması ilə əlaqədar avtomobilin təmirdə qaldığı hər gün üçün icarə haqqının 70% həcmində məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi həmin müqavilə şərtinə əsaslanaraq, həmçinin cavabdeh tərəfindən 1300 manatın ödənilməsini və bu halın mübahisələndirilmədiyini nəzərə alaraq, 8500 manat məbləğində cərimənin tutulması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçıya cavabdehin hüquqazidd əməlləri nəticəsində ziyan vurulması işin təsdiq olunmuş halıdır. Cavabdeh iddiaçıya məxsus avtomaşınla yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomaşına ziyan dəymişdir. Dəymiş ziyanla bağlı cərimənin hesablanması və ödənilməsi qaydaları tərəflər arasında bağlanmış icarə müqaviləsinin özündə nəzərdə tutulmuşdur. Cavabdeh həmin icarə müqaviləsi əsasında avtomaşını müvəqqəti istifadəyə qəbul etmiş və idarə etmişdir. Bu işin mübahisəsiz halıdır. Deməli, müqavilə cavabdeh tərəfindən imzalanmış, müqavilənin bütün şərtləri cavabdehə məlum olmuş və o, razılıq vermişdir. Buna görə də, yuxarıda qeyd olunmuş müqavilə şərtlərinə əsasən, cavabdeh avtomobilə dəymiş zərərə görə şərtləşdirilmiş məbləği ödəməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tələb olunan məbləğ müqavilədə cərimə yazılsa da, əslində həmin məbləğ cərimə deyil, əldən çıxmış fayda, avtomobilin cari saxlanması xərclərini əhatə edir. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, “Cadillac Escalade” markalı ** AR *** dövlət qeydiyyat nişa nlı avtomobili iddiaçı “xxxx” MMC ilə bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli daxili lizinq müqaviləsi əsasında lizinqə götürmüş və hər ay avtomaşına görə 1100 manat ödəniş edir. Avtomobil təmirdə olduğu müddətdə təkcə lizinq şirkətinə 2200 manat vəsait ödənilmişdir. Bundan başqa, həmin avtomaşın sığorta təşkilatında sığortalanmışdır. Avtomaşının saz vəziyyətdə saxlanması üçün cari təmir işləri iddiaçı tərəfin üzərinə düşür. Məhz bu səbəbdən iddiaçı cavabdehin günahı ucbatından avtomaşının təmirdə dayanacağı təqdirdə gündəlik icarə haqqının 70 %-nin ödənilməsini razılaşmışdır. Cavabdeh bu barədə əvvəlcədən xəbərdar olmuşdur. Çünki, cavabdeh tərəfindən ünvanlanmış ərizədə iddiaçıya avtənəqliyyat hadisəsi baş verdikdən sonra ümumi olaraq 1.800 manat deyil, 2.700 manat ödəniş edildiyi göstər ilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin ərizə iddia tələbinin qismən qəbul edilməsi kimi qiymətləndirilməlidir. Çünki, cavabdeh həmin məbləği avtomaşının boşdayanmasına görə qismən könüllü olaraq ödəmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, onun maddi imkanının aşağı olması müqavilə üzrə öhdəliklərinin icrasından azad edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2130/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2130/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver