Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2132/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2132/2019 01 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı X1 vəkili ***nun, Cavabdeh, onun və üçüncü şəxs ***nun vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli, 2(103)-12070/2018 nömrəli qətnaməsindən Cavabdeh və üçüncü şəxs ***nun kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim T.Qurbanov) 30 avqust 2018-ci il tarixli, 2 (002)-2302/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Ə.Baxışova, V.T.Həsənov və N.Ş.Cəfərov) 06.12.2018-ci il tarixli, 2(103)-12070/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 30.08.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilə istifadə hüququ ta nınmış və uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi və cavabdehdən iddiaçının xeyrinə 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh, üçüncü şəxs *** və onların vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh, üçüncü şəxs *** və onların vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Üçüncü şəxs ***nunkassasiya şikayəti belə əsaslandırılmışdır ki, sözügedən mənzil onun tərəfindən 31 may 2018-ci il tarixdə alınmış və həmin tarixdə onun adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin qətnaməsi onun mülkiyyət hüquqlarını pozur. İddiaçının onunla heç bir qohumluq əlaqəsi yoxdur. Cavabdehkassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında nikah 17 mart 2009-cu il tarixdə bağlanmış, 03 fevral 2018-ci il tarixdə pozulmuşdur. Sözügedən mənzil hələ nikaha daxil olmadığı zaman, yəni 21 aprel 2006-cı il tarixdə əldə edilmişdir. Nikah pozulduqdan sonra mənzili anasına bağışlamış, o isə üçüncü şəxsə satmışdır. Məhkəmənin qətnaməsi üçüncü şəxsin mülkiyyət hüquqlarını pozur. İddiaçının onunla heç bir qohumluq əlaqəsi yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rə dd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs *** vəkillərinin dediklərinə uyğun izahat vermişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 06.12.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsini ləğv edib, idddianə təmin edərkən maddi və pro sessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, *** 21.04.2006-cı ildə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Tərəflər 17.03.2009-cu il tarixdə nikah bağlanmış, 03.02.2018-ci il tarixdə nikahları ləğv edilmişdir. İddiaçı cavabdehlə ailə qurduqdan sonra ***-ə köçmüş, həmin mənzildə cavabdehlər birgə münasibətləri pozulanadək yaşamış, tərəflərin nikahından 05 fevral 2010-cu ildə X2 və 05 oktyabr 2012-ci ildə X3 doğulmuşdur. Həmin mənzili cavabdeh 2018-ci ilin əvvəlində anasına bağışlamış, anası tərəfindən isə 31.05.2018-ci il tarixdə ***na satılmışdır. Cavabdeh hazırda ***-da yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmiş, məhkəmə iclasında verdiyi izahatda hazırda kirayədə yaşadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08.10.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.” Apellyasiya instansiyası məhkəməsi he sab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə bu qərara istinad etsə də, həmin qərarı mübahisəyə düzgün tətbiq etməmiş, nəzərə almamışdır ki, iddiaçı cavabdehin gəlini deyil, 2018-ci ilədək həyat yoldaşı olduğundan onun 2009cu ildən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvü kimi mənzilə istifadə hüququ etibarlı ailə əlaqələri əsasında yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilərək iddiaçının ***-ə istifadə hüququ olduğu məhkəmə tərəfindən tanınmalı, tərəflər arasında ailə münasibətlərinə xitam verilməsi Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən istifadə hüququna xitam verilməsi üçün əsas olmadığından və istifadə hüququnun itirildiyi cavabdeh tərəfindən sübut edilmədiyindən məhkəmə hesab edir ki, hazırda mənzil 3-cü şəxs ***nun mülkiyyətində olsa da iddiaçının azyaşlı uşaqları ilə həmin mənzilə köçürülməsi barədə iddiası təmin edilməlidir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti maddi və prosessual hüquq normalarına zidd hesab edir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin predmetini mülkiyyətçi olmayan şəxsin mənzilə olan əmlak hüquqlarının mülkiyyətçi tərəfindən pozulmasından müdafiə təşkil etdiyindən, iddia da məhz mübahisəli mənzilin mülkiyyətçisinə qarşı yönəlməli idi. Hazırki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli mənzilin mülkiyyətçisi hazırkı iş üzrə cavabdeh olan Cavabdeh deyil, üçüncü şəxs olan ***dur. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbi buna cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunması təklif edilməli, buna etiraz edildikdə isə sübutlar araşdırılmadan iddia tələbi rədd olunmalı idi. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçını n müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “***un şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh olan Cavabdeh müba hisəli mənzilin mülkiyyətçisi olmadığından, o yuxarıda qeyd olunan qərarda göstərildiyi kimi “başqa (mülkiyyətçi) şəxs” kimi qəbul edilə bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verdiyindən, qətnamə ləğv edilməlidir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən prosessual tədbirlərin görülməsi zərurəti olduğundan, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, sonuncu maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxs ***nun kassasiya şikayətləri qismən təmin edilsinlər. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli, 2(103)12070/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-2132/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2132/2019
01.04.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver