Məhkəmə qərarları › İş №2(102)-2134/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2134/2020

24.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2134/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Abdullayev İkram Yusif oğlunun, cavabdehlər X7, Cavabdeh və onların vəkili Vəkil, müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” MTK-nın sədri X2 və vəkili Qurbanov Rəhim Qafar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarma” ilkin iddia tələbinə dair, iddiaçılar Cavabdeh və X5 cavabdehlər İddiaçı və “xxxx” MTK-y a qarşı “müqavilənin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10767/2019 nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh, X7 və onların vəkili X8 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MTK-nın inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, ünvan evin A1 blokunun 6cı mərtəbəsində yerləşən sahəsi 12xxxx,7 kv.m. olan 3 otaqlı 9 saylı mənzildən cavabdehin ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdehdən onun xeyrinə dəymiş ziyana görə 200 manat, ödədiyi 30 manat dövlət rüsumu, 200 manat hüquqi xidmət haqqının tutulması barədə qət namə çıxarılmasını xahiş etmişdir. Hazırki işdə ilk İddiaçı iddia edir ki, x 9 saylı mənzildən imtina etdiyi üçün sonuncunun razılığı ilə mənzil MTK tərəfindən ona satılmış, xla bağlanan müqavilədə mənzilin mərtəbəsi 5, İddiaçıla bağlanan müqavilədə isə mənzilin mərtəbəsi 6 kimi qeyd olunmuşdur. Buna səbəb 2012ci ildə binanın qeyri-yaşayış sahəsinin hündürlüyü 580 metr olduğu üçün 2 hissəyə ayrılması və bununla da binanın daha bir mərtəbəsinin artması olmuşdur. Buna görə də mənzilin yeri və mərtəbələrin sıralanması da dəyişmişdir. İddiaçı deməsinə görə mənzil ona 2017-ci ildə təhvil verilmiş və o, elə həmin vaxtda təmir işlərinə başlamışdır. Lakin 2018-ci ildə mənzilin qıfılı tanımadığı şəxslər tərəfindən dəyişdirilmiş və sonradan ona məlum olmuşdur ki, mənzil Cavabdeh tərəfindən zəbt olun muşdur. Halbuki Cavabdeh 12.02.2011-ci il tarixli müqaviləyə əsasən binanın A blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 12xxxx,7 kv.m. olan 1xxxx-cü mənzil satılmışdır. Yeni nömrələnməyə görə 1xxxx saylı mənzil binanın artıq 6-cı deyil, 7-ci mərtəbəsində yerləşmiş, lakin 1xxxx saylı mənzil MTK-ni etibarnamə əsasında müvəqqəti idarə edən şəxs- Qabil Əliyev tərəfindən x 8 adlı şəxsə qanunsuz olaraq satıldığı üçün Cavabdeh da ona məxsus 9 saylı mənzili zəbt etmişdir. İddiaçının dəlilinə görə Cavabdeh məxsus 1xxxx saylı mənzillə ona məxsus 9 saylı mənzil heç də eyni mənzillər deyil. Eyni zamanda Cavabdeh və X7 cavabdehlər İddiaçı və “xxxx” MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə İddiaçı arasında xxxxx -cü il tarixdə Bakı şəhəri, Xocalı prospektində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A1 blokunda, 6-cı mərtəbəsində yerləşən sahəsi 12xxxx,7 kv.m. olan 3 otaqlı mənzilə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar x 1 və Cavabdeh isə iddia edirlər ki, x 1 12.02.2011-ci il tarixdə MTK-dan aldığı mənzili anası Cavabdeh adına keçirmiş, buna görə də Cavabdeh ilə MTK arasında 16.09.201xxxx-cü il tarixli müqavilə bağlanmış və həmin tarixli maliyyə arayışına əsasən sonuncu tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmişdir. Hazırda həmin mənzildə təmir işləri aparılmış və Cavabdeh həmin mənzildə yaşayır. Bu yaxınlarda onlara məlum olmuşdur ki, yaşadıqları mənzil MTK tərəfindən 26.02.2013-cü il tarixli müqaviləyə ə sasən İddiaçı satılmışdır. Hesab edirlər ki, onların mənzilini MTK İddiaçı satmaqla qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, MTK-nin həmin mənzili başqa şəxsə satmaqda sərəncam vermək hüququ olmamışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim Səadət Səlimova) 2(011)-57xxxx8/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək cavabdehin mənzildən çıxarılması, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Etibar Nəbiyev-sədrlik edən və məruzəçi, Raqib Qurbanov və Aida Hüseyn) 2(103)-2229/2019 saylı 0xxxx fevral 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)57xxxx8/2018 saylı 29 oktyabr 2018-ci il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Əhmədov-sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlqar Dəmirov) 2(102)-xxxx623/19 saylı 1xxxx iyun 2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2229/2019 saylı 0xxxx fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Xəyalə Cəmilova-sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov və İlham Kərimli) 2(103)-10767/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X5 apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-57xxxx8/2018 saylı 29 oktyabr 2018-ci il tarixl i qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh və X7 və vəkili Vəkil kasasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 16.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, kassatorların xeyrinə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X22” MTK ilə X5 arasında 12.02.2011-ci il tarixdə bağlanmış müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı evin Al blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 12xxxx,7 kv.m olan 3 otaqlı mənzili sonuncuya verilmişdir. Həmin mənzil tərəflərin razılığı ilə 16 sentyabr 201xxxx-cü il tarixdə bağlanmış müqavilə ilə payçı x 1un anası Cavabdeh adına keçirilmişdir. Müqavilədə mənzilin müəyyən edilmiş dəyəri tam ödənildiyindən tikinti başa çatan kimi mənzilin açarları Cavabdeh təhvil verilmişdir. Bundan sonra mənzil cavabdehlər tərəfindən yüksək keyfiyyətdə tam təmir olunmuşdur və artıq neçə ildir orada yaşayırlar. Apelyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyət kəsb edən faktiki halları, habelə Ali Məhkəmənin iş üzrə göstərişlərini tam nəzərə almamış, düzgün olmayaraq cavabdehlərin mənzili İddiaçı mənzili saymışdır. X22 MTK ilə X5 arasında 12.02.2011-ci il tarixdə bağlanmış müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı evin Al blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 12xxxx.7 kv.m olan 3 otaqlı mənzili sonuncuya verilmişdir. Bağlanmış müqaviləyə görə cavabdehlərə təhvil veriləcək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı evin Al blokunun 6-cı mərtəbədə yerləşən ümumi sahəsi 12xxxx.7 kv.m olan 3 otaqlı mənzilin ümumi dəyəri 62350 manat müəyyən edilmişdir. Müqavilədə müəyyən edilmiş həmin dəyər cavabdehlər tərəfindən tam ödəmişdir. Apelyasiya instansiyası məhkəməsi kasasiya instansiyası məhkəməsinin göstərişlərinə tam əməl etməmiş, işi hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, “X22” MTK ilə x arasında bağlanmış müqavilədə, adına verilmiş maliyyə arayışında 9 saylı mənzilin hansı blokda yerləşməsi göstərilmədiyi, İddiaçıla MTK arasında bağlanmış xxxxx- cü il tarixli müqavilədə mənzilin nömrəsi göstərilmədiyi halda, məhkəmə biri digərinin sözünü təstiq etməkdə maraqlı olan xun, İddiaçı və Hikmət Yigitdölün ziddiyətli ifadələrini əsas götürüb MTK-nın təhvil verdiyi, xərc çəkib təmir edərək yaşadığları mənzilin İddiaçı mənzil i olduğu qənaətinə gəlməsi əsassızdır. Həmin mənzilin açarlarını cavabdehlərə “X22” MTK təhvil vermişdir. Bundan sonra mənzili təmir etmişlər və hətta bir neçə ay mənzildə təmir işləri görülüb. Həmin təmir MTK-nın rəhbərlərinin razılığı ilə gözləri qarşısında edilmişdir. Buna təmiri işlərini aparan ustalar və həmin vaxt binada olan sakinlər də şahiddir. Həmin mənzili cavabdehlərə məhz MTK-nın sədri H.Yigitdöl vermişdir. Mənzilin təmirinə, sanitar avadanlığının quraşdırılmasına 61.500 manat xərc çəkmişlər. Cavabdehlər tərəfindən alınmış mütəxəssis rəyi ilə də təsdiq olunur. Məhkəmə əsaslı və obyektiv qətnamə çıxarmaq üçün ən azı mübahisəli tikiliyə baxış keçirməli, şahidləri dindirməli, Əliyev Qabilin birinci instansiya məhkəməsindəki ifadəsini, Hikmət Yigitdölün istintaqda verdiyi ifadəs inə işin digər faktiki halları ilə birlikdə araşdırıb qiymət verməli olduğu halda, bunu etməmişdir. Məhkəmənin H.Yigitdölün işin faktiki halları ilə ziddiyyət təşkil edən məhkəmədə verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etməsi əsassızdır. Məhkəmənin Cavabdeh adına verilmiş maliyyə arayışında göstərilən 1xxxx rəqəminə istinad edib, MTK tərəfindən açarları cavabdehlərə verilmiş mənzilin İddiaçı mənzili olması qənaətinə gəlməsi “X22” MTK ilə bizim aramızda bağlanmış müqavilənin şərtlərinə zidd olmaqla cavabdehlərin qanunla qorunan hüquqlarını pozmuşdur. Müqavilənin 3.1-ci maddəsində cavabdehlərin mənzilin ümumi dəyəri 62.350 manat müəyyən edilmişdir. Müqavilədə mərtəbələrin dəyişdirilməsi ilə bağlı hər hansı şərt və razılaşma göstərilməmişdir. “X22” MTK- nın sədri tərəfindən həmin binada cavabdehlərin vəziyyətinə salınmış digər payçıların xeyrinə çıxarılmış və qanun qüvvəsini almış xeyli məhkəmə qətnaməsi var. X1 ifadəsi düzgün olmayaraq İddiaçı xeyrinə göstərilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində X9 ifadəsində göstərilmişdir ki, İddiaçı binanın 5-ci mərtəbəsindəki mənzil satılıb. x 3 səhvən x 4in mənzilini təmir etdirdiyindən o, x 3ni başqa mənzilə keçirmiş, x 4 x 3nin xərclədiyi 1100 manatı x 3nin mənzilində işləyən ustalara vermişdir. x 4in tələb etdiyi mənzil Xusanın anası Sabiqəyə məxsusdur. 5-ci mərtəbədəki mənzil (x 3nin təmir etdiyi x 4in mənzili) x 2a satılıb (2017ci ilin aprel ayında). X22 MTK-nın işi ilə bağlı cinayət işinin istintaqında təqsirləndirilən şəxs Hikmet Yigitdöl ifadəsində göstərmişdir ki, xa 5-ci mərtəbədəki 12xxxx,7 kv.m olan mənzi li 2xxxx.xxx-cu il tarixdə 56188 manata satmış, sonradan x 5 həmin mənzili İddiaçı satmış, o da mənzili x 4in adına rəsmiləşdirmişdir, lakin müqavilədə mənzilin mərtəbəsini 6-cı mərtəbə kimi göstərmiş, 6-cı mərtəbədəki mənzilin boş olduğunu zənn etmişdir, ona görə də x 5in 5-ci mərtəbədəki mənzilini x 4ə satan zaman müqavilədə 6-cı mərtəbə yazmışdır, bu səhvən olmuş, əslində x 4 5-ci mərtəbədəki x 5in mənzilini alıbdır. X6 da 07.11.2013-cü il tarixdə 8-ci mərtəbədə yerləşən 136,1 kv.m sahəsi olan mənzili satmış, sonradan həmin mərtəbədə problem ortaya çıxmışdır, bir mənzil bir neçə şəxsə satıldığı üçün beşinci mərtəbənin boş olmasını zənn edib təqribən 2017-ci il tarixdə Elmara 5-ci mərtəbədə 12xxxx,7 kv.m sahəsi olan mənzili köhnə tarixə, yəni 07.11.2012-ci il tarixə adına rəsmiləşdirib v ermişdir. x 1 isə 6-cı mərtəbədə 12xxxx,7 kv.m sahəsi olan mənzili 12.02.2011-ci il tarixdə almış, həmin mənzilə görə ona 62350 manat pul ödəmişdir, sonradan Xusan mənzilini anasının adına rəsmiləşdirməyi xahiş etdiyi üçün, həmin mənzili 16.09.201xxxx-cü il tarixdə Xusanın anası Cavabdeh adına rəsmiləşdirmişdir. x 4in mənzilini səhvən 6-cı mərtəbə yazdığı üçün Xusan ilə x 4 arasında mübahisə yaranmışdır. Əslində 6-cı mərtəbədəki mənzil Xusana, 5-ci mərtəbədəki mənzil isə x 4ə məxsus olmalı idi. Lakin, boş bilib 5-ci mərtəbədəki mənzili Elmarın adına rəsmiləşdirmişdir, x 6da mənzili təmir etmişdir. İddiaçı mənzili H.Yigitdöl tərəfindən x 2a satılmışdır. Lakin məhkəmə işin düzgün və obyektiv araşdırılması üçün Məmmədov Elmarın məhkəmədə dindirilməsini təmin etməmişdi. Cavabdehlərin aldıqları mənzilin müqavilə ilə müəyyən edilmiş 62.350 manat pulunu “X22” MTK-ya vaxtında ödəmişlər. MTK tərəfindən mənzil təhvil veriləndən sonra isə mənzilin təmirinə 61.500 manat pul xərcləmişlər. Mənzili təmir etdikləri müddətdə MTK həmin mənzilin başqasına ad olması ilə bağlı heç bir etiraz bildirməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən cavabdehlər X7, Cavabdeh və vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı və vəkili Abdullayev İkram Yusif oğlu kasasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” MTK-nın sədri Xxxxx və vəkili Qurbanov Rəhim Qafar oğlu kasasiya şikayətinə etiraz edərək təm in edilməməsini xahiş etmişdirlər. Digər proses iştirakçiları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in xxxx15.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in xxxx16-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki: “xxxx” MTK ilə X10 arasında bağlanmış 2xxxx.xxx-cu il tarixli müqaviləyə əsasən Bakı şə həri, Xətai rayonu, ünvan evin 5-ci mərtəbəsində yerləşən sahəsi 12xxxx,7 kv.m. olan 3 otaqlı 9 saylı mənzil xa satılmışdır. Həmin müqaviləyə əsasən MTK 9 saylı mənzili xa təhvil verməyi, x isə mənzilin dəyəri olan 56.188 manat pay haqqını MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. 2xxxx.xxx-cu il tarixli maliyyə arayışına əsasən x tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmiş və həmin maliyyə arayışının üzərində “öz evimi İddiaçı satdım. Heç bir haqq tələb etmirəm” qeydiyyatı aparılmaqla imza edilmişdir. Bundan sonra “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış xxxxx-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 12xxxx,7 kv.m. olan 3 otaqlı mənzil İddiaçı satılmış və sonuncu tərəfindən mənzilin dəyəri olaraq 56.188 manat p ay haqqı xxxxx-cü il tarixli maliyyə arayışına əsasən tam olaraq ödənilmişdir. Digər tərəfdən, x 1 ilə MTK arasında bağlanmış 12.02.2011-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 12xxxx,7 kv.m. olan 3 otaqlı mənzilin MTK tərəfindən ona təhvil verilməsi, mənzilin dəyəri olan 62350 manat məbləğinin ödənilməsini tərəflər üzərlərinə götürmüşlər. Həmin müqavilənin üzərindən diyircəkli qələm ilə xətt çəkilməklə onun ləğv edildiyi qeyd edilmişdir. Belə ki, x 1 həmin mənzildən anası Cavabdeh xeyrinə imtina etmiş, buna görə sonuncu ilə MTK arasında 16.09.201xxxx-cü il tarixli müqavilə bağlanmış və həmin tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri olaraq 62.350 manat pay haqqı Cavabdeh tərəfindən MTK-ya ödənilmişdir.Cavab deh ilə MTK arasında bağlanmış 16.09.201xxxx-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan evin A1 blokunun 5-ci mərtəbəsində yerləşən sahəsi 12xxxx,7 kv.m. olan 3 otaqlı mənzilin MTK tərəfindən ona təhvil verilməsi nəzərdə tutulmuş və maliyyə arayışında həmin mənzilin nömrəsi “1xxxx” kimi qeyd olunmuşdur. x 1un sözügedən mənzili anası Cavabdeh adına sənədləşməsinə razılıq verməsi halını tərəflər mübahisələndirməmişdir. Həmçinin işin materiallarından görünür ki, sonradan x 2 ilə MTK arasında bağlanmış 07.11.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan evin A1 blokunun 5-ci mərtəbəsində yerləşən sahəsi 12xxxx,7 kv.m. olan 3 otaqlı mənzilin MTK tərəfindən ona təhvil verilməsi öhdəliyi götürülmüşdür. Həmin müqavilə üzrə tərtib edilmiş maliyyə arayış ında sonuncuya verilmiş mənzilin nömrəsi “xxxx” saylı kimi göstərilmişdir. x 2 ilə MTK arasında olan 07.11.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan evin A1 blokunun xxxx-cü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m. olan 3 otaqlı mənzilin MTK tərəfindən ona təhvil verilməsi öhdəliyi götürülmüşdür. Maliyyə arayışında həmin mənzilin nömrəsi “16” saylı qeyd olunmuşdur. İlk iddia tələblərinin məzmununa görə Cavabdeh məxsus 1xxxx saylı mənzillə iddiaçıya məxsus 9 saylı mənzil heç də eyni mənzillər deyil. Qarşılıqlı iddiaçıların tələbinin əsas mahiyyəti ondan ibarətdir ki, onların mənzilini MTK İddiaçı satmaqla qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, MTK-nin həmin mənzili başqa şəxsə satmaqda sərəncam vermək hüququ olmamışdır. Apelyasiya qaydasında yenidən işə baxan məhkəmə Azərbaycan Respublikası MPM-nin xxxx20-ci maddəsinə əsasən kasasiya instansiya məhkəməsinin qərarında verilən göstərişlər üzrə araşdırma apararaq müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsinin 17.12.2012-ci il tarixli məktubu ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə tikintisi gedən yaşayış binasının təqdim olunmuş memarlıq planlaşdırılmasının yeni eskiz həllinə baxılaraq (2 girişli blok A1, bir girişli 17 mərtəbəli+mansard; blok A2: 1 girişli 15 mərtəbəli+mansard; ümumi 2 səviyyəli 1-ci mərtəbə, 2-ci, 3-cü və xxxx-cü mərtəbələr qeyri-yaşayış sahəsi; ümumi 2 səviyyəli zirzəmi mərtəbələri – yeraltı avtodayanacaq) razılaşdırılmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Az ərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 2xxxx.09.2018-ci il tarixli rəydən müəyyən olnur ki, Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanda yerləşən, “xxxx” MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A-1 bloku üzrə ilkin eskiz layihəsində razılaşdırılmış qaydada dəyişikliklər edilərək A1 blokunun birinci mərtəbəsinin 2 səviyyəyə (mərtəbəyə) bölünməsi və həmin blokun mərtəbələrinin sayının artırılması ilə İddiaçı ilə MTK arasında xxxxx-cü il tarixdə bağlanmış müqavilədə göstərilən 9 saylı yaşayış sahəsinin faktiki olaraq Cavabdeh x 7nanın yaşadığı mənzil olduğu müəyyən edilmişdir. X11 ilə MTK arasında 07.11.2012-ci il tarixdə bağlanmış müqavilədə göstərilən A1-ci blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 12xxxx,7 kv.m olan xxxx s aylı yaşayış sahəsinin X6 aid olduğu müəyyən edilmişdir. Cavabdeh x 7na ilə MTK arasında 16.09.201xxxx-cü il tarixdə bağlanmış müqavilədə Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanında inşa edilmiş yaşayış binasının A1-ci blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 12xxxx,7 kv.m. yaşayış sahəsinin nömrəsi göstərilmədiyinə görə həmin müqavilə üzrə yaşayış sahəsinin konkret olaraq harada, yəni həmin mərtəbənin hansı hissəsində yerləşməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş idarəsində “xxxx” MTK ilə bağlı aparılan cinayət işi istintaq materiallarına əsasən İddiaçı və x 1 zərərçəkmiş şəxs kimi işə cəlb edilmiş və həmin cinayət işinin istintaqı davam edir. Apelyasiya baxışı zamanı cavabdeh “xxxx” MTK-nın sədri Xxxxx izahatında göstərmişdir ki, binanın ilkin eskiz layihəsində qeyri-yaşayış sahələrinin 3 mərtəbədə olması nəzərdə tutulmuşdu. Sonradan eskiz layihəyə 2012-ci ildə düzəlişlər edilmiş, qeyri-yaşayış sahələrinin ilk dörd mərtəbədə olması müəyyən edilmişdir. Nəticə etibarı ilə satılmış mənzillər adekvat olaraq bir mərtəbə yuxarı qalxmalı idi. İddiaçı satılan mənzil xa satılmış mənzil idi, yəni həmin mənzil A1 blokunda 6-cı mərtəbədə olan 9 saylı mənzildir. Cavabdeh adına sənədləşdirilmiş mənzil isə bundan əvvəl x 1un adına olmuş, hazırda A1 blokunda 7-ci mərtəbədə yerləşən 1xxxx saylı mənzildir. Lakin həmin mənzil MTK-nın idarəetməsini etibarnamə əsasında bir müddət həyata keçirən Qabil Əliyev tərəfindən başqa şəxsə satılmışdır. Apelyasiya baxışı zamanı şahid qismində dindirilmiş X1 xxxx ifadəsində bildirmişdir ki, o, “xxxx” MTK-nin direktoru Hikmet Yigitdölün 201xxxx-cü ildə verdiyi etibarnamə əsasında MTK-ni bir müddət rəhbər kimi idarə etmiş, etibarnamənin müddəti olsa da, Hikmət Yigitdöl onun etibarnaməsini ləğv etdirmişdir. MTK-ni idarə etdiyi dövrdə MTK-nin adından bir sıra müqavilələr bağlamışdır. x A1 blokunda 5-ci mərtəbədəki 9 saylı mənzili İddiaçı satmışdır. x 1a isə 6-cı mərtəbədəki mənzil satılmışdır. Lakin hazırda x 4in tələb etdiyi mənzildə Xusanın anası Cavabdeh yaşayır. 5-ci mərtəbədəki mənzil isə x 2a satılmışdır. x 1a məxsus 1xxxx saylı mənzili o, MTK-ni idarə etdiyi dövrdə 2016-cı ildə səhvən x 8a satmışdır. Digər şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdi ki, onun mənzili A1 blokunda 5-ci mərtəbədə 3 otaqlı olan 9 saylı mənzil olmuşdur ki, həmin mənzili də o, İddiaçı satmışdır. Həmin mənzilin məhz 9 saylı mənzil olmasından əmindir, belə ki, satmamışdan qabaq bir neçə dəfə həmin mənzilə gedib-gəlmiş və onu hamı 9 saylı mənzilin sahibi kimi tanıyırdı. Apelyasiya instansiya məhkəməsi ilkin iddia üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən binanın A1 blokunun 6-cı mərtəbəsində yerləşən 9 saylı mənzil İddiaçı məxsusdur, Cavabdeh təhvil verilməsi nəzərdə tutulmuş 1xxxx saylı mənzil isə MTK-nin eskiz layihəsində edilmiş dəyişikliklər, o cümlədən xxxx-cü mərtəbənin qeyri-yaşayış mərtəbəsi olaraq nəzərdə tutulmasına görə bir mərtəbə yuxarıda, yəni 7-ci mərtəbədə yerləşir. Buna görə də, İddiaçı satılmış 9 saylı mənzillə x 1a satılmış və hazırda sonuncunun anası Cavabdeh adına olan 1xxxx saylı mənzilin eyni mənzillə r olmaması, buna baxmayaraq Cavabdeh faktiki olaraq İddiaçı satılmış 9 saylı mənzildə yaşaması faktı müəyyən olunur. Apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 152.1, 152.2, 152.3, 157.2, 157.8-cı maddələrinin tətbiq etməklə bu qənaətə gəlmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçıların MTK ilə İddiaçı arasında bağlanmış xxxxx-cü il tarixli müqaviləni mübahisələndirməklə bağlı subyektiv hüquqları yoxdur və qanunvericiliyin tələblərinə əsasən həmin müqavilənin etibarsızlığı üçün hər hansı əsas da məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 178.8-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə edirlər Həmçin in Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.3-cü maddələrinin ümumi məzmunundan göründüyü kimi, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək hüquqları, mülkiyyət hüququnu təşkil edən imperativ şərtlərin tərkib hissəsidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmələr tərəfndən müəyyən edilmiş faktiki hallara əsasən mübahisəli binanın eskiz layihəsinə 2012-ci ildə edilmiş dəyiş ikliyə əsasən qeyri-yaşayış sahəsinin bir mərtəbəsi iki hissəyə bölündüyündən həmin blokun mərtəbələrinin sayı 1 mərtəbə artmış və mənzillərin yeri və nömrəsi dəyişməmişdir. Hər iki tərəfin müqaviləsində mənzilin nömrəsi göstərilməsə də, mənzillərin dəyərinin ödənilməsi barədə verilmiş maliyyə arayışlarında ödəniş edilmiş mənzilin nömrəsi qeyd edilmiş və iddiaçının mənzilinin 9 saylı, cavabdehin mənzilinin 1xxxx saylı olduğu göstərilmişdir. Məhkəmə kollegiyası işdə olan binanın eskiz layihəsində, yaşayış sahələrinin 5-ci mərtəbədən başlandığını, 1 yaşayış mərtəbəsində 5 mənzilin olduğunu və onlardan yalnız birinin sahəsi 12xxxx,7 kv.m sahəli 3 otaqlı olduğunu nəzərə alaraq, 9 saylı mənzilin binanın 6-cı mərtəbəsində, 1xxxx saylı mənzilin isə binanın 7-ci mərtəbəsində yerləşməsi barədə apel yasiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddiaçıların hazırki iddia ilə tələbi ilə məhkəməyə müraciət etməkdə ümumiyyətlə subyektiv hüquqlarının olmamasına da düzgün hüquqi qiymət verilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin xxxx.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessua l qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfındən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələsi araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını ara şdırmaq, sübutları qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 1xxxx.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halla rın, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 10xxxx.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mə nbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2xxxx noyabr 2005-ci il tarixli xxxx №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspeıt rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilmə məsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə qiymət verməyə davam edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından haqlı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul etmişdir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır. Məhkəmə kollegiyası “xxxx” MTK ilə bağlı aparılan cinayət işi üzrə istintaq materiallarına əsasən İddiaçı və x 1 zərərçəkmiş şəxs kimi işə cəlb edilməsi, təqsirl əndirilən şəxs Hikmət Yiğitdölün istintaqda və hazırki iş üzrə apelyasiya baxışında verdiyi izahatları arasında ziddiyyət olması ilə bağlı qeyd edir ki, Mülki Prossesual Məcəllənin 82.xxxx-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki iş üzrə isə qanuni qüvvəyə minmiş məhkəmə hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mövcud deyildir. Həmçinin MPM 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Buna görə də, məhkəmə yalnız bilavasitə məhkəmə iclasında tədqiq etdiyi sübutları, tərəflərin verdiyi izahatları, şahid ifadələrini sübut kimi qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, kasasiya məhkəməsinə “xxxx” MTK-nın sədri H.Yiğitdöl və şahid Q.Əliyev yazılı apelyasiya məhkəməsində verdikləri izahat və ifadədən fərqli məzmunlu, cavabdehlərin mövqeyinə uyğun məzmunlu yazılı ərizələr təqdim etmişdirlər. Lakin həmin şəxslər və tərəflər bu şəxslərin apelyasiya məhkəməsində verdikləri izahat və ifadənin məhkəmə iclas protokolunda düzgün qeyd edilməməsi ilə bağlı protokola müvafiq qeydlər verməmişdirlər. Mənzildə təm ir işlərinin aparılması ilə bağlı kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Xətai rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən mübahisəli mənzildə təmir işlərinin aparılması və mənzilin özgəninkiləşdirilməsi cavabdeh və 3-cü şəxsə qadağan edilmiş, həmin qərardad icra məmurları tərəfindən 25.06.2018-ci il tarixdə icra edilərək, təmir işlərinin aparılması cavabdehə qadağan edilmişdir. Azərbaycan Respublikası MM-nin 157.5-ci maddəsi və 157.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mənzildə təmir işləri aparan şəxs kimi əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu günədək çəkdiyi xərclərlə bağlı müstəqil iddia qaldırmaq hüququna malikdir. İşin tam və düzgün araşdrılmaması ilə bağlı kasasiya şikayətində gəstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin xxxx07.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdı rmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 1xxxx, 77, 88, 217, 218, 372.1, 372.7-civə xxxx20-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in xxxx17.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Re spublikası MPM-in xxxx16-xxxx17, xxxx19, xxxx21-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar Cavabdeh və X5 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10767/2019 nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar