Məhkəmə qərarları › İş №2(102)-2130/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2130/2025

15.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2130/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tapşırığın lazımi qaydada icra edilməməsinə görə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)549/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ay rı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 15 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla İddiaçı xx.xx.2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə etmiş olduğu şikayət ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.6-cı (şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda) maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Cavabdeh3 və Cavabdeh1 arasında olan pul mübahisəsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilm işdir.

2. Həmin qərarda material üzrə izahatı alınmış Cavabdeh3 göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 41, mənzil 8-də övladları ilə birlikdə yaşayır. Rəsmi olaraq MN-nin Şəmkir rayonunda yerləşən N saylı hərbi hissəsində tibb bacısı işləyir. 2019-cu ilin dekabr ayından 2022-ci fevral ayına kimi İddiaçı onlarda kirayədə qalmışdır. Cavabdeh2 əvvəllər işlədiyi hərbi hissədə maliyyədə işləmiş, lakin hazırda işləmir. 2020-ci ildə Cavabdeh2 iş yerinə gələrək «Ocos» şirkəti barədə məlumat vermiş və bildirmişdir ki, gəlin pul qoyun pul götürün. O da evə gəlmiş, bacısı Cavabdeh1 və anasına bu barədə demişdir. Bundan sonra o və bacısı Cavabdeh1 həmin şirkətə 50 manat pul qoymuş, 100 manat götürmüş, sonra 100 manatı qoymuş, 200 manat götürmüşdür. Sonra 200 manat g ötürmüş, 300 manat götürmüş, bacısı Cavabdeh1 da eyni şəkildə pul qoyub pul götürmüşdür. İddiaçı onlarda kirayədə qaldıqları müddət ərzində görmüşdür ki, o, «Ocos» şirkətinə pul qoyub pul götürür. Bundan sonra İddiaçı da 1000 ABŞ dollarını qoyub 1500 ABŞ dolları pul götürmüş, 2000 ABŞ dolları pul qoymuş, 3000 ABŞ dolları pul götürmüşdür. Onda olan məlumata görə İddiaçı sonda 14620 manat pul qoymuşdur ki, qazanc götürsün, lakin həmin vaxtı «Ocos» şirkətinin rəhbərliyi tutulduğu üçün İddiaçı qoyduğu 14620 batmışdır. İddiaçı ona verdiyi pulları Cavabdeh2 vermişdir ki, «Ocos» şirkətinə yatırsın. O, heç kimin pulunu dələduzluq yolu ilə mənimsəməmişdir.

3. Həmin qərarda material üzrə izahatı alınmış Cavabdeh1 öz göstərmişdir ki, o, yuxarıda qeyd olunan ünvanda övladları ilə birlikdə kirayədə yaş ayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, İddiaçı tanıyır. Belə ki, 2019-cu ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi o, bacısı Cavabdeh3gildə kirayədə qalmışdır. Cavabdeh2 əvvəllər bacısının işlədiyi hərbi hissədə maliyyədə işləmiş, lakin hazırda işləmir. 2020-ci ildə Cavabdeh2 bacısının iş yerinə gələrək «Ocos» şirkəti barədə məlumat vermiş və bildirmişdir ki, gəlin pul qoyun pul götürün. Bacısı da evə gəlmiş ona və anasına bu barədə demişdir. Bundan sonra o və bacısı Cavabdeh3 həmin şirkətə 200 ABŞ dolları pul qoymuş, 300 ABŞ dolları götürmüş, sonra 300 ABŞ dollarını qoymuş, 450 ABŞ dolları götürmüşdür. İddiaçı da həmin şirkətə pullar qoyaraq qazanc götürmüşdür. Yekunda İddiaçı «Ocos» şirkətinə qazanc əldə etmək üçün 14620 manat pulu onun və bacı sı Cavabdeh3 vasitəsi ilə qoymuş ki, qazanc əldə etsin, lakin həmin vaxtı «Ocos» şirkətinin rəhbərliyi tutulduğu üçün onun bacısı Cavabdeh3 və İddiaçı «Ocos» şirkətinə qoyduğu pulları batmışdır. İddiaçı «Ocos» şirkətinə yatırım etmək üçün verdiyi 14620 manat pulu o, və bacısı Cavabdeh3 tanışları Cavabdeh2 vasitəsi ilə «Ocos» şirkətinə yatırmışdır.

4. Həmin qərarda material üzrə izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, Gəncə şəhəri, N.Nərimanov prospekti, ev 48, mənzil 26-da oglu ilə birlikdə kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İddiaçı tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Onun etmiş olduğu müraciəti ilə tanış olmuşdur. O, İddiaçı heç vaxt pul götürməmiş, onun müraciətində qeyd etdiyi 14620 manat pulu nə Cavabdeh1, nə də ki Cavabdeh3 ona ve rməmişdir. Cavabdeh3 dedikləri yalandır, o, Cavabdeh3 və Cavabdeh1 «Ocos» şirkətinə qoşmuşdur. Ancaq ondan sonra onların özləri investr olmuşlar və onların kimlərdənsə aldıqları pullardan xəbəri yoxdur. Cavabdeh3 və onun bacısı Cavabdeh1 yalan deyir, «Ocos» şirkəti bağlanan zaman bütün şəxslər üzərinə gələn zaman qorxmuş və evinə gələn şəxslərə demişdir ki, evini satıb pulları qaytaracaq. Ancaq sonradan məlum olmuşdur ki, Cavabdeh3 və onun bacısı Cavabdeh1 aldıqları pulları ona verməmişlər ki, o, «Ocos» şirkətinə yatırsın. İddiaçı 14620 manat pulunu onlar verməmişlər, Cavabdeh3 və onun bacısı Cavabdeh1 hər ikisi yalan deyir. İddiaçı 14620 manat pulu Cavabdeh3 və onun bacısı Cavabdeh1 özündədir. Həmin puldan onun xəbəri yoxdur. Həmin ərəfələrdə Cavabdeh1 onun yanına Vüsalə adlı qadını gət irərək, ondan 5000 manat pul alıb ona vermiş, Vüsalə adlı qadını yola saldıqdan sonra geri qayıdaraq həmin 5000 manat pulu ondan alaraq güya ki, həmin 5000 manat pulu özü «Ocos» şirkətinə yatıracağını demişdir. Eyni zamanda «Ocos» şirkətinin rəhbərliyi tutulan zaman Cavabdeh1 tanımadığı bir nəfər şəxslə onun yaşadığı evə gələrək, həmin tanımadığı şəxsə güya ondan aldığı 30000 ABŞ dolları pulu «Ocos» şirkətinə yatırmaq üçün ona verdiyini bildirmiş, həmin şəxsdə ondan 30000 ABŞ dolları pul tələb etdiyini, həmin şəxsə Cavabdeh1 ona 30000 ABŞ dolları vermədiyini izah etdikdən sonra həmin şəxsin onun evindən çıxıb getdiyini bildirmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-120/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178. 3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X10 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhku m etmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 10 (on) gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəza ilə qismən birləşdirilməklə X10 qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X9 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxslərə: İddiaçı dəymiş 14620 manat pul vəsaitlərinin aldatma, etibardan sui-istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmış; X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2- ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X7 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınmış və ona hazırkı hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X7 qəti olaraq 11 (on bir) il 11 (on b ir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X4 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxslərə: İddiaçı dəymiş 14620 manat pul vəsaitlərinin aldatma, etibardan sui-istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmış; X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; X1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay 02 (iki) gün müddət nəzərə alınmış və ona hazırkı hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X5 qəti olaraq 11 (on bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X3 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxslərə: İddiaçı dəymiş 14.620 manat pul vəsaitlərinin aldatma, etibardan sui-istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14620 manat pulun və 134 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onun Cavabdeh3 və Cavabdeh1 ilə normal münasibətləri olmuş və pul qazanmaq məqsədi ilə ilkin olaraq 2021-ci il avqust ayında Cavabdeh3 1000 ABŞ dolları məbləğin də pul vermiş, həmin ilin oktyabr ayında Cavabdeh3 bacısı Cavabdeh1 ona 1500 ABŞ dolları pul qaytarmışdır ki, 500 ABŞ dolları məbləğində pul qazanc əldə edilmişdir. O, öz növbəsində onlara inanmış, həqiqətəndə “Ocos” şirkətinə yatırım etməklə pul qazanmaq olur və hissə-hissə olmaqla ümumilikdə 14620 manat məbləğində pulu 2021-ci ilin oktyabr ayı ərzində Cavabdeh3 vasitəsi ilə Cavabdeh1 vermişdir. Sonradan sosial şəbəkələrdə “Ocos” şirkətinin rəhbəri Xəyal Yəhyayevin tutulduğunu görmüş və bu barədə Cavabdeh3 məlumat vermişdir. O, narahat olmamağını, anlaşılmazlıq olduğunu və 10-15 gün ərzində Xəyal bəyin çıxacağını bildirmişdir. Həmin vaxtdan 10-15 gün keçdikdən sonra Cavabdeh1 və Cavabdeh3 pulu verməyəcəkləri təqdirdə şikayət edəcəyini bildirdikdə, onlar şikayət etməməyini xahiş edərək, pu lu Cavabdeh2 adlı şəxsə verdiklərini bildirmişlər. O, onlara inanmayaraq Gəncə şəhər Baş Polis İdarəsinə şikayət etmiş və araşdırılan material DİN-nin BMCMİ-nə göndərilmişdir. Həmin iş üzrə zərərçəkmiş kimi tanındıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, onun Cavabdeh1 və Cavabdeh3 verdiyi pullar “Ocos” şirkətinə yatırılmamışdır. Bundan sonra pulunu tələb etməyə davam etsə də, adları qeyd edilən cavabdehlərin əməllərində cinayət tərkibinin olmaması barədə Gəncə şəhər BPİ-nin İTİnin müstəntiqi polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli HK-1\490 saylı qərarı ona təqdim edilmişdir ki, pulunu mülki qaydada iddia qaldırmaqla tələb etsin. Sözügedən cinayət işinin rədd edi lməsi barədə qərarda Cavabdeh1 və Cavabdeh3 etiraf etmişdir ki, 14620 manat məbləğində pul onlara verilmişdir. Pulu digər cavabdehə verdiklərini bildirsələr də, izahat verən zaman həmin Cavabdeh2 ona pul vermədiklərini, yalan danışdıqlarını bildirərək qeyd etmişdir ki, Cavabdeh3 və Cavabdeh1 “Ocos” şirkətinə o qoşsa da, onların özü sonradan investr olmuş və insanlardan aldıqları pullardan onun xəbəri olmamışdır. Hazırda cavabdehlərdən Cavabdeh3 və Cavabdeh1 sözügedən məbləği aldıqlarını etiraf etsələr də, həmin pulu qaytarmaqdan imtina etmişlər və bəhanələrlə onun pulunu qaytarmamışlar. Əvvəla pulu “Ocos” şirkətinə yatırdıqlarını bildirsələr də, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)120/2024 nömrəli hökmünə əsasən həmin pulun “Ocos” şirkətinə verilmədiyi müəyyən edilmiş və o, zərərçəkmiş statusundan çıxarılmışdır. Sonda o, məcbur qalıb hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, cavabdeh tərəfin ona məxsus olduğunu bildirdiyi səhifədə öz əksini tapan qrafik cavabdeh tərəfdən idarə edilirdi və bu hal onun verdyi pulların geri qaytarıldığını təsdiqləməmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı onun vasitəsi ilə «Ocos» şirkətinə yatırım etmişdir, lakin məbləği dəqiq xatırlamır, iddiaçı qazanc əldə edə biləcəyi kimi, həmin pulları itirə biləcəyindən də xəbərdar idi və nəticədə həmin məbləği itirmişdir. Cavabdeh3 iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi r.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı Cavabdeh3, Cavabdeh2 və onun vasitəsi ilə «Ocos» şirkətinə yatırım etmişdir, lakin məbləği dəqiq xatırlamır, iddiaçının «Ocos» şirkətinə yatırım etməsi iddiaçıya aid olan səhifəyə kriptovalyutanın daxil olması ilə təsdiqlənir, iddiaçı qazanc əldə edə biləcəyi kimi, həmin pulları itirə biləcəyindən də xəbərdar idi, nəticədə həmin məbləği itirmişdir, bundan başqa, o, iddiaçıdan pul yatırım etməsini xahiş etməmişdir, Cavabdeh2 iddiaçının qeydiyyatını həyata keçirmişdir, iddiaçı ona pul pay və ya borc verməmişdir. Cavabdeh1 iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 təmsilçisi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı, Cava bdeh1 yox, digər cavabdehlərə öz şəxsi iradə ifadəsini bildirərək qazanc məqsədi ilə pul vermişdir. Burada Cavabdeh1 iddiaçının adından hərəkət edərək sadəcə vasitəçinin xahişi ilə iddiaçının tapşırıq müqaviləsi əsasında hərəkət etmişdir. İddiaçı dəfələrlə bu məbləğə münasibətdə yüksək gəlir və qazanc əldə etmişdir. Cavabdeh1 təmsilçisi iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia etiraz edərək, iddiaçını tanımadığını və onunla hər hansı əlaqəsi olmadığını bildirmiş, iddianın təmin olunmamasını xahiş etmişdir.

13. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(125)-4162/2024 nömrəli iş üzrə 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehlər Cavabdeh1 və C avabdeh3 13120 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129.36 manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Xədicə Səfərli).

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda göstərilmiş izahatlara əsasən, Cavabdeh3 iddiaçıya verdiyi 14620 manat pulun batdığını, iddiaçının ona verdiyi pulları Cavabdeh2 «Ocos» şirkətinə yatırmaq üçün verdiyini və heç kimin pulunu dələduzluq yolu ilə mənimsəmədiyini bildirmiş; Cavabdeh1 iddiaçının «Ocos» şirkətinə yatırım etmək üçün verdiyi 14620 manat pulu o, və bacısı Cavabdeh3 tanışları Cavabdeh2 vasitəsi ilə «Ocos» şirkətinə yatırdığını bildirmiş; Cavabdeh2 iddiaçıdan heç vaxt pul götürməd iyini, onun müraciətində qeyd etdiyi 14620 manat pulu nə Cavabdeh1, nə Cavabdeh3 ona vermədiyini bildirmişdir. Məhkəmə icraatı zamanı Cavabdeh1 və Cavabdeh3 iddiaçıdan aldıqları və məbləğini dəqiq xatırlamadıqları pulları iddiaçının tapşırığı ilə “Ocos” şirkətinə təhvil verdiklərini bildirmiş, Cavabdeh2 isə iddiaçını tanımadığını və ona məxsus hər hansı pul məbləğini təhvil almadığını bildirmişdir. Beləliklə, vəkalət alan qismində Cavabdeh1 və Cavabdeh3 vəkalət verən qismində iddiaçıdan «Ocos» şirkətinə yatırım etmək üçün 14620 manat pulu və bu barədə şifahi tapşırığı aldığı müəyyən olunmuşdur.

15. Cavabdeh1 və Cavabdeh3 iddiaçıya məxsus pulların “Ocos” şirkətinə təhvil verildiyini bildirmişdir. Lakin bu halı təsdiqləyən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı, Bakı Ağı r Cinayətlər Məhkəməsinin hökmünə əsasən, özlərini “Ocos” şirkətinin rəhbəriliyi kimi təqdim etmiş şəxslərin iddiaçıdan 14620 manat pulun aldatma, etibardan sui-istifadə yolu ilə əldə etmələri və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin epizod elan edilmiş ittihamdan çıxarılmış, yəni cinayət işi üzrə təqsirləndirilən şəxslərin iddiaçıya məxsus 14620 manat pulu təhvil alması öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçıya məxsus 14620 manat vəkalət alan Cavabdeh1 və Cavabdeh3 verilməsi müəyyən olunmuş, sonuncular tərəfindən həmin pulun “Ocos” şirkətinə təhvil verilməsi tapşırığını şəxsən və ya üçüncü şəxs vasitəsilə icra etməsi sübuta yetirilməmişdir. Buna görə vəkalət alan Cavabdeh1 və Cavabdeh3 ta pşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verən iddiaçıya dəyən zərər üçün məsuliyyət daşıyır.

16. Hazırda məhrum olan iddiaçı onun hesabına əmlak əldə etmiş Cavabdeh1 və Cavabdeh3 belə varlanma həyata keçirilməmiş əsasa söykəndiyi üçün 14620 manat pulun tutulmasını xahiş etmişdir. Bununla yanaşı, belə qaytarma tələbini istisna edən hallar müəyyən olunmamışdır.

17. Bundan başqa, iddiaçı, məhkəmə icraatı zamanı cavabdeh tərəfdən ona 1500 manat pul qaytarıldığını bildirmişdir. Belə olan halda, daha çox ödəniş edilməsi müəyyən olunmadığından 14620 manat puldan 1500 manat pul çıxılmaqla (14620-1500=13120) 13120 manat pulun Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia təmin edilməli, qalan hissədə sübuta yetiril mədiyindən təmin olunmamalıdır.

18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777, 778, 779, 780, 782, 1091, 1092, 1093-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia ərizəsində də qeyd edilmişdir ki, ilkin olaraq 2021-ci il avqust ayında Cavabdeh3 1000 ABŞ dolları məblə ğində pul vermiş, həmin ilin oktyabr ayında Cavabdeh3 bacısı Cavabdeh1 ona 1500 ABŞ dolları pul qaytarmışdır ki, 500 ABŞ dolları məbləğində pul qazanc əldə edilmişdir. Hissə-hissə olmaqla ümumilikdə 14620 manat məbləğində pulun cavabdehlərə verilməsi 2021-ci ilin oktyabr ayı ərzinə təsadüf etsə də, hissə-hissə olmaqla ümumilikdə 14620 manat məbləğində pulun cavabdehlərə verilməsi 1500 ABŞ dolları məbləğində pulun ona qaytarılmasından sonra baş vermişdir və işin bu mübahisəsiz halı cavabdehlər tərəfindən də mübahisələndirilməmişdir. Yəni həm polis orqanında, həm də məhkəmə iclasında cavabdehlər bildirmişlər ki, 1000 ABŞ dollarından əlavə, 500 ABŞ dolları pulu qazanc kimi iddiaçıya vermişlər. 14620 manat məbləğində pul ilə bağlı mübahisələr isə oktyabr ayının axırlarından cərəyan etməyə başl amışdır. Məhkəmənin isə ödənilmiş 1000 ABŞ dolları və 500 ABŞ dolları məbləğində pulun 1500 manat olaraq ümumi məbləğdən çıxılmalı olduğu qənaətinə gəlməsi anlaşılan deyil. İddia tələbi cavabdehlərdən Cavabdeh2 da yönəldiyi halda, məhkəmə tərəfindən ona münasibətdə iddia tələbinin təmin edilməməsi də anlaşılan olmamışdır. Hər üç cavabdeh ona məxsus pul vəsaitini xərcləməklə ona maddi ziyan vurmuşlar.

21. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

22. Apellyasiya şikayətlərini onunla əsaslandırmışdırlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və o byektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı öz şəxsi iradə ifadəsi ilə pul vəsaitini könüllü olaraq qazanc məqsədilə digər cavabdehlərə vermişdir. Burada iddiaçının adından hərəkət edərək bu məsələdə o sadəcə vasitəçinin xahişi ilə iddiaçının tapşırıq müqaviləsi əsasında hərəkət etmişdir. İddiaçı dəfələrlə bu məbləğə münasibətdə yüksək gəlir və qazanc əldə etmişdir. Hansı ki, bir mənalı olaraq şirkətə yatırım etdiyi pul qədərdə mənfəət götürmüşdur. Digər bir tərəfdən iddiaçının yatırımı ilə bağlı sənəddən görünmüşdür ki, iddiaçı müəyyən olunmuş məbləğdə yatırım edib və həmin sənədin üzərində qeydiyyat tarixi 4/25/2021-ci il əks olunmuşdur. Burada iddia müddəti keçib və məhkəmə iddia müddətinin keçməsini tətbiq edərək hüquqi qiymət verməlidir. Həmçinin iddiaçı özü 3 cavabdehə qarşı iddia tələbi ilə çıxış etmişdir. Sonradan qətnamədə məhz ona və bacısına qarşı tələbi yönəlmişdir. Hansı ki, iddiaçı özü heç bir iddianın dəyişdirilməsi barədə, nə də cavabdehlərin dəqiqləşdirilməsi barədə münasibət bildirməmişdir ki, digər Cavabdeh2 qarşı iddia tələbi yönəlməsin. Məhkəmə bununla bağlı hər hansı bir prosessual hərəkət aparmamışdır. Çünki həmin mübahisəli pulların məhz Cavabdeh2 verilməsi ilə bağlı tam araşdırma aparmamışdır. Onun vəsatətləri və sübütları lazımınca qiymətləndirilməmişdir. Məhkəmə onun tapşırıq müqaviləsi əsasında hərəkət etdiyini qeyd etsə də, sadəcə həmin tapşırığı layiqincə icra etmədiyi qənaətinə gəlmişdir. İşin faktiki halları ondan ibarət olmuşdur ki, həmin pullar və digər insanların investisiy a etmiş olduğu pulları məhz Cavabdeh2 tərəfindən qəbul edilmiş və şirkətə təqdim olunmuşdur. Çünki Cavabdeh2 onları cəlb edib bu işlərə. Əgər məhkəmə şahid ifadələrini dinləsə və digər təqdim edilmiş sübütlara qiymət versə idi onda məlum olardı ki, o, sadəcə ona həvalə olunan tapşırıq müqaviləsini icra etmişdir və pulları şirkətə təhvil vermişdir.

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-549/2025 nömrəli mülki iş üzrə 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin «iddianın qalan hissədə təm in edilməməsi» hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddianın həmin hissədə qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 1500 manat müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ümumilikdə iddiaçının xeyrinə tutulan məbləğin 14620 manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 129,36 manat müəyyən edilməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov).

24. Apellyasiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçının apellyasiya şikayətində cavabdehlərdən tutulan pul məbləğinin dəyişdirilməsi (artırılması) mübahisələndirildiyi halda, cavabdehlərin apellyasiya şikayətində, ümumiyyətlə, onlardan iddiaçının xeyrinə pul tutulmamalı olduğu barədə dəlillər irəli sürülmüşdür. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab etmişdir ki, əvvəlcə cavabdehlərin apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Çünki, cavabdehlərin apellyasiya şikayətlərinin aqibəti bilavasitə iddiaçının apellyasiya şikayətinin həllinə təsir göstərir.

25. Məhkəmə iddia tələbinin təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərini əsassız saymışdır. İşin halları əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 «Ocos» şirkətinə yatırmaq üçün iddiaçıdan 14620 manat pul vəsaiti aldıqları öz təsdiqini tapmışdır. Bununla belə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 sözügedən vəsaiti digər Cavabdeh2 verdiklərini bildirsələr də, lakin bu məsələ hazırkı iddianın predmetini təşkil etmədiyindən məhkəmə kollegiyası bu xüsusat üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri saymamışdır. Çünki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən irəli sürülən bu dəlil onlarla iddiaçı arasında deyil də, Cavabdeh2 ilə aralarındakı münasibətlərdən irəli gələn mübahisədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə digər Cavabdeh2 hazırkı işdə iştirak edən şəxslər olsalar da, lakin onlar qarşı-qarşıya du ran tərəflər (iddiaçı-cavabdeh) deyillər. Bir sözlə, hazırkı işdə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən digər Cavabdeh2 qarşı yönələn hər hansı tələb olmamışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən irəli sürülən dəlilə hazırkı işin müstəvisində hüquqi qiymət verilə bilməz.

26. Məhkəmə qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli hökmünə əsasən, özlərini “Ocos” şirkətinin rəhbəriliyi kimi təqdim etmiş şəxslərin iddiaçıdan 14620 manat pulu aldatma, etibardan sui-istifadə yolu ilə əldə etmələri və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin epizod elan edilmiş ittihamdan çıxarılmış, yəni cinayət işi üzrə təqsirləndirilən şəxslərin iddiaçıya məxsus 14620 manat pulu təhvil alması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, qanuni qüvvədə olan hökmlə müəyyən edilmiş hallara əsasən özlərini “Ocos” şirkətinin rəhbəriliyi kimi təqdim etmiş şəxslərin iddiaçıdan 14620 manat pul əldə etməsi epizodu öz təsdiqini tapmamışdır.

27. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarət olmuşdur ki, vəkalət verən iddiaçı 14620 manat vəsaiti “Ocos” şirkətinə ödənilməsi üçün vəkalət alan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vermiş, lakin sonuncular həmin tapşırığı icra etməyərək iddiaçıya məxsus 14620 manat vəsaiti adıçəkilən şirkətin hesabına köçürtməmişlər. Odur ki, həmin vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi barədə tələb qanuni əsaslara söykənir.

28. «İddia verilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür» barədə cavabdeh tərəfin arqumentləri də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında iştirak etsələr də, lakin iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verməmişlər. Odur ki, məhkəmə kollegiyası bu arqument üzrə əlavə araşdırma aparılmasını zəruri saymamışdır.

29. İş üzrə icraatın dayandırılması barədə cavabdeh tərəfin vəsatətinə münasibətdə məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə Cavabdeh1 tərəfindən digər Cavabdeh2 qarşı irəli sürülmüş pul tələbi barədə mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatının dayandırılmasına zərurət yoxdur. Kollegiya gəlmiş olduğu bu qəna əti ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən digər Cavabdeh2 qarşı irəli sürülmüş pul tələbi barədə mülki iş hazırkı iş üzrə hər hansı preyudisial əhəmiyyət daşımır.

30. Məhkəmə kollegiyası həmçinin iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin şikayətin dəlilləri qismən əsaslıdır. Belə ki, yuxarıda da göstərildiyi kimi işin faktiki halları ilə vəkalət verən iddiaçı 14620 manat vəsaiti “Ocos” şirkətinə ödənilməsi üçün vəkalət alan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 verildiyi öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ilk dəfə cavabdehlərə 1000 ABŞ dolları pul vermiş və həmin vəsaitə görə ona 1500 ABŞ dolları qaytarılmışdır, daha sonra isə hissə-hissə olmaqla 14620 manat vəsaiti “Ocos” şirkətinə ödənilməsi üçün c avabdehlərə vermişdir. Bir sözlə, iddiaçı cavabdehlərə verdiyi 14620 manat vəsaitdən 1500 ABŞ dolları və ya Azərbaycan manatı ona qaytarıldığını bildirməmiş, habelə işin faktiki halları ilə də belə bir hal müəyyən edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 verilmiş 14620 manat vəsaitin 1500 manatının iddiaçıya qaytarılmış olduğuna əsaslanaraq cavabdehlərdən iddiaçının xeyrinə (146201500=13120) 13120 manat vəsait tutulması qənaətinə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası 1500 manat vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması hissədə iddia tələbini qanuni və əsaslı hesab etmişdir.

31. «İddia tələbi cavabdehlərdən Cavabdeh2 da yönəldiyi halda, məhkəmə tərəfindən ona münasibətdə iddia tələbinin təmin edilməməsi də anlaşılan olmamışdır. Hər üç cavabdeh ona məxsus pul vəsaitini xərcləməklə ona maddi ziyan vurmuşlar» barədə iddiaçının apellyasiya şikayətinin dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, işin faktiki halları ilə iddiaçıya məxsus 14620 manat vəsaitin Cavabdeh2 verilməsi öz təsdiqini tapmamış, o cümlədən iddiaçı tərəfindən da bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, Cavabdeh2 iddiaçının polis şöbəsinə müraciəti üzrə aparılan araşdırma zamanı verdiyi izahatında «iddiaçıdan heç vaxt pul götürmədiyini, onun müraciətində qeyd etdiyi 14620 manat pulu nə Cavabdeh1, nə Cavabdeh3 ona vermədiyini» bildirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 münasibətdə iddianın təmin edilməməsi barədə bi rinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və əsaslı olmuşdur.

32. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777, 778, 779, 780, 782-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh3 və Cavabdeh1 (Vəkil oğlu) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayətlərinin bir sıra dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmişdir.

35. Əlavə olaraq qeyd edilmişdir ki, hal-hazırda C avabdeh1 Cavabdeh2 qarşı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hal-hazırda Gəncə Şəhər Məhkəməsinin 2(125)-1413/2025 nömrəli mülki işin baxılması icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Bununla bağlı hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatət apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Mübahisənin predmeti olan pul məbləği cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən şirkətə investisiya olunması üçün məhz Cavabdeh2 verilmişdir. Yəni bu iddiaya hüquqi qiymət verilmədiyindən, hansı ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tapşırıq müqaviləsi əsasında hərəkət etmələri və bu hərəkəti vicdanla icra etdiklərini Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-1413/2025 nömrəli iş qanuni qüvvəsini aldıqdan sonra və məsələyə hüquqi qiymət veril dikdən sonra apellyasiya instansiyası məhkəməsinin icraatında olan işə hüquqi qiymət verərək düzgün nəticəyə gəlmək olardı. Bu əsaslarla işin tam faktiki araşdırılması və sübütlara tam qiymət verilməmişdir.

36. Birinci instansiya məhkəməsində iddiaçı öz izahatında cavabdeh tərəfdən ona 1500 manat ödənilməsini təsdiq etmişdir. Yəni, birinci instansiya məhkəməsində izahat zamanı iddiaçı bildirməmişdir ki, mübahisə edilən məbləğdən kənar 1500 manat cavabdeh tərəfindən ödəniş edilmişdir. Ümümi qeyd etmişdir ki, borc 14620 manat təşkil etmiş və cavabdeh tərəf ona 1500 manat ödəniş etmişdir. Məhkəmə iddiaçı tərəfin formal izahatları nəticəsində belə qənaətə gəlmişdir. Hansı ki, iddiaçı ilk olaraq 1500 ABŞ dolların verilməsini qeyd etmişdir, daha sonra 1500 manat verilməsini etiraf etmişdir. Yəni ziddiyyətli məqamlar olmuş, lakin məhkəmə kollegiyası tam aydınlıq gətirməmişdir.

37. Qətnamənin 45-ci bəndində Cavabdeh1 digər Cavabdeh2 qarşı hər hansı tələbinin olmaması qeyd edilmişdir. Ancaq vəsatət və Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-1413/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardad təqdim edilmişdir.

38. Cavabdehlər şikayətlərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 777-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 76, 77, 82, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul e dilməsini xahiş etmişdir.

40. Etiraz onunla əsaslandırılmışdır ki, iddia müddətinin keçməsi ilə bağlı cavabdehlərin dəlili anlaşılan olmamış və müddət ötürülməmişdir. Belə ki, işin mübahisəsiz halına görə 14620 manat məbləğində pulun verilməsi 2021-ci il oktyabr ayına təsadüf edir və pulun qaytarılmasına dair iddia məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir, yəni 3 illik iddia müddəti ötürülməmişdir.

41. Yatırım barədə sənədin tərtibi, mövcudluğu, tarixi va sair elemetlərindən xəbəri olmamış və bütün proseslər cavabdehlər tərəfindən həyata keçirilmişdir. Üzərində qeydiyyat tarixi 4/25/2021-ci il əks olunmuş sənədin onunla heç bir əlaqəsi yoxdur. O, ilk dəfə 1000 ABŞ dolları pulu 2021-ci ilin avqust ayında vermiş və həmin pulu da qaytarıb vermişlər. Cavabdehlərin bu dəlili tamamilə ya landan ibarətdir. Əslində real bir yatırımın olmadığı və onun pulu aldadılaraq ondan alındığı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə də öz təsdiqini tapmışdır. Əgər hesab edilsə ki, halbuki, bu belə deyil, yatırım sənədindən onun xəbəri olub, həmin yatırım pulu 14620 manatı əhatə etmir və 14620 manata münasibətdə iddia müddəti yenə də keçməmiş olur. İddia müddətinin başlanğıc tarixi şəxsin hüququnu pozulduğu bildiyi tarixdən hesab edilir ki, onun da aldadıldığına tam əmin olduğu tarix zərərçəkmiş qismində adının Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə çıxarıldığı tarix olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) on a tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

43. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

44. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

45. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər ve rmişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

46. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

47. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

48. Maddə 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə.

49. Maddə 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır.

50. Maddə 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin.

51. Maddə 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər.

52. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

53. Maddə 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişd irsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıl ması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

63. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, haqlı olaraq iddiaçı ilə olan əm ək müqaviləsi ləğv olunan zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş məcburi qaydaların pozulması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

64. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416 cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

65. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazı rkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-549/2025 nömrəli iş üzrə 25 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar