Məhkəmə qərarları › İş №2(102)-2131/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2131/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2131/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyətli fakt, qohumluq faktı) 13.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-98/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. Atası Orucov Aydın Əliyar oğlu, anası isə X1r.

2. Orucov Aydın Əliyar oğlu 21 dekabr 1925-ci il tarixdə anadan olmuşdur. X22, anası isə Cavahir Mustafa qızıdır

3. Şəki şəhəri, Şərbablar küçəsi, dalan 2, ev 2/2 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissədə Ərizəçi, 2/3 hissədə isə X10 paylı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 onun babası, X10 isə onun ulu babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 1/3 hissədə onun, 2/3 hissədə isə mərhum ulu babası X10 paylı mülkiyyətindədir. Ulu babası X18 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi babası X13 tərəfindən qəbul edilmişdir. Onun vəfatından sonra həmin miras əmlaka vərəsəliyi atası Orucov Aydın Əliyar oğlu, atası da vəfat etdikdən sonra o qəbul etmişdir. O, ulu babasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyindən ulu babası X18 və babası X7 ölüm haqqında şəhadətnamələrinin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edə bilmədiyindən 08 iyul 2020-ci il tarixli məktubla bundan imtina edilərək qohumluq münasibətlərinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəm əyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Məhkəmə iclasında şahid kimi dindirilən X14 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı Orucov Aydın Əliyar oğlunun oğludur. X17 Oruc (Məşədi Oruc) oğlu vəfat etdikdən sonra onun vərəsələri kimi o və mərhum qardaşı Aydın Orucov qalmışdır. O, mirasdan qardaşının xeyrinə imtina etmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qohumudur. Ərizəçinin atası Orucov Aydın Əliyar oğlu ilə yaxın olmuşdur. Aydın Orucovun X21 Oruc (Məşədi Oruc) oğlunu görməsə də, haqqında eşitmişdir.

8. Şəki Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) ərizənin qismən təmin edilməsi, X23 (Meşədi Oruc) oğlunun xx xxxxx x 1968-ci il təvəllüdlü Ərizəçi babası olması hüquqi faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş materialları və şahid ifadələri ilə X2 ərizəçinin babası olması sübut olunur. X3 onun ulu babası olması aydın görünmür. Belə ki, ərizəçi X10 onun ulu babası olması ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, bu faktların mövcud olması şahid ifadələri ilə təsdiqlənməmişdir. Odur ki, X10 Ərizəçi ulu babası olması faktı təsdiq edilmədiyindən, tələb həmin hissədə əsaslı deyildir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 307.2.1, 307.2.11, 308-ci maddələrinə, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o, yaşlı olduğundan məhkəməyə gələ bilməyən yataq xəstəsi olan şahidlərin evdə dindirilməsini təklif etsə də məhkəmə onları evdə dindirməkdən imtina etdi məhkəmə obyektiv həqiqətə nail olmaq üçün işin hərtərəfli tam obyektiv tədqiqinə şərait yaratmalıdır, tərəflərə prosessual hüquqların həyata keçirilməsinə kömək göstərməlidir. O hazırda babasıyla ulu babasının qohum olması və ulu babasının nə vaxt ölməsi ilə bağlı arxiv arayışını əldə etmiş onu məhkəməyə təqdim edəcəkdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Onun ulu babasından qalmış mirası qəbul etdiyini təsdiq edən halların mövcud olduğu və miras əmlak barədə heç bir mübahisə olmadığı halda iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə də əməl olunmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün tələbin ulu babasına aid hissəsini baxılmamış saxlamalı idi. Ərizə çinin yeni sübutlar əsasında tələb irəli sürmək hüququ olsun. İşdə olan müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş sənədlərlə əslində doğum ölüm sənədləri ilə xronoloji ardıcılıqla baxsaq mülkiyyətin sənədində adı olan şəxsin onun ulu babası olması faktını müəyyən etmək mümkün idi.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-98/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X16 (sədrlik edən və məruzəçi), X15 və X11) Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi Ərizəçi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Belə ki, Orucov Aydın Əliyar oğlu 21 dekabr 1925-ci il tarixdə anadan olmuşdur. X5, anası isə Cavahir Mustafa qızıdır. Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. Atası Orucov Aydın Əliyar oğlu, anası isə X1r. X10 onun ulu babası olması aydın görünmür. Ərizəçi X10 onun ulu babası olması ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmiş, bu faktların mövcud olması şahid ifadələri ilə təsd iqlənməmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının, hazırki mülki iş üzrə isə ərizəçinin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən tələbə düzgün hüq uqi qiymət verilmişdir. Lakin, ərizəçi apellyasiya şikayətində istinad etdiyi hallara hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bundan başqa Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin ərizəçi apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, s özügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki iş üzrə ərizəçi şahidlərin evdə dindirlməsini xahiş etmişdir, l akin o yuxarıda qeyd edilən mülki prosessual məcəllənin normasında irəli gələn tələblərin vacib və imperativ olmasını nəzərə almamış, onun üçün məhkəmə tərəfində çəkişmə prinsipinin həyata keçirilməsi üçün şərait yaradılmasına baxmayaraq, dindirilməsini tələb etdiyi şahidlərin, sübut növü kimi məhkəmə gətiriməsini təmin etməmişdir. Bu isə onu deməyə əsas verir ki, ərizəçi ərizəsinin təmin edilməsinə dair hər hansı bir sübütu məhkəməyə təqdim edə bilməmişdir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı şəraitdə ərizəçinin hazırkı ərizəsinin yəni “X10 onun ulu babası olması faktının müəyyən edilməsinin” təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana m ünasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Hazırkı halda isə ərizəçi həmin kateqoriyalı vərəsələr sırasına daxil olmadığından ərizə təmin edilə bilməz.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 306.1, 307.2.1, 307.2.11, 308, 310.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 iyul 2022-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarına, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmas ına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Ərizəçi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin qohumluq əlaqələri üzrə məhkəməyə təqdim etdiyi ərizədə X2 babası, X10 isə ulu babası olması faktı sənədlərlə sübut olunduğu halda məhkəmə yalnız X2 babası olması faktını təsdiqləyərək ərizəni ulu babasının X18 olması hissəsində təmin etməməsi anlaşılmazdır. Beləki, tərəfindən maddi sübut kimi X10 ölümü haqqında sənədi yəni - X26 Filialından verilən xx.xx.2021-ci il tarixli 565 saylı Arayış və ona əlavə edilən 2 vərəqədə ölüm barədə sənəd kartını iş materiallarına əlavə etməyinə baxmayaraq məhkəmə qətnamələrində həmin sənəd haqqında heç bir məlumat verilməmiş, həmin sənədə məhkəmələr tərəfindən hüquqi qiymət verilməmişdir. Hansı ki, qeyd edilən həmin sənəddə X7 X10 oğlu olduğu açıq şəkildə görünür. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi X10 ölüm barədə arayış kartoçkasını araşdırmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 195.2. Sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir.

26. Maddə 195.4. Hakim şahidin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılı r.

30. Maddə 307.2.1 Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır.

31. Maddə 307.2.3 Məhkəmələr doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair məsələlərə baxa bilərlər.

32. Maddə 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

33. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildi yindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

41. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

42. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Orucov Aydın Əliyar oğlu 21 dekabr 1925-ci il tarixdə anadan olmuşdur. X5, anası isə Cavahir Mustafa qızıdır. Ərizəçi xx xxxx xx 1968-ci il tarixdə anadan olmuşdur. Atası Orucov Aydın Əliyar oğlu, anası isə X1r. X10 ərizəçinin ulu babası olması aydın görünmür. Ərizəçi X10 onun ulu babası olması ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmiş, bu faktların mövcud olması şahid ifadələri ilə təsdiqlənməmişdir. Halbuki işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının, hazırki mülki iş üzrə isə ərizəçinin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

43. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni X10 ərizəçinin ulu babası olması barədə iş materiallarında hər hansı bir sübutun olmaması ilə əsaslandırsa da, ərizəçi tərəfindən iş materiallarına əlavə edilmiş X10 vəfatı barədə sənədə yəni - X26 Filialından verilən xx.xx.2021-ci il tarixli 565 saylı arayışa və ona əlavə edilən 2 vərəqədə ölüm barədə sənəd qeydiyyatına hüquqi qiymət verməmişdir. Həmin qeydiyyat sənədindən görünür ki, X18 12 iyul 1932-ci ildə vəfat etmiş və ölüm barədə sənəd Əliyar adlı şəxsə verilmişdir.

44. Bundan başqa ərizəçi vəsatət verərək yaşlı olduğundan məhkəməyə gələ bilməyən yataq xəstəsi olan şahidlərin evdə dindirilməsini təklif etsə də məhkəmə onları evdə dindirməkdən imtina etmişdir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəc ək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. (21)

45. Göründüyü kimi hazırkı mübahisə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlıdır və bu cür mübahisələrin spesifik xüsusiyyəti ondan ibarətdir ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də bu qəbildən olan işlərdə faktın müəyyən edilməsi üçün şahid ifadələri xüsusi əhəmiyyətə malikdir. Belə olan halda məhkəmə hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün faktı təsdiq edə biləcək mümkün şəxslərin dindirilməsini həyata keçirməli və bu prosesdə tərəflərə köməklik göstərməlidir.

46. Digər tərəfdən iş materiallarından görünür ki, ərizəçinin bibisi X14 iş üzrə şahid qismində dindirilsə də X10 ərizəçinin ulu babası olub-olmaması məsələsinə münasibət bildirməmiş, məhkəmə tərəfindən X8 X10 ərizəçinin ulu babası olub-olmaması ilə bağlı ona məlum olan halların bildirilməsi təklif edilməmiş və bu barədə suallar verilməmişdir.

47. Halbuki, sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. Hakim şahidin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. (25-26)

48. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

49. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

50. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

51. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həll i üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.

52. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).

53. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-i n 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

54. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

55. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-98/2023 nömrəli, 19 yanvar 20 23-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar