Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2136/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə birjasının Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər q ismində cəlb edilməklə, “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-907/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-01/19 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, “Para“ BOKT ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 27 iyun 2015-ci il tarixli 245/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə İddiaçı 72100.00 ABŞ dolları əsas borcun, 5419,52 ABŞ dolları faiz borcunun, 266 ABŞ dolları cərimə borcu olmaq la, cəmi 77785.52 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Para“ BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu. X2 küçəsi, 127 a nömrəli evin 47,29 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı "xxxx" BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində boşaldılması, iddiaçı "xxxx" BOKT ASC-dən 50 manat, cavabdeh İddiaçı 50 manat ekspertiza xərclərinin tutularaq X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ4İNABZ**********0000003944, SWİFT 13İK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab № AZ43CTRK******************** büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-2930/2019 saylı qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin 2(077)-01 /2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-2930/2019 saylı qətnaməsinin İddiaçı 77785.52 ABŞ dolları borcun tutulması hissədə dəyişdi rilməsi, İddiaçı 77785.52 ABŞ dolları məbləğində pulun icra olunduğu günə olan məzənnə ilə manatla alınıb iddiaçı "xxxx" BOKT ASC-yə verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən “Külək" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-01/2019 saylı icra sənədinə əsasən hərracın təşkil edilməsi, hərracın təyin olunma tarixi və yeri barədə maraqlı tərəflərə maraqlı məlumat verilməsi xahiş olunmuşdur.
5. Hərracın keçirilməsinə dair 12 avqust 2020-ci il tarixli 1 saylı bildiriş və 21 sentyabr 2020-ci il tarixli 2 saylı bildirişdən müəyyən olunur ki, 18 sentyabr 2020-ci il tarixdə saat 11:00-17:0 0-dək (növbəlilik əsasında) və 05 oktyabr 2020-ci il tarixdə saat 11:0017:00dək (növbəlilik əsasında) hərracın keçirilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC və İddiaçı bildirişlər göndərilmişdir. 6. “Birja Yenilikləri” qəzetinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli çıxarışlarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu. X2 küçəsi, 127 a nömrəli evin 47,29 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzilinə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir. 7. "xxxx" MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC və İddiaçı ünvanlanmış xx.xx.2020ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdə qeyd olunur ki, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən ipoteka yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu. X2 küçəsi, 127a nömrəli evin 47,29 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri'' qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70125 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7,43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra pro tokol tərtib olunur.
8. Hərrac predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2020cü il tarixli 40/07 nömrəli protokoldan və eyni tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilələrdən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 127a nömrəli evin 43 saylı mənzil 70125 manata açıq hərracdan əldə etmişdir.
9. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışlarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu. X2 küçəsi, 127a nömrəli evin 43 saylı mənzili "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin tam payda xüsusi mülkiyyəti kimi müvafiq olaraq xx.xx.202 2-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Külək" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci ildə 40/07 nömrəli hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin alqısatqı barədə müqaviləyə əsasən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, qətnamənin icra edilməsi mərhələsi ilə bağlı İddiaçı heç bir məlumat verilmədən hərrac təşkil edilmiş və keçirilmiş hərracda iştirak edən olmadığından mənzil iddiaçıya (tələbkara) təklif edilmişdir. Qanunvericiliyə əsasən isə 1 ay müddətində Bank mənzili qəbul etməli və ya imtina etməli idi. Bu barədə İddiaçı heç bir məlumat verilmədiyinə baxmayaraq Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü ildə mənzili boşaltmalı olduğu və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məktubu göndərilmişdir. Bundan sonra İddiaçı dərhal Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə və cavabdehə müraciət edərək keçirilmiş hərracla bağlı zəruri sənədləri tələb etdi. Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən isə İddiaçı yalnız “Külək" Məhdud Məsuliyyətli Cəmiy yəti tərəfindən xx.xx.2020-ci ildə 40/07 nömrəli hərrac yekunları barədə protokolun surəti təqdim edilmişdir. Mənzil barədə keçirilmiş qanunsuz hərracda alıcı olmadığından cavabdeh mənzili 93500 manata əldə etmək hüququnu bildirmişdir. Lakin bu barədə rəsmi aksept məktubu verilməmiş və bank tərəfindən əmlakın əldə edilməsi, sənədləşdirilməsi barədə (alqı-satqı müqaviləsi bağlanmamışdır) heç bir tədbir görülməmişdir. Qanunverciliyə əsasən evin mülkiyyətçisi olaraq hərraca dəvət olunmalı idi və hərraca çıxarılmış daşınmaz əmlakın alınması ona təklif olunmalı idi. Lakin hərrac təşkilatçısı bütün bunları etməmiş mənzili qiymətindən aşağı məbləğdə hazırkı iş üzrə cavabdehə satmışdır. Bununla da İddiaçı məxsus subyektiv hüquqlarım kobud qaydada pozulmuşdur.
12. Bakı Şəhəri Nərimanov Rayon Məhk əməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 11 iyul 2023-cü il tarixli, 2(005)-1241/2023 saylı qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbi rədd edilmişdir.
13. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçı tələblərini hərracdan xəbərdar olmaması, hərraca dair bildirişləri almaması ilə əsaslandırır. Lakin İş materiallarından bu bildirişlərin iddiaçının özü tərəfindən də faktiki ünvanı olaraq göstərilmiş ünvana göndərildiyi aydın olur. İddiaçı iddia tələblərinin əsaslı olduğunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb müddət ötürülməklə məhkəməyə verildiyindən, həmçinin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 415.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
17. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübut ları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, hərracların keçirilməsi barədə iddiaçının məlumatı olmamış, buna baxmayaraq hərrac keçirilmiş və hərracı keçirmiş MMC tələbkar BOKT-un maraqlarına uyğun hərəkət etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi isə bunları nəzərə almamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-907/2024 saylı mülki iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə hesab etmişdir ki, iddia əsassızdır, hərrac p roseduru qanunvericinin tələblərinə uyğun həyata keçirilmişdir, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur və hüquq normalarını düzgün tətbiq etmişdir, apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassızdır.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, ipoteka predmetinin satılması ilə əlaqədar keçirilmiş hərraclar ilə bağlı bildirişlərin iddiaçı tərəfindən şəxsən alınmaması, həmin bildirişləri almış iddiaçının ailə üzvünün bu barədə iddiaçıya məlumat verməmələri halında belə iddianın təmin edilməsi üçün heç bir əsas olmazdı. Qeyd edilən qaydaya görə, keçirilmiş hərraclar ilə bağlı bildirişlər iddiaçıya çatdırılmış hesab edilir. Bununla da müəyyən edilmişdir ki, iddiaçının göstərdiyi bu dəlil də əsassızdır.
21. Müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müdd ətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
22. İddiaçı hərracla bağlı proseslərdən məlumatının olmadığını bildirsə də, mülki işin materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli icra vərəqəsi ilə bağlı tələbin könüllü icrası barədə, xx.xx.2020-ci il tarixdə hərracın keçirilməsi barədə iddiaçının qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmişdir.
23. Məhkəmə hesab etmişdir ki, iddiaçı, həm icra vərəqəsinin verilməsinə əsas olmuş məhkəmə aktlarından, həm də keçirilmiş hərraclar barədə məlumatlı olmuşdur.
24. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb müddət ötürülməklə məhkəməyə verildiyindən, iddianın həmin əsasla da rədd edilməsi b arədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaət düzgündür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracla bağlı tətbiq olunan normalarda qeyd edilən müddətlər, müvafiq məktubların tərəflərə çatdığı gündən hesablanmalı idi. Həmin müddətlər tərəflərə göndərilən məktubların çıxış tarixi ilə hesablanmışdır.
27. Əlavə olaraq qeyd etmişdir ki, hər gün əmlak bazarında çoxsaylı alqı-satqı müqavilələrinin bağlandığı bir şəraitdə hərrac baş tutmamışdır. Müxtəlif internet resurslarından ünvan 3 ünvanında mənzillərin hansı qiymətə satıldığını görmək mümkündür. Həmçinin qeyd ed ilmişdir ki, mənzil 77000 ABŞ dollarından daha artıq məbləğdə (130900 manat) öhdəliyin təmini üçün ipoteka ilə yüklü edilmişdir. Belə olan halda əmlakın satış qiymətinin və ya hərracda ilkin qiymətinin 110000 manat olması inandırıcı deyil. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
30. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
31. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
32. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqınd a və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun
33. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
34. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində y aradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
35. Maddə 53.3. Əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
50. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxt əlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2024-cü il tarixli 2(103)907/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.