Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2133/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi 15.07.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-179/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıd akıları müəyyən etmişlər: 2. 29 mart 2008-ci il tarixli sadə yazılı alqı-satqı müqaviləsinə əsasən X14 öz adına olan 28 aprel 2006-cı il tarixli, 23 nömrəli qərar ilə 98-ci kvartaldan ev tikmək üçün aldığı 600 kv.m torpaqğı 5000 manata İddiaçı Şəfayət oğluna (bundan sonra iddiaçı) satmış və pulunu alıb vəkalətnamə vermişdir. Müqavilənin doğruluğunu İddiaçı, X14 və X23 öz imzaları ilə təsdiq etmişlər. 3. 27 mart 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata Aslanova Xanım Hacı qızına satmışdır. Aslanova Xanım Hacı qızı 1800 manat vermiş, qalan 3660 manatı 25 aprel 2008-ci ildə tam ödənəcəkdir. Torpaq alana razılaşmaya görə 25 illik vəkalət veriləcək. Vəkalətin pulunu torpaq satan ödəyəcək. 31 mart 2008-ci ildə 1440 mana t, 11 aprel 2008-ci ildə 1600 manat vermiş, 21 aprel 2008-ci ildə isə qalıq pulu da vermişdir. Heç bir borc qalmamışdır. Torpağın pullarını Aslanova Xanım Hacı qızı vermişdir. Vəkalətnamə gəlini X5 verilmişdir ki, gələcəkdə torpağı qeydiyyata aldırsın. Müqavilənin doğruluğunu İddiaçı, Aslanova Xanım Hacı qızı, X15, X7 və X23 öz imzaları ilə təsdiq etmişlər.
4. Şəki İ saylı notariat ofisinin 30 iyul 2008-ci il tarixli etibarnaməsinə əsasən X9 iddiaçıya verdiyi etibarnamə əsasında Cavabdeh (bundan sonra cavabdeh) Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı iclası protokolundan çıxarışa əsasən Şəki şəhərinin 98-ci kvartalında yerləşən 600 kv metr torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsiilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2 (075)872/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarına əsasən iddiaçı Aslanova Xanım Hacı qızının kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (075)-1105/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, cavabdeh İddiaçı 5460 (beş min dörd yüz altmış) manat və iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat pulun tutularaq Aslanova Xanım Hacı qızında verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6 sot torpağın dəyəri olan 5460 manatın və ona 14 il ərzində dəymiş maddi ziyana görə 2500 manatın, həmçinin dövlət rüsumu olaraq ödədiyi 112 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia belə əsaslandırılmışdır ki, 2008-ci ildə X9 iddiaçıya verdiyi etibarnamə ilə X1 Yeganə Fərrux qızına şəhərin 98-ci kvartalında 6 sot torpaq satmışdır. X14 özünə məxsus torpağını satmaq üçün alqı-satqı mərkəzinə yazdırmışdı. Sonradan işi ilə əlaqədər alıcıya torpağı göstərib satmaq üçün ona etibarnamə vermişdir. O da torpağı alıcılara Aslanova Xanım Hacı qızına və X3 göstərib onlara təhvil vermişdir. Satış zamanı məlum oldu ki, Müzəffər qızını Xanımın oğluna vermək üçün Xanıma şərt qoymuşdur ki, qızına şəhərdə torpaq al, sonra sənin oğluna qızını ərə versin. Torpağa baxıb ofisə qayıtmışlar. Alqı-satqı mərkəzində işləyən Abid Məsimov sənədlərə baxıb dedi ki, sənədlər hələ tam hazır deyil, çıxarış almaq üçün əlavə pul və vaxt lazımdır. Xanım pulunun az olmasını və toy etməyə tələsdiyini bildirdi. Xanım hələlik puluna qənaət etmək məqsədi ilə torpağa çıxarışın alınmasına aformot xərcini öz öhdəsinə götürmüş və birinci satış qiymətdən çıxılmışdır, qalan 5460 manata razılaşmışlar. Xanım yenə nağdı az pulu olduğunu, özünündə alacağı olduğunu, bir ay müddətə pulun hamısını verəcəyini bildirmişdir. Alqı-satqı mərkəzinin rəhbəri 5 nəfər şahidlərin iştirakı ilə 27 mart 2008 ci ildə aralarında behləşmə müqaviləsi bağlanmışdır. Həmin gün Xanım aldığı torpağa 1800 manat vermişdir. 31 mart 2008 ci ildə 1400 manat vermiş dir. 11 aprel 2008-ci ildə 1600 manat, 21 apreldə 660 manat, cəmi 5460 manat pul vermişdir. Hər dəfə behləşmə müqaviləsində iştirak edən yoldaşlar pulun verilməsinə görə imza etmişlər. O da həmin pulu ona etibarnamə verən X10 pulu vermişdir. Xanımın göstərişi ilə 1-ci dəfə gələcək gəlini olası X4 adına Xanım etibarnamə vermişdir. Aradan 3 ay keçmiş, yenə ona alqı-satqı mərkəzinə çağırmış, lakin Xanım ilə Müzəffər gəlib qızın nişanı qaytardığını, Xanım gələcəkdə ona gəlini olası X5 pay aldığı 98-ci kvartalda yerləşən 6 sot torpağı geri qaytardığını bildirmişlər. X16 adına yazılan etibarnaməni ləğv etdirmiş və qızı Cavabdehın adına etibarnamə verməyini istəmişdir. Notariusa gedib Günay Müzəffər qızının adına olan etbarnaməni ləğv etmiş, yenidən Xanımın qızı X6 torpağı aldığına görə 2033-cü i lə qədər müddəti olan etibarnamə vermişdir. Qudası, Günayın atası Müzəffər, Xanıma çox əziyyət çəkdiyini, torpağın ətrafını bağladığını, ondan heçnə istəmədiyini bildirmişdir. Müzəffərə qızının adına torpağa görə verilən torpağın qərarı, torpağın sxemi, Rəşidin şəxsiyyət vərəqəsinin surətini, arvadının razılığı, nikah kağızını və ödəniş qəbizlərini Günaydan alıb Xanımın qızı Yeganəyə vermişdir. 3-cü dəfə 10 il sonra Xanım alqı-satqı mərkəzinə gəlib ona satılam torpaqda Mübarik adlı qadının ev tikdirdiyini bildirmişdir. Alqı-satqıda işləyən Abid Məsimovda ona niyə ev tikməyə qoyduğunu, 1-2 gün ərzində ev tikmək olmur, o razılıq verməsə heç kim ətrafını sökə bilməz, ev tikə biməz deyərək, onun torpağının gözətçisi olmadığını bildirmişdir. Onun xahişi ilə Xanımın yerində ev tikən Mübarəki Abi d məhkəməyə vermişdir ki, Mübarik evini söksün. Xanımın qohumu Şahinin vasitəsi ilə Xanım ilə Mübarik razılaşıb, tikdiyi evi sökməyib kənardan Mübarik Xanıma 6 sot torpaq verib, torpağı qohumu Şahin təhvil alıb. Şahinin dediyinə görə, Xanım torpağa sahiblik etməyib o da mənimsəyib, satmışdır. 14 il sonra Xanım 2008-ci ildə ondan satın aldığı torpağı qaytarmamışdır. Amma ona verdiyi pulu ondan məhkəmə vasitəsi ilə istəyir və bu barədə məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. X22 verən torpağı istəyəndə Şahin vaxt qazanmaq məqsədi ilə Xanımı məhkəməyə ondan pul istəməsi üçün yönəltmişdir. O da ondan məhkəmə vasitəsi ilə pul istəyir, torpağı geri vermir. Xanımın göstərişi ilə qızı Cavabdeh o bütün səlahiyətləri olan etibarnamə vermişdir. Etibarnamədə torpağa çıxarış almağa, ev tikməyə, to rpağı satmağa, onun əvəzinə ərizə vermək, təşkilatlardan sənəd almaq uçün imza etmək, bütün səlahiyyətləri olan etibarnaməni izah edib vermişdir. Xanımın ondan alıb qızı Yeganənin adına etibarnamə yazdırdığı torpağı qaytarmır. Torpağa görə vediyi 5460 manatı istəyir. Qızı Yeganəyə verdiyi torpağı və ya pulu istəmir. Şahinlə rastlaşanda Şahin onlara Mübarikin kənardan torpaq verdiyini demişdir. Xanım o torpağa sahiblik etmir. Xanım qızı Yeganədən ona verdiyi Torpağı və ya torpağa görə verdiyi pulunu istəmir. Çox maraqlıdır. Yeganənin adına yazdırdığı torpağın pulunu ondan istəyir. Hazırda həmin torpaq sahəsi Cavabdehdır. Buna görə də 5460 və ona 14 il ərzində dəymiş maddi mənəvi ziyanlıq Cavabdeh alınıb ona verilməlidir. Ona görəki Xanımın ondan tələb etdiyi 2008-ci ildə ondan torpaq alıb q ızı Yeganənin adına yazdırıb onda verdiyi 5460 manatı Yeganədən alıb anası Xanıma verim. Göründüyü kimi cavabdeh onun hesabına əsassız varlanmışdır.
8. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(075)-1573/2023 nömrəli iş üzrə 20 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı torpaq sahəsinin cavabdehə satılmasını, təhvil verilməsini, eləcə də cavabdehin hal-hazırda ona torpaq sahəsinin dəyərinin 5460 manat olmasını, eyni zamanda borcu olduğunu təsdiq edən sübutlarını təqdim etməmişdir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
10. Məhkəmə iddianın “2500 manat məbləğində pulun maddi zərər kimi cavabdehdən tutulması”na dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə də, təmin edilə bilməz. Belə ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 140, 152.1, 152.5, 386.1, 442, 443.1, 447.1, 447.7, 449.1, 459.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88-ci -cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, rayon məhkəməsi qəbul etdiyi qətnamədə təqdim olunan sübutlara obyektiv qiymət verməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, göstərilən Şəki şəhəri 98-ci kvartalda yerləşən 600 kv.m olan mübahisəli torpaq sahəsi Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 23 saylı qərarlna əsasən X11 fərdi yaşayış evi tikintisi məqsədilə verilmişdir. Həmin qərar mülki işin materiallarına əlavə olunmuşdur. X14 tərəfindən təmin torpaq sahəsi üzərində sərəncam verməsi, sa tması, bağışlaması, dəyişməsi və s. hərəkətləri yerinə yetirməyinə dair xx.xx.2008-ci il tarixdə ona-İddiaçı, müddəti xx.xx.2033-cü ildə bitən etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında mübahisələndirilən 600 kv.m torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsi razılıq əsasında Şəki şəhərində yerləşən alqı-satqı mərkəzində xx.xx.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən onun tərəfindən 5460 manata Aslanova Xanım Hacı qızına satılmış, müqavilə satışda iştirak edən o, alıcı Xanım Aslanova, iştirakçılar X15, X7 və X24 tərəfindən imzalanmışdır. Xanım Aslanova və onun qızı iddiaçı uzun müddət həmin torpaq sahəsinə getməmiş, torpaq sahəsindən istifadə etməmiş, nəticədə 2016- cı ildə torpağa baxış keçirərkən başqa şəxs tərəfindən ev tikildiyinin şahidi olmuş, aydınlaşdırılarkən müəyyə n olunmuşdur ki, həmin ev Rəşid Cabbarovdan əvvəl istifadəsində olan, lakin rəsmi qaydada Bələdiyyəyə müraciət edərək torpaq sahəsindən imtina etmiş X2 tərəfindən tikilir. Rəsmi olnmasa da gedilən danışıqlardan məlum olnmuşdur ki, Mübarək Səfərəliyeva ilə Xanım Aslanova arasında razılıq olmuş, Mübarək Səfərəliyeva tərəfindən Cavabdeh başqa sahədə torpaq sahəsi verilmişdir.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-179/2024 nömrəli iş üzrə 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev – sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Günay Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası iddiaçının maddi ziyan la bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Aslanova Xanım Hacı qızının pul vəsaitini ondan məhkəmə qaydasında tələb etməsinə baxmayaraq, ondan aldığı torpağı qaytarmamasına, Xanım Aslanovanın deməsinə görə 30 iyul 2008-ci il tarixdə Xanımın qızı cavabdehə etibarnamə verməsinə, hazırda həmin torpaq sahəsinin cavabdehdə olmasına, cavabdehin onun hesabına əsassız varlanmasına, ona maddi ziyan vurmasına istinad edərək, cavabdehdən 6 sot torpağın dəyəri olan 5460 manatın və ona 14 il ərzində dəymiş maddi ziyanlığa görə 2500 manatın alınmasını tələb etmiş. Cavabdeh tərəf isə iddia tələbini əsassız hesab etmişdir. Lakin cavabdehin iddiaçının hesabına əsassız varlanması və cavabdehin iddiaçıya ziyan vurması öz təsdiqini tapmamışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, etibarnamə nin verilməsi hələ özüözlüyündə etibarnamədə verilmiş səlhiyyətlərin realizəsi imkanını verən hal deyildir. Belə ki, etibar edilmiş şəxs tərəfindən etibarnamədə verilən səlahiyyətlərin realizəsi üçün etibarnamənin verildiyi daşınmaz əmlaka dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mütləq şərtdir.
17. Məhkəmə onu da qeyd etmişdir ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısının 12 sentyabr 1994-cü il tarixli, İ/482 nömrəli sərəncamı ilə X9 istifadəsinə şəhərin 98-ci kvartalından ayrılmış 600 kv.m torpaq sahəsinin X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, beləliklə də adına etibarnamənin verilməsinə baxmayaraq, cavabdehin həmin əmlakı özgəninkiləşdirmək imkanına malik olması halı müəyyən edilməmişdir.
18. Bundan əlavə kollegiya hesab etmişdir k i, cavabdehin adına etibarnamənin verilməsi həmin torpaq sahəsinin birbaşa cavabdehin adına rəsmiləşdirilməli olması anlamına da gəlməmişdir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Xanım Aslanova ilə bağlı dəlillərinə də münasibət bildirərək qeyd etmişdir ki, Aslanova Xanım Hacı qızı hazırkı mübahisənin tərəfi deyildir və Aslanova Xanım Hacı qızı ilə iddiaçı arasında 5460 manat pul vəsaiti ilə bağlı olan mübahisəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 29102)-872/2023 nömrəli qərarı ilə hüquqi qiymət verilmişdir.
20. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin iddiaçının hesabına əsassız varlanması, Cavabdeh İddiaçı maddi ziyan vurması hallarının müəyyən edilməməsinə dair gəldiyi nəticə ilə razılaşır və hesa b edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
22. Məhkəmə gəldiyi nəticəni MM-in 14.2, 14.2.7, 21.1, 21.2, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlill əri
23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
27. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
28. Maddə 385.1. Öhdəliyə əsasə n bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciə ti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
31. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. İş üzrə iddiaçı kassasiya şikayətinə məhkəmə iclasında baxılması barədə vəsatət vermişdir. Məhkəmə tərkibi vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, işə məhkəmə iclasında baxılması üçün Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən vəsatət təmin edilmir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norm alarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında müqavilədən və ya qanundan irəli gələn öhdəliyi müəyyən edilməmişdir. Belə olan halda iddanın təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası ape llyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şika yətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-179/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.